Məhkəmə qərarları › İş №2(107)-1289/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1289/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1289/2021 05.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh Elton qızına qarşı mənzilə köçürülmə, yaşayış sahəsinə maneəsiz daxil olma, cavabdehin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi və cavabdehin həmin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsindən Cavabdeh Elton qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, İddiaçı mülkiyyətində olan ünvan 3 mənzildən Cavabdeh Elton qızının əmlakı ilə birlikdə çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə öz mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi, Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, 12 saylı mənzilə maneəsiz daxil olmağı və orada yaşamağının (olmağı) təmin olunması, Cavabdeh Elton qızının ünvan 1 saylı evə istifadə hüququ olmayan şəxs hesab edilməsi və Cavabdeh Elton qızı əmlakları ilə birlikdə Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianının həcminin azaldılması barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh Elton qızı oğlu ilə 2016-cı ildə nikah bağlayaraq evlənmişlər. Oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra, Cavabdeh Elton qızı şəxsi əmlaklarını xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında mənzilə gətirmiş və həmin evə köçmüşdür. Cavabdehin oğlu ilə birgə nikahından iki uşaqları anadan olmuşdur. İlk vaxtlar Cavabdeh Elton qızı ilə gəlin-qaynata kimi münasibətləri normal olmuşdur. Bir müddət sonra cavadbeh Cavabdeh Elton qızı birgə yaşayış qaydalarına əməl etməmiş, onu qıcıqlandıran hərəkətlərə yol vermişdir. Buna görə də aralarında mübahisələr baş vermişdir. Cavabdeh hazırda onu öz mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Göyçay rayon Polis Şöbəsinə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Halhazırda məcburiyyət qarşısında qalıb, ailəsi ilə birlikdə qızının evində yaşayır. Buna görə də Cavabdeh Elton qızının Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, 12 saylı mənzilə istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Elton qızı iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun qaynatasıdır, iddiaçının oğlu ilə 2016-cı il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Əri və azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus mənzildə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Elton qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Elton qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, məhkəmənin sözügedən qətnaməsini əsaslı və qanuni hesab etmir və qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. O, X2 ilə 25.06.2016-cı il tarixdə nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Ailə qurduğu gündən öz şəxsi əmlaklarıyla birgə ünvan 2 ünvanda yaşayır. Sözügedən əmlak qaynatası İddiaçı məxsusudur. İlk vaxtlar qaynatası İddiaçı ona qarşı münasibəti yaxşı olmuş, lakin sonradan səbəbsiz olaraq münaqişələr yaratmağa başlamış və nəticədə sonuncu ilə münasibəti pozulmuşdur. Ondan sonra qaynatası İddiaçı Göyçay rayon məhkəməsinə müraciət edərək əmlaklarıyla birlikdə ona məxsus olan ünvan 2-dən çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun mübahisəli mənzildən çıxarılmağı barədə qərar qət etmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Çünki həyat yoldaşı Nüsrət Bağıyev iddiaçının oğlu olmaqla, onun ailə üzvüdür. Nüsrət Bağıyevlə hal-hazırda nikahdadır, ailə münasibətləri normaldır və sonuncu ilə, eləcə də az yaşlı övladlarıyla iddiaçıya məxsus evdə yaşayırlar. Hazırki vəziyyətdə həyat yoldaşının və övladlarının iddiaçıya məxsus evdə qalması, onun isə əmlaklarıyla birlikdə mübahisəli mənzildən çıxarılmağı yaşamaq hüququnun pozulması ilə nəticələnə bilər. İddiaçıya münasibətdə həyat yoldaşı Nüsrət Bağıyev sonuncunun ailə üzvü sayılırsa, o da Nüsrət Bağıyevin ailə üzvüdür və sonuncu ilə bir yerdə yaşamaq onun hüququdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh Elton qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və Cavabdeh Elton qızının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Elton qızı məhkəmə kollegiyasına teleqram göndərərək heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasını 10 gün müddətinə təxirə almağı xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh Elton qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan nikah haqqında şəhadətnamənun surətindən görünür ki, Cavabdeh Elton qızı ilə İddiaçı oğlu X2 25.06.2016-cı il tarixdə nikah bağlamışlar. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı cavabdehin əri X1 atasıdır. İşdə olan DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Göyçay şəhəri Şəhriyar küçəsi ev 10, 12 mənzil İddiaçı xüsusi mülkiyyəti kimi 16.11.2015ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh Elton qızının barəsində “Elektron Məhkəmə” Sistemindən çıxarışdan görünür ki, Bağıyeva X3 şəhəri Şəhriyar küçəsi ev 10, 12 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu və 71.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Plenum qərarına, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Birinci instansiya məhkəməsi araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən cavabdeh olan gəlini Cavabdeh Elton qızını həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini və cavabdehin əmlakı ilə birlikdə çıxarılmasını xahiş edir. Cavabdeh Elton qızı iddiaçının oğlu ilə 25.06.2016-cı il tarixdə nikah bağlayaraq həmin mənzilə köçmüşdür. Mülkiyyətçi ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada bağlanmış müqavilə mövcud deyildir. Cavabdeh Elton qızı əmlakı ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzlindən heç bir hüquqi əsas olmadan istifadə etməklə həmin mənzildə yaşayaraq İddiaçı qeyd edilən mülkiyyət üzərində hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, Cavabdeh Elton qızının mübahisəli mənzildə istifadə hüququ yaranmadığından, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini tələb etməkdə haqlı deyildir. Buna görə də iddia bu hissədə təmin edilə bilməz. Hazırki iş üzrə Cavabdeh Elton qızı İddiaçı ailə üzvü olmadığından iddiaçı mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Elton qızı əmlakı ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 3 mənzildən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh Elton qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Elton qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar