Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-129/2024 19.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-torpaq sahəsindən cavabdehin çıxarılmaları, mülkiyyət hüququ, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi, həmçinin vəkili Vəkil işirakları ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində və Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 50 sot hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Yevlax rayonu, Nəmərli kəndində 5.2862 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin bir hissəsi cavabdeh zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaqdan çıxmaqdan imtina edir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim: R.Əlizadə) 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 0.28 ha hissəsindən Cavabdeh çıxarılması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq X1; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 5.2862 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.28 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan 5.2862 ha torpaq sahəsinin 0.28 ha hissəsindən cavabdeh çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq X1; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 121.1, 124.1, 217.4 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, mütəxəssis rəyinə və ekspert rəyinə istinad etmişdir. Hər iki rəy, birmənalı olaraq üst-üstə düşür. Əslində, iş üzrə verilmiş ekspert rəyi mütəxəssis rəyinin təkrarıdır. Belə olan halda, ekspert rəyi formal xarakter daşıyır. Həm mütəxəssis rəyi və ekspert rəyi, iddiaçı tərəfin sifarişi ilə tərtib edilmişdir. Ekspertin mövqeyinə görə, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması səbəbindən, sırf mütəxəssis rəyinə istinad edilmişdir. Bu isə mötəbər sübut edilə bilməz. İş üzrə təkrar ekspertiza keçirilməsi zəruridir. Məhkəmə mübahisə ilə bağlı heç bir araşdırma aparmadan iş materiallarında olan rəylərə istinad etməklə, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. O, iddiaçı tərəfə məxsus torpaq sahəsini zəbt etməmişdir. İşin nəticəsinə dair qəbul edilmiş qətnamə işin hallarına uyğun deyildir .Həqiqəti əks etdirmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmaması xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 5.2862 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.28 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, mütəxəssis rəyinə və ekspert rəyinə istinad etmişdir. Hər iki rəy, birmənalı olaraq üst–üstə düşür. Əslində, iş üzrə verilmiş ekspert rəyi mütəxəssis rəyinin təkrarıdır. Belə olan halda, ekspert rəyi formal xarakter daşıyır. Həm mütəxəssis rəyi və ekspert rəyi, iddiaçı tərəfin sifarişi ilə tərtib edilmişdir. Ekspertin mövqeyinə görə, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması səbəbindən, sırf mütəxəssis rəyinə istinad edilmişdir. Bu isə mötəbər sübut edilə bilməz. İş üzrə təkrar ekspertiza keçirilməsi zəruridir. Məhkəmə mübahisə ilə bağlı heç bir araşdırma aparmadan iş materiallarında olan rəylərə istinad etməklə, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.O, iddiaçı tərəfə məxsus torpaq sahəsini zəbt etməmişdir. İşin nəticəsinə dair qəbul edilmiş qətnamə işin hallarına uyğun deyildir. Həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Şikayətin dəlilləri qətnamənin dəyişdirilməsinə əsas olsa da, ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün 7 dekabr 2023-cü il tarixli qərardadla eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4704 saylı ekspert rəyini daha mötəbər sübut kimi qiymətləndirir. Belə ki, 7 dekabr 2023-cü il tarixli qərardaddan görünür ki, kollegiya tərəfindən ekspert qarşısında işin daha obyektiv həll edilməsi məqsədfi ilə 8 sualdan ibarət qərardad qəbul etmişdir. Həmin qərardad əsasında rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4704 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə İddiaçı mülkiyyətinə **********32 Reyestr nömrəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 5.266.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 2-ci saul üzrə Koordinatlar müəyyən edildikdən sonra **********32 Reyestr nömrəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 3-cü sual üzrə Cavabdeh mülkiyyətinə **********26 Reyestr nömrə:-: olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.0207 ha kənd təsərrüsa.ı təyinatı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 4cü sual üzrə Koordinatlar müəyyən edildikdən sonra **********26 Reyestr nömrəsi 1 Daşınmaz Əmlakın Döviət Reyestrindən çıxarışa əsasən verilmiş 3.0207 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 5-ci sual üzrə İddiaçı mülkiyyətində olan Reyestr nömrəm **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi, Cavabdeh mülkiyyətində olan Reyestr nömrəsi **********26 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.0207 ha kənd təsərrüfath təyinatlı torpaq sahəsi ilə üstüstə düşmür. 6-cı sual üzrə iddiaçıya məxsus Reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 31.63 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdehlər tərəfindən istifadə ediiən 31.69 kv.m torpaq sahəsi hansı hissədən olması mütəxəssis rəyinə əlavə yerquluşu planında ətraflı göstərilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, həmin rəylə müəyyən edilir ki, iddiaçıya məxsus Reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 31.63 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın qismən təmin olunması üçün yuxarıda qeyd edilən normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan suiistifadə ilə əlaqədar deyildir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)- 97/2023 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 31.63 kv.m hissəsindən çıxarılmalıdırlar. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 31.63 kv.m hissəsindən çıxarılsın. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-129/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-129/2024
19.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver