Məhkəmə qərarları › İş №2(107)-1293/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1293/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1293/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, İddiaçı nümayəndəsi (vəkil) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(014)-542/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyaları olan xalça 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yay yorğanı 1 ədəd, yastıq 1 ədəd, balınc 6 ədəd, yataq üstü 2 ədəd, çılçıraq 2 ədəd, güldan 1 ədəd, ütü altı 1 ədəd, tok peçi (çörək bişirən) 1 ədəd, televizor krosnu antena 1 ədəd, paltaryuyan 1 ədəd, saat 1 ədəd, elektrikli süpürgə 1 ədəd, dördayaq uxlov 1 ədəd, çaydan 1 ədəd, vedrə 2 ədəd, yataq 1 ədəd. Karnız xəkəndaz süpürgə 1 ədəd, bunlardan əlavədə cavabdehin özü tərəfindən cehiz əşyaları yığılmış 7 ədəd cehiz karopkasın danibarət cehiz əşyalarının, əmlakların Ağdaş rayon orta Ləki kəndində yeləşən ona və ailə üzvlərinə məxsus mülkiyyətlərində və isifadəsində olan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 22 fevral 2021-ci il tarixli, 2(014)- 542/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə oğlu Yusibov İsmayıl 16.06.2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Cavabdeh onun və ailə üzvlərinin tam mülkiyyət hüququ üzrə adlarına qeydə alınmış və hazırda yaşadıqları Ağdaş rayon, Orta Ləki kəndində yerləşən onlara məxsus mənzilə gəlin gəlmiş, gətirdiyi cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Cavabdehlə evləndikləri ilk vaxtlarda münasibətləri normal olsa da bir müddət sonra cavabdehin xasiyyət və xarakteri səbəbdən Ağdaş rayon məhkəməsinin 19.06.2020-ci il tarixli 2(014)-717/2020 saylı qərarı ilə nikaları pozulmuşdur. Cavabdeh ilə oğlu bir ilə yaxındır ki, ayrılmışdır. Lakin cehiz olaraq gətirdiyi əşyaları bu günədək aparmaqdan imtina edir. Ayrıldıqları vaxtdan etibarən cavabde bir daha evə qayıtmamışdır. Cavabdeh hazırda valideynləri ilə birlikdə Ağdaş rayon Nehrəxəlil kəndində valideyinlərinə məxsus evdə yaşayır. Lakin cavabdehin özünəməxsus cehiz əşyaları hələdə onlara məxsus evdə qalmışdır. Cavabdehin özünə məxsus cehiz əşyalarını ona və ailə üzvlərinə məxsus evdən çıxarması barədə onun özünə və valideynlərinə dəfələlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh könüllü olaraq özünə məxsus həmin cehiz əşylarını aparmamışdır. Cavabdehə məxsus əmlaklar bunlardır: xalça 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yay yorğanı 1 ədəd, yastıq 1 ədəd, balınc 6 ədəd, yataq üstü 2 ədəd, çılçıraq 2 ədəd, güldan 1 ədəd, ütü altı 1 ədəd, tok peçi (çörək bişirən) 1 ədəd, televizor krosnu antena 1 ədəd, paltaryuyan 1 ədəd, saat 1 ədəd, elektrikli süpürgə 1 ədəd, dördayaq uxlov 1 ədəd, çaydan 1 ədəd, vedrə 2 ədəd, yataq 1 ədəd, Karnız xəkəndaz süpürgə 1 ədəd, bunlardan əlavədə cavabdehin özü tərəfindən cehiz əşyaları yığılmış 7 ədəd cehiz karopkası. Hazırda cavabdeh əmlaklarını evdən çıxartmadığı üçün otaqdan istifadə edə bilmirlər. Həmin əmlakları və evi o vəziyyətdə görmək ona oğluna və ailə üzvlərinə mənəvi təsir edir. Bununla da mülkiyyətçi kimi onun və ailə üzvlərinin mülkiyyətində olan mənzilin üzərinə sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüquqları cavabdeh tərəfindən pozulmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin həqiqi hallarına və əsaslara görə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Bildirir ki, onun və ailə üzvlərinin yaşadıqları, yəni gəlin köçdüyü mənzildə iddia ərizəsində göstərilən əmlakdan əlavə də əmlakları var. Məhkəmə iclasında mahiyyətini başa düşmədiyinə və bu ona izah edilmədiyinə görə iddiaçının sözügedən iddia tələbinə qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilən işin yuxarıda qeyd edilən həqiqi halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquq aktlarını rədd etmək üçün gətirdiyi dəlilləri ətraflı göstərməmişdir. Göründüyü kimi, işə baxan Ağdaş Rayon Məhkəməsi işi araşdırarkən iddiaçı tərəfindən verilmiş iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, iddianın təmin edilməsi hallarını tam və aydın əsaslandırmamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh mübahisəli evdən çıxıb getsə də, bugünə kimi onun cehiz əşyaları iddiaçıya məxsus evdə qalmaqdadır. Apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh heç də cehiz əşyalarını evdən çıxarmaqdan imtina etmir, sadəcə əlavə cehiz əşyalarının olmasını iddia edir. Hesab edir ki, bu da başqa bir iddianın əsasıdır. Bundan əlavə cavabdeh artıq Ağdaş Rayon Məhkəməsində 77 adda cehiz əşyasının qaytarılması barədə iddia qaldırmışdır. Ona görə də hazırki apellyasiya şikayəti əsassız oduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(014)-542/2021 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(014)-542/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər; Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 19.06.2020-ci il tarixli 2(014)-717/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia təmin edilmiş, iddiaçı X13 ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş RİHB-in Orta Ləki kənd İƏD üzrə nümayəndəliyində 16 iyun 2017-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, 20 sentyabr 2017-ci ildə anadan olmuş X6 anası Cavabdeh yanında saxlanılması, X5 19 iyun 2020-ci il tarixdən başlayaraq 20 sentyabr 2017-ci ildə anadan olmuş X6 18 yaşına çatana qədər onun saxlanılması üçün Cavabdeh xeyrinə hər ay 100 manat aliment tutulması qət edilmişdir. Ağdaş rayonu, Orta Ləkli kənd Bələdiyyəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli, 39 nömrəli arayışın məzmunundan müəyyən edilir ki, X2 məxsus Orta Ləki bələdiyyəsi ərazisində 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 96 kv.m yaşayış evi vardır. Ağdaş Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli bildirişindən müəyyən edilir ki, iddiaçı X4 cavabdeh İddiaçı Tanrıverdi qızı və X8 qarşı 77 adda cehiz və qızıl-zinət əşyası ilə iddia qaldırmışdır. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçı tərəflərin izahatından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, X13 ilə Cavabdeh 16.06.2017ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə X7 valideyini İddiaçı məxsus Ağdaş rayon Orta Ləki kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. X13 ilə Cavabdeh arasında mübahisə yarandığından cavabdeh atası evinə getmişdir. Cavabdeh əmlakları İddiaçı məxsus evdə qalmış və cavabdeh həmin əmlakları könüllü olaraq çıxarmaqdan imtina etmişdir. Göründüyü kimi cavabdehin sozügedən daşınmaz əmlaka dair heç bir hüququ yoxdur və həmin mənzildə cavabdeh özünə məxsus cehiz əşyalarını saxlamaqla iddiaçının həmin yaşayış evindən istədiyi kimi istifadə etməsinə maneçilik törədir, eləcədə onun öz mülkiyyəti üzərində qanunla qorunan huquqlarını pozur. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə, əsaslanaraq hesab etmişdir ki, iddia təmin olunmalı və cavabdehə məxsus əşyalar iddiaçının evindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, apellyasiya şikayətinin dəlilləri əsasən ondan ibarətdir ki, cavabdeh heç də iddiaçıya məxsus olan evdən cehiz əşyalarının çıxarılmasını deyil, onun həmin evdə digər əşyalarının da olmasını mübahisələndirir və bunu birinci instansiya məhkəməsində qarşılıqlı iddia ilə müraciət etməməsi ilə əlaqələndirir. İkincisi, kollegiya belə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili üzrə əlavə araşdırmaya artıq ehtiyac yoxdur. Çünki iş materialları ilə təsdiq olunur ki, cavabdeh artıq Ağdaş Rayon Məhkəməsində 77 adda qızıl-zinət və cehiz əşya tələbi ilə iddia qaldırmışdır. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilinə, yəni mebelə dair iddianın rədd olunmasına münasibət bildirən kollegiya qeyd edir ki, iddia tələbində belə bir predmet mübahisələndirilməmiş, işə baxan birinci instansiya məhgkəməsi də buna toxunmamışdır. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassıdır. Dördüncü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla, həmin əmlaka gözlənilən mülkiyyət hüququ var. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan evə gözlənilən mülkiyyət hüququna malik olmaqla cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi isə mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(014)-542/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar