Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1293/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evdən çıxarma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: evdən çıxarma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evdən çıxarma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən 25 iyun 2011-ci il tarixli ********** qeydiyyat nömrəli **********85-10301 reyestr nömrəli Çıxarışla Yevlax rayonu, Aran qəsəbəsində 0.0603 ha torpaq sahəsi hər birinin 1/7 payı olmaqla İddiaçı, X4, X13, X10, X5, X8, X6 ümumi paylı mülkiyyətində, 180.52 kvm sahəsi olan fərdi yaşaşyış evi isə İddiaçı tam mülkiyyətindədir. Cavabdeh1 iddiaçının mərhum oğlu X7 arvadıdır. X14 xx.xx.2016-cı ildə ölmüşdür.Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 idiaçının nəvələri, birinci cavabdehin övladlarıdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla onların mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, ev ona məxsusdur. Üç ildir məhkəmə prosesi davam edir. Cavabdehlərin qeyd şərtsiz onun evindən çıxarılmasını istəyir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, , iddiaçının Yevlax rayonu, Aran qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evində hazırda cavabdehlər yaşayır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla onların mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəməyə müraciət edərək həmin evdə istifadə hüquqlarının tanınmasını xahiş etmişlər. Bu səbəbdən hazırki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə qətnaməsi ilə iddiaları rədd edilmişdir.
5. Mübahisəli mənzildən istifadə ilə əlaqədar tərəflər arasında mübahisəli hüquq münasibətinin 2013-cü ildə yaranması ilə əlaqədar mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. İş materiallarnda olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, cavabdehlərin həmin evdə istifadə hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin evdən çıxarılması ilə bağlı iddia ərizəsi ilə 05 may 2022-ci il tarixdə müraciət etmişdir. Bu müddət ərzində cavabdehlərin özləri üçün yaşayış yeri tapmaq (ev inşa etmək, almaq) imkanları olmuşdur. Bu səbəbdən də cavabdehlərin həmin evdə iki il müddətində yaşamaq hüququnun verilməsi iddiaçının mənafeyinə ziddir.
6. Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Yevlax ŞİHB-nın Aran qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyinin 28 mart 2022-ci il tarixli 362 saylı arayışı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 25 fevral 2022-ci il tarixli **********21 saylı məktubu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 iyun 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(039)-1717/2022 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(107)-112/2024 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(102)- 1756/2024 saylı qərarı
9. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, baxmayaraq ki, onların hər birinin mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququnun tanınmamasına dair qanuni qüvvəsini almış məhkəmə aktı vardır. Lakin, bütün hallarda onların hər birinin özünə normal yaşayış şəraiti yaratmaq üçün onlara müddət verilməli idi. Məhkəmənin üşin bu halına hüquqi qiymət verməməsi işin birtərəfli və səhti aparıldığını göstərir. Cavabdeh1 mülkiyyətində heç bir yaşayış sahəsi və ya həyətyanı torpaq sahəsi yoxdur. Oğlanlarının hər biri evlidirlər və oğlanlarının da evləri yoxdur. Cavabdeh2 Yevlax rayonu Aran qəsəbəsində xüsusi mülkiyyətimdə 0.07 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq həmin torpaq sahəsində heç bir tikili yoxdur. Özü ailəlidir. Bir övladı – qızı vardır. Azyaşlı övladıyla birlikdə küçələrdə yaşaya bilmir. Cavabdeh3 oğlunun Yevlax rayonu Aran qəsəbəsində xüsusi mülkiyyətində yarımçıq tikili yaşayış sahəsi vardır ki, həmin tikili yaşayış üçün yararlı deyildir. O ailəlidir, 2 azyaşlı oğlu vardır. Kredit pul vəsaiti götürərək yarımçıq tikilini inşa etdirmişdir. Kredit öhdəliklərinin tam ödənilib qurtarmasına 4 ildən artıq vaxt lazımdır ki, o, yenidən bəlli bir məbləğ kredit pul vəsaiti götürüb yaşayış evini qismən yaşayış üçün yararlı hala gətirə bilsin. Kredit öhdəliklərinin sonu 2028-ci ildə başa çatacaqdır. Cavabdeh tərəf olaraq hər üçünün daşınmaz əmlakla bağlı qanuni rejimi barədə məlumatlar, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-112/2024 saylı Qətnaməsinin 7–ci səhifəsinin birinci abzasında qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh tərəf olaraq onların hər biri ayrı – ayrılıqda ayrıca təsərrüfatı idarə edən şəxslərdir. Çünki, Cavabdeh2 və Cavabdeh3 ailəli olmaqla himayələrində həyat yoldaşları və azyaşlı uşaqları vardır. Ağır maddi şəraitdə yaşayan hər bir ailənin qeyd şərtsiz evdən çıxarılması, o cümlədən özlərinə yurd – yuva düzəldə bilinməsi üçün müəyyən vaxt kəsiyində (formalaşdırılmış təcrübədə 2 ildir) möhlət verilməməsi onların hər birinə münasibətdə qanunsuz və əsassızdır.
11. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)- 17/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdehlər Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)- 17/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, Daşınmaz əmlakın dövlət reyestrindən 25 iyun 2011-ci il tarixli ********** qeydiyyat nömrəli **********85-10301 reyestr nömrəli Çıxarışla Yevlax rayonu, Aran qəsəbəsində 0.0603 ha torpaq sahəsi hər birinin 1/7 payı olmaqla İddiaçı, X4, X13, X10, X5, X8, X6 ümumi paylı mülkiyyətində, 180.52 kvm sahəsi olan fərdi yaşaşyış evi isə İddiaçı tam mülkiyyətindədir. Cavabdeh1 iddiaçının mərhum oğlu X7 arvadıdır. X14 xx.xx.2016-cı ildə ölmüşdür.Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 idiaçının nəvələri, birinci cavabdehin övladlarıdır. Cavabdehlərin mübahisəli fərdi yaşayış evində istifadə hüquqlarının olmaması halhazırd qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(107)-112/2024 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ona görə də, cavabdehlərin mübahisəli evə istifadə hüquqlarının olmaması artıq hazırki məhkəmə baxışının predmeti ola bilməz.
21. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri Mənzil Məcəlləsinin 30.4cü maddəsinə əsasən yaşaşyış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünün müəyyən müddətə həmin yaşayış sahəsində saxlanılması hüququ ilə bağlıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd edilib ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərari). Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Kollegiya qeyd edir ki, qanunun nəzərdə tutduğu yaşaşyış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünün müəyyən müddətə istifadə hüququnun saxlanılması “özlərinə yurd – yuva düzəldə bilməsi üçün müəyyən vaxt kəsiyində möhlət verilməsi”ni deyil, maddi vəziyyəti və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini nəzərdə tutur. Hazırki halda isə cavabdehlər özləri də başqa mülkiyyətlərinin olduğunu etiraf etmişlər. Bu faktla birlikdə cavabdehlərin mübahisəli evə istifadə hüququnun 2016-cı ildə itirilməsi və həmin vaxtdan bugünə qədər 8 il keçməsi də göz önünə alındıqda kollegiya iş materiallarında cavabdehlərin mübahisəli evə istifadə hüququnun daha da artıq saxlanılmasını zəruri edən hallara dair sübutların mövcud olmadığı qənaətinə gəlir.
23. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.