Məhkəmə qərarları › İş №2(107)-1298/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1298/2022

29.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1298/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh X1 İstismar İdarəsinə qarşı (Açar sözlər: işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi, iddia müddəti) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynоv Elçin Şirin oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikоv Vəzirxаn İsgəndər оğlundan ibarət tərkibdə, Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - X3; Cavabdeh - Cavabdeh nümayəndəsi X9 iştirakı ilə, iddiaçı X3 Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(033)-729/2022 saylı qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X8 Cavabdeh Zaqatala X20 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində əmək müqaviləsinin ləğv olunması haqqında 24 sentyabr 2021-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Regionlar üzrə Qaz İstismar idarəsinin 22 iyul 2002-cu il tarixli, 01 saylı əmrinə əsasən idarənin X24 sahəsinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. Cavabdeh Regionlar üzrə Qaz İstismar idarəsinin ləğv edilməsi ilə əlaqədar X24 Sahəsinin 42-K saylı, 23 fevral 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək maqaviləsi bağladığına görə) idarə ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ağsu X18 İdarəsinin 353 K saylı, 23 fevral 2015-ci il tarixli əmri ilə o, idarənin Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və bu barədə aralarında 353 saylı, 24 fevral 2015-ci il tarixli Əmək müqaviləsi imzalanmışdır. Cavabdeh təşkilatın rəisinin Əmr № SOCAR 2129 saylı, 24 Sentyabr 2021-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. İşdən azad olunması barədə əmrin surəti 24 sentyabr 2021-cı il tarixdə ona təqdim olunmuşdur. Lakin vaxtında iddia ərizəsini məhkəməyə verməməsinin səbəbi Mediasiya sessiyasından iştirak etməsi yəni mediyasiya gec keçirdiyinə görə ərizəsini vaxtında verə bilməmişdir. Heç bir əsas olmadan onun əmək müqaviləsinə xitam verilmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 15 iyul 2021-ci 657 saylı arayışında xəstəliyi barədə qeyd edilmişdir ki, o, “Menyer xəstəliyi” diaqnozu ilə dispanser qeydiyyatındadır və həmin arayışı idarəyə təqdim etmişdir ki, onu yüngül işlə yəni evinə yaxın yerdə işlə təmin etsinlər, lakin onu qəsdən Ağdaş Rayon Aralbir kəndinə, yəni uzaq kəndlərə yollamışlar. Cavabdehin onun işdən azad olunması barədə həmin əmrini aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız hesab edir, həmin əmr ləğv edilməklə o, işinə bərpa olunmalı və məcburi iş buraxmaya görə görə əmək haqqı almalıdır. Belə ki, cavabdeh onu işdən azad edərkən heç bir qanunvericilik normalarına əsaslanmamış, səbəbsiz yerə onu işdən azad etmişdir. Həmkarlar İttifaqının iclası keçirilən zaman sahənin rəisi hadisəni danışandan sonra onun işdən azad olunmasını söylənmiş və iclas iştirakçıları rəhbərliyin mövqeyini müdafiə etmişlər. O, işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər mənfi hallara yol verməmişdir. Ona görə də işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış, töhmət və şiddətli töhmət verilməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, peşəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmişdir. Hətta faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə idarənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Cavabdeh orqanın rəhbərinin qərəzli mövqeyinə inanaraq Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan onu işdən azad etməsi ədalət prinsipinə və həmçinin Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlmir. Ona qarşı belə qərəzli mövqe tutmuş cavabdeh təşkilat ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, işinə vicdanla yanaşmağına hörmətlə yanaşmalı, indiki çətin vəziyyətdə balalarına bir tikə çörək pulu qazanmasına bais olmamalı idi. Belə ki, cavabdeh onu Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəni iki hissədən ibarət olmaqla “yaxud” sözü ilə ayrılır və “əmək vəziflərinin kobud şəkildə pozulması” ikinci hissəyə aid olmaqla 72-ci maddədə nəzərdə tutulur. (70-ci maddənin ç bəndi: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda). Göründüyü kimi cavabdeh onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də əslində həmin Məcəllənin 72-ci maddəsini tətbiq etmişdir ki, həmin maddədə sadalanan halların heç biri baş verməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3cü bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə görə isə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, menyer xəstəliyindən əziyyət çəkir və İİ qrup əlildir. Onu qanunsuz olaraq işdən azad etmişlər. Belə ki, o, xəstəliyi ilə əlaqədar onu yüngül işlə yəni evinə yaxın yerlə işlə təmin edilməsini cavabdeh təşkilatdan dəfəlrələ xahiş etəsə də, qəsdən onu xidmət etməsi üçün Ağdaş Rayon ucqar Aralbir kəndinə göndərmişlər. O, müdiriyyətdən əvvəlki yerinə qaytarılmasını xahiş etsə də, buna məhəl qoyulmamışdır. O, da əsəbləşərək səhər işə gəlib tabelə imsa atdıqdan sonra işə çıxmamışdır. Bundan sonra onun barəsində xidməti yazı yazılmış və ona işə davamiyyət tabelinə imza etməyə icazə verməmişlər. O, cavabdehin qanunsuz hərəkətlərinə görə rayon Prokurorluğuna müraciət etmiş və bundan sonra ona tabelə qol çəkdirmişlər. Hazırda onun xəstəliyinə görə sığortası var və onu əsassız olaraq işdən azad etmişlər. İddianın təmin eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etiraza uyğun izahat verərərk işşi R.Mustafayevin dəfələrlə onunla bağlanmış əmək müqaviləsinin şərtlərini pozduğunu, son vaxtlar isə ümumiyyətlə işə gəlmədiyini bidirərərk iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(033)-729/2022 saylı qətnaməsi ilə İddiaçı X3 Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı Zaqatala RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. İddiaçı əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozduğu üçün, ona cavabdehin xx.xx.2018-ci il tarixli 227/Ü saylı əmri ilə “töhmət”, xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00153 saylı əmri ilə “töhmət”, xx.xx.2021-ci il tarixli SOCAR**********00040020A00193 saylı əmri ilə “töhmət” intizam tənbehləri verilsə də, o, öhdəliklərini və əmək funksiyalarını pozmaqda davam edərək xx.xx.2021-ci il tarixədək 13 iş günü üçün səhər saatlarında işə davamiyyət jurnalını imzalasa da, sonra heç bir tapşırıq almadan və məlumat vermədən iş yerini tərk etmiş, xx.xx.2021-ci il tarixdə onun yaşadığı Ağdaş şəhəri qəsəbəsi Sabir küçəsində yerləşən mənzildə qaynanası X2 adına quraşdırılmış və müdaxilə edilərək hesablama çarxları geri çəkilərək sərfiyyat azaldılmış, bununla da müəssisənin istehlak olunmuş qazın dəyərini tələb etmək hüququnu pozmaqla, qanuni mənafeyinə ciddi xələl dəyməsinə səbəb olan sayğacın göstəricisini qeydə alan cavabdehin işçilərini və rəhbərlərini ünvanlarına söyüşlər söyməklə təhqir etmiş, hədələmiş və qeyd olunan ünvana gəlməmələrini təkid etmiş, hadisə ilə bağlı izahat verməkdən imtina etmişdir. Təhkim edildiyi sahənin müxtəlif ünvanlarında qaz sızmaları baş versə də, bu barədə müəssisəyə hər hansı yazılı məlumat verməmişdir. Həmkarlar İttifaqı xx.xx.2021-ci il tarixli iclas qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və xx.xx.2021-ci il tarixli SOCAR **********000070020B00179 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına müraciət etmiş və xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə işdən çıxarıldlğını nəzərə alsaq o, Mediatora müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 01 ay müddətini üzürsüz səbəbdən buraxmışdır. Cavabdeh ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan, nəticədə müəssisənin istehlak olunmuş qazın dəyərini tələb etmək hüququ pozulmaqla, qanuni mənafeyinə ciddi xələl dəydiyindən, məlumat vermədiyi çoxsaylı qaz sızmaları qaz itkisinə səbəb olmaqla cavabdehi zərərə uğratdığından, bununla da cavabdeh onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olduğundan, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından, eyni zamanda iddiaçı tərəfindən bu tələb üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsi törəmə tələb olaraq iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunubolunmamasından asılı olduğundan, iddia tələbi bütövlükdə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 71, 72, 80, 294, 296-cı maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləssinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləssinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən Əmək Məcəlləsinin edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəllləsinin 187-ci maddəsinin 1 ci bəndinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2. intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. 189-cu maddəsinin 1 -ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 12-ci maddəsinin 1 -ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Azərbaycan Respublikası Əmək Məcəlləssinin 84-cü maddəsinin 1 -ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə Əmək Məcəlləsinin öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71 -ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin nümayəndəsi X11 məhkəmə kollegiyasına etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdeh X1 istismarı İdarəsinə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri olmuş İddiaçı barəsində daxil olmuş xidməti yazılar və araşdırma materialları üzrə onun əmək fəaliyyəti zamanı müqavilə və peşə öhdəliklərini kobud şəkildə pozduğu müəyyən edilmişdir. 1. İddiaçı işə qəbulu ilə bağlı hərəkətlər: İddiaçı xx.xx.1975-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsində doğulmuş, rayonun Sabir küçəsi 3/1-də pasport qeydiyyatında olmaqla yaşayır. İddiaçı xx.xx.2018-ci il tarixli 169 saylı ərizəsi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixli 165 nömrəli müddətli əmək müqaviləsi bağlanılmış və Zaqatala RQİİ-nin xx.xx.2018ci il tarixli 169/k saylı əmri ilə RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. İddiaçı arasında bağlanılmış əmək müqaviləsi xx.xx.2018-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsinin bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bundan əlavə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı ona peşə təlimatı da elan etdirilərək imzalatdırılmışdır. Həmçinin sonuncu dəfə Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli S0CAR**********00040020A00129 saylı əmrlə İddiaçı 756 istehlakçının qeydiyyatda olduğu Ağdaş rayonu Aralbir, Araliki və Xosrov kəndlərinə təhkim edilmişdir. 2. Əmək fəaliyyəti dövründə İddiaçı barəsində görülmüş tədbirlər: İddiaçı əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmuş, onun təqsirli hərəkətləri nəticəsində müəssisəyə xeyli miqdarda zərər vurulmasına şərait yaratmış, xidməti ərazisində aşkar edilmiş nöqsanlar barədə əvvəlcədən müəssisəyə məlumat verməmiş, nəticədə işəgötürən tərəfindən barəsində bir neçə dəfə intizam tənbehləri verilmişdir. Belə ki... 2.1. Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli 227/Ü saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən “töhmət” elan edilmişdir (səbəb: xidməti ərazisində istehlakçıların qaz hesablarında istehlak etdiyi təbii qazın dəyərinin ödənişin təmin edilməsi və bununla bağlı digər tədbirlərin görülməsində nöqsanlara yol verməsi); 2.2. Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli S0CAR**********00040020A00153 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən “töhmət” elan edilmişdir (səbəb: daxili intizam qaydalarını kobud şəkildə pozaraq rəhbər işçiyə qarşı nalayiq ifadələr etməsi); Qeyd: İddiaçı əmrlə razılaşmayaraq töhmət intizam tənbehinin ləğv edilməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun iddia tələbi məhkəmənin xx.xx.2021-ci il tarixli 2(033)-197/2021 saylı qətnaməsi ilə rədd edilmişdir. 2.3. Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli S0CAR**********00040020A00193 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən “töhmət” elan edilmişdir (səbəb: xidməti ərazisində istehlakçıların qaz hesablarında istehlak etdiyi təbii qazın dəyərinin ödənişin təmin edilməsi və bununla bağlı digər tədbirlərin görülməsində nöqsanlara yol verməsi); Lakin İddiaçı tərəfindən barəsində əvvəllər verilmiş əmək və icra intizamı tədbirlərindən nəticə çıxarmamış və xidməti fəaliyyətini pozuntulara yol verməklə davam etdirmişdir. 3. İddiaçı barəsində sonuncu dəfə xidməti araşdırmaya dair detallar: RQİİ-nin Ağdaş xidmət sahəsindən daxil olmuş bir neçə xidməti yazıda, o cümlədən 12 yanvar 2021-ci il tarixli S0CAR**********30560046X00139 saylı, 10 mart 2021-ci il tarixli SOCAR**********30560046X01402 saylı, 25 iyun 2021-ci il tarixli SOCAR**********30560046X03377 saylı, S0CAR**********30560046X05042 saylı 13 sentyabr 2021-ci il tarixli xidməti məktublardan göründüyü kimi M.R.Musatafeyvin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqələrində göstərilən günlər istisna olmaqla digər iş günlərində səhər işə davamiyyət jurnalına imza etmiş, lakin iş yerinə çıxmamışdır. Araşdırma ilə bağlı aparılan izahat işlərində İddiaçı veridiyi bütün izahatlarda onun təhkim edildiyi sahəyə çıxmamasının səbəbləri kimi səhər işə davamiyyət jurnalına imza etdikdən sonra ərazinin yaşayış yerindən uzaqda və “Menyer” xəstəsi olduğundan getmədiyini göstərmişdir. Araşdırmaya müxtəlif tarixlərdə təqdim edilmiş aktlarda, həmçinin sonuncu dəfə 01-xx.xx.2021-ci il tarixədək 13 iş günü üçün tərtib edilmiş aktlar da İddiaçı səhər saatlarında işə davamiyyət jurnalına öz imzasını atdıqdan sonra heç bir tapşırıq almadan və məlumat vermədən iş yerini tərk edir, onun xidməti sahəsinə köməkçi işçi kimi verilən "xxxx" MMC-nin nümayəndələri (Rəfail Əliyev, Nurlan Kazımov, Məsud Hacıyev) də İddiaçı iş yerində olmadığını təsdiq etmişlər. Bundan başqa sözügedən sonuncu SOCAR**********30560046X05042 saylı xidməti yazıda xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində iş vaxtı Ağdaş rayonu üzrə TQQSXnin çilingəri X16 və müəssisənin digər əməkdaşı TBX-nin çilingəri X5 rayonu Sabir küçəsində Fəxriyyə Şahmuradovaya məxsus sayğacın göstəricisini qeydə alan zaman həmin mənzildən İddiaçı çıxaraq onlara və rəhbərlərinə qarşı nalayiq söyüşlərlə təhqir edərək hədələmiş və qeyd olunan ünvana gəlməməyi təkid etmişdir. Bununla bağlı aparılan izahat işlərində də hadisə yerində olan işçilər faktı təsdiq etmişlər. Lakin qeyd olunan tarixdə baş vermiş hadisə ilə bağlı hadisəni törədən İddiaçı izahat tələb olunsa da o izahat verməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı hazırda faktiki olaraq qaynanası Fəxriyyə Şahmuradovaya məxsus mənzildə yaşayır. Bundan əlavə əvvəlki tarixdə araşdırmaya verilən 06 iyul 2021-ci il tarixli SOCAR**********0560046X03619 xidməti yazıda göstərilmişdir ki, İddiaçı təhkim edildiyi sahənin müxtəlif ünvanlarında qaz sızmaları baş vermiş, lakin bu barədə müəssisəyə hər hansı yazılı məlumat verilməmişdir. Bundan başqa onun yaşadığı Ağdaş şəhəri Ləki qəsəbəsi Sabir küçəsində yerləşən mənzildə X2 adına quraşdırılmış G-4 markalı ********* nömrəli sayğac xx.xx.2021-ci il tarixdə yenisi ilə əvəz edilərkən faktiki göstəricisi 4182 m3 olduğu halda AGİS abonent bazasında 7380 m3 olduğu, sayğac göstəricisinin sonradan müdaxilə edilərək hesablama çarxları geri çəkilərək sərfiyyat azaldılmışdır, sözügedən sayğac qutu ilə mühafizə olunmuş və onun açarı abonentə verilmişdir. Bundan əlavə M.R.Musatafayevin xidməti ərazisində bu günədək ayı-ayrı vaxtlarda seçmə üsul ilə aparılan yoxlamalar zamanı 2021-ci ilin iyul ayınadək 101 fakt üzrə qazdan istifadə qaydalarının pozulması halları aşkar edilmiş, onun nəticələri müvafiq qaydada sənədləşdirilməklə qaz paylayıcısına təkçə istismara yararsız vəziyyətə gətirilən qaz sayğaclarının dəyəri istisna olmaqla itirilmiş təbii qazın həcminə görə 209403 m3 və ya 23752.50 manat həcmində maddi ziyan dəymişdir (siyahı əlavə edilir). Göründüyü kimi M.R.Musatafayev cavabdeh olduğu xidməti sahəyə çıxmamaqla həmin ərazidə qazdan istifadə qaydalarının pozulmasına şərait yaratmış və müəssisəyə küllü miqdarda ziyan vurulmuşdur. Araşdırma materiallarının nəticələrinin mübahisəsiz halı ondan ibarətdir ki, M.R.Musatafayev iş günlərində faktiki olaraq iş yerinə çıxmamış, xəstəlik vərəqələrində üzürlü göstərilən günlərdən başqa digər günlərdə səhər saatlarında işə davamiyyət jurnalına imza edərək iş yerini heç bir məlumat vermədən özbaşına tərk edir. Göstərilən fakt araşdırma materialları, İddiaçı yazılı və video çəkilişlə verilən izahatlarda, ərizələrdə, təqdim edilmiş aktlarda və digər sənədlərdə öz təsdiqini tapmışdır. Həmçinin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)197/2021 saylı qətnaməsində müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və müəssisə daxili intizam qaydalarına əməl etməmiş, 10 avqust 2020-ci il tarixdə nəzarətçi çilingərlərinə ümumi iclas keçirilən zaman iclasa rəhbərlik edən-rəis müavini tərəfindən hər bir çilingərə yeni ərazi bölgüsü üzrə sahələrə nəzarət edəcəkləri elan edilmişdir. Bu zaman çilingərlərdən İddiaçı bölgü əsasında nəzarət edəcəyi sahələrə çıxmayacağını bildirmiş, rəis müavini X14 üzünə qarşı nalayiq sözlər işlətmişdir. Nəticədə İddiaçı tərəfindən əmək vəzifələri və intizam qaydaları pozulmuşdur səh: 3, ab. 9). Bundan başqa İddiaçı yuxarı instansiyalara etdiyi ərizələrdə də onun təhkim olunduğu sahəyə çıxmadığını dolayısı ilə təsdiq etməkdədir. İddiaçı xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasında qeydə alınmış 126 iş gününün 88 günü üzürlü səbəbdən işə çıxmamış və həmin günlər üçün müəssisəyə əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etmişdir. Göstərilən dövr ərzində isə fevral ayında 5, mart ayında 13, iyun ayında 13, iyul ayında 20 gün, avqust ayında 22 gün, sentyabr ayında 15 gün, ümumilikdə 88 gün faktiki iş yerində olmalı olduğu günlərdə işdə olmamışdır. Lakin araşdırmaya təqdim edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı faktiki işləməli olduğu günlərdə yəni 2021-ci ilin 10, 11, 14, 22 iyun, 01, 02, 05-09, 12-16 iyul, 01-17 sentyabr tarixlərində faktiki iş yerinə çıxmır. Beləliklə, İddiaçı fəaliyyəti dövründə əmək müqaviləsi və peşə təlimatı üzrə əmək funksiyalarınızı kobud şəkildə pozur, iş vaxtı iş yerində olmur, iş vaxtı xidməti vəzifələrini icra edən iş yoldaşlarına qarşı etik davranış qaydalarını pozmaqla kobud rəftar edir, eyni zamanda xidməti sahənin nəzarətsizliyindən həmin ərazidə qazdan istifadə qaydalarının pozulması halları çoxalmaqdadır və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən heç bir nəticə çıxarmır. 4. Əmək müqaviləsi və peşə təlimatı üzrə öhdəliklərinin pozulması halları: Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı fəaliyyəti dövründə əmək müqaviləsi və peşə təlimatı üzrə əmək funksiyalarını kobud şəkildə pozmuş və iş vaxtı xidməti vəzifələrini icra etməsindən mütəmaddi olaraq yayınmışdır. Sözügedən nöqsanlar işçinin bilavasitə vəzifə öhdəliklərinə biganə münasibət bəsləməsini təsdiq edir. Eyni zamanda istismarda olan qaz sayğacına müdaxilə edilməsinə və digər şəkildə təbii qazdan istfadə qaydalarının pozulmsına şərait yaradır. Əgər xidməti ərazidə istehlakçının mənzilində qaz sayğacında hər hansı qüsurun mövcud olması və ya oxunma dövründə hər hansı çətiliyin yaranması müəyyən edildiyi halda qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri tərəfindən xidmət rəisinə yazılı məlumatın verilməsi onun vəzifə öhdəliyidir. Tərəflər arsında hüquq və vəzifələri müəyyən edən və hazırda qüvvədə olan hər il bir il müddətinə uzadılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 4-cü bölməsində işçi üçün iş saatı 09:00-dan 18:00-dək müəyyən edilmiş, həmin saatlarda onun iş yerində olması üzürlü səbəblər istisna olmaqla məcburidir. Peşə təlimatında da qeyd olunur ki, qaz avadanlıqları istismarı və təmiri üzrə çilingəri İdarənin daxili intizam qaydalarının bilməli və həmin qaydalara riayət etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməsidir. Lakin bununla belə İddiaçı nizam intizam qayadalarını, üzərinə götürüdüyü öhdəlikləri pozmaqla xəstəlik vərəqələrində göstərilən üzürlü günlər istisna olmaqla işə çıxmalı olan günlərdə səhər saatlarında işə davamiyyət jurnalına imza edərək iş yerini özbaşına tərk edir. İddiaçı işə çıxmaması və ya iş yerini özbaşına tərk etməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən aparılmış araşdırmanın nəticəsi olaraq onun yol verdiyi nöqsan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində və onunla bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliklərinin pozulması ilə bağlı həmin məcəlləinin 70 maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə əsas verir. 5. İddiaçı barəsində Həmkarlar təşkilatına TƏQDİMAT verilməsi; beləliklə daxil olmuş xidməti məlumatların, aşkar edilmiş və dövr ərzində qeydə alınan ciddi qanun pozuntularını onun əmək müqaviləsi və peşə təlimat üzrə əsas öhdəlikləri ilə əlaqəli şəkildə təhlili TQQ və SXnin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində və onunla bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliklərinin pozulmasına ciddi əsas vermiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin müzakirəsinə səbəb olmuşdur. Bununla əlaqədar olaraq, RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi üçün xx.xx.2021-ci il tarixli SOCAR**********30560046X02063 saylı təqdimat hazırlanmış və baxılması üçün toplanmış materiallarla qanunvericiliyin tələblərinə uyğun olaraq Zaqatala RQİİ-nin Həmkarlar təşkilatına müraciət edilmişdir. Həmkarlar təşkilatında İddiaçı barəsində təqdimata baxılması; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsinə dair xx.xx.2021-ci il tarixli SOCAR**********30560046X02063 saylı Təqdimat Həmkarlar təşkilatına daxil olduqdan sonra aidiyyatı üzrə hazırlıq işləri görülmüşdür. Bu tədbirlər çərçivəsində Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2021ci il tarixdə nəzərdə tutulmuş iclasında sözügedən təqdimatın müzakirəsi ilə bağlı əvvəlcədən İddiaçı rəsmi qaydada və telefon vasitəsilə məlumatlandırılmışdır. İddiaçı Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2021-ci il tarixində baş tutmuş iclasında iştirak etməmişdir. Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2021-ci il tarixində baş tutmuş iclasında Zaqatala RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq Həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli 05 saylı rəy tərtib edilərək Zaqatala RQİİ-yə təqdim edilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi; Həmkarlar təşkilatının Zaqatala RQİİ-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 05 saylı rəyi və digər sənədlər əsasında Zaqatala RQİİ-nin 24 sentyabr 2021-ci il tarixli SOCAR**********00070020B00179 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2021-ci il tarixli xxxxxxx00004X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixli SOCAR**********30560046X02117 saylı məktub təqdim edilərək əmək kitabçası, əmrin surəti və digər sənədlərin surətinin Zaqatala RQİİ-dən götürülməsi xahiş edilmişdir. Lakin İddiaçı SOCAR**********10170469X00039 saylı ərizə təqdim edərək göstərilən sənədlərin məktub vasitəsilə ona göndərilməsini xahiş etdiyindən həmin sənədlər ona poçt vasitəsilə təqdim edilmişdir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 11. Məhkəməyə müraciət edilərkən İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətin ötürülməsi: İddiaçı xx.xx.2021-ci il tarixli mediasiya prossesinin tətbiqi barədə təkliflə Zaqatala RQİİ-yə müraciət etmiş (d/o: xx.xx.2021,46X00980). Lakin Ağdaş şəhərində mediator X15 xx.xx.2022-ci il tarixdə 91 saylı mediasiyaya dəvət məktubu hazırlayaraq Zaqatala RQİİnin xx.xx.2022-ci il saat 12:30-da nəzərdə tutulmuş mediasiya prossesinə dəvət etmişdir (d/o: xx.xx.2022, 33B00570). Yalnız hazırda məhkəmə icraatı zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli 70 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı məhkəməyə müraciət etdiyi dövrədək işə bərpa ilə bağlı bir aylıq müddət axımı bir neçə dəfə kəsilmiş və ya sonra yenidən başlınmışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə mediasiya prossesinin tətbiqi barədə təkliflə xx.xx.2021-ci ildə Zaqatala RQİİ-yə müraciət ediləndə mediasiya prossesi başlamış və təklif xx.xx.2021-ci il tarixdə cavabdehə təqdim edilmişdir. Təkliflə bağlı 10 günlük prossesual müddət başlamış xx.xx.2021-ci ildə başlamış və xx.xx.2021-ci ildə başa çatmışdır. Başqa sözlə bir aylıq prossesual müddətin axımı xx.xx.2021-ci ildə dayanmış və xx.xx.2022-ci ildə yenidən başlamışdır. Daha sonra İddiaçı 4 ay 21 gün sonra xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına müraciət etmiş və müddətin axımı həmin tarixdən yenidən dayanmışdır. Daha sonra isə İddiaçı xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir və həmin tarixdən müddət axımı yenidən başlamışdır. Daha sonra İddiaçı 2 ay 25 gün sonra xx.xx.2022-ci il tarixdə işə bərpa tələbi ilə bağlı Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, işə bərpa tələbi ilə bağlı bir aylıq müddət axımı xx.xx.2021xx.xx.2021 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə dayanmış vəziyyətdə olmuş, xx.xx.2021-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında isə 7 ay 16 gün müddət axımı davam etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respubliikası Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2- cimaddəsinə əsasən, bu Qanunun 32.1.9cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Həmin Məcəllənin 36.2. Rəsmi yaşayış yeri, olduğu yer hüquqi ünvanı üzrə verilə bilər. Mülki iş materiallarından və iddiaçının təqdim etdiyi iddia ərizəsindən də göründüyü kimi cavabdeh qismində cəlb olunan Zaqatala X18ı İdarəsinin hüquqi ünvanı ünvan 2 aidiyyatı üzrə Zaqatala şəhərində yerləşən mediator tərəfindən keçirilməli idi. Lakin iş materiallarında alan xx.xx.2022-ci il tarixdə 91 saylı mediasiyaya dəvət məktubunda və xx.xx.2022-ci il tarixli 70 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi ilkin mediasiya sessiyası Ağdaş şəhərində mediator X15 tərəfindən keçirilmişdir ki, bu da tamamilə qanunsuzdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il e-2(033)-72/2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və Cavabdeh X1 istismar İdarəsinin SOCAR 2129 saylı, 24 sentyabr 2021-ci il tarixli əmrinin ləğv edilərək onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il e-2(033)-72/2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə görə, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 28 dekabr 2004cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə müvafiq olaraq, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1- ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala rayon Məhkəməsinin 2(033)- 729/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-729/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı, Zaqatala RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. İddiaçı əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozduğu üçün, ona cavabdehin xx.xx.2018-ci il tarixli 227/Ü saylı əmri ilə “töhmət”, xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00153 saylı əmri ilə “töhmət”, xx.xx.2021-ci il tarixli SOCAR**********00040020A00193 saylı əmri ilə “töhmət” intizam tənbehləri verilsə də, o, öhdəliklərini və əmək funksiyalarını pozmaqda davam edərək xx.xx.2021-ci il tarixədək 13 iş günü üçün səhər saatlarında işə davamiyyət jurnalını imzalasa da, sonra heç bir tapşırıq almadan və məlumat vermədən iş yerini tərk etmiş, xx.xx.2021-ci il tarixdə onun yaşadığı Ağdaş şəhəri qəsəbəsi Sabir küçəsində yerləşən mənzildə qaynanası X2 adına quraşdırılmış və müdaxilə edilərək hesablama çarxları geri çəkilərək sərfiyyat azaldılmış, bununla da müəssisənin istehlak olunmuş qazın dəyərini tələb etmək hüququnu pozmaqla, qanuni mənafeyinə ciddi xələl dəyməsinə səbəb olan sayğacın göstəricisini qeydə alan cavabdehin işçilərini və rəhbərlərini ünvanlarına söyüşlər söyməklə təhqir etmiş, hədələmiş və qeyd olunan ünvana gəlməmələrini təkid etmiş, hadisə ilə bağlı izahat verməkdən imtina etmişdir. Təhkim edildiyi sahənin müxtəlif ünvanlarında qaz sızmaları baş versə də, bu barədə müəssisəyə hər hansı yazılı məlumat verməmişdir. Həmkarlar İttifaqı xx.xx.2021-ci il tarixli iclas qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və xx.xx.2021-ci il tarixli SOCAR**********000070020B00179 nömərli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında da iddiaçı əmək intizamını pozaraq dəfələrlə səhərlər işə gəlib tabelə imza atdıqdan sonra işə çıxmadığını etiraf etmiş və bunu xəstəliyi ilə əlaqələndirmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan, nəticədə müəssisənin istehlak olunmuş qazın dəyərini tələb etmək hüququ pozulmaqla, qanuni mənafeyinə ciddi xələl dəydiyindən, məlumat vermədiyi çoxsaylı qaz sızmaları qaz itkisinə səbəb olmaqla cavabdehi zərərə uğratdığından, bununla da cavabdeh onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olduğundan, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından, eyni zamanda iddiaçı tərəfindən bu tələb üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsi törəmə tələb olaraq iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunubolunmamasından asılı olduğundan, iddia tələbini bütövlükdə rədd etməkdə birinci instаnsiyа məhkəməsin düzgün nəticəyə gədmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)- 729/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-729/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar