Məhkəmə qərarları › İş №2(107)-13/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-13/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-13/2025 23.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh2 qarşı «mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Yoldan istifadəyə maneənin aradan qaldırılması, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), X17 və X8 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh3 Gülməmməd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh2 qarşı «mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu, Cavabdeh2 və cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ raoynu Tikanlı Bələdiyyəsinə qarşı «mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəblə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə ona 0,25 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsi JN-112F saylı, kod 40615018 olan «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsindən hələ islahatadək olan dövr ərzində istifadələrində, həyətin yolu isə mülkiyyətdə olan torpaq sahəsinə nisbətdə gündoğan tərəfdən olub, yolun eni 5-6 metr olmaqla maşınların hərəkəti mümkün olan yol yeri olmuşdur. Hazırda cavabdehlər həmin gediş-gəliş yolunun əksər hissəsini, yəni enini zəbt edərək 4-5 metrdən 1,5 metrə endirmiş, uzunluğu isə 30-35 metrədək zəbt edilməklə, ətrafı hasarlanmış və yolda yardımçı tikililər inşa edilmişdir. Nəticədə fərdi yaşayış evinə gedən maşın yolu tamamilə bağlanmış, el arasında deyildiyi kimi 1,5 metr enində ayaq cığırı saxlanılmışdır. Bununla da onlar mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gedən nəqliyyat yolunu tamamilə bağlamışlar. Cavabdehlər həmin yolun müəyyən hissəsinə hasar çəkmiş və mülkiyyətlərinə qatmış, zəbt etdikləri yol yerində yardımçı tikililər inşa etmişdir. Dəfələrlə yolun açılmasını tələb etməyi isə faydasız olmuşdur. Onu mübahisə yaratmaqla əsassız münaqişəyə cəlb etməyə çalışmışlar. Buna görə də yaramış vəziyyətlə bağlı Tikanlı Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin ona ünvanladığı xx.xx.2018-ci il tarixli 09 saylı cavab məktubunda tələb olunan yol yerinin yaaşyış məntəqəsinin xüsusi mülkiyyətə, Bələdiyyə və Dövlət mülkiyyətinə verilən torpaqların planında (xəritədə) göstərilməklə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məktubun mətnindən aydın olur ki, cavabdehlər həqiqətən Tikanlı kəndinin baş planında göstərilən yolu zəbt edərək bağlamşdır. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin mülkiyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə zəruri yol yeri yoxdursa, yəni öz sahəsindən ictimai yola keçid yoxdursa mülkiyyətçi tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid yolu ayırsınlar.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək və iddianı müdafiə edərək göstərmişdir ki, Qəblə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə ona 0,25 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi JN-112F saylı kod 40615018 olan «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə adına rəsmiləşdirilmişdir. Torpaq sahəsindən hələ islahatadək olan dövr ərzində istifadələrində, həyətin yolu isə mülkiyyətdə olan torpaq sahəsinə nisbətdə gündoğan tərəfdən olub, yolun eni 5-6 metr olmaqla maşınların hərəkəti mümkün olan yol yeri olmuşdur. Hazırda cavabdehlər həmin gediş- gəliş yolunun əksər hissəsini, yəni enini zəbt edərək 4-5 metrdən 1,5 metrə endirmiş, uzunluğu isə 30-35 metrədək zəbt edilməklə, ətrafı hasarlanmış və yolda yardımçı tikililər inşa edilmişdir. Nəticədə isə fərdi yaşayış evinə gedən maşın yolu tamamilə bağlanmış, 1,5 metr enində ayaq cığırı saxlanılmışdır. Bununla da onlar mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gedən nəqliyyat yolunu tamamilə bağlamışlar. Cavabdehlər həmin yolun müəyyən hissəsinə hasar çəkmiş və mülkiyyətlərinə qatmış, zəbt etdikləri yol yerində yardımçı tikililər inşa etmişdir. Dəfələrlə yolun açılmasını tələb etməyi isə faydasız olmuşdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə və iş üzrə qanuni, ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

4. 03 aprel 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X15 məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, iddia olunan yol yeri onun deyil qardaşının torpaq sahasində olan yerdir. Qardaşının birinin yolu həmin yerdəndir. Sözü gedən yerdə yol həmin şəxs tərəfindən hasara alınmışdır. Keçmişdə hələ atası sağ vaxtı iddiaçı ondan yol istəmiş və mərhum atası ona yol olaraq istifadə üçün çığır yeri vermişdir. Amma bununla belə iddiaçının istifadəsində olan torpaq sahəsinə yol yeri olmuş və ondan istifadə etmişdir. Ev tikilən zaman həmin mülkə maşınla materiallar da daşınmışdır.

5. 10 aprel 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının ərizəsi ilə cavabdeh X15 əsl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gülməmməd oğlu ilə əvəz edilmişlər.

6. Cavabdeh1 məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, o, iddiaçının həyətinə gedən gediş-gəliş yolunu zəbt etməmişdir. Keçirilmiş ekspertiza zamanı torpaq sahəsinə baxışda iştirak etməmişdir. Yol yerində də heç bir tikili inşa olunmamışdır. Yolda olan 70-ci illərdə tikilmiş maşın qarajıdır. Həmin illərdə onun mərhum atası öz həyətindən iddiaçıya yol vermişdir. Daş hasar da keçmişdə tikilmişdir. Son vaxtlar mübahisəli torpaq sahəsində hasar tikilməmişdir. Buna görə də iddianı əsassız hesab etməklə iş üzrə ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

7. Cavabdeh2 məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, o, iddiaçının həyətinə gedən gediş-gəliş yolunu bağlamamış və zəbt etməmişdir. Keçirilmiş ekspertiza zamanı torpaq sahəsinə baxışda iştirak etməmişdir. Əsas yol olan yeri iddiaçının özü bağlamışdır. Mübahisəli torpaq sahəsinə müxtəlif təşkilatlardan dəfələrlə baxış keçirilmişdir. Buna görə də iddianı əsassız hesab etməklə iş üzrə ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

8. İş üzrə Cavabdeh3 Gülməmməd oğluna və cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ raoynu Tikanlı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər.

9. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə Cavabdeh3 Gülməmməd oğlunun və cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ raoynu Tikanlı Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Cavabdeh3 Gülməmməd oğlu 16 aprel 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, iddiaçının yol yeri tələb etdiyi ərazinin onun mülkiyyətindəki torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həmin torpaq sahəsinə gedən yolu da zəbt etməmişdir.

11. Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ raoynu Tikanlı Bələdiyyəsinin nümayəndəsi X10 10 aprel 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında çıxışında göstərmişdir ki, yol yerinin açılmasına dair iddiaçının müraciətinə Tikanlı Bələdiyyəsində baxılaraq ona həmin məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır.

12. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gedişgəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pulun tərəflərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri - 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, JN-112F, kod 40615018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı mülkiyyətinə həyətyanı olaraq 0,25 ha torpaq sahəsi verilmişdir. Lakin o, həmin torpaq sahələrinə gedən yolun müəyyən hissələri cavabdehlər tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbində İddiaçı mülkiyyətindəki torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa olunmaqla yaradılan maneələrin aradan qaldıriılması tələbini qoysa da, keçirilən məhkəmə mühəndis-texniki ekspertizası zamanı belə tikililərlə maneə olduğu müəyyən edilməmiş, yolun xəritə üzrə olan ölçülərinin azaldılaraq yolun daraldıldığı aşkarlanmışdır.

15. Məhkəmə rəylərdə göstərilən bu xüsusatları nəzərə alaraq hesab etmişdir ki, JN-112F nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli mütəsəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gedii-gəliş yolunun şərqdən 2,83 metr və qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmalıdır. İddia tələbi yolda insa olunan tikililərə münasibətdə isə təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2, 175.1-ci maddələrinə, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı işi üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, X11 ibarət tərkibdə) xx.xx.2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnаməsi qismən yəni, gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri - 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri – 60.4 (altmış tam onda dörd) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın İddiaçı tutularaq, Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməsi qət edilmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsindən İddiaçı (Vəkil1 İsgəndər oğlu) kassasiya şikayəti vermişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və E.R.Vəliyeva) 19 may 2021-ci il tarixli, 2(102)-2017/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər X16 və X2 ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli 2(107)-88/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN**********,AZ34CTRE0000000Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri - 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri – 60.4 (altmış tam onda dörd) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın İddiaçı tutularaq, Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın İddiaçı tutularaq, Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməsi qət edilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 88/2022 nömrəli qətnaməsindən İddiaçı (Vəkil2) kassasiya şikayəti vermişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-253/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-88/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X24 (məruzəçi), X3 və X4 ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 2(102)-253/2023 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq nomasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamaqla, iddianın əsaslı olub-olmamasına dair hüquqi dəyərləndirmə aparmamışdır.

24. Belə ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə gələn yolun cavabdehlər tərəfindən zəbt olunduğunu, orada tikili inşa edildiyini, nəticədə həmin sahəyə avtomobillə giriş imkanının aradan qalxdığını, bununla da öz mülkiyyətindən sərbəst və maneəsiz istifadəsinə məhdudiyyət yarandığını bildirərək maneçiliyə son qoyulmasını tələb edir.

25. Cavabdehlər isə iddiaçının həyətinə gedən yolun zəbt edilmədiyini, yolda heç bir tikili inşa olunmadığını bildirərək iddiaya etiraz edirlər.

26. Mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə iddianın qanuni əsası Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157.4-cü maddəsini nəzərdən keçirə bilər. Həmin normaya əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər (§ 38).

27. Mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın təmin edilməsi üçün cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə maneələr törədilibtörədilmədiyi, əgər törədilirsə belə müdaxilənin qanuni, yoxsa qanunsuz olması müəyyən edilməlidir.

28. Baxılan işdə iddia olunan maneçilik iddiaçının torpaq sahəsinə gələn ümumi istifadə yolunun cavabdehlər tərəfindən zəbt edilməklə əhəmiyyətli şəkildə daraldılmasıdır. Məhkəmələr bu xüsusatı aydınlaşdırmaq üçün müvafiq ekspertiza keçirmişlər. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, JN-112F, JN-093H, JN-093İ, JN-113A və JN109A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə» əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yolunun şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr, qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metr olduğu müəyyən edilir.

29. İşə daha əvvəl baxmış kassasiya kollegiyası bu hala diqqət çəkərək vurğulamışdır ki, “iddiaçının torpaq sahəsinə gedən yolun bir hissəsinin enindən daralması müəyyən edildiyi halda, məhkəmənin vəzifəsi həmin dəyişikliyin hansı səbəbdən baş verməsini, o cümlədən cavabdehlər tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza onun qarşısına qoyulan suallara tam və ətraflı cavab verməmiş, iddiaçının torpaq sahəsinə gedən yolun daralmasının səbəbi, cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi, zəbt edildiyi halda – hansı hissədə və hansı ölçülərdən zəbt olunması müəyyən olunmamış, bununla da mübahisə tam həll edilmədən qalmışdır”.

30. Buna baxmayaraq ikinci apellyasiya baxışında əvvəlki ekspertiza rəyi ilə eyniməzmunlu rəy alınaraq, yuxarıda göstərilən hallar müəyyən edilmədən iddia rədd edilmişdir. Apellyasiya kollegiyasının istinad etdiyi 25 aprel 2022-ci il tarixli 10/6863 nömrəli ekspert rəyinə əsasən, “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2.83 metr enində, qərbdən 2.24 metr enində, 92 metr uzunluqda hedişgəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxarışla verilmiş 0.15 ha, Yusibov X9 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN- 109 A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluq olduğu üçün sözügedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir.

31. Kollegiya bildirmişdir ki, torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluğun konkret olaraq nədən ibarət olması, bu halın mübahisəli yolun cavabdehlər tərəfindən zəbt edilməsinə dəlalət edib-etmədiyi tərəflərin, mütəxəssis və ya ekspertin dinlənilməsi ilə lazımi qaydada araşdırılmamış, zəruri olduqda əlavə və ya təkrar ekspertizanın keçirilməklə iş üzrə əhəmiyyətli halların aydınlaşdırılması təmin edilməmişdir.

32. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir.

33. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (§ 44-45, 49).

34. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.

35. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır.

36. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

a)Apellyasiya şikayətinin dəlilləri

37. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının həyətinə gedən gediş-gəliş yolu zəbt edilməmişdir. Keçirilmiş ekspertiza zamanı suallar tam və düzgün cavablandırılmamışdır. Yol yerində də heç bir tikili inşa olunmamışdır. Yolda olan 70-ci illərdə tikilmiş maşın qarajıdır. Həmin illərdə onun mərhum atası öz həyətindən iddiaçıya yol vermişdir. Daş hasar da keçmişdə tikilmişdir. Son vaxtlar mübahisəli torpaq sahəsində hasar tikilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Gülməmməd oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçının vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsi məkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

44. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakİ torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

46. “X6rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

47. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsələr də, iddia tələbinin digər Cavabdeh3 Gülməmməd oğluna yönəlmiş, həmçinin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı rədd edilmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olması əsaslandırılmadığından, məhkəmə kollegiyası Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsinin əsaslılığını iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iddianın təmin edilmiş hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına tam uyğun olmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamışdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

54. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı üzrə verilmiş JN-112F, kodu 40615018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayonu Tikanlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi İddiaçı, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı üzrə verilmiş JN-113A, kodu 40615018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayonu Tikanlı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi Cavabdeh2, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04-10301 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Tikanlı kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********08 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Tikanlı kəndində yerləşən 0,0185 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətlərindədir. İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Tikanlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrinə bitişik şəkildə sənəd üzrə yol sahəsi nəzərdə tutulmuşdur. Mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinə gələn yoldan istifadəsinə cavabdehlər tərəfindən maneələrin yaradılmasını əsas gətirən iddiaçı həmin maneələrin aradan qaldırılmasını tələb etmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə istinad etməkdə doğru mövqedən çıxış etsə də, birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

56. Belə ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddianın təmin edilmiş hissəsində gəldiyi nəticəni yolun xəritə üzrə olan ölçülərinin azaldılaraq yolun daraldıldığının aşkarlanması ilə əsaslandırsa da, mübahisəli yol sahəsinin sənəd üzrə koordinatları və naturada ölçüləri, həmin yol sahəsinin hansı ölçülərdəki hansı hissəsindən istifadəyə məhz hansı cavabdeh tərəfindən maneçiliyin törədilməsi müəyyən edilməməklə iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına tam uyğun olmamışdır.

57. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyasının 16 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası, məhkəmə kollegiyasının 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, əldə edilmiş 11 oktyabr 2024-cü il tarixli 10/4608 nömrəli və 23 may 2025-ci il tarixli 10/10127 nömrəli rəylər mülki iş materiallarına əlavə edilmişdir.

58. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli 10/4608 nömrəli ekspert rəyində göstərilir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

59. Cavabdehlər Cavabdeh1 **********04-10301 nömrəli çıxarışla verilmiş 0,15 ha, Cavabdeh2 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN-109A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluqlar konkret olaraq istifadə vəziyyəti ilə yerquruluşu xəritəsindəki ölçülər arasındakı həndəsi uyğunsuzluqdan ibarətdir.

60. Cavabdehlər Cavabdeh1 **********04-10301 nömrəli çıxarışla verilmiş 0,15 ha, Cavabdeh2 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN-109A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluqlar Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə JN-112F (kod:4********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2.83 metr enində, qərbdən 2.24 metr enində, 92 metr uzunluqda gediş-gəliş yolunun cavabdehlər tərəfindən zəbt edilməsinə dəlalət etməsi həndəsi ölçülər arasındakı uyğunsuzluq səbəbindən müəyyən etmək olmur, 113 A şəhadətnamə əsasında **********03 nömrəli çıxarış alınmışdır.

61. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli 10/10127 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Arif Rəsulovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

62. Cavabdehlər Cavabdeh1 **********04-10301 nömrəli çıxarışla verilmiş 0,15 hektar, Cavabdeh2 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0,07 hektar, Cavabdeh3 Gülməmməd oğluna JN-109A nömrəli şəhadətnamə ilə verilmiş 0,25 hektar, İddiaçı JN- 112F nömrəli şəhadətnamə ilə verilmiş 0,25 hektar torpaq sahələrinin, həmçinin mübahisəli yol sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

63. Qəbələ rayonu Tikanlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddia olunan yol yerinin şərq tərəfdən 1,74 metr enində, qərb tərəfdən 0,52 metr enində, 10,35 metr uzunluqda olmaqla 0,0012 hektar (12 kv.m) hissəsi **********08 nömrəli çıxarış ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,0185 hektar torpaq sahəsinin sərhədləri daxilində, şərq tərəfdən 1,14 metr enində, qərb tərəfdən 1,74 metr enində, dar yerdə eni 0,1 metr, 40,5 metr uzunluqda olmaqla 0,0026 hektar (26 kv.m) hissəsi **********04 nömrəli çıxarış ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

64. Kollegiya qeyd edir ki, 23 may 2025-ci il tarixli 10/10127 nömrəli ekspert rəyində qərardadın 2-ci sualı üzrə verilmiş cavabda dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyasının iclasına dəvət edilmiş, 23 may 2025-ci il tarixli 10/10127 nömrəli ekspert rəyinin verilməsində istinad edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 dekabr 2024-cü il tarixli mütəxəssis rəyini tərtib etmiş X19 dindirilərkən göstərmişdir ki, mütəxəssis rəyində Qəbələ rayonu Tikanlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddia olunan yol yerinin şərq tərəfdən 1,74 metr enində, qərb tərəfdən 0,52 metr enində, 10,35 metr uzunluqda olmaqla 0,0012 hektar (12 kv.m) hissəsinin **********08 nömrəli çıxarış ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,0185 hektar torpaq sahəsinin sərhədləri daxilində, şərq tərəfdən 1,14 metr enində, qərb tərəfdən 1,74 metr enində, dar yerdə eni 0,1 metr, 40,5 metr uzunluqda olmaqla 0,0026 hektar (26 kv.m) hissəsinin **********04 nömrəli çıxarış ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi fikrinin mübahisəli yol sahəsinin 12 kv.m və 26 kv.m hissələrinin cavabddeh Cavabdeh1 tərəfindən istifadə edilməsini, zəbt edilməsini ehtiva etdiyini göstərmişdir. O, həmçinin 12 kv.m ölçüdəki yol sahəsinin Cavabdeh1 mülkiyyətinə verilmiş 0,0185 hektar torpaq sahəsinə bitişik hissədən, 26 kv.m ölçüdəki yol sahəsinin Cavabdeh1 mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinə bitişik hissədən Cavabdeh1 tərəfindən zəbt edildiyini, 0,0185 hektar torpaq sahəsinin əvvəllər Cavabdeh1 faktiki istifadəsində olmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrindən 22 sentyabr 2023-cü il tarixdə verilmiş çıxarışla sonuncunun mülkiyyətinə rəsmiləşdirildiyini, 28 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə 23 iyun 2025-ci il tarixdə tərtib etdiyi mütəxəssis rəyinə əlavə ilə aydınlıq gətirməyə çalışdığını göstərmişdir.

65. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, əvvəlki icraatlarda da iş üzrə məhkəmə tikinti texniki ekspertizalar təyin edilsə də, əvvəlki icraatlarda ekspert qarşısında tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin, mübahisəli yol sahəsinin sənəddə göstərilmiş koordinatlarının, tərəflərin mülkiyyətlərində torpaq sahələrini ayıran mübahisəli yol sahəsinin neçə metr enində və neçə metr uzunluğunda olan hissəsinin məhz hansı cavabdehin istifadəsində olmasına dair suallar qoyulmadığından ekspert həmin istiqamətdə tədqiqat aparmamışdır.

66. Məhkəmə kollegiyasının 03 dekabr 2024-cü il tarixli qərardadının icrası üzrə verilmiş rəylə tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin, mübahisəli yol sahəsinin sənəd üzrə koordinatları ilə yanaşı, yolun bir hissəsindən cavabdehin faktiki istifadə vəziyyətinə də aydınlıq gətirilmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, məhkmə tikinti-texniki ekspertizasının 23 may 2025-ci il tarixli 10/10127 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın 23 may 2025-ci il tarixli 10/10127 nömrəli rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və mübahisənin həllində həmin rəyə mötəbər sübut qismində istinad edilməlidir.

68. Göründüyü kimi İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Tikanlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə yol sahəsinin nəzərdə tutumasına baxmayaraq, həmin yol sahəsinin 12 kv.m və 26 kv.m ölçülərdəki hissələri cavabdehlərdən Cavabdeh1 tərəfindən zəbt edilməklə, həmin ölçülərdəki yol sahəsindən, bunun nəticəsi olaraq isə mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsindən iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən maneçilik törədilmişdir.

69. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı cavabdehlərdən Cavabdeh2 tərəfindən mübahisəli yoldan iddiaçının istifadəsinə maneçilik törədilməsi halı müəyyən edilməmişdir.

70. Beləliklə apellyasiya baxışında apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.

71. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-137/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilmiş, JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri-100 (bir yüz) manat məbləğində pulun Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri- 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pulun Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi hissələrində ləğv edilməli, İddiaçı iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə gediş-gəliş yoluna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması hissəsində iş üzrə yeni qətnamə qəbul qəbul edilməli, İddiaçı iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə gediş-gəliş yoluna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması hissəsində qismən təmin edilməli, JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2024-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli, 10/10127 nömrəli ekspert rəyinə uyğun olaraq gediş-gəliş yoluna şərq tərəfdən 1,74 metr enində, qərb tərəfdən 0,52 metr enində, 10,35 metr uzunluqda olmaqla 0,0012 hektar (12 kv.m) hissəsində, şərq tərəfdən 1,14 metr enində, qərb tərəfdən 1,74 metr enində, dar yerdə eni 0,1 metr, 40,5 metr uzunluqda olmaqla 0,0026 hektar (26 kv.m) hissədə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulmalı, Cavabdeh1 tərəfindən İddiaçı maneələr törədilən yol yerinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi Arif İsmayılovun tərtib etdiyi 28 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 001 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları (1) X 731679.73 Y 4543961.53, (2) X 731690.08 Y 4543961.94, (3) X 731690 Y 4543960.2, (4) X 731679.73 Y 4543961.01, 002 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla koordinatları(1) X 731690.08 Y 4543961.94, (2) X 731706.95 Y 4543962.7, (3) X 731730.83 Y 4543966.75, (4) X 731730.1 Y 4543965.87, (5) X 731706.96 Y 4543962.6, (6) X 731690.01 Y 4543960.2 olmaqla müəyyən edilməli, iddia tələbi JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə gediş-gəliş yoluna Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması hissəsində təmin edilməməlidir.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qismən təmin edilməsi nəzərə alınaraq məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 200 manatın 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********39 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.

73. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-137/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilmiş, JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri- 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pulun Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi hissələrində ləğv edilsin. İddiaçı iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə gediş-gəliş yoluna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması hissəsində iş üzrə yeni qətnamə qəbul qəbul edilsin. İddiaçı iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə gediş-gəliş yoluna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması hissəsində qismən təmin edilsin. JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2024-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli, 10/10127 nömrəli ekspert rəyinə uyğun olaraq gedişgəliş yoluna şərq tərəfdən 1,74 metr enində, qərb tərəfdən 0,52 metr enində, 10,35 metr uzunluqda olmaqla 0,0012 hektar (12 kv.m) hissəsində, şərq tərəfdən 1,14 metr enində, qərb tərəfdən 1,74 metr enində, dar yerdə eni 0,1 metr, 40,5 metr uzunluqda olmaqla 0,0026 hektar (26 kv.m) hissədə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulsun. Cavabdeh1 tərəfindən İddiaçı maneələr törədilən yol yerinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi Arif İsmayılovun tərtib etdiyi 28 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 001 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları (1) X 731679.73 Y 4543961.53, (2) X 731690.08 Y 4543961.94, (3) X 731690 Y 4543960.2, (4) X 731679.73 Y 4543961.01, 002 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla koordinatları (1) X 731690.08 Y 4543961.94, (2) X 731706.95 Y 4543962.7, (3) X 731730.83 Y 4543966.75, (4) X 731730.1 Y 4543965.87, (5) X 731706.96 Y 4543962.6, (6) X 731690.01 Y 4543960.2 olmaqla müəyyən edilsin. İddia tələbi JN-112F (Kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə gediş-gəliş yoluna Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması hissəsində təmin edilməsin. Məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 200 manatın 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********39 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar