Məhkəmə qərarları › İş №2(107)-1300/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1300/2025

21.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1300/2025 21.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Məmmədova (Ömərova) Səadət Əhmədulla qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X23 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X24 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X13 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(033)-874/2025 nömrəli qətnaməsindən cavabdeh Məmmədova (Ömərova) Səadət Əhmədulla qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, 316 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyata əsasən Zaqatala rayonu, Beretbinə kəndində 2,6262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X11, Cavabdeh2 Məmməd oğlu, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X23 məxsusdur. 24 sentyabr 2008-ci il tarixli torpağın alqı-satqısına dair aktdan görünür ki, X11 ƏN- 0017 nömrəli Dövlət aktı ilə mülkiyyətinə verilmiş pay torpaq sahəsinin bir hissəsini 2,63 ha torpaq sahəsinin 0,54 ha saxlamaqla, qalan 2,09 ha sahəni qonşular: şimalda Ömərov Xizri, cənubda kolluq (qorunma zolağı), şərqdə Ömərova Səadət, qərbdə Musayev Zumrat olmaqla, ailə üzvlərinin razılığını nəzərə almaqla Beretbinə kənd sakini İddiaçı razılaşdırılmış qiymətə - 2600 manata birdəfəlik və nağd ödəmə yolu ilə satılmışdır.Ailə üzvlərinin razılıq ərizələri və satılmış torpaq sahəsinin cizgisi (dövlət aktından surəti) bu akta əlavə edilmişdir. 24 sentyabr 2008-ci il tarixli Cavabdeh3M tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh3 mülkiyyətində olan pay torpağın bir hissəsinin satılmasına etirazı yoxdur. 24 sentyabr 2008-ci il tarixli Cavabdeh3M tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh4 mülkiyyətində olan pay torpağın bir hissəsinin satılmasına etirazı yoxdur. 24 sentyabr 2008-ci il tarixli Cavabdeh3M tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh5 mülkiyyətində olan pay torpağın bir hissəsinin satılmasına etirazı yoxdur. Zaqatala Rayonu Göyəm Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Beretbinə kənd sakini İddiaçı 2008-ci il ildə X4 ona və ailə üzvlərinə məxsus 2.09 ha pay torpaq sahəsi almış və keçmiş Beretbinə bələdiyyəsi tərəfindən aktla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 2008-ci il tarixdən vergilərini bu günədək ödəmişdir və bələdiyyəyə vergi borcları yoxdur. Bu ödənişlər 2016-ci ildən tətbiq olunmuş bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi (BAMS) proqramında da öz əksini tapmışdır. Arayışa BAMS-dan çıxarış əlavə olunur. İddiaçı iddiasına görə, Zaqatala rayon Aqrar İslahat komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı verilmiş, Zaqatala rayonu Beretbinə kəndində yerləşən JN0017 saylı, kod 40213048 olan, Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında, Planşet nömrəsi 0017 olan səhifədə göstərilmiş 26262.33 kv.m torpaq sahəsinin, həmin planşet göstərilən ölçülərdə, yəni, 2.09 ha hissəsini 2008-ci ildə cavabdehlərdən satın almış, lakin cavabdehlər aralarında bağlanmış müqaviləni rəsmiləşdirməkdən boyun qaçırırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər, Zaqatala rayonu Beretbinə kənd sakinləri Məmmədova (Ömərova) Səadət Əhmədulla qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X20 mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı verilmiş, Zaqatala rayonu Beretbinə kəndində yerləşən JN0017 saylı, kod 40213048 olan, Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında, Planşet nömrəsi 0017 olan səhifədə göstərilmiş 26262.33 kv.m torpaq sahəsinin, həmin planşet göstərilən ölçülərdə, yəni, 2.09 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məhkəməyə cavabdehlər Cavabdeh2 (Məmməd) oğlu və X8 qarşı 2.09 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, 2008-ci il tarixdə X1 yerləşən özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.662 ha torpaq sahəsinin 2.09 ha hissəsini alqı-satqı müqaviləsi imzalayaraq ona 2600 manata satmışdır. Həmin vaxtdan həmin torpaq sahəsi onun istifadəsindədir. Torpağın vergisini o ödəyir. Həmin torpaq sahəsi alqı-satqı aktı yazılarkən kəndin bələdiyyəsi tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş və torpaq sahəsinə dair JN-0017 saylı Dövlət Aktının müvafiq səhifəsində sxem ilə göstərilmiş və təsdiq edilmişdir. Bundan başqa, cavabdeh Səadət Ömərova keçən il həmin torpaq sahəsi üçün Beretbinə kənd sakini X18 vasitəsilə əvvəl 1000 manat, sonra 300 manat götürmüşdür. X10 vasitəsilə 500 kq qarğıdalı məhsulu götürmüş, Beretbinə kənd sakini Mehdi Musaherovdan isə 200 manat pul götürmüşdür. Bütün bu pullardan ona satılmış torpaq üçün əlavə olaraq almışdır. Hal-hazırda isə həmin torpaq sahəsini notarial qaydada alqı-atqı etmək istəyirlər, lakin Səadət Ömərova müxtəlif bəhanələr gətirərək alqı-satqıdan yayınır. Alqı-satqıya razılığı onun əri də vermişdir. Hətta ondan tələb edir ki, torpaq sahəsindən çıxsın. Lakin o ora bu ildə qarğıdalı əkmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, Saniyyət ilk iclasda etiraf edib ki, torpaq sahəsini satıb və imzanın ona məxsus olduğunu bildirib. O sonradan torpağın icarəyə verildiyini bildirib. 2010-cu ildə Əli də rayona gəlib və sənədlərin düzəldib yenidən Rusiyaya qayıdıb. Torpaq sahəsinin cizgiləri çəkilərək təhvil verilib iddiaçılara, Əli və uşaqları da uzun illərdir əqdi mübahisələndirməyib və iddiaçı fasiləsiz istifadə edib. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2005-ci ildən sonra torpağa sərəncam verilməsi barədə əqdlərin mütləq notarial təsdiqli bağlanmalı olduğunu, 2008-ci il tarixdə tərtib edilmiş aktda cavabdehlərin imzalarının olmamasını və onların torpağın alqı-satqısı ilə bağlı razılıqlarının olmamasını bildirərək iddianın rədd edilməsini xahiş etdi. O, əlavə edərək qeyd etdi ki, iddiaçıların xx.xx.2008-ci il tarixli akt sənədi ilə bağlı qeyd edir ki, müdafiə etdiyi cavabdeh aktda qeyd edilən torpaq sahəsini iddiaçının istifadəsinə vermiş və satılması ilə bağlı hər hansı iradəsi olmamışdır. Torpaq hazırda da iddiaçıların istifadəsindədir. İddiaçının istinad etdiyi maddi norma Mülki Məcəllənin 335.2-ci maddəsi xx.xx.2005-ci il tarixdə qüvvədən düşmüş normadır və həmin normalar hazırki münasibətlərə tətbiq edilə bilməz. Tərəflərin münasibətləri hazırda qüvvədə olan alqı-satqıya dair normalarla tənzimlənməlidir. İddia əsassız olduğundan rədd edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 2008-ci ildə Beretbinə bələdiyyə sədri olmuşdur. X9 həyat yoldaşı çıxıb getmişdir və o 4 uşağı ilə çox ağır vəziyyətdə yaşamışdır. Həmin dönəmdə 2 hektar yarım torpağı olmuş və vəziyyəti ağır olduğu üçün həmin torpağı satmışdır. Hər iki tərəf qohumudur. Ona İddiaçı ona müraciət etmiş X6 3000 ABŞ dollarına torpaq aldığını bildirmiş və bunun aktla rəsmiləşdirilməsini və qarşı tərəfində bunu imzalayacağını bildirmişdir. O aktı tərtib etmiş və imza edilməli hissələri göstərmişdir. X14 uşaqların yerinə də özü imza edib. Səadət torpağı Əfəndiyə satıb. Əfəndi Rusiya Federasiyası vətəndaşı olduğundan İddiaçı adına rəsmiləşdirilməsini istəyib. Tərəflərin razılığı olub, o da bu fakt barədə akt tərtib edib. Tərəflərin imzası var, Səadət tanış olub imzalayıb. Pul Səadətə milli valyutada verilib. 2400 və ya 2600 manat tam dəqiq bilmir. Əfəndi artıqlaması ilə qarşı tərəfin pulunu ödəyib, 3000 ABŞ dolları hələ həmin torpaq üçün artıq məbləğdir. Həmin dövrdə bələdiyyə ərazisində torpaqların alqı-satqısı dəyəri daha aşağı məbləğdə olmuşdur. İcarə haqqı isə 10-20 manat həcmində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, İddiaçı X6 2008-ci ildə torpaq alıb və akt tərtib edilibdi. O aktı imzalayıbdır. X14 özü torpağı iddiaçının ərizə təklif edib və oda alıbdır. Kənddə hər kəs X9 torpağı iddiaçıya satdığını bilir.Torpağın pulu artıqlaması ilə ödənib. Cavabdeh tək uşaq böyüdürdü və buna görə torpağı satıb. Həmin dönəm 100-200 manata torpaq satılırdı. Onun zənninə görə həmin dönəm heç kəs notariusda bağlamırdı müqavilə, torpaq da çox alınıb satılmırdı. Onun qarşısında alqı-satqı ilə bağlı pul ödənməyib, o bunun şahidi olmayıb. Zaqatala Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(033)-874/2025 nömrəli qətnaməsi (hakim: Z.Məmmədova) ilə, iddia tələbi təmin edilərək İddiaçı ilə cavabdeh Məmmədova (Ömərova) Səadət Əhmədulla qızı ilə Məmmədova (Ömərova) Səadət Əhmədulla qızı arasında xx.xx.2008-ci il tarixli akta əsasən JN0017 saylı, kod 40213048 olan, Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında, Planşet nömrəsi 0017 olan səhifədə göstərilmiş 26262.33 kv.m torpaq sahəsinin, həmin planşet göstərilən ölçülərdə, yəni 2.09 ha hissəsi barədə alqı-satqı müqaviləsi etibarlı hesab edilməsi və həmin torpaq sahəsi İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Zaqatala rayonu Beretbinə kəndində yerləşən 2,6262 ha torpaq sahəsi cavabdehlər Məmmədova (Ömərova) Səadət Əhmədulla qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X20 ümumi birgə mülkiyyətindədir və həmin torpaq sahəsinin 2,09 ha hissəsi barədə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 razılığı ilə cavabdeh Məmmədova (Ömərova) Səadət Əhmədulla qızı sərəncam əqdi olan xx.xx.2008-ci il tarixdə akt imzalamışdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, normanın ləğv edildiyi tarixdən sonrakı dövr ərzində tərəflər arasında yazılı formada bağlanan, lakin məcburi forma şərtlərinə riayət edilməyən bütün müqavilələrin əqdin etibarlı sayılması üçün digər şərtlərinə, eləcə də tərəflər arasında mövcud olan həqiqi hüquq münasibətlərin və tərəflərin iradə ifadəsinin nəzərə alınmadan etibarsız sayılması kimi tövsif edilməli olması bütün hallarda mülki hüquq münasibətlərinin düzgün tənzimlənməməsinə səbəb olacaqdır. Hüququn prinsipləri hüququn başlıca mənbəyidir və hüquq normaları məhz bu prinsiplər rəhbər tutulmaqla tətbiq edildikdə hüquq münasibətlərinin düzgün inkişafına və tərəflər arasında müqavilə münasibətlərinin düzgün tənzimlənməsinə səbəb olacaqdır. İş materiallarında olan sübutlardan da göründüyü kimi, xx.xx.2008-ci il tarixli akta əsasən JN0017 saylı, kod 40213048 olan, Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında, Planşet nömrəsi 0017 olan səhifədə göstərilmiş 26262.33 kv.m torpaq sahəsinin, həmin planşet göstərilən ölçülərdə, yəni, 2.09 ha hissəsi həmin dövr üçün icarə haqqı üçün yüksək məbləğ hesab edilən 2600 manat qarşılığında alqı-satqı münasibətləri əsasında alınmış, bələdiyyə tərəfindən torpağın sərhədləri müəyyən edilməklə ayrılaraq təhvil verilmiş və həmin vaxtdan etibarən iddiaçı tərəfindən istifadə edilmişdir. Qeyd edilən əsaslarla həmin torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi icarəyə verilmiş olması və əslində bağlamaq istədikləri əqdin icarə müqaviləsi olmasına münasibətdə məhkəmə qeyd edir ki, bütün sübutların birlikdə təhlili zamanı tərəflər arasında icarə münasibətlərinin olması ağlabatan deyil və cavabdehin öz hüququndan sui-istifadə nəticəsində əvvəlki rəftarına zidd digər rəftar göstərməsidir ki, bu da hüquq münasibətləri iştirakçılarının vicdanlı olması və hüquqdan sui-istifadəyə yol verilməsi prinsipləri ilə ziddiyyət təşkil edir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 144, 213, 222, 329, 331, 337, 560, 567, 568, 646, 648, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Məmmədova (Ömərova) Səadət Əhmədulla qızı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin iaə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi icarəyə verilmiş olması və əslində bağlamaq istədikləri əqdin icarə müqaviləsi olmasına münasibətdə məhkəmə qeyd edir ki, bütün sübutların birlikdə təhlili zamanı tərəflər arasında icarə münasibətlərinin olması ağlabatan deyil və cavabdehin öz hüququndan sui-istifadə nəticəsində əvvəlki rəftarına zidd digər rəftar göstərməsidir ki, bu da hüquq münasibətləri iştirakçılarının vicdanlı olması və hüquqdan sui-istifadəyə yol verilməsi prinsipləri ilə ziddiyyət təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfin iddia tələbinin əsassızlığı halı ilə bağlı qeyd etdiyi əsas məsələ Mülki Məcəllənin 335.2-ci maddəsinin xx.xx.2005-ci il tarixdə qüvvədən düşməsivə tərəflər arasında müqavilə münasibətlərinin 2008-ci ildə yaranması və müqavilənin notarial qaydada bağlanmaması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına v ə qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyalarınalğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Qeyd edildiyi kimi, 24 iyun 2005-ci iləkimi qüvvədə olmuş MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdietibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formadatərtib edilməsidir. Hazırki iş üzrə tərəflər arasında xx.xx.2005ciilədək hər hansı yazılı müqavilənin bağlanması heç bir halla sübut olunmur. Başqa sözlə, tərəflər arasında torpağın alqı-satqısında dair notariatdan kənar müqavilə (akt) imzalanarkən həmin müqavilənin sonradan etibarlı sayılması qaydası qanunvercilikdə nəzərdə tutulmamışdı. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki müqavilə 2008-ci ildə bağlanmışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdi ki, torpağın pulunu ödəyərək almışlar. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin mümkünsüzlüyü barəsində məlumat verməmişdirlər. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 335.2. (24 iyun 2005-ci il tarixədək olan redaksiyada) Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

“İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki: “.....Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.....”

“F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: “.....müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər”.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə alğısatqı müqaviləsinin bağlanması (etibarlılığı) ilə bağlıdır. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər, Zaqatala rayonu Beretbinə kənd sakinləri Məmmədova (Ömərova) Səadət Əhmədulla qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X20 mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı verilmiş, Zaqatala rayonu Beretbinə kəndində yerləşən JN0017 saylı, kod 40213048 olan, Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında, Planşet nömrəsi 0017 olan səhifədə göstərilmiş 26262.33 kv.m torpaq sahəsinin, həmin planşet göstərilən ölçülərdə, yəni, 2.09 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsinin satılmaması, əslində icarəyə verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, 24 sentyabr 2008-ci il tarixli torpağın alqı-satqısına dair aktdan görünür ki, X11 ƏN-0017 nömrəli Dövlət aktı ilə mülkiyyətinə verilmiş pay torpaq sahəsinin bir hissəsini 2,63 ha torpaq sahəsinin 0,54 ha saxlamaqla, qalan 2,09 ha sahəni qonşular: şimalda Ömərov Xizri, cənubda kolluq (qorunma zolağı), şərqdə Ömərova Səadət, qərbdə Musayev Zumrat olmaqla, ailə üzvlərinin razılığını nəzərə almaqla Beretbinə kənd sakini İddiaçı razılaşdırılmış qiymətə - 2600 manata birdəfəlik və nağd ödəmə yolu ilə satılmışdır.Ailə üzvlərinin razılıq ərizələri və satılmış torpaq sahəsinin cizgisi (dövlət aktından surəti) bu akta əlavə edilmişdir. Bundan başqa, 24 sentyabr 2008-ci il tarixli Cavabdeh3M tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh3 mülkiyyətində olan pay torpağın bir hissəsinin satılmasına etirazı yoxdur. 24 sentyabr 2008-ci il tarixli Cavabdeh3M tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh4 mülkiyyətində olan pay torpağın bir hissəsinin satılmasına etirazı yoxdur. 24 sentyabr 2008-ci il tarixli Cavabdeh3M tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh5 mülkiyyətində olan pay torpağın bir hissəsinin satılmasına etirazı yoxdur. Göründüyü ki, cavabdehlər özlərinə məxsus olan torpaq sahəsinin bir hissəsini faktiki olaraq 24 sentyabr 2008-ci il tarixdə iddiaçı tərəfə satmışlar. Lakin, yuxarıda da qeyd edildiyi kimi, daşınmaz əmlakın alğı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayaraq və daha sonra qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, normanın ləğv edildiyi tarixdən sonrakı dövr ərzində tərəflər arasında yazılı formada bağlanan, lakin məcburi forma şərtlərinə riayət edilməyən bütün müqavilələrin əqdin etibarlı sayılması üçün digər şərtlərinə, eləcə də tərəflər arasında mövcud olan həqiqi hüquq münasibətlərin və tərəflərin iradə ifadəsinin nəzərə alınmadan etibarsız sayılması kimi tövsif edilməli olması bütün hallarda mülki hüquq münasibətlərinin düzgün tənzimlənməməsinə səbəb olacaqdır. Hüququn prinsipləri hüququn başlıca mənbəyidir və hüquq normaları məhz bu prinsiplər rəhbər tutulmaqla tətbiq edildikdə hüquq münasibətlərinin düzgün inkişafına və tərəflər arasında müqavilə münasibətlərinin düzgün tənzimlənməsinə səbəb olacaqdır. İş materiallarında olan sübutlardan da göründüyü kimi, xx.xx.2008-ci il tarixli akta əsasən JN0017 saylı, kod 40213048 olan, Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında, Planşet nömrəsi 0017 olan səhifədə göstərilmiş 26262.33 kv.m torpaq sahəsinin, həmin planşet göstərilən ölçülərdə, yəni, 2.09 ha hissəsi həmin dövr üçün icarə haqqı üçün yüksək məbləğ hesab edilən 2600 manat qarşılığında alqı-satqı münasibətləri əsasında alınmış, bələdiyyə tərəfindən torpağın sərhədləri müəyyən edilməklə ayrılaraq təhvil verilmiş və həmin vaxtdan etibarən iddiaçı tərəfindən istifadə edilmişdir. Qeyd edilən əsaslarla həmin torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi icarəyə verilmiş olması və əslində bağlamaq istədikləri əqdin icarə müqaviləsi olmasına münasibətdə məhkəmə qeyd edir ki, bütün sübutların birlikdə təhlili zamanı tərəflər arasında icarə münasibətlərinin olması ağlabatan deyil və cavabdehin öz hüququndan sui-istifadə nəticəsində əvvəlki rəftarına zidd digər rəftar göstərməsidir ki, bu da hüquq münasibətləri iştirakçılarının vicdanlı olması və hüquqdan sui-istifadəyə yol verilməsi prinsipləri ilə ziddiyyət təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllə 329). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Cavabdeh tərəfində əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Kollegiya daha sonra qeyd edir ki, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında isə qeyd edilmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Xüsusilə qeyd edilməlidir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Lakin, hazırki işdən müəyyən edilir ki, tərəflər arasında alğı-satqı 24 sentyabr 2008-ci il tarixdə bağlanmışdır. Yəni, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi Mülki Məcəllənin 335-ci maddəsi 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salındıqdan sonra bağlanmışdır. Məhkəmə kollegiyası bildirir ki, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən qeyd edilən tarixdən sonra daşınmaz əmlakın alğı-satqısı müqavilələri notarial qaydada bağlanmalı idi. Hazırki iş üzrə tərəflər isə, yuxarıda sadalanan tələblərinə riayət etməmişlər. Belə olan halda isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, torpaq sahəsi geri tələb ediləcəyi halda torpağın alınması üçün ödənilmiş pulun geri qaytarılması tələbi ilə cavabdehlərə qarşı iddia qaldıra bilər. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli həmçinin, apellyatorun ödədiyi dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Məmmədova (Ömərova) Səadət Əhmədulla qızının apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(033)-874/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Məmmədova (Ömərova) Səadət Əhmədulla qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X23 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə” dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar