Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1304/2020 22.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X21, Cavabdeh1 və cavabdehin nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Möhüb oğlu və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsindən Cavabdeh1, onun nümayəndəsi və vəkili X22 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)- 3202/2019 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia qismən təmin edilmiş, ünvan 8 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən MA ******* nömrəli çıxarışın ləğv edilməsi, ünvan 8 saylı fərdi yaşayış evində İddiaçı ½ hissədə və Cavabdeh1 ½ hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməs. qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Möhüb oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu vərəsə kimi tanımaqla Allahverdizadə Möhüb Allahverdi oğlundan miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi 37 saylı miras mülkdə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası Allahverdizadə Möhüb Allahverdi oğlu, anası isə X14 olmuşdur. Onların ataları M.Allahverdizadə xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Ata və analarının birgə nikahlarından 5 övladları olmuşdur. Allahverdizadə Arif Möhüb oğlu, Cavabdeh1, Allahverdizadə Arif Möhüb oğlu, Allahverdizadə Zenfira Möhüb qızı. Qardaşları Arif 2017-ci ildə vəfat etmişdir. Ataları öldükdən sonra ata evlərində yası yola vermiş və miras əmlakı yalnız o qəbul edərək idarə etmişdir. 1983-cü ildə atası rəhmətə getdikdən 2000-ci ilə qədər həmin miras əmlakında ancaq o, ailəsi və anası ilə birlikdə yaşamışdır. Anası və atası nikahlarını pozmuşdur. Qardaşlarından Akif və Zakir Rusiya vətəndaşlarıdır və orada yaşayırlar. Qardaşı Zakirin ailəsi həmin atababa evlərindən pay istəyirlər. Halbuki atası rəhmətə gedəndə mirası ancaq o qəbul etmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin məlumatına əsasən Kirovabad şəhər Memarlıq idarəsinin 16\İ-54-cü il tarixli layihəsi və Notariusun 23\İ-54-cü il tarixli 8-1931 nömrəli müqaviləsinə əsasən Gəncə şəhəri, Şədadilər küçəsi 37 saylı fərdi ev atalarının Allahverdizadə Möhüb Allahverdi oğlunun adına olmuşdur. İddiaçı sonradan iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, miras əmlakı yalnız o bütövlükdə faktiki qəbul etdiyindən mərhum atası Allahverdizadə Möhüb Allahverdi oğlundan miras qalmış ünvan 2-in(tikinti altı 99.4 kvm, həyət altında 347.6 kvm, cəmi 447 kvm) bütünlüklə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə bütövlükdə qanun üzrə vərəsə tanınmaqla onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahişetmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı iddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ünvan 2-yə dair Seriya MA ******* nömrəli çıxarışın ləğv edilməsi və mərhum atası Allahverdizadə Möhüb Allahverdi oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və əmlakda tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, atası Allahverdizadə Möhüb Allahverdi oğlundan miras qalmış ünvan 2 ünvanına dair verilmiş MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsivə həmin əmlakda tam şəkildə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, 1983-cü ildə atası vəfat etdikdən sonra, onlar qardaşlar və bacı arasında həmin evlə bağlı, yaxud hər hansı bir miras əmlakla bağlı heç bir tələb, yaxud mübahisə olmamış və ola da bilməzdi. Çünki, ata və anaları arasındakı nikah formal olaraq yalnız sənəd üzərində ləğv edildiyindən atalarından sonra evlərinin faktiki mülkiyyətçisi və sahibi anaları olmuşdur. Onlar ata evlərinin sahibi kimi analarını qəbul etmişlər. Lakin, atalarının vəfatından sonra evlərinin analarının adına sənədləşdirməsinə zərurət və mümkünat olmadığına görə, onlar bunu etməmişlər. Onların 2012-ci ildən sonra yaranmış mübahisəsi də, yalnız sənədləşdirmə ilə bağlıdır. Çünki, o 2012-ci ildə, artıq 12 il mübahisəsiz yaşadığı ata evlərini söküb, yerində yeni ev tikmək qərarına gəlmişdir. Bunun üçün də, ata evlərini öz adına sənədləşdirmək istəmişdir. Həmin vaxtı digər qardaşları və bacısı buna razılıq vermişdilər. Vahid müəllimlə danışmadıqları üçün, ona bildirməmişdir. Sonra, Vahid müəllim Nizami Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirdiyi üçün, qətnamə ləğv olunub işə xitam verilmişdir. 2000-ci ildə o, ailənin məsləhəti və özünün qərarı ilə ailə qurmaq məqsədi ilə evlərinə qayıtmışdır. Onun elçilik-nişan mərasimlərində ağsaqqalları, anası, böyük qardaşları Arif və Vahid müəllim birmənalı olaraq evlərində və qız evində bildirdilər ki, evin kiçik oğlu kimi ata evləri ona aiddir və həmin evdə onun ailəsi yaşamalıdır. Həmin dövrdə evlərində yaşayan qardaşı Vahid müəllimin şəhərin digər hissəsində artıq xeyli vaxt idi ki, ayrıca evi tikilirdi. O, həmin evin tikintisində Vahid müəllimə xeyli maddi yardım göstərmişdir, eyni zamanda onun ev tikdiyi torpaq sahəsinə bitişik ona aid torpaq sahəsində onun öz həyətinə qatmasına razılıq vermişdir. Onun toyunun yaxınlaşmasına baxmayaraq, Vahid müəllim evdən köçməsini ləngitmişdir. Həmin vaxtı onunla söhbət etmək qərarına gəlmiş və ona bildirmişdir ki, əgər evdən köçmək istəmirsə, onun torpaq sahəsini və pullarını qaytarsın. O, özünə ev alsın. Onunla həmin danışığından az sonra, təqribən 3-5 gün müddətində o evdən bütün əmlaklarını yığaraq öz evinə köçmüşdür. Bundan sonra o toy edərək, həyat yoldaşını həmin evə gətirərək yaşamışdır. Bu müddət ərzində o hissə-hissə xeyli tikinti-təmir işləri aparmışdır. 2000-ci ildən bu ilə qədər bir dəfə də olsun Vahid müəllim özü, yaxud anası və qardaşları vasitəsi ilə ona deməmişdir ki, onun ata mülkü ilə bağlı hər hansı bir təmənnası vardır. O, yalnız son vaxtlar aralarında və ailə münasibətlərində yaranan narazılığa görə, eyni zamanda onun səhhətində yaranmış xəstəlikdən istifadə edərək, haqsız və qanunsuz bir iddia qaldırmışdır. Əgər Vahid müəllimin 2000-ci ildən sonra ata mülklərində hər hansı bir pay yaxud təmənnası var idisə, bunu həmin vaxt, yaxud ondan sonra evdə təmir apardığı illərdə çatdıra bilərdi. 19 ildən sonra onun belə bir iddia qaldırmasının məqsədi və məntiqi yalnız qərəzlilik olmaqla, hüquqdan sui-istifadədir. Ona görə də, iddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X22 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 37 saylı ev 2012-ci ildən məhkəmə qətnaməsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmaqla onun mülkiyyətindədir. 1983-cü ildə Allahverdizadə Möhüb Allahverdi oğlu vəfat etdikdən sonra cavabdeh Gəncə şəhərinə qayıtmışdır. 40 gün ərzində atasının dəfn və yas mərasimlərini verdikdən sonra, təqribən 5 aya yaxın bir müddətdə ata evində yaşamışdır. Həmin vaxtı həmin evdə cavabdeh və anası ilə birlikdə, bundan başqa iddiaçı da, öz ailəsi ilə birlikdə həmin evdə yaşayıblar. Mülkdə faktiki sahibliyi və idarəçiliyi cavabdeh və iddiaçı birlikdə həyata keçirməklə mirası qəbul etmişlər. X5 nikahı əvvəldən, formal da olsa ləğv edildiyinə görə onun mirasda payı yaranmayıb, cavabdeh və iddiaçı vərəsə olaraq mirası qəbul etmişlər. Həmin dövrdə və ondan sonra uzun müddət bir vaxtda miras və mirasdaki paylarla bağlı iddiaçı ilə cavabdeh, yaxud digər bacı qardaşlarının mübahisəsi olmamışdır. İddiaçı özü də, ərizəsində göstərmişdir ki, 2000-ci ilədək mülkdə ailəsi ilə birlikdə o, 2000-ci ildən sonra isə cavabdeh yaşamışdır və hal-hazırdada yaşayır. 1990-cı illərdə Azərbaycanda yaranmış sosial-iqdisadi problemlər vaxtı cavabdeh Rusiyada yaxşı qazandığı üçün, bacı və qardaşlarına kömək edib. Onların hər birinin ev tikib yerləşmələrinə cavabdehin xüsusi maddi köməyi olmuşdur. 2000-ci illərdən əvvəl, yəni 90-cı illərin ikinci yarısında cavabdeh və İddiaçının hazırda yaşadığı Sadıllı qəsəbəsində 2 bir-birinə bitişik olan torpaq sahəsi almışlar. İddiaçı cavabdehə təklif etmişdir ki, cavabdeh onun yanında olan torpaq sahəsini də iddiaçıya verməklə, ona orada evin tikilməsində ona kömək etsin, iddiaçı isə əvəzində ata evindəki payından cavabdehin xeyrinə imtina edir. Həmin razılaşmaya əsasən, cavabdehin verdiyi torpaq sahəsi də daxil olmaqla, cavabdehin maddi köməyi ilə iddiaçı 2000-ci ilə qədər həmin sahədə ev tikmişdir. Evi hazır olandan sonra, iddiaçı razılaşmaya əməl edərək ata evini cavabdehə təhvil verib, Sadıllıdaki evə köçmüş və hazırda mübahisəli evdə yaşamır. İddiaçı evə köçdükdən sonra, cavabdeh toy edib yeni ailə qurmağı ilə əlaqədar, həmin evdə tam təmir işləri aparmışdır. Cavabdeh həmin evdə, evə bitişik ayrıca hamam-tualet, dəhliz və böyük mətbəx tikdirmişdir, evdə bütövlükdə yeni oboy-rəng işləri görmüşdür, qonşu ilə barını yenidən çəkdirmişdir. Həyətdə metlak-daş-döşəmə işləri gördürmüşdür. 2012-ci ildə cavabdeh 12 ildən artıq faktiki yaşadığı və sahibi olduğu ata evini öz adına keçirmək qərarına gəlmişdir. Atasının şəxsiyyət sənədlərində olan adı ilə, ev sənədlərindəki adında uyğunsuzluq olduğuna görə, cavabdeh məhkəməyə müraciət etməli olmuş və eyni zamanda atasının vərəsəsi olaraq evin onun adına qeydə alınmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsi bununla bağlı qətnamə çıxarmışdır. İddiaçı həmin qətnamə qüvvəsini aldıqdan sonra apelyasiya şikayəti vermiş və onun şikayəti əsasında ərizə baxılmamış saxlanıldı. Bundan sonra, iddiaçı anasının, bacı və qardaşlarının, o cümlədən digər yaxınlarının iradı nəticəsində bu məsələyə bir daha qayıtmayacağına söz vermişdir. Göstərilənlərə əsasən, bütün faktlar və dəlillər nəzərə alınmaqla, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, 1983-cü ildə ataları Allahverdizadə Möhüb Allahverdi oğlu vəfat etdikdən sonra qardaşı Cavabdeh1 Rusiya Federasiyasından qayıtmış, atasının yas mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına geri qayıtmışdır. Bundan sonra, 2000-ci ildə qardaşı Cavabdeh1 ailə qurduğu üçün qardaşı İddiaçı Gəncə şəhəri, Sadıllı qəsəbəsindəki evinə köçmüş, həmin vaxtdan Zakir ata mülkündə yaşamağa başlamışdır. Bununla belə Cavabdeh1 ata mülkünü faktiki olaraq qəbul etməmişdir. Ona görə də, iddianın təmin olunmasına etiraz etmir. Cavabdeh3 Möhüb oğlu birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X31ifadəsində bildirmişdir ki, o, tərəflərin hər biri ilə 1993-cü ilə qədər uşaqlıqdan bir küçədə yaşamaqla qonşu olmuşlar. 1983-cü ildə Allahverdizadə Möhüb Allahverdi oğlu vəfat edən vaxt Cavabdeh1 Rusiya Fedarasiyasında yaşayırdı. Yas marasimi ilə əlaqədar Gəncəyə gəldikdən sonra o, ata evlərində təqribən 3-4 ay yaşamış və Rusiya Federasiyasına qayıtmışdır. Lakin, sonrakı illərdə də Zakir ata evinə gəlib qayıtmışdır. 2000-ci ildə Zakir ailə həyatı qurduğu üçün İddiaçı Gəncə şəhərində Sadıllı qəsəbəsindəki evinə köçmüşdür. Zakir isə həmin vaxtdan sonra ata evində yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X24ifadəsində bildirmişdir ki, o Cavabdeh1 qayınanasıdır. 2000-ci ildə Allahverdiyev Zakir Möhüb oğlunun anasıgil onun qızına elçi gələndə onun ata evində İddiaçı və ailəsi yaşadığını bilirdi. Zakirin anası elçilik vaxtı bildirmişdir ki, Zakir evin kiçik oğlu olduğu üçün ata evində ailəsi ilə birlikdə o yaşayacaq. Eyni zamanda iddiaçı da bildirmişdir ki, o özünə ev tikdirir, toydan əvvəl həmin evə köçəcək. Onun qızı Zakirin ata evinə gəlin köçmüşdür. Toydan sonra Zakir evdə əsaslı təmir işləri görmüşdür. Zakir həmçinin iddiaçıya evinin tikilməsində də maddi köməklik etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, o tərəflərin analarının qohumudur. Ata evi qonşu küçədə, yəni Ordubadi küçəsi, 3-cü döngə, ev 11 olmaqla, 1956-cı ildən həmin evdə yaşayır. 1983-cü ildə tərəflərin ataları vəfat etdikdən sonra Cavabdeh1 Rusiya Fedarasiyasından qayıtmışdır. Yas mərasimlərini yola verdikdən sonra bir müddət ata evində yaşamışdır. 2000-ci ildə X6yıdaraq evlənmişdir. Zakir evlədiyi üçün Vahid Sadıllı qəsəbəsindəki evinə köçmüşdür. Zakir həmin vaxt Vahidin evinin tikilməsində ona maddi köməklik göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, tərəflərə yaxın qonşu olmaqla, hər ikisini və onların valideynlərini uşaqlıqdan tanıyır. 1983-cü ildə ataları Allahverdizadə Möhüb Allahverdi oğlu vəfat edən vaxt Cavabdeh1 Rusiyada yaşayırdı. Yas mərasimi ilə əlaqədar Gəncəyə gəldikdən sonra o, öz evlərində təqribən 3-4 ay qalıb yaşamışdır. Həmin müddətdə onlar onunla tez-tez küçələrində görüşmüşlər. Sonra o Rusiyaya getmiş və sonrakı illərdə də gəlib-getməyini görmüşdür. 2000-ci ildən sonra isə Zakir birdəfəlik Gəncəyə qayıdıb, ailə qurub, öz evlərində yaşayır. Qardaşı İddiaçı isə Cavabdeh1 toyundan əvvəl həmin evdən köçüb, şəhərin başqa yerində tikdirdiyi evində yaşayır. Cavabdeh1 İddiaçı ev tikintisinə kömək etmiş və ona öz torpaq sahəsini də vermişdir. Bundan əlavə Zakir nəinki qardaşı Vahidə, eyni zamanda digər bacı və qardaşlarına da həmişə hərtərəfli yardımlar etmişdir. 2000-ci ildən sonra, Cavabdeh1 yaşadığı evdə xeyli təmir-tikinti işləri aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, o Cavabdeh1 baldızıdır. Onların ailələri Gəncə şəhəri Yeni İrəvan məhəlləsində qonşu küçələrdə yaşamaqla, onlar uzun illərdən bir-birilərini tanıyırlar. 2000ci ildə Zakirin anasıgil bacısı X25 elçi gələndə onların ata evində İddiaçı ailəsinin yaşadığını bilirdilər. Ona görə də, Zakirin Gülnara ilə ailə qurduqdan sonra harada yaşayacağı ilə maraqlandıqda, Zakirin anası böyük qardaşı Vahid elçilik vaxtı bildirmişdilər ki, Zakir evin balaca oğlu olduğu üçün, adət-ənənəyə görə, ata məhəlləsi onundur. Sonraki illərdə isə Zakir həmin evdə əsaslı təmir işləri aparmaqla, uzun müddət təmir tikinti işləri aparmış, demək olar ki, köhnə evə aid az bir hissə qalmışdır. Toydan əvvəl və sonraki vaxtlarda, Zakirin bacısı Gülnaraya və onlara dediklərindən bilmişlər ki, Zakir qardaşı Vahidin evinin tikilməsində xeyli maddi yardım etmiş və onun təzə evinin yanındaki torpaq sahəsini də Vahid özünə götürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, o 44 il uşaq sahə həkimi kimi xidmət etmişdir. Əsasən uşaqlara evdə baxdığı üçün, demək olar ki, ərazidə yaşayan əksər ailələrin problemləri barədə məlumatlı olmuşdur. Hər iki ailəni yaxından tanımaqla, birbirilərinin xeyir işlərində də iştirak etmişlər. Eyni zamanda Cavabdeh1 anası X26 ilə həmişə yaxın münasibətdə olmuşdur. 1983-cü ildə Allahverdizadə Möhüb Allahverdi oğlu vəfat etdikdə, həmin vaxt onun Rusiyada yaşayan oğlu Cavabdeh1 yas mərasimində əvvəldən axıra kimi iştirak etmiş, sonra bir neçə ay atası evində xeyli yaşamışdır. 2000-ci ilin əvvəllərində o X26 ilə görüşən zaman Cavabdeh1 niyə Rusiyadan qayıdıb evlənməməsi ilə əlaqədar maraqlanmış, o da bildirmişdir ki, oğlu İddiaçı evinin tikilib başa çatmasını gözləyirlər, həmin evin tikilməsində Cavabdeh1 da kömək edir, ev tikilib qutarandan sonra, İddiaçı öz evinə köçəcək, Cavabdeh1 evlənib həmin evə gəlin gətirəcəkdir. Həmin vaxtı X26 bildirmişdir ki, İddiaçı evinin yanında Cavabdeh1 da torpağı var idi, orada Cavabdeh1 ev tikməli idilər. Lakin, həmin torpağı da İddiaçı özünə götürməklə, Cavabdeh1 evin kiçiyi kimi ata məhləsində qalmasına qərarlaşıblar.Eyni zamanda o, Zakirin uşaqları X9 və Allahverdizadə Möhüb Zakir oğlunun da həkimi olmuşdur. Onlara baxmaqla əlaqədar həmişə həmin evə gedibgəlmişdir. Toydan sonra uzun müddət ərzində Cavabdeh1 orada təmir-tikinti işləri aparmasını görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, 1973-cü ildən 1986-cı ilə qədər ünvan 3 nömrəli ünvanda yerləşən qohumu X16 evində yaşayıb X19 işləmişdir. Həmin evə bitişik olan 37 nömrəli evdə yaşayan X26 və Allahverdizadə Möhüb Allahverdi oğlunun ailəsini yaxşı tanımış və yaxın münasibətləri olmuşdur. 1983-cü ildə Allahverdizadə Möhüb vəfat edəndə o, qonşuluqda yaşamışdır. Həmin vaxt Cavabdeh1 Rusiyadan gəlmiş, yas mərasimində iştirak etmiş və yasdan sonra bir müddət, təqribən bir neçə ay qalıb sonra getmişdir. O, 1986- cı ildə ailə qurmuşvə ər evinə köçmüşdür. Buna baxmayaraq, tez-tez qohumu Xəlilgilə gəlib-getdiyi üçün, arabir Cavabdeh1 görmüşdür.Cavabdeh1 evlənməmişdən bir neçə ay əvvəl onunla təsadüfən qohumugilə gələn vaxtı küçədə rastlaşmışdır. Onun evlənmədiyini bildiyi üçün, vətənə qayıdıb ailə qurmamasının səbəbini soruşmuşdur. Ona bildirmişdir ki, artıq xeyli vaxtdır ki, qonşu küçədə yaşayan, X10 qızı ilə ailə qurmaq məsələsi razılaşdırılmışdır. O, bildirmişdir ki, qardaşı İddiaçı evdən köçməsini gözləyir. Ona evin tikilməsində köməklik etmişdir. İddiaçı köçdükdən sonra evlənib, yoldaşını ata evinə gətirəcəkdir. Bir müddət sonra, onların evləndiklərini eşitmiş və həmin vaxtdan indiyədək həmin evdə yaşayırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh1, onun nümayəndəsi və vəkili X22 və İddiaçı apelyasiya şikаyətləri vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri Cavabdeh1, onun nümayəndəsi və vəkili X22 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, məhkəmənin həmin qətnaməsi, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktik halların aydınlaşdırılmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və məhkəmə qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından, qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmənin hazırki mübahisə üzrə gəldiyi nəticə ilə və tətbiq etdiyi hüquq normalarını düzgün hesab etməyib, razılaşmasa da, hesab edir ki, məhkəmənin (sədrlik edən hakimin) həmin işə qərəzsiz, obyektiv və ədalətli münasibəti qeyd edilməlidir. Mübahisəli mülk tərəflərin 1948-ci ildə ailə qurmuş valideynlərinə məxsus olmuş, onlara 1960-cı ildə torpaq sahəsi ayrılmış, sonra ev tikilmişdir. Birgə nikahdan 5 uşaq- 1949-cu ildə Zenfira, 1951-ci ildə Arif, 1954-cü ildə Vahid, 1957-ci ildə Akif və 1960-cı ildə Zakir doğulmuşdur. Tərəflərin anaları X30 Qənnadı kombinatında işləyib, ev növbəsi ilə mənzil almaq üçün ata-analarının nikahı, məhkəmə qətnaməsinə əsasən formal ləğv edilmiş və analarının payı formal olaraq pulla əvəzləşdirilmişdir. Nəticədə anaları mənzil növbəsinə əsasən, Gəncə şəhəti N.Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində yerləşən 5 mərtəbəli binada bir otaqlı mənzil almış və orada oğlanlarından Akifin ailəsini yerləşdirmişlər. xx.xx.1983-cü ildə ataları Möhüb vəfat etmişdir. Həmin vaxtı qızları Zenfıra ərdə olmuş, Akif yuxarıda qeyd etdiyi bir otaqlı mənzildə, Arif isə ailəli olmaqla, başqa yerdə öz evində yaşamışlar. Ata evində anaları Səfurə, qardaşlardan Vahid ailəsi ilə birlikdə və Zakir yaşamaqda davam etmişdir. Zakir eyni zamanda müvəqqəti Rusiyada işləmiş və yaşamışdır. Vərəsələrdən heç biri mirasın qəbulu ilə bağlı notariusa rəsmi ərizə verməmiş və yaxud aktiv heç bir hərəkət etməmiş, yəni mirasın qəbuluna dair iradə ifadəsini nümayiş etdirməmişlər. 90-cı illərin ortalarından sonra Vahid Gəncə şəhəri Sadıllı qəsəbəsində, yeni məhəllədə özünə ev tikdirməyə başlamış və bir neçə il davam etmişdir. 90-cı illərin axırlarında Zakirin ailə qurma məsələsi gündəmə gəlmiş və Vahidin evinin tikilib başa çatmasını və onun köçməsini gözləmişlər. Zakir onun evinin tikilməsində maddi yardım göstərmiş, eyni zamanda onun ev tikdiyi torpaq sahəsinə bitişik özünə aid torpaq sahəsini də Vahidin öz həyətinə qatılmasına razılıq vermişdir. Həmin ərəfədə Zakirin elçilik, nişan mərasimlərində anası Səfurə, böyük qardaşları Arif və Vahid öz aralarında və qız evində birmənalı olaraq bildirmişlər ki, Zakir evin kiçik oğlu olduğu üçün ata evi ona aiddir. 2000-ci ildə, toydan əvvəl Vahid yığışıb öz evinə köçmüş, Zakir ata evinə gəlin gətirmişdir. 2000-ci ildən sonra hazıra qədər Zakir anası və ailəsi ilə birlikdə həmin evdə, Vahid isə başqa yerdə olan öz evində yaşamışdır. 2012-ci ildə Zakir evi atasının adından öz adına sənədləşdirmək istəmiş, torpaq sənədində atasının adı Möhüb əvəzinə Məhbub yazıldığı üçün, “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə eyni zamanda həmin faktı müəyyən etməklə bərabər, mirasın Zakir tərəfindən qəbul edilməsi faktını da müəyyən edib, evin onun adına qeydiyyata alınmasına dair qətnamə çıxarmışdır. X23 Möhüb oğlu, atasının vəfatından 36 il sonra, eyni zamanda mübahisə etdiyi evdən köçdükdən 12 il sonra, yəni 2012-ci ildə, qardaşı Zakirin məhkəmə qətnaməsinə əsasən, evi adına keçirməsini bilib, apelyasiya şikayəti əsasında həmin qətnaməni ləğv etdirmiş, bundan 7 il sonra isə, yəni 2019-cu ildə məhkəmədə hazırki iddianı qaldırmışdır. Sonraki məhkəmə proseslərində məhəməyə iddianın dəqiqləşdirilməsinə, iddia həcminin artırılmasına dair ərizələr verərək, bütün ərizələrində vərəsə tanınmasını, mirası qəbul etdiyini və məhkəmə tərəfindən mirasın qəbul olunması faktının müəyyən olunmasını və əmlaka payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, məhkəmə mübahisə üzrə düzgün nəticəyə gəlməmiş, məhz buna görə də, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə tərəflərin atalarının 1983-cü ildə vəfatından sonra, qanunla müəyyən olunmuş vaxtda, tərəflərin orada yaşamalarını əsas götürüb, bunu onlar tərəfindən mirasın qəbul edilməsi faktı kimi qiymətləndirib, onları mülkiyyətçi hesab edib, bərabər pay vermişdir. Burada məhkəmə, tərəflər arasında mirasın qəbul edilməsi ilə bağlı mübahisənin nə vaxtdan yaranmasını və iddiçının iddia tələbinin əsası kimi onun vərəsə tanınmaqla, mirasın bütünlüklə onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etdiyini nəzərdən qaçırmışdır. Yəni məhkəmə, iddiaçının iddia tələbinin dəlillərini və əsaslarını onun tələbləri çərçivəsində müzakirə etmədən və qiymətləndirmədən nəticəyə gəlmişdir. Hesab edir ki, əgər iddiaçı, 36 ildən sonra, nə vaxtsa mirası qəbul etdiyi barədə və mirasın qəbul olunması faktının müəyyən olunması barədə iddia qaldırıbsa, bu halda mütləq olaraq onun mirasla bağlı mübahisə olduğunu bildiyi vaxt müzakirə olunmalı, ilkin halda konkret tələblə bağlı iddia müddətinin tətbiqi (əgər belə bir ərizə varsa) müzakirə olunmaqla nəticəyə gəlinməli idi. Onlar məhkəmənin gəldiyi nəticəni, düzgün hesab etməyəndə, onu nəzərdə tutmurlar ki, miras tərəflər tərəfindən qəbul olunmuş, ya olunmamışdır. Onlar nəzərdə tuturlar ki, mirasın nə vaxt və kimlər tərəfindən qəbul olunması barədə nəticəyə gəlməmişdən əvvəl, 36 il sonra mübahisə qaldırdığı üçün, əvvəl bu mübahisə üzrə, yəni mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə tələblə bağlı iddia müəddəti tətbiq olunmalıdırmı? Tətbiq olunmalıdırsa, 36 il əvvəl açılmış mirasa dair, mirasın qəbul edilməsi faktı barədə mübahisəyə məhkəmə hazırda baxışa, hansı iddia müddəti tətbiq olunmalıdır? Hesab edirlər ki, məhkəmə mübahisə üzrə həmin məsələni kögədə saxlayıb, müzakirə etmədən və qiymətləndirmədən, yalnız 36 il əvvəl miras açılan vaxt, tərəflərin orada qanunla müəyyən olunmuş 3 ay vaxtda yaşadıqları arqumenti ilə onları mülkiyyətçi hesab edib, pay bölməsi düzgün nəticə deyildir. Şübhəsiz ki, bu nəticə üzrə tədbiq olunmuş maddi hüquq normalarını da, düzgün tədbiq olunmayan normalar hesab edirlər. Məhkəmə yalnız tərəflərin miras açılan vaxt, yəni 1983-cü ildə qanunla müəyyən olunmuş vaxt ərzində evdə yaşamalarına əsaslanıb, onları mirası qəbul etmiş şəxs kimi mülkiyyətçi hesab etmişdir. Onlar hesab edirlər ki, təkcə formal olaraq miras evdə qalıb yaşamaq, mirasın qəbul edilməsinin hüquqi əsas kimi yetərli deyildir. Çünki, mirasın qəbul edilməsi ilə bağlı qanunvericinin yekdil tələbi ondan ibarətdir ki, mirasın qəbul edilməsinin arxasında vərəsənin iradəsi öz əksini tapmalıdır. Bunun üçün qanunverici vərəsənin notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verməsini və ya əmlaka sahiblik etməklə, yaxud əmlakı idarə etməyə faktik başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirilməsini vacib faktor kimi önə çəkir. Yəni, hər üç anlamda vərəsə tərəfindən mirasın qəbulu barədə iradəsi ortaya qoyulmalı, yaxud nümayiş etdirilməldir. Bir daha qeyd edirlər ki, vərəsə övladların, əvvəldən valideyn evində yaşayıb, valideynlərin vəfatından sonra orada yaşamaqda davam etməsi, mirasın qəbul edilməsi nəticəsini yarada bilməz. Bu yalnız, o halda qəbul edilə bilər ki, miras evdə yaşayan övlad, yaxud övladlar əvvəldən, yəni miras açılan gündən mirası artıq özünkü kimi qəbul edib, onun özününkiləşdirilməsində maraqlarını ortaya qoymuş olsunlar və hər hansı bir hərəkət nümayiş etdirsinlər. Hazırki mübahisə üzrə vərəsələrdən heç biri mirasın özününküləşdirilməsi istiqamətində heç bir hərəkət etməmişlər. 1983-cü ildə tərəflərin atasının vəfatından sonra, evin faktik mülkiyyətçisi qismində tərəflərin anaları çıxış etmiş, o, həmin vaxtdan bu günə qədər həmin mülkdə qalıb yaşamaqla, mülkə dair sərəncamlar verməklə, defakto mülkiyyətçi olmuşdur. Onun razılığı və təşəbbüsü ilə Vahid özü üçün başqa yerdə ev tikdirib çıxmış, kiçik oğlu Zakiri evin gələcək mülkiyyətçisi kimi tanıyıb onu evləndirmiş, onun həyat yoldaşını gəlin gətirməklə, evin el-adət ənənələrinə görə, evin kiçik oğluna aid olduğunu əvvəldən elan etmişdir. Tərəflərin məhkəmədə etiraf etdiyi və mübahisələndirmədiyindən vacib faktorlardan biri ondan ibarətdir ki, onların ata-anası arasında 70-ci illərin axırlarında icra edilmiş boşanma və mülk payının əvəzləşdirilməsi ilə bağlı məhkəmə qərarları, formal olaraq ailənin mənzil problemin həllinə kömək məqsədi ilə çıxarılmışdır. Tərəflərin atasının 1983-cü ildəvəfatından əvvəl və sonra bütün övladlar, o cümlədən hazırki tərəflər, nəinki mirasla bağlı hər hansı bir hərəkət etməmişlər, hətda onlar bu barədə düşünməmişlər və miras əmlak anlayışını qəbul etməmişlər. Çünki, atalarından sonra onlar evlərinin defakto mülkiyyətçisi kimi analarını qəbul etmişlər. Hesab edirlər ki, bu gün 36 il əvvəl, tərəflərin atasının vəfat etməsi ilə əlaqədar, onların orada 3 ay ərzində yaşamaqda davam etmələrini, mirasın qəbul edilməsinin faktoru kimi qəbul edilməsi, qanunvericinin tələb etdiyi məntiqə və hüquqa uyğunluğa adekvat deyildir. İş üzrə tərəflər arasında mübahisə yarandığı dövrə uyğun, düzgün nəticəyə gəlinməli və məhz mübahisə yarandığı vaxta uyğun maddi hüquq normaları tətbiq edilməlidir. Tərəflərin arasında həmin evə aid mübahisənin, ilk dəfə 2012-ci ildə yarandığı nəzərə alınsa, 2012-ci ildə yaranmış mübahisə, məhkəmə araşdırmasının predimeti olmaqla, qiymət verilməlidir. 2012-ci ildə Cavabdeh1 artıq 12 il ərzində daimi yaşayıb, əsaslı təmir edib, artırmalarla özününkiləşdirdiyi evi öz adına rəsmiləşdirdikdən sonra, ilk dəfə İddiaçı qətnamədən narazı qalmış və mülkdə payının olduğuna əsaslanıb, qətnaməni mübahisələndirmişdir. Apelyasiya şikayətində o, atasının 5 vərəsəsi olduğunu göstərib, mülkün 1/5 payının ona çatmalı olduğunu göstərmişdir. Apelyasiya Məhkəməsinin qərardadının məğzi ondan ibarət olmuşdur ki, mülklə bağlı mübahisə olduğuna görə, tərəflər ümumi iddia qaydasında məhkəməyə müraciət etməlidirlər. Apelyasiya Məhkəməsinin qətnaməsindən sonra, İddiaçı 2 ay ərzində mirasın qəbul edilməsi ilə bağlı məhkəmədə mübahisə açıb iddia qaldıra bilərdi. Çünki, MM-nin 1272-ci maddəsinin tələblərinə əsasən, mirasın qəbul edilməsi barədə mübahisə, maraqlı şəxsin bundan ötəri müvafiq əsas olduğunu bildiyi gündən, iki ay ərzində açılmalıdır. İddiaçı isə 6 il ərzində, onun tərəfindən də həmin mirasın qəbul edilməsi ilə bağlı heç bir mübahisə açmamış, yəni iddia qaldırmamışdır. Ona görə də, onlarəvvəldən, həmin faktora əsaslanaraq onun tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmişlər və bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə MM-nin 384.0.4-cü maddəsinə əsaslanaraq qanun normasını səhv təfsir etmiş, göstərmişdir ki, mülkiyyətçinin və ya digər sahibin tələblərinə iddia müddəti şamil edilmir. Məhkəmə onların iddia müddətinin tətbiqi barədə ərizsinimüzakirə edərək, MM-nin 384.0.4-cü maddəsinə əsaslanmışdır. Hesab edirlər ki, məhkəmə həmin maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Çünki, bütün yuxarıda qeyd etdiklərinə əsasən iddiaçı mülkiyyətçi hesab edilə bilmədiyinə görə, MM-nin 384.0.4-cü maddəsinin tədbiqi düzgün deyildir. İddiaçının 36 ildən sonra qaldırdığı iddia hüquqa uyğun deyil, yalnız başqasına ziyan vurmaq məqsədi ilə istifadə edildiyi üçün, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir çünki, MM-nin 16 və 560-cı maddələrinə əsasən, hüquqdan sui istifadə yol verilməzdir və qanunla qadağan olunur. Bu əsasla da iddia rədd edilməlidir. Çünki, İddiaçı özü məhkəmədə dəfələrlə etiraf etmişdir ki, onun ata mülkü ilə bağlı 1983-cü ildən sonra, uzun müddət ərzində mirasa marağı olmamış, 2000-ci ildə kiçik qardaşı Zakiri evləndirərkən, anası və böyük qardaşı Ariflə birlikdə o özü də ağsaqqallıq etmiş, bundan əvvəl özünə ev tikdirib köçmüş və kiçik qardaşı Zakirin evlənib ata evinə köçüb, orada yaşamasında ümumi ailənin fikri ilə razılaşmışdır. Sonradan, yəni 2012-ci ildə, artıq küsülü olduğu kiçik qardaşı Zakirin, ata evini digər bacı-qardaşlarının razılığını alıb, onun razılığını almadan sənədləşdirməsindən narazı qalıb, hüquqdan sui-istifadə edərək qətnaməni ləğv etdirmişdir. Ondan 7 il sonra iddia qaldıraraq, artıq yalnız 4 divarı ata evinə aid edilən mülkün öz adına sənədləşdirilməsinə nail olmaqla, cavabdehi özündən asılı vəziyyətə salmağa dair niyyətini məhkəmədə gizlətməmişdir. Bütün bu göstərdiklərinə əsasən, hesab edirlər ki, məhz MM-nin 16 və 560-cı maddələri tətbiq edilməklə, iddiaçının iddiasının rədd edilməsi qanuna uyğun və ədalətlidir. Ona görə də, apelyasiya şikayətini təmin edib, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019nömrəli qətnaməsini ləğv edib, apelyasiya şikayətinin dəlilləri əsasında iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş edirlər. İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və iddianın tam olaraq təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Qətnamədə işin həqiqi halları araşdırılmamış, obyektivsizliyə yol verilmişdir. Məhkəmədə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, prosessual hüquqların həyata keçirilməsində maneələr təşkil edilmişdir. Qətnamə maddi hüquq və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə çıxarılmışdır. Bu səbəbdən də həmin qətnamədən apelyasiya şikayəti vermək məcburiyyətindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atam Allahverdizadə Möhüb Allahverdi oğlunun adına olmuşdur. Atası xx xxxx 1983-cü il tarixində vəfat etmişdir. Ailədə 5 övlad olmuşlar. Atası rəhmətə gedəndən sonra miras mülkdə yalnız o, öz ailəsiylə və anasıyla birlikdə yaşamışlar. Atasının sağlığından onun anasıyla nikahı pozulmuşdu. Atası vəfat edən zaman Cavabdeh1 Rusiyada yaşayırdı və o mirası nə faktiki qəbul etmiş, nə də notariat kontoruna bu barədə ərizə vermişdir. Buna baxmayaraq, 2012-ci ildə Cavabdeh1 mülkü onun xəbəri olmadan öz adına keçirmişdir. Bir daha qeyd etmək istəyir ki, atası vəfat edəndən sonra miras əmlakda yalnız o, öz ailəsiylə birlikdə yaşamaqla təsərrüatı idarə etmiş və bununla da mirası faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən onların pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Atası Allahverdizadə Möhüb Allahverdi oğlunun xx xxxx 1983-cü il tarixində vəfat etməsini nəzərə alaraq hazırkı mülki işin həlli ilə əlaqədar 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Onun iddia tələbi qanuni olduğu üçün tam təmin olunmalı idi. Lakin, məhkəmə tamamilə əsassız olaraq iddianı qismən təmin edib mülkün ½ hissəsinə Cavabdeh1 payını müəyyən etmişdir. Yəni məhkəmə sözügedən qətnaməni çıxarmaqla onun mülkiyyət hüquqlarını kobud surətdə pozulmuşdur. Bildirmək istəyir ki, cavabdeh tərəfindən məhkəməyə mirası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Buna baxmayaraq, məhkəmə sözügedən qətnaməni çıxaran zaman işin faktiki hallarını araşdırmamış və tamamilə yanlış nəticəyə gələrək cavabdehin və əvvəlcədən öyrədilmiş şahidlərin yalan ifadələrinə əsaslanmışdır. Bu faktın özü qətnamənin yalnız bir tərəfin mənafeyi nəzərə alınmaqla çıxarılması anlamına gəlir. Göründüyü kimi, qeyd edilən faktların hər biri açıq-aydın göz qabağında olsa da, məhkəmə heç bir araşdırma aparmadan, sübutlarıqiymətləndirmədən qətnamə çıxarmışdır. Bütün bu sadalananlar isə yuxarıda qeyd etdiyim “prosessual hüquqlarının həyata keçirilməsinə maneələr təşkil edilməsi, həmçinin qətnamənin maddi hüquq və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə çıxarılması” fikrini bir daha təsdiq edir. Ümumiyyətlə, məhkəmə sözügedən qətnaməni çıxararkən mötəbər sübutlarla təsbit olunan faktlara əsaslanmaq əvəzinə, cavabdehin həqiqəti ifadə etməyən, heç bir sübuta söykənməyən ifadələrinə və əvvəlcədən öyrədilmiş şahid ifadələrindən ibarət olan saxta sübutlara əsaslanmışdır. Qətnamədə göstərilən hallar iş materiallarına uyğun deyildir. Göründüyü kimi, məhkəmə bütün bu faktları araşdırmamış, maddi hüquq və prosessual hüquq nonnalarını kobud surətdə pozmuş və beləliklə də qeyri-obyektiv, qanunsuz və əsassız bir qətnamə çıxarmışdır. Ona görə də, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi barədə apelyasiya şikayətinin təmin edilməsini, iddianı təmin edərəkünvan 8 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışın ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktını müəyən edib miras əmlaka tam olaraq onun payının müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili X22 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat v erərək həmin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X34 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh3 Möhüb oğlu və Cavabdeh2 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1, onun nümayəndəsi və vəkili X22 və İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Kirovabad şəhər Xalq Məhkəməsinin 2-851/1980 saylı xx xxxxxx 1980-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X26 məhkəmədə Allahverdizadə Məhbub (Möhüb) Allahverdi oğluna qarşı iddia qaldıraraq sabiq əri cavabdeh Allahverdizadə ilə birgə yaşayış dövründə əldə etdikləri Kirovabad şəhəri Komsomol küçəsi 37 nömrəli ünvanda yerləşən mülkün iki hissəyə bölünüb ona düşən hissəsinin pul hesabı ilə ona verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin iddia üzrə mülki işə baxılmış və məhkəmənin xx xxxxxx 1980-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Allahverdizadə Məhbub (Möhüb) Allahverdi oğlundan 360 manat pul tutulub X17 verilməsi, Kirovabad şəhəri, Komsomol küşəsi 37 nömrəli mülkə tam mülkiyyət hüququnun X2 verilməsi qət edilmişdir. İşdə olan xx xxxx 1960-cı il tarixli şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinin surətindən görünür ki, Kirovobad şəhəri, kvartal 270-37 Komsomol küçəsində yerləşən torpaq istifadəsi X2 verilmişdir. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(043)- 2187/2019 saylı qətnamənin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, Gəncə şəhəri Şəddadilər küçəsi ev 37 (keçmiş Komsomol küçəsi) saylı evə dair X1 adına verilmiş xx xxxx 1960-cı il tarixli şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinin əslində Allahverdizadə Möhüb Allahverdi oğluna məxsus olması faktı müəyyən olunmuşdur. İşdə olan İİ-JQ seriyalı 363766 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Allahverdizadə Möhüb Allahverdi oğlu xx.xx.1983-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 448 nömrə ilə qeyd edilmişdir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(044)-481/2012 saylı qətnamənin surətindən görünür ki, ərizəçi Cavabdeh1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ünvan 6 saylı ünvanda yerləşən mülkün arxiv sənədlərində yazılan X3 sözləri Allahverdizadə Möhüb Allahverdi oğlu kimi oxunması, mərhum Allahverdizadə Möhüb Allahverdi oğlundan miras qalmış ünvan 7 saylı ünvanda yerləşən mülkə Cavabdeh1 qanun üzrə vərəsə hesab edilməsi, ünvan 7 saylı ünvanda 0.0475 ha torpaq sahəsində yerləşən sahələri 29,1 kvm və 13,4 kvm olan üç yaşayış otaqları, 30,4 tam örtülü eyvanı, 42,9 kvm xidməti otağı, 74,1 kvm çardağı, 4,4 kvm hamamı, 1,9 kvm ayaq yolu, 15,2 kvm mətbəxi və 6,1 kvm dəhlizi olan “A” literli yaşayış binası, sahəsi 11.8 kvm qazanxana, əl damı və sahəsi 35,7 kvm çardağı olan “B” literli tikili və sahəsi 3,5 kvm ayaq yolu olan “C” literli tikilidən mülkün Cavabdeh1 adına qeydə alınması Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir İşdə olan MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 8 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 Allahverdi oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli, 2(104)-982/2012 saylı qərardadının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(044)-481/2012 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2- 481 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmış, tərəflərə ümumi iddia icraatı qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. İşdə olan Cavabdeh3 Möhüb oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, atası Allahverdizadə Möhüb Allahverdi oğlunun xx xxxx 1983-cü il tarixdə vəfatından sonra vərəsəlik işinin açılması barədə xəbərdar olduğunu, mirası qəbul etmə müddətini ötürdüyünü, bunun bərpası üçün məhkəməyə müraciət etməyəcəyini, mirası faktiki olaraq idarə etmədiyini bildirmişdir. İşdə olan Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, o, atası Allahverdizadə Möhüb Allahverdi oğlunun xx xxxx 1983-cü il tarixdə vəfatından sonra vərəsəlik işinin açılması barədə xəbərdar olduğunu, mirası qəbul etmə müddətini ötürdüyünü, bunun bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528, 532 və 552-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsində isə göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflərin atası mərhum Allahverdizadə Möhüb Allahverdi oğlu ilə anası X11 nikahları pozulmuş, nikah pozulduqdan sonra məhkəmənin qətnaməsinə əsasən mübahisəli mülkdən, yəni Gəncə şəhəri, Şəddadilər küçəsi 37 saylı fərdi yaşayış evindən X18 düşən paya görə Allahverdizadə Möhüb Allahverdi oğlu tərəfindən ona pul ödənilmiş və mübahisəli mülkün tam mülkiyyət hüququ Allahverdizadə Möhüb Allahverdi oğluna keçmişdir. xx xxxx 1983-cü il tarixdə Allahverdizadə Möhüb Allahverdi oğlu ölmüşdür. X12 mübahisəli mülklə bağlı payı ödənildiyindən, mərhum Möhüb Allahverdizadənin ölümündən sonra onun vərəsələri yalnız uşaqları olmuşdur. X20 Möhüb oğlu, Cavabdeh3 Möhüb oğlu və Cavabdeh2 miras açıldıqdan sonra atalarından miras qalmış əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər və beləliklə miras əmlakı vərəsəlik qaydasında qəbul etməmişlər. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan Allahverdizadə Möhüb Allahverdi oğlu xx.xx.1983-cü il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı atasının ölümündən sonra 2000-ci ilədək, yəni 17 il ərzində miras əmlakda faktiki yaşaması, həmin əmlaka yiyələnməsi tərəflər arasında işin mübahisəsiz halı olduğundan o, mirası faktiki olaraq qəbul etmiş sayılır. Miras qoyanın digər vərəsəsi – hazırki iş üzrə Cavabdeh1 münasibətdə isə qeyd edilməlidir ki, onun atasının ölümündən sonra, yəni miras açıldıqdan sonra mübahisəli yaşayış evinə gəlməsi, atasının yas mərasimi ərzində və bundan sonra bir neçə ay ərzində həmin evdə yaşaması və əmlaka yiyələnməsi məhkəmə iclasında özünün izahatı ilə yanaşı, bir-biri ilə uzlaşan şahid ifadələri ilə də təsdiq olunur. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan Allahverdizadə Möhüb Allahverdi oğlu öldükdən sonra onun birinci növbə vərəsələri olan uşaqları - İddiaçı və Cavabdeh1 atalarından miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi 37 saylı fərdi yaşayış evinə faktiki surətdə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia – miras əmlakda payın müəyyən edilməsinə dair hissədə qismən təmin olunmalı, Gəncə şəhəri, Şəddadilər küçəsi 37 saylı fərdi yaşayış evində İddiaçı ½ hissədə və Cavabdeh1 ½ hissədə payı müəyyən olunmalıdır İş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(044)-481/2012 saylı qətnaməsinə əsasən Allahverdizadə Möhüb Allahverdi oğlundan miras qalmış ünvan 7 saylı ünvanda yerləşən mülkə Cavabdeh1 qanun üzrə vərəsə hesab edilmiş, həmin mülkün Cavabdeh1 adına qeydə alınması Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi idarəsinə həvalə edilmişdir. Bundan sonra həmin qətnamə əsasında müvafiq sənədləşdirmə işləri aparılaraq, ünvan 7 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra sözügedən qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli, 2(104)-982/2012 saylı qərardadına əsasən qətnamə ləğv edilmiş və ərizəsi baxılmamış saxlanılmış, tərəflərə ümumi iddia icraatı qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli yaşayış evinə dair Cavabdeh1 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışGəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(044)-481/2012 saylı qətnaməsi əsasında verilmişdir. Lakin, həmin qətnamə apelyasiya instansiya məhkəməsinin müvafiq qərardadı ilə ləğv edilmişdir. Buna görə də iddia həmin hissədə təmin edilərək, mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X22 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli mülkə miras, tərəflərin atasının 1983-cü ildə vəfat etməsi ilə əlaqədar açılmışdır. İddiaçı ata evində 2000-ci ilədək yaşadıqdan sonra, kiçik qardaşı Cavabdeh1 ailə qurması ilə əlaqədar onun köməkliyi ilə özünə Gəncə şəhəri Sadıllı qəsəbəsində ayrıca ev tikdirmişdir. Toy ərəfəsində o, evi qardaşı Zakirə təhvil verib öz evinə köçmüşdür. 2000-ci ildən halhazıradək, yəni 19 il ərzində öz evində yaşayır. 2000-ci ildən başlayaraq Cavabdeh1 həmin evdə uzun müddət ərzində tam təmir tikinti işləri aparmış, evə bitişik ayrıca hamamtualet, dəhliz və böyük mətbəx tikdirmiş, evdə bütövlükdə yeni oboy-rəng işləri gördürmüş, qonşu ilə barını yenidən çəkdirmiş, həyətdə metlak-daş döşəmə işləri gördürmüşdür. Bütün bu işlərin görülməsindən iddiaçının xəbəri olmuş, buna qarşı hər hansı bir etiraz yaxud mübahisə qaldırmamışdır. Hazırda iddiaçı 36 ildən sonra, onun tərəfindən mirasın qəbul edilməsini mübahisələndirmişdir. Hesab edir ki, onun tərəfindən 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllədə müəyyən edilmiş iddia müddəti və hazırda qüvvədə olan Mülki Məcəllədə müəyyən edilmiş iddia müddətləri uzun müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirərək qeyd etmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa beləiddia müddəti şamil edilmir (Mülki Məcəllə 384.0.4-ci maddəsi). Məhkəmə müəyyən etmişdir ki, İddiaçı miras açıldıqdan, yəni atasının ölümdən sonra miras əmlaka faktiki sahiblik etmiş və xx.xx.2000ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən o, həmin vaxtdan miras əmlakın ½ hissəsinin mülkiyyətçisi hesab olunur. Odur ki, məhkəmə Mülki Məcəllənin 384.0.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, həmin Məcəllədə nəzərdə tutulan iddia müddətinin tətbiqinə dair müddəalar hazırki işdə tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri, Şəddadilər küçəsi 37 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən MA ******* nömrəli çıxarış ləğv edilməli, Gəncə şəhəri, Şəddadilər küçəsi 37 saylı fərdi yaşayış evində İddiaçı ½ hissədə və Cavabdeh1 ½ hissədə payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyatorların apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1, onun nümayəndəsi və vəkili X22 və İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayətləri təmin olunmamalı, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-3202/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)- 3202/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh1, onun nümayəndəsi və vəkili X22 və İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1304/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1304/2020
22.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver