Məhkəmə qərarları › İş №2(107)-1304/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1304/2021

07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1304/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə üzrə Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikahın etibarsız hesab edilməsinə dair tələbinin rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçıCavabdeh2nə qarşı - X12 ilə Cavabdeh1 arasında 29.01.2009-cu il tarixli, AZ-İ 442280 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə, Cavabdeh1 hərəkətlərində cinayətin əlamətlərinin olması ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərardad çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X3 1994-cü ildə rəhmətə getmişdir. Ondan sonra atası X12 tək yaşamışdır. Yaşlılıq ilə əlaqədar olaraq atasın qulluq edilməsi üçün 2005-ci il tarixdə Cavabdeh1 dayısının vasitəsi ilə evə gətirmişlər. Daha sonra atası və Cavabdeh1 atasına məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, bağ evi B- 1988-ə getmişlər. Atası 01.08.2012-ci il tarixdə vəfat etmişdir. Bir bacı, iki qardaş olmuşlar. X2 2008-ci ildə yol qəzasında rəhmətə getmişdir. Yəni atasının vərəsəsi kimi özü, bacısı və qardaşının iki uşağı var. Bacısı və qardaşının uşaqları vərəsə payı istəmədikləri üçün 13.10.2013-cü ildə vərəsəlik şəhadətnaməsi üzrə Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1988 saylı bağ evini mülkiyyətinə keçirmişdir. 2019-cu il tarixdə isə həmin bağ sahəsini satmaq istəyərkən cavabdeh atası ilə nikaha daxil olduqlarını bildirmiş və ondan pay istəmişdir. Ona 29.01.2009-cu il tarixli, AZ-İ 442280 saylı nikah haqqında şəhadətnamə göstərmişdir. Atası və cavabdeh Sumqayıt şəhərində yaşamışlar. Nikahın bağlanması üçün Sumqayıt Qeydiyyat İdarəsinə müraicət edə biləcəkləri halda nəyə görə Ağsu rayonuna gedərək orada nikahın bağlanması üçün müraciət ediblər. 2008-ci ildə atası Türkiyə Respublikasında ağır əməliyyat keçirmişdir. Uzaq yol gedə bilmirdi. Həmçinin cavabdehlə nikaha girmiş olsaydı onların da xəbəriolardı. Hesab edir ki, atası ümumiyyətlə qeydiyyat idarəsinə getməmiş və qeyd olunan nikah şəhadətnaməsi saxta yolla əldə edilmişdir. Bunun araşdırılması isə səlahiyyətində olmadığı üçün məcbur olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia tələbi üzrə X12 ilə Cavabdeh1 arasında 29.01.2009-cu il tarixli, AZ-İ 442280 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə, Cavabdeh1 hərəkətlərində cinayətin əlamətlərinin olması ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçıiddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası ilə cavabdeh arasında nikahın niyə Sumqayıt şəhərində deyil, Ağsu şəhərində qeydə alınması şübhə yaradır. Belə ki, hər ikisi Sumqayıt şəhərində yaşayıblar. Onların bu barədə hər hansı məlumatı və şahidliyi olmamışdır. Nikah qeydində olan imza da atasının imzasına bənzəmir. 2009-cu ildə atası xəstə olmuşdur. Atası həmin vəziyyətlə Ağsu şəhərinə gələ bilməzdir. Cavabdeh dayısının yanında xadimə işləmişdir. Ona görə də atasına baxmaq üçün evə gətirmişlər. Atası evlənmək istəsəydi başqa qadınla da ailə qura bilərdi. Həmin qadını atasına qulluq etmək üçün, paltarlarını yumaq üçün gətirilmiş, hər ay da ona 300 manat pul vermişdir, jş materiallarına əlavə edilmiş şəkillərdəki özü və uşaqlarıdır. Cavabdehlə mehriban münasibətləri olsada atası ilə nikaha girmələrindən xəbəri olmamışdır. Olsa idi məlumatı olardı. Atası ilə ünsiyyəti çox olmuşdur. Həmin nikah saxtadır. Odur ki, tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz etmiş və izahatında göstərmişdir ki, X17 ilə 2005-ci ildə evlənmişlər. Onu anasından istəmiş, qonşuları da buna şahiddirlər. Evliliklərinin qeyd edilməsi barədə fikri olmasada mərhum kəbin kəsiləcəyini bildirdi. 2009-cu ildə Cavabdeh2ndə imza edib nikah kəsdirmişlər. Sumqayıt şəhərində nikahlarını qeyd etdirə bilməmişlər. Belə ki, mərhumun əvvəlki həyat yoldaşının ölüm kağızı olmadığından nikahları qeyd edilməmişdir. Hətta aralarında dini kəbin də kəsilmişdir. İddiaçı 15 ildə niyə bu barədə iddia qaldırmayıb. Ötən müddət ərzində həmin evdə yaşamaqla evin bütün kommunal xərclərini ödəmişdir. İddiaçı ona şər atır. Tədbirlərdə, toylarda həyat yoldaşı, iddiaçı və digərləri ilə birlikdə iştirak etmişdir. Bu barədə şəkillər də çəkdirmişlər. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X4 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etmədi, izahatında göstərdi ki, 2007-ci ildə qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışır. Dadaş Rzayev və Cavabdeh1 hər ikisi şöbəyə gəlmiş, qeydiyyat vərəqlərini özləri imzalamışlar. Kitabda şəxsiyyət vəsiqələrinin nümunələri vardır. Nikah saxta deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni əsassız hesab edir. Mərhum anası X5 1994-cü il tarixdə rəhmətə getmişdir. Ondan sonra atası X12 tək yaşamışdır. Yaşlılıq ilə əlaqədar olaraq atasına qulluq edilməsi üçün 2005-ci il tarixdə Cavabdeh1 dayısı vasitəsi ilə evə gətiriblər. Hətta aralarında cavabdehə ayda 300 manat pul verilməsi barədə razılığa da gəliblər. Daha sonra atası və Cavabdeh1 ilə atasına məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, bağ evi B-l988-ə gedib birgə yaşamışlar. Atası 01.08.2012-ci il tarixdə vəlat etmişdir. Onlar bir bacı, iki qardaş olmuşlar. X2 2008-ci ildə yol qəzasında rəhmətə getmişdir. Yəni atasının vərəsəsi kimi o, bacısı və qardaşının iki uşağı var. Bacısı və qardaşının uşaqları vərəsə payı istəmədikləri üçün o, 13.10.2013-ci ildə vərəsəlik şəhadətnamə üzrə Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 1988 saylı bağ evini mülkiyyətinə keçirmişdir. 2019-cu il tarixdə isə həmin bağ sahəsini satmaq istəyərkən Cavabdeh1 atası ilə nikaha daxil olduqlarını bildirmiş və ondan pay istəmişdir. Atasının mülkiyyətində olan bağ onun adına rəsmiləşdirilənə kimi həmin nikahdan məlumatı olmamışdır, lakin həmin günə kimi atasının başqa qadınla rəsmi nikah qeydiyyatından keçməsindən xəəbrsiz idi. Cavabdeh ona Cavabdeh2nə məxsus 29.01,2009-cu il tarixli AZ-İ442280 saylı nikah haqqında şəhadətnaməni göstərmişdir. Cavabdeh həmişə, atası da ölən gününə kimi Sumqayıt şəhərində yaşamışdır. Mərhum atası səhhəti ilə əlaqədar uzaq yola gedə bilmədiyi halda nikahın Ağsu rayonunda bağlanması şübhə doğurucu haldır. Həmçinin atası övladlarına bağlı valideyn idi. Əgər belə bir qərar almış olsa idi. bundan bacı-qardaşının, onun xəbəri olardı. Həmçinin, 2008ci il tarixdə də atası Türkiyə Respublikasında ağır əməliyyat keçirmişdir. Uzaq yol gedə bilməməsi buna əyani sübutdur. Cavbdehin məhkəməyə iddia ilə bağlı sübut kimi bir-iki ədəd fotoşəkili təqdim etməsi bu nikahın saxta olamaması üçün səbəb deyil. Cavabdeh izahatında nikahın Cavabdeh2ndə bağlamaqlarına səbəb mərhum anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmələri olduğunu bildirmişdir. Halbuki iş maıeriallarından da aydın oldu ki, mərhum anası və atasının nikahları 31.03.1990-cı il tarixdə pozulmuşdur. Bu halda da onlar rəsmi boşandıqlarına görə anasının ölüm şəhadətnaməsinə ehtiyac yox idi. Buradan da aydın olur ki, cavabdeh burda hansısa saxtalığa yol verib. Cavabdeh2nə məxsus 29.01.2009-cu il tarixli AZ-İ442280 saylı nikah haqqında şəhadətnaməsinə mərhum atası tərəfindən çəkilən imzanın saxta olubolmamasının araşdırılması üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin ediliməsi ilə bağlı vəsatət versə də, hakim vəsatəti nəzərə almadan qətnamə çıxarmışdır. Həmçinin həmin vəsatəti ilk iclasda şifahi şəkildə də vermişdir. Çıxarılan qətnaməni qanunsuz və əsassız hesab edir. Xahiş edir ki, həmin imzanın saxta olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə Xətşünaslıq ekspertizası təyin edilsin. Hesab edir ki, apelyasiya məhkəməsində mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından iş üzrə xətşünaslıq ekspertizası təyin ediləcək, dərindən araşdırılacaq, qanuni qətnamə qət ediləcək. Həmçinin Cavabdeh1 əməli AR CM-nin 320-ci maddəsinin tövsifini yaradır Ona görə də, Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh2nə məxsus 29.01,2009-cu il tarixli AZ- İ442280 saylı nikahın etibarsız hesab edilməsini və Cavabdeh1 hərəkətlərində cinayət əlamətlərinin olması ilə bağlı xüsusi qərardad çıxarılaraq Prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək heç bir əsaslı səbəb göstərmədən məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə anadan olmaqla atası X7, anası X1r. İş materiallarında olan çıxarışla müəyyən edilir ki, X12 ilə X3 arasında nikah 31 mart 1990-cı il tarixdə pozulmaqla Sumqayıt şəhər Qeydiyyat şöbəsində 189 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 arasında nikah Cavabdeh2ndə 29.01.2009-cu il tarixdə bağlanmaqla, 31 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan “Şəriət nikahfnm tərcümə olunmuş surətindən görünür ki, Dadaş Zəbi oğlu ilə cavabdeh Şölə Şükür qızı30.09.2009-cu il tarixdə şəriət nikahına daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01.08.2012-ci ildə ölmüşdür. İş materiallarında olan “Nikah haqqında akt qeydi”nin surətindn görünür ki, həmin akt qeydinə Dadaş Rzayev və Şölə Qaraşova (Rzayeva) imza etmişlər. İş materiallarında olan foto şəkillərdən görünür ki, X17 və Cavabdeh1 məclisdə bir yerdə şəkil çəkdirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9, 10, 11, 12, 13, 14.1, 25.1, 25.2 və 26.1-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.3-cü maddəsinə əsasən Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.4-cü maddəsinə əsasən Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.6-cı maddəsinə əsasən Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməkləşüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdəöz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X17 ilə Cavabdeh1 29.01.2009- cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və onlar arasında nikah bağlanan zaman qüvvədə olan qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin “nikahın bağlanma qaydası və şərtlərini nəzərdə tutan 3-cü fəslinin 9-13cü maddələrinin tələblərinə riayət edilmişdir. X17 ilə Cavabdeh1 arasında bağlanmış nikah qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun bağlanmış, nikah bağlanan zaman qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən nikah etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1-ci maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslərin siyahısı konkret göstərilmişdir ki, mövcud iddia tələbi üzrə iddiaçı nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid deyildir. Mövcud iddia tələbi üzrə iddiaçının nikah tələb etmək hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özününsubyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində ddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq orosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata Keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. 29.01.2009-cu il tarixdə bağlanmış nikah X17 ilə Cavabdeh1 arasında bağlanmış, qanunvericiliklə nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslərin siyahısı göstərilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi isə tərəflər arasında bağlanmış nikahın onlardan birinin uşaqları və ya nikahları pozulmuş keçmiş arvadı (əri) tərəfindən mübahisələndirilərək, nikahın etibarsız sayılmasına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışlar. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Digər tərəfdən, 29.01.2009-cu il tarixdən Dadaş Rzayevin öldüyü günə kimi özü tərəfindən mübahisələndirilməmiş nikahın, mövcud olması iddiaçının hansı hüquqlarını pozması iddiaçı tərəfindən əsaslandırılmamışdır. Dadaş Rzayevin 01.08.2012-ci il tarixdə ölməsi ilə nikaha xitam verildiyindən, mövcud iddia tələbi əsassızdır. Bundan əlavə, xitam verilmiş nikahın etibarsız hesab edilməsinin hansı zərurətdən yaranması iddiaçı tərəfindən əsaslandırılmamış və Dadaş Rzayevin öldüyü günə qədər qüvvədə olan nikahın etibarsızlığına əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda, iddiaçının iddia ərizəsində göstərilən dəlillərini araşdıraraq hesab etmişdir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, iddiaçı məhkəmə iclasında Cavabdeh1 atasına qulluq etmək, paltarlarını yumaq məqsədilə, hər ay ona 300 manat pul verməklə atasına köməkçi kimi gətirməsini qeyd etsə də məhkəmə iclasında X17in Cavabdeh1 ilə uzun müddət ayrıca şəkildə bağ evində birlikdə yaşamaları müəyyən edilmişdir. Halbuki, atasına qulluq edən köməkçi ilə nikah deyil, əmək müqaviləsi bağlanılır. Odur ki, iddiaçının göstərilən dəlilləri də əsassızdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi və məhkəmə iclasında qeyd etdiyi hallar Dadaş Rzayev ilə Cavabdeh1 ər-arvad olmaması, onların faktiki nikah münasibətlərində olmaması və birgə təsərrüfat aparmaması anlamına gəlmir və nikahın etibarsız sayılması üçün əsas ola bilməz. Beləliklə, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədiyindən iddia əsassızdır. Bununla bağlı Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri də olmadığından tələb bu hissədə də əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(016)-46/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar