Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1306/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və X1 (şikayətdə Maraqlı şəxs3 qeyd edilmişdir) nümayəndəsi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qərardadından iş üzrə Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2, Maraqlı şəxs4 Əsabəli qızı və Maraqlı şəxs3 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh qızının iddiaçı Əzizova Zəminə Zeynal qızının və X2 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,3318 ha kənd təsərrüfat məhsulları istehsalı torpaq sahəsindən çıxarılması, cavabdeh ƏzizovaXanımQurbanqızından 61.68 (altmış bir manat 68 qəpik) manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 (əlli) manatın tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir. İş üzrə tərəf olmayan Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2, Maraqlı şəxs4 Əsabəli qızı və Əzizova X4 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 23/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişlər. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) xx xxxxx 2020-ci il tarixli, 2(019)- 23/2020 nömrəli qərаrdаdı ilə Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2, Maraqlı şəxs4 Əsabəli qızı və Maraqlı şəxs3 tərəfindən Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2 Əli qızı, Maraqlı şəxs4 Əsabəli qızı və Əzizova X4 Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qərardadından şikayət verərək sözügedən qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Qurban qızının onun mülkiyyətində olan 0,3313 ha ərazidə yaratdığı maneənin aradan qaldırılması barədə iddiası Balakən Rayon Məhkəməsinin 2(019)- 23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin 2(019)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamədən onlar tərəfindən apelyasiya şikayəti verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-23/2020 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İşin hallarından görünür ki iddia tələbi Cavabdeh Qurban qızının onun mülkiyyətində olan 0,3313 ha ərazidə yaratdığı maneənin aradan qaldırılması barədədir. Bildirilir ki, maneə yaradılmış 0.3313 ha ərazi (iddiaçının dedyinə görə) 1,00 ha torpaq sahəsinin hüdudları daxilindədir. Şikayətə əlavə olunmuş Dövlət aktından görünür ki, mübahisəli 1,00 ha torpaq sahəsi Cavabdeh da daxil olmaqla 6 nəfərin (ailələrinin) ümumi birgə mülkiyyətidir. Dövlət Aktında göstərilən 1,00 ha torpaq sahəsini naturada hazırda istifadə edirlər, təqribən 2000-ci ildə həmin sahədə bağ salmışlar. İşin hallarından görünür ki, 1,00 ha torpaq sahəsi mülkiyyətçilər arasında naturada bölünməmişdir. Buradan da müəyyən olunur ki, yaradılmış maneənin yerləşdiyi hissənin Cavabdeh mülkiyyətində olmasını söyləmək olmaz. Bu baxımdan 1.00 ha (maneə yaradılmış) (iddiaçının dediyinə görə 0,3313 ha ərazi də daxil olmaqla) torpaq sahəsi ilə bağlı 6 nəfərin mülkiyyətdəki birinin üzərinə qoyulan öhdəlik, digər mülkiyyətçilərin də hüququna toxunur. Məhkəmənin gəldiyi səhv nəticə, mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin məhkəmə proseslərində tədqiq edilməməsindən irəli gəlir. Apelyasiya şikayətində qeyd etdikləri kimi, iddiaçıdan hüquqmüəyyənedici sənəd tələb edilməmişdir. Hər bir halda 2(019)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsində İddiaçı Zeynal qızının adına olan heç bir hüquqmüəyyənedici sənəd haqda məlumat yoxdur. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qərаrdаdı ilə Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2 Əli qızı, Maraqlı şəxs4 Əsabəli qızı və Maraqlı şəxs3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını iclasında iştirak edən X1 (şikayətdə Maraqlı şəxs3 qeyd edilmişdir) nümayəndəsi Cavabdeh şikayəti müdafiə edərək bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsində mübahisələndirilmiş torpaq sahəsinin koordinatları düzgün müəyyən edilməmişdir. Şikayət vermiş şəxslərin hazırda məhkəmə mübahisəsi vardır. Ona görə də şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı Zeynal qızı şikayətə etiraz edərək bildirmişdir ki, həmin torpaq sahəsinin hazırki şikayət vermiş şəxslərə heç bir aidiyyəti yoxdur. Ona görə də şikayətin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apelyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Təqdim olunmuş iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan 0,3318 ha ərazidə yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh qızının onun mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0,3318 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X2 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 23/2020 nömrəli qətnaməsi ilə də Cavabdeh iddiaçı Əzizova Zəminə Zeynal qızının və X2 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,3318 ha kənd təsərrüfat məhsulları istehsalı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qətnaməsi ilə İddiaçı Balakən rayonu Mahamalar kəndində yerləşən, özünün və X2 ümumi birgə mülkiyyətində olan, 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh qızının çıxarılmasına dair iddiası təmin edilmişdir. Həmin torpaq sahəsinin isə apelyasiya şikayəti vermiş Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2, Maraqlı şəxs4 Əsabəli qızı və Maraqlı şəxs3 heç bir aidiyyəti yoxdur və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qətnaməsi onların hüquq və vəzifələrinə toxunmur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qətnaməsi apelyasiya şikayəti vermiş Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2, Maraqlı şəxs4 Əsabəli qızı və Maraqlı şəxs3 hüquq və vəzifələrinə toxunmadığından onların Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək hüquqları yoxdur. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs1 Əsabəli oğlu, Maraqlı şəxs2, Maraqlı şəxs4 Əsabəli qızı və Maraqlı şəxs3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1306/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1306/2020
19.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver