Məhkəmə qərarları › İş №2(107)-1317/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1317/2020

22.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1317/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahələrindən çıxarılma və torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-29/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Yaqublu kəndi ərazisində yerləşən, onların mülkiyyətinə verilmiş və Cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş pay torpaq sahələrinin cavabdehdən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş pay torpaq sahələrinin - JN 0053 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 053C nömrəli yerdə 0,60 hektar və 053D nömrəli yerdə 0,12 hektar (cəmi 0,72 hektar), JN 0063 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 063C nömrəli yerdə 0,36 hektar və 063D nömrəli yerdə 0,12 hektar (cəmi 0,48 hektar), JN 0055 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 055C nömrəli yerdə 0,60 hektar (cəmi 0,60 hektar) və JN 0062 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 062C nömrəli yerdə 0,84 hektar (cəmi 0,84 hektar) hissəsinin cavabdehdən alınaraq onlara qaytarılması və 2013-cü ildən bu günədək onlara dəyən ziyanın geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-29/2020 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Oğuz rayonu Yaqublu kəndi ərazisində yerləşən, JN 0053 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı4 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3,92 hektar torpaq sahəsinin 053C nömrəli yerdə 1-6 döngə nöqtələri arasında X Y koordinatları üzrə (1 nöqtəsi X – 705137,5938, Y – 4530123,1462, məsafə 70,8 metr; 2 nöqtəsi X – 705089,6425, Y – 4530071,0239, məsafə 63,3 metr; 3 nöqtəsi X – 705034,5700, Y – 4530102,2290, məsafə 3,3 metr; 4 nöqtəsi X – 705031,7322, Y – 4530103,8133, məsafə 24,6 metr; 5 nöqtəsi X – 705041,4884, Y – 4530126,4452, məsafə 61,6 metr; 6 nöqtəsi X – 705102,4687, Y – 4530135,0828, məsafə 37,1 metr 0,39 hektar) və 053D nömrəli yerdə 1-6 döngə nöqtələri arasında X - Y koordinatları üzrə (1 nöqtəsi X – 705143,2467, Y – 4530121,2175, məsafə 17,0 metr; 2 nöqtəsi X – 705131,7234, Y – 4530108,7065, məsafə 44,7 metr; 3 nöqtəsi X – 705164,6124, Y – 4530078,4475, məsafə 35,8 metr; 4 nöqtəsi X – 705188,8508, Y – 4530104,7955, məsafə 11,4 metr; 5 nöqtəsi X – 705178,3537, Y – 4530109,2852, məsafə 21,6 metr; 6 nöqtəsi X – 705157,8972, Y – 4530116,2417, məsafə 15,5 metr - 0,12 hektar) - cəmi 0,51 hektardan ibarət hissəsindən, JN 0063 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,45 hektar torpaq sahəsinin 063C nömrəli yerdə 1-7 döngə nöqtələri arasında X - Y koordinatları üzrə (1 nöqtəsi X – 705251,7794, Y – 4530083,7054, məsafə 100,9 metr; 2 nöqtəsi X – 705326,0274, Y – 4530015,3880, məsafə 88,4 metr; 3 nöqtəsi X – 705385,8908, Y – 4530080,4419, məsafə 20,6 metr; 4 nöqtəsi X – 705366,8893, Y – 4530072,4109, məsafə 48,2 metr; 5 nöqtəsi X – 705318,7216, Y – 4530072,7140, məsafə 38,4 metr; 6 nöqtəsi X – 705280,6155, Y – 4530077,6948, məsafə 4,8 metr; 7 nöqtəsi X – 705275,9011, Y – 4530078,3134, məsafə 24,7 metr - 0,35 hektar) - cəmi 0,35 hektardan ibarət hissəsindən, JN 0055 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3,18 hektar torpaq sahəsinin 055C nömrəli yerdə 1-5 döngə nöqtələri arasında X - Y koordinatları üzrə (1 nöqtəsi X – 705094,5139, Y – 4530068,2636, məsafə 55,0 metr; 2 nöqtəsi X – 705131,7234, Y – 4530108,7065, məsafə 44,7 metr; 3 nöqtəsi X – 705164,6124, Y – 4530078,4475, məsafə 52,4 metr; 4 nöqtəsi X – 705203,1447, Y – 4530042,9889, məsafə 32,4 metr; 5 nöqtəsi X – 705181,1968, Y – 4530019,1475, məsafə 99,6 metr - 0,42 hektar) - cəmi 0,42 hektardan ibarət hissəsindən və JN 0062 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 5,18 hektar torpaq sahəsinin 062C nömrəli yerdə 1-6 döngə nöqtələri arasında X - Y koordinatları üzrə (1 nöqtəsi X – 705251,7794, Y – 4530083,7054, məsafə 100,9 metr; 2 nöqtəsi X – 705326,0274, Y – 4530015,3880, məsafə 69,9 metr; 3 nöqtəsi X – 705278,6657, Y – 4529963,9197, məsafə 49,1 metr; 4 nöqtəsi X – 705235,9526, Y – 4529988,1218, məsafə 55,5 metr; 5 nöqtəsi X –705195,1253, Y – 4530025,6922, məsafə 79,7 metr; 6 nöqtəsi X – 705249,0571, Y – 4530084,3190, məsafə 2,8 metr - 0,80 hektar) cəmi 0,80 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahələri boşaldılaraq hər bir torpaq sahəsi öz mülkiyyətçisi olan iddiaçılara təhvil verilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği iddiaçıların özünə aid edilməsi, iş üzrə müayinə və tədqiqat xərci olan 342,56 manat məbləğin 171,28 manatdan ibarət hissəsi Cavabdeh, 171,28 manatdan ibarət hissəsinin isə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon X1 xx xxxxxxxx 1997-ci il tarixli 42 nömrəli qərarı ilə JN 0053 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı4 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə 3,92 hektar, JN 0063 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə 2,45 hektar, JN 0055 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə 3,18 hektar və JN 0062 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə 5,18 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinin JN 0053 (KOD 40510018) nömrəli Dövlət Aktında 053C nömrəli yerdə 0,60 hektar və 053D nömrəli yerdə 0,12 hektar (cəmi 0,72 hektar), JN 0063 (KOD 40510018) nömrəli Dövlət Aktında 063C nömrəli yerdə 0,36 hektar və 063D nömrəli yerdə 0,12 hektar (cəmi 0,48 hektar), JN 0055 (KOD 40510018) nömrəli Dövlət Aktında 055C nömrəli yerdə 0,60 hektar (cəmi 0,60 hektar) və JN 0062 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 062C nömrəli yerdə 0,84 hektar (cəmi 0,84 hektar) hissəsi cavabdeh tərəfindən onların iradəsi ziddinə zəbt edilmişdir və əkin üçün istifadə edilir. Cavabdeh heç bir əsas olmadan qeyd olunan torpaq sahələrinin özünə məxsus olduğunu iddia edir və 2013-cü ildən etibarən həmin torpaq sahələrindən qeyri-qanuni istifadə edərək onları öz mülkiyyətlərində olan torpaq sahələrinə buraxmır. Cavabdehə dəfələrlə müraciət edərək xüsusi mülkiyyətlərində olan torpaq sahələrini boşaldıb onların özünə qaytarmasını xahiş etmişlər, lakin cavabdeh bundan imtina etmişdir. Həmin məsələ ilə əlaqədar müvafiq orqanlara da müraciət etmişlər, lakin cavabdeh həmin orqanların səlahiyyətli şəxslərinə də məhəl qoymamışdır. Hazırda da cavabdeh onlara məxsus olan torpaq sahələrindən faktiki olaraq onların iradəsi ziddinə istifadə edir. Bu səbəbdən onlar özlərinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı3 hazırki iddia tələblərini müdafiə etdiklərini bildirdilər və məhkəmə iclasında ayrı-ayrılıqda həmin tələblərin məzmununa uyğun izahat verərək hazırki iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçıların torpaq sahəsinin ondan tələb eldikləri torpaq sahəsinə heç- bir aidiyyatı yoxdur. Həmin torpaq bələdiyyə mülkiyyətində olmaqla 1993-cü ildə məcburi köçkün düşən vaxtdan onun istifadəsindədir və vergisi də onun tərəfindən ödənilmişdir. Əgər həmin torpaq sahələri həqiqətən də iddiaçıların mülkiyyətində idisə 20 ildən də artıq müddətdə iddiaçılar niyə bir dəfə də olsun həmin torpaq sahəsini tələb etməmişlər. Həmin torpaq sahəsi tərfindən istifadəyə yararlı vəziyyətə gətiriləndən sonra da iddiaçılar əsassız yerə ondan bələdiyyəyə məxsus torpaq sahəsini tələb etmişlər. Qeyd etdiklərindən də göründüyü kimi iddiaçların iddiası əsassızdır. İş üzrə verilmiş ekspert rəyi ilə razı deyil və hesab edir ki, həmin ekspert rəyi obyektiv həqiqəti əks etdirmir və buna görə də təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçılara heç bira aidiyyəti yoxdur. Həmin torpaqdan neçə illərdir ki, o istifadə edir. Ekspert rəyi ilə də razı deyil. Belə ki, iddiaçılara məxsus olan torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1996-cı ildən onun və ailə üzvlərinin mülkiyyətindədir. Neçə il həmin torpağı özü əkib-becərmişdir. Lakin cavabdeh neçə illərdir ki, ona məxsus olan torpaq sahəsini zəbt etməklə onun mülkiyyət hüququnu pozur. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. O, bir mülkiyyətçi kimi özünə məxsus olan əmlakdan istifadə edə bilmir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1996-cı ildən onun və ailə üzvlərinin mülkiyyətindədir. Lakin cavabdeh neçə illərdir ki, onlara məxsus olan torpaq sahəsini zəbt etməklə mülkiyyət hüququnu pozur. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. O, bir mülkiyyətçi kimi özünə məxsus olan əmlakdan istifadə edə bilmir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o cavabdehin qanunsuz müdaxiləsi nəticəsində öz torpağından istifadə edə bilmir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraqcavabdeh İddiaçı2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-29/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Oğuz rayon Yaqublu Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 02 saylı arayışdan görünür ki, cavabdehin istifadəsində olan torpaq sahələrinin koordinatları iddiaçıların pay torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Həmin ərazidə bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsi yoxdur və cavabdeh iddiaçıların xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahələrini əkir. Apelyasiya icraatı zamanı təyin edilmiş xxxx MMC tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli 219 nömrəli rəydən müəyyən olunur ki, Oğuz rayonu, Yaqublu kəndi ərazisində iddiaçılar və cavabdehin iştirakı ilə onların ekspertiza baxışına təqdim etdikləri tövlə tikilisi və mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki koordinatları GPS aləti vasitəsilə ilə müəyyən olundu. Hüquqmüəyyənedici sənədlərə və eləcə də ərazinin ümumi xəritəsinə (kompleks yerquruluşu xəritəsi) əsasən koordinatları müəyyən olunan torpaq sahələri İddiaçı4 və onun ailə üzvlərinə verilən JN-053 nömrəli Dövlət Aktının 053C planı üzrə 0,39 ha və 053D planı üzrə 0,51 ha torpaq sahələri ilə İddiaçı1 və onun ailə üzvlərinə verilən JN-063 nömrəli Dövlət Aktının 063C planı üzrə 0,35 ha torpaq sahəsi ilə, İddiaçı3 və onun ailə üzvlərinə verilən JN-055 nömrəli Dövlət Aktının 055C planı üzrə 0,42 ha torpaq sahəsi ilə, İddiaçı2 və onun ailə üzvlərinə verilən JN-062 nömrəli Dövlət Aktının 062C planı üzrə 0,80 ha torpaq sahəsi ilə eynilik təşkil edir. Hal-hazırda qeyd olunan iddiaçılara məxsus torpaq sahələrini Cavabdeh istifadə edir. Cavabdehə məxsus olan tövlə tikilisi iddiaçılara məxsus olan torpaq sahələrinin hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Oğuz rayonu Yaqublu kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 3,92 hektar, 2,45 hektar, 3,18 hektar və 5,18 hektar torpaq sahələri müvafiq olaraq JN 0053, JN 0063, JN 0055 və JN 0062 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarına əsasən hazırda da iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 və onların ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin həmin torpaq sahələrinin hər birinin müəyyən hissəsindən qanunsuz olaraq istifadə etməsi iddiaçıların əmlak hüquqlarının pozulması və onların öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir. Hazırda iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin cavabdeh tərəfindən faktiki olaraq istifadə edilən hissələrinin koordinatları mülki işin məhkəmə araşdırması ilə əlaqədar mütəxəssis tərəfindən həmin əraziyə baxış keçirilməklə və ölçmə işləri aparılmaqla dəqiq müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdehlər apelyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəmər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 manat cavabdehdən alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-29/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdehndаn alınaraq xxxx MMCnin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar