Məhkəmə qərarları › İş №2(107)-1317/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1317/2022

18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1317/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməsi və müddətin uzadılması tələbinə dair ərizəsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 miras qalmış Göyçay rayonu Cəyirli kəndi ünvanında yerləşən sahəsi 0.32 ha olan, Göyçay rayonu, Cəyirli kəndi ünvanında yerləşən sahəsi 0.06 ha və onun üzərində olan 76.20 kv.metr olan fərdi yaşayış evi, Göyçay rayonu, Cəyirli kəndi ünvanında yerləşən sahəsi 0.39 ha olan torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddəti üzürlü hesab edilməsi, müddətin bərpa edilməsi və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(046)-1688/2022 saylı qərardadı ilə Ərizəçi mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməsi və müddətin uzadılması tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işə baxılması ilə əlaqədar ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(063)-962/2022 saylı qərardadı ilə Ərizəçi buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması barədə ərizəsinə dair mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsi və Ucar Rayon Məhkəməsi ərazi aidiyyəti məsələsini mübahisələndirməklə səhvə yol vermişlər. Belə ki, iş materiallarından göründüyü kimi ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Bundan başqa Ərizəçi mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməsi və müddətin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki tələblə bağlı ərizəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsinə əsasən məhkəmə aşağıdaki işlərə xüsusi icraat qaydasında baxır: 1) Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 2) Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 3) Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 4) Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 5) İtirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 6) Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 7) Övladlığa götürmə haqqında ərizələrə. 8) Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 9) Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 10) Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 11) Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 12)Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında; 13) Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 14) Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında. 15) Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. Göründüyü kimi mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməsi və müddətin uzadılması tələbinə dair ərizəyə iddia icraatı qaydasında baxılmalıdır. Lakin birinci instansiya məhkəmələri sözügedən maddənin tələblərini nəzərə almamışlar, nəticədə prosessual hüquqların pozulması üçün şərait yaratmışlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsi ərizəçiyə mülki prosessual qanunvericiliyin tələblərini izah etməklə ərizəni geri qaytarmaq əvəzinə, ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərmiş, bununla da birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(063)-962/2022 saylı qərardadı prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün mülki iş baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Mülki iş Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar