Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1326/2020 01.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi,Cavabdeh İB-nin Ağsu X26 İdarəsinin nümayəndəsi X6 və iddiaçı X7 iştirakları ilə, İddiaçı X7 Cavabdeh İB-nin Ağsu Regional X13rşı əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh İB-nin Ağsu X26 İdarəsinin xx.xx.2019-cu il tarixli, 18/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli 2(016)-497/2019 nömrəli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi X17 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(016)-497/2019 nömrəli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia təmin edilmiş, Cavabdeh Ağsu X22 İdarəsi ilə X18 Osmanov arasında bağlanmış 328 saylı, xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq xitam verilməsinə dair Cavabdeh Ağsu Regional X16 xx xxxxxx 2019-cu il tarixli, 18/k saylı əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh Ağsu X26 İdarəsinin İsmayıllı rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə, işinə bərpa olunması qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(016)-497/2019 nömrəli əlavə qətnaməsi ilə, iddia təmin edilmiş, iddiaçı X11 məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh Ağsu Regional X9rşı əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh İB-nin Ağsu X26 İdarəsinin xx.xx.2019-cu il tarixli, 18/k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, onunla Cavabdeh İB-nin və Ağsu X26 İdarəsi arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 328 nömrəli əmək müqaviləsinə əsasən, Ağsu X26 İdarəsinin İsmayıllı rayon üzrə “Təbii qazın qəbulu və satış xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015ci ildən işə çıxmış, xx.xx.2019-cu il tarixədək vəzifə funksiyalarını layiqincə yerinə yetirmişdir. 2019-cu ilin fevral ayının ortalarında Cavabdeh İB-nin Ağsu RQİİ-nin rəisi X12 İsmayıllı rayon xidmət sahəsinə gələrək iclas çağırmış və həmin iclasda onu əsassız və səbəbsiz yerə danlayaraq müxtəlif yollarla qorxutmuş, müqavilə müddəti bitdikdən sonra işdən azad edəcəyi barədə əmr verəcəyini bəyan etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsi 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsülla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bunun ardı olaraq həqiqətən də Ağsu RQİİ-nin rəisi Namiq Məmmədov xx xxxxxx 2019-cu ildə Ümümxalq hüzn günündə heç bir əsaslı səbəb olmadan onunla bağlanmış əmək müqaviləsinin 9-cu bəndinin 9.2 və 9.4-cü maddələrinin şərtlərini kobud şəkildə pozaraq birtərəfli qaydada həmin müqaviləyə xitam vermiş və onu işdən azad etmişdir. Ağır maddi vəziyyətdə yaşadığı bir vaxtda tutduğu vəzifədən azad edilmə xəbərini eşidən atası xx xxxxx 2019-cu il tarixdə qəflətən kəskin ürək infarktından vəfat etmişdir. İşəgötürənin günahı üzündən ailəsini dolandırmaq üçün yeni iş axtarmaq məcburiyyətində qalmışdır. Halbuki 1980-ci ildən müəyyən fasilərlə qaz istismar sahəsində işləmişdir. Bu sahədə 20 ildən yuxarı iş təcrübəsi olan bir şəxsi qanunsuz işdən azad etmək və ailə vəziyyəti nəzərə alınmamışdır. Hazırda iki azyaşlı övladı var, yeganə qazanc gətirən şəxsdir və həyat yoldaşı işləmir. Belə bir vəziyyətdə ailəsini necə dolandıra bilər? Əmək müqaviləsinə xitam verilməsini əsaslandıran bir də tərəflərdən birinin təşəbbüsüdür. (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmişdir. İndiyə kimi işində heç bir nöqsana yol verməmiş, müdiriyyətin tapşırıqlarını lazımi qaydada yerinə yetirmiş, əmək intizamına ciddi şəkildə riayət etmiş və ona tapşırılmış sahəni də heç vaxt nəzarətsiz qoymamışdır. İşlədiyi müddət ərzində üzərinə düşən vəzifəni lazımi qaydada yerinə yetirdiyinə, həmçinin əmək intizamına lazımi şəkildə riayət etdiyinə və müntəzəm olaraq işə gəlməkdə davam etməkdə görə işdən azad olunmağına dair əmri qanunsuz və əsassız hesab edir.Ona görə də həmin əmrin ləğv edilməsi, öz əvvəlki qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa olunmağını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Əmək müqaviləsinə xitam verilməsinə dair” Cavabdeh Ağsu Regional X16 xx.xx.2019-cu il tarixli 18/k nömrəli əmrindən şikayət vermək üçün prosesual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu Regional X16 xx.xx.2019-cu il tarixli 18/k nömrəli əmrini gec əldə etdiyini, bundan əlavə, xx xxxxx 2019-cu il tarixdə atası X3 uzun sürən xəstəlikdən sonra vəfat etdiyini, həmin səbəblərə görə əmrdən vaxtında şikayət verə bilmədiyini və şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti keçirdiyini, üzürlü səbəblərdən vaxtında şikayət edə bilmədiyinin nəzərə alınmasını və qeyd olunan əmrdən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X18 Osmanov iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh İB-nin və Ağsu X26 İdarəsi ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 328 nömrəli əmək müqaviləsinə əsasən, Ağsu X26 İdarəsinin İsmayıllı rayon üzrə “Təbii qazın qəbulu və satış xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Hər il müqaviləsi yenilənmişdir. Lakin xx.xx.2019-cu ildə ona heç bir xəbərdarlıq edilmədən cavabdehlə bağlanmış müqaviləyə xitam verilmişdir. Onu qərəzli şəkildə işdən çıxarmışlar. İyirmi bir ildir ki, bu sahədə fasiləsiz işləyir. İşdən çıxarılması barədə əmr ona gec təqdim edilmişdir. Ondan sonra da atası xx xxxxx 2019-cu ildə vəfat etdiyindən işdən çıxarılması barədə əmrdən vaxtında şikayət verə bilməmişdir. Əmək kitabçasını isə onları hüquqşurasına dəvət edib xx xxxx 2019-cu il tarixdə təqdim etmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Ağsu Regional X16 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Ağsu X22 İdarəsi ARDNŞ-nin Cavabdeh İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Ucar, Qəbələ, Qobustan, Göyçay və Ağdaş qaz istismarı sahələrinin maddi-texniki bazasında ARDNŞ-nin xx.xx.2014-cü il tarixli, ARDNŞ/14-1000/01SM-04-000118 nömrəli əmrinə əsasən yaradılmış və müvafiq olaraq ARDNŞ tərəfindən əsasnaməsi təsdiq edilmişdir. X18 Osmanov ilə Ağsu RQİİ arasında bir il müddətinə xx.xx.2015-ci il tarixdə 328 saylı əmək müqaviləsi bağlanaraq Ağsu RQİİ-nin eynitarixli əmri ilə iddiaçı İsmayıllı rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində dəfələrlə nöqsanlara yol vermişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh İB-nin nümayəndəsi X17 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh İB-nin Ağsu X26 İdarəsinin nümayəndəsi X17 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Bildiririk ki, İddiaçı Faiq ilə “Cavabdeh X8 X26 idarəsi arasında xx.xx.2015-cı il tarixli 325 nömrəli,müddəti xx.xx.2015-cı il tarixdən xx.xx.2016-ci il tarixənədək olan tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin müqavilənin müddəti xx.xx.2019-ci il tarixinədək uzadılmış hesab edilmişdir.xx.xx.2019-ci il tarixli, 17/k nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin (İşəgötürənin əsas hüquqları) 1-ci hissəsinin (Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır) a bəndində/ qeyd edilir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək hüququ vardır. Əmək Məcəlləsinin 11-ci maddəsinin (İşəgötürənin əsas hüquqları) 1-ci hissəsinin (Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır) b bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək Məcəlləsinin 12-ci maddəsinin (işəgötürənin əsas vəzifələri və məsuliyyəti) 1-ci hissəsinin (Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:) c bəndinə əsasən işəgötürən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmağa haqlıdır. Əmək Məcəlləsinin 43-ci maddəsinin (Əmək müqaviləsinin məzmunun 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. ƏM-nin 43ci maddəsinin (Əmək müqaviləsinin məzmunu) 2-ci hissəsinin (Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:) d bəndinə əsasən əmək müqaviləsində əmək müqaviləsinin müddəti göstərilməlidir. ƏM-nin 45-ci maddəsinin (Əmək müqaviləsinin müddəti) 1-ci hissəsinə əsasən əmək müqaviləsi, qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(016)-553/2019 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2821/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İB-nin Ağsu X26 İdarəsinin nümayəndəsi X17 аpelyаsiyа şikаyəti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(016)-497/2019 saylı qətnaməsi və həmin qətnamə ilə bağlı xx xxxx 2019-cu il tarixli, 2(016)-497/2019 saylı əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.. Həmin qətnamədən İddiaçı və onun vəkili X1 şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)- 1364/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin Ağsu X26 İdarəsinin nümayəndəsi X14 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X19 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(016)-497/2019 nömrəliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun düzünə və yа dolаyısı ilə mübаhisələndirilən hissəsində, şikаyət qərаrın ləğv edilməsinə yönəldildikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-1364/2020 nömrəli qərarındakı göstərişlərinə əməl edərək, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh İB-nin nümayəndəsi X17tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(016)-497/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan 328 nömrəli Əmək müqaviləsinin təsdiq olunmuş surəti ilə müəyyən edilir ki, İddiaçı X34 X4 rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsi xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək bir il müddətinə bağlanmışdır. İşdə olan İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən göründüyü kimi, İddiaçı xx xxxxxx 2010-cu il tarixli, 04/k saylı əmrlə Cavabdeh İB-nin Regionlar üzrə qaz istismarı idarəsi X24 sahısinin 3 saylı qayaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nızarıt xidmətinə 8-ci dərəcə ilə texnik vəzifəsinə təyin edilmişdir. İşdə olan Cavabdeh Ağsu RQİİ-nin xx.xx.2019-cu il tarixli, 18/k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə müəyyən olunur ki, X34 X4 rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surəti ilə müəyyən edilir ki, X5 xx xxxxx 2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin aprel ayının 05-də 57 nömrə ilə qeyd edilmişdir. İşdə olan AR Təhsil Nazirliyi İsmayıllı rayon Təhsil Şöbəsi İsrail Həsənov adına şəhər 1 saylı tam orta məktəbin direktoru tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 142 və 143 saylı arayışlarla müəyyən edilir ki, X15 2018-2019-cu tədris ilində həmin məktəbin Vİİ sinfində, X20 isə həmin məktəbin V sinfində təhsil alır. İşdə olan sifarişçi Cavabdeh İB Ağsu X26 İdarəsinin rəisi X12 ilə AR Vergilər Nazirliyi 10 saylı X23 tərəfindən xx.xx.2016-cı il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) əsasında fəaliyyət göstərən fərdi sahibkar – icraçı İddiaçı arasında xx xxxxx 2019-cu il tarixli, 343 saylı xidmət müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə, 3-cü maddəsinin 2-ci hissəsinəş, 11-ci maddəsinin 1-ci hissəsinə, 42, 43, 45-ci maddələrinə, 68-ci maddəsinin 1 və 2-ci hissələrinə və 73-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinin «d» yarımbəndinə əsasən əmək müqaviləsində mütləq göstərməli əsas şərtlərdən və məlumatlardan biri əmək müqaviləsinin müddətdir. Həmin Məcəllənin 45-ci mаddəsində deyilir ki, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. (1-ci hissə). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. (2-ci hissə) Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. (3cü hisə) Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. (4-cü hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. (5-ci hissə). Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Belə ki, İddiaçı X34 X4 rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsi xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək bir il müddətinə, 328 nömrəli Əmək müqaviləsi üzrə bağlanmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Əmək müqaviləsi tərəflərin imzaladığı gün qüvvəyə minməklə müddətli əmək müqaviləsi həmin müddətin sonu ilə xitam verilə bilər. Qanunun mənasından göründüyü kimi müddətli əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq əmək münasibətləri davam etdirildikdə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu müddətin uzadılması üçün hər hansı yeni müqavilənin və ya digər yazılı razılaşmanın tərtib olunması tələb olunmur. Tərəflər etiraz etmədiyi halda hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzanmış olur. Yalnız bu hal eyni işəgötürənlə fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi halda əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilir (Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi). İş materialları ilə də müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Ağsu X22 İdarəsi arasında xx xxxxxx 2015-ci il tarixdə, 328 nömrəli Əmək müqaviləsi üzrə bir il müddətinə əmək müqaviləsi bağlanmış, ötən müddət ərzində tərəflər etiraz etmədiyi üçün hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzanmış olmuşdur. Cavabdeh Ağsu RQİİ xx.xx.2019-cu il tarixli, 18/K saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə X34 X4 rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam vermişdir. Tərəflər аrаsındа bаğlаnmış müqаvilənin müddəti xx xxxxxx 2019-cu ildə bаşа çаtmışdır. Buna baxmayaraq İşəgötürən tərəf isə müqaviləyə xx xxxxxx 2019-cu ildə xitam vermişdir. X18 Osmanov xx xxxxxxxx 2004-cü il tarixli, 21/k saylı əmrlə Cavabdeh QSC-nin X24 İdarəsinin İstismar sahəsi üzrə 5-ci dərəcəli nəzarətçi-çilingər peşəsinə qəbul edilmiş, həmin vaxtdan fasiləsiz olaraq həmin sektorda işləmiş, sonuncu dəfə xx.xx.2015-ci il tarixli, 328 saylı əmrlə Cavabdeh Ağsu X26 İdarəsinin İsmayıllı rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə təyin edilmişdir. Müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı həmin müqaviləyə xx xxxxxx 2019-cu ildə xitam verildikdən sonra Cavabdeh İB Ağsu X26 İdarəsinin rəisi ilə İddiaçı (AR Vergilər Nazirliyi 10 saylı X23 tərəfindən xx.xx.2016-cı il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) əsasında fəaliyyət göstərən fərdi sahibkar) arasında xx xxxxx 2019-cu il tarixli, 343 saylı xidmət müqaviləsi bağlanmış, müqavilə həmin tarixdən etibarən qüvvəyə minmiş və xx xxxxxx 2019-cu il tarixə kimi qüvvədə qalması qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin hazırki məsələ üzrə hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsaslı olması qənaətinə gələrək iddiası təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-1364/2020 nömrəli qərarında göstərilənlərin nəzdində müəyyən edilmişdir ki, iddiaçı cavabdeh müəssisədə 20 ildən artıq müddətə işlədiyinə, həmin müddət ərzində heç bir qanun pozuntusuna yol vermədiyinə, üzərinə düşən vəzifələri icra etdiyinə istinad edərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müəssisə rəhbərinin iddiaçı ilə əmək münasibətlərinə xitam verməsi barədə xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilərək işə bərpa edilməsi barədə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh müəssisə arasında xx xxxxxx 2015-ci il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanmış, ötən müddət ərzində tərəflər etiraz etmədiyi üçün hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzadılmışdır. Tərəflər аrаsındа bаğlаnmış müqаvilənin müddəti xx xxxxxx 2019-cu ildə bаşа çаtmış, xx xxxxxx 2019-cu il tarixdə isə müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi barədə qanuni əmr verilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı xx xxxxxxxx 2004-cü il tarixdə Cavabdeh QSC-nin X24 İdarəsində istismar sahəsi üzrə 5-ci dərəcəli nəzarətçiçilingər peşəsinə qəbul edilmiş, xx xxxx 2007-ci il tarixdə mühəndis vəzifəsinə keşirilmiş, xx xxxxxx 2008-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx xxx 2008-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X24 İdarəsində 1 saylı sahəyə 5-ci dərəcəli nəzarətçi-çilingər peşəsinə qəbul edilmiş, xx xxxxxx 2008-ci il tarixdən sahə rəisi vəzifəsinə keçirilmiş, xx xxxxxxx 2009-cu il tarixdə 11ci dərəcəli xidmət rəisi vəzifəsinə təyin edilmiş, xx xxx 2010-cu il tarixdə onunla bağlanmış əmnək müqaviləsinə xitam verilərək xx xxx 2010-cu il tarixdə “xxxxxxxxxxx” MMC-nin İsmayıllı rayon İdarəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, xx xxxx 2010- cu il tarixdə həmin əmək müqaviləsinə xitam verilmiş, xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh İB-nin regionlar üzrə qaz X2 İstismar Sahəsində 8-ci dərəcəli texnik vəzifəsinə qəbul edilmiş, həmin əmr sonradan etibarsız sayılmış, xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh İBnin X29 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2015-ci il tarixdə həmin əmək müqaviləsi başqa isəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmiş, elə həmin tarixdə X34 X4 rayonu üzrə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsi müddətli olmaqla bağlanmış, xx xxxxxx 2019-cu il tarixdə müddət bitdiyindən həmin müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi ilə əmək müqaviləsinin müddətsiz bağlanması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlanması imkanını da nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan sui-istifadəsinin qarşısını almağa yönəlmiş qadağa da nəzərdə tutulur. Qeyd edilən normanın tələbinə görə əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx xxxxxxxx 2004-cü il tarixdən xx xxxxxx 2011-ci il tarixə qədər həmin sahədə qısamüddətli fasilələrlə, xx xxxxxx 2011-ci il tarixdən isə həmin peşədə fasiləsiz olaraq işləmişdir. Lakin iddiaçı ilə xx xxxxxx 2015-ci il tarixdə yeni işə qəbul edilən şəxs kimi müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müddətli əmək müqaviləsi bağlanan hallar müəyyən edilmişdir. İddiaçı ilə müddətli müqaviləsi bağlanması üçün həmin normada göstərilən halların olması müəyyən edilmir. Bu halda, iddiaçının xx xxxxxx 2011-ci il tarixdən fasiləsiz olaraq çalışdığı peşədən xx xxxxxx 2019-cu il tarixdə müddətin bitməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr özüözlüyündə qanuni sayıla bilməz. Digər tərəfdən eyni iş üzrə əmək münasibəti 5 ildən artıq müddətə davam etməklə əmək müqaviləsi müddətsiz hesab edilir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh İB-nin nümayəndəsi X17tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(016)-497/2019 nömrəliqətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(016)-497/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh İB-nin nümayəndəsi X17 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2(107)-1326/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1326/2020
01.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver