Məhkəmə qərarları › İş №2(107)-1332/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1332/2021

21.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1332/2021 21.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı1 və İddiaçı2 qarşı “Şəhadətnamənin və Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməyərək geri qaytarılmasına dair Qəbələ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(025)- 567/2021 saylı qərardadından cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qıızna qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X5 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nm 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə dair Qəbələ rayon məhkəməsinin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)- 35/2020 saylı qətnaməsinə əsasən vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmasına uyğun olaraq mərhum X1 payına düşən payın 1/5 hissəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05 may 2021-ci il tarixdə cavabdehlərin vəkili və cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ilkin iddia rədd edilməklə, cavabdehlərin qanunsuz istifadəsində olan 0.27 ha torpaq sahəsinə dair verilmiş JN-376A, Kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və onun əsasında verilmiş 05.12.2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab olunmasına dair qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 və vəkil Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşılıqlı iddia ərizəsinə etiraz edərək icraata qəbul edilməyərək geri qaytarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X8, X6, X11 və X13 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 05 may 2021-ci il tarixli, 2(025)- 567/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qıızna qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı1 və İddiaçı2 qarşı «Şəhadətnamənin və Çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməyərək geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişlər ki, qarşılıqlı iddia ərizəsi qanuna müvafiq qaydada və müddətdə verılməklə işin hərtərəfli, obyektiv və ədalətli həllinə yönəlsə də məhkəmə qarşılıqlı iddianı icraata qəbul etməkdən imtina edərək maddi və prosessual hüquq normalarının kobud pozııntusuna yol vermişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli qərardadının İəğv edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-567/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadından cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(025)-567/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər X8, X7, X14, X10 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(025)-567/2021 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 156.1-ci maddəsində qarşılıqlı iddianın qəbul edilməsinin üç şərti nəzərdə tutulmuşdur: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməlidir, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmalıdır və qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqə olmalıdır. Qüvvədə olan mülki qanunvericilikdə qarşılıqlı tələblərin əvəzləşdirilməsi öhdəliklərə xitam verilməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Mülki prosesdə isə qarşılıqlı tələblərin əvəzləşdirilməsi qarşılıqlı iddianın verilməsi yolu ilə həyata keçirilir və bu zaman cavabdehin iddiaçıya olan qarşılıqlı tələbi iddiaçının cavabdehə olan ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlir. Məhz buna görə də MPM-nin 156.1.1-ci maddəsində göstərilən halda qarşılıqlı iddianın məhkəmənin icraatına qəbul edilməsi yalnız maddi xarakterli iddialara münasibətdə yol verilir. Bundan başqa, cavabdehin qarşılıqlı tələbinin iddiaçının ilk tələbinin qarşılıqlı ödənilməsinə yönəlməsi, yəni tərəflərin bir-birinə qarşı irəli sürdükləri tələblərin qarşılıqlı olaraq əvəzləşdirilməsi hüququna istinad edilməsi, adətən, cavabdehin iddiaçı qarşısında müəyyən öhdəliyinin olması faktını qəbul etməsini təsdiq edir. Lakin müəyyən hallarda cavabdeh qarşılıqlı iddia verməklə ilk iddianın tam və ya qismən təmin edilməsinin qarşısını almağa cəhd göstərir. Məhz qarlılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırılması qarşılıqlı iddianın qəbul edilməsinin şərtlərindən biridir. (MPM-nin 156.1.2-ci maddəsi). Qarşılıqlı iddianın qəbul edilməsinin şərtlərindən biri də qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsidir. (MPM-nin 156.1.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 ilkin iddia ərizəsində Qəbələ rayon AİK-nm 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,22 ha torpaq sahəsindən mərhum X1 payına düşən payın 1/5 hissəsi barədə qətnamə qəbul edilməsini xahiş etsələr də, cavabdehlər bunu nəzərə almamış və qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 və İddiaçı2 qanunsuz istifadəsində olan Qəbələ rayon AİK-nm 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-376A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.27 ha torpaq sahəsinə dair iddia qaldıraraq verilmiş həmin Şəhadətnamənin və onun əsasında verilmiş 05.12.2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Göründüyü kimi, hazırkı qarşılıqlı iddia tələbi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı tələblərin əvəzləşdirilməsi öhdəliklərə xitam verilməsinin nəzərdə tutulmamış, qarşılıqlı iddia ərizəsi maddi xarakterli iddialara aid deyildir. Nəzərə almaq lazımdır ki, MPM-nin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt qarşılıqlı iddianın qəbul edilməsinin müstəqil əsaslarından biridir. Qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqənin olmasını müəyyən edərkən onların əsaslarının oxşarlığı və ya ümumiliyi, predmetlərinin eyni növlü olması kimi hallar nəzərə alınmalı və ilk iddia ilə qarşılıqlı iddia arasında əlaqə müəyyən edildikdən sonra onlara birlikdə baxılmasının məqsədəuyğun olması haqqında məsələ həll edilməlidir. Hazırkı qarşılıqlı iddia nə ilk iddianın qarşılıqlı ödənilməsinə yönəlmişdir, nə də onun təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini tam və ya qismən aradan qaldırır, eyni zamanda onlar arasında qarşılıqlı əlaqə mövcud deyil, tərəflər eyni olsa da ilk və qarşılıqlı iddia tələbləri müxtəlif mübahisə predmetlərinə yönəldilmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən, qarşılıqlı iddia ərizəsi və ilk iddia ərizəsi arasında əlaqə olmadığından, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmadığından, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qıızna qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı1 və İddiaçı2 qarşı “Şəhadətnamənin və Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməyərək geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı1 və İddiaçı2 qarşı “Şəhadətnamənin və Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməyərək geri qaytarılması barədə Qəbələ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiya nın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı1 və İddiaçı2 qarşı “Şəhadətnamənin və Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməyərək geri qaytarılması barədə Qəbələ Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(025)- 567/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar