Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1341/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı çıxarışın ləğv edilməsi və həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi tələbinə dаir mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-135/2020 nömrəli qərardadından iş üzrə İddiaçı və onun nümayəndəsi (vəkil) X7 tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 və DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına dair mərhum həyat yoldaşı X2 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi, (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə), mərhum həyat yoldaşı X2 mülkiyyət hüququ JN 2529 Asaylı 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1 saylı ünvanda həyətyanı torpaq sahəsinin 1 m eni x 5 m uzunu və ya 10 m uzunu x 50 sm eni ölçüdə sahəsinin Cavabdeh1 tərəfindən zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-135/2020 nömrəli (hakim T.Əliyev) qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanına dair mərhum həyat yoldaşı X2 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə) tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı və onun nümayəndəsi (vəkil) X1 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-135/2020 nömrəli qərardadından şikayət verərək, İddiaçı cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanına dair mərhum həyat yoldaşı X2 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə) tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardadının ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(035)-135/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-2529A KOD 90101002 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu X5 xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,02 hektar sahə ölçüsü olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Yevlax şəhər sakini X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.01954 ha torpaq sahəsi ilə X3 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti ilə müəyən olunur ki, xx.xx.2017-ci il tarixdə ölmüş X4 verilmiş **********97- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən Yevlax şəhəri, C.Kərimov küçəsi, 56 ünvanında yerləşən ümumi sahəsi 50.82 kv.m olan yaşayış evindən və evin yerləşdiyi 0,01954 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinə qanun üzrə vərəsəsi İddiaçıdır. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbindən müəyyən olunur ki, iddiaçı cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə münasibətdə torpaq sahəsinin onun mərhum ərinə verilməsinə dair şəhadətnamə ilə, eyni torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydi ilə ziddiyyət təşkil etdiyini əsas gətirməklə həmin cavabdehin hərəkətini mübahisələndirməklə ünvan 1 ünvanına dair mərhum həyat yoldaşı X2 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti məsələsi həll olunarkən mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri və bu münasibətlərin iştirakçılarının subyekt tərkibi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4. maddəsinə görə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanlara aid edilmişdir. Konkret mübahisənin hansı növ məhkəmədə - ümumi məhkəmədə, yoxsa inzibati məhkəmədə araşdırılmalı olmasının müəyyən edilməsinin mühüm təcrübi əhəmiyyətə malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həm mübahisənin predmetinə, həm hüquq münasibətlərinin xarakterinə və həm də subyekt tərkibinə görə hazırkı iş üzrə cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə aid hissədə mübahisəyə ümumi məhkəmədə yox, inzibati məhkəmədə baxılmalıdır. Beləliklə, təsdiq olunur ki, inzibati məhkəmədə baxılmalı olduğundan hazırkı ərizəyə ümumi məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəllə Maddə 261.0.1-ci İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-135/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və onun nümayəndəsi (vəkil) X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-135/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1341/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1341/2020
23.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver