Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1343/2021 02.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə X27 iclas katibliyi, iddaçı İddiaçı1un nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) və onun vəkili X10 iştirakı ilə İddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, üçüncü şəxslər X12, X5, X19, X31, X28 və Göyçay rayon notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) üçüncü şəxslər X12, X5, X19, X31, X28 və Göyçay rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, mərhumlar X29 və X6 qalmış, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,95 ha həyətyanı torpaq sahəsinin, yəni mirasın onlar tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi, Göyçay rayonu Cəyirli kəndində yerləşən, mərhumlar X29 və X6 miras qalmış, onların ümumi birgə mülkiyyəti kimi torpağın mülkiyyətə verilməsinə dair JN-411 F saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0,13 ha, JN-411 G saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0,55 ha, JN-411 H saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0,27 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələr olan iddiaçılar arasında bərabər bölünməsi və bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 11 dekabr 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X13 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakların X29 tərəfindən qəbul edilmə faktının müəyyən olunması, X7 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsindən ibarət miras əmlakların iddiaçılar İddiaçı1 və İddiaçı5 tərəfindən qəbul edilmə faktının müəyyən olunması və həmin əmlaklara iddiaçılar İddiaçı1 və İddiaçı5 vərəsəlik hüquqlarının tanınması qət edilmiş, digər iddiaçıların tələbləri və qalan hissədə iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-772/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(102)-2020/2021 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-772/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 ölümündən sonra qalan mirası qanun üzrə vərəsələrdən yalnız iddiaçılar faktiki qəbul etmişlər və hazırda da miras əmlak onların istifadələrində və sahibliyindədir. Qanun üzrə birinci növbə vərəsələrdən X32 və X33 miras qoyanların ölümündən əvvəl ölmüşlər və onların vərəsələri mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Cavabdehlərlə iddiaçılar arasında mirasa görə ixtilaf olduğu üçün miras əmlakı qanun üzrə vərəsələr arasında notariat qaydada bölə bilməmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Göyçay Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə tam, hərtərəfli, obyektiv baxmamış, sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmaqla qətnamə çıxarmışdır. Həmin qətnamə ilə onun və övladlarının əmlak hüquqları pozulmuş, əsassız olaraq onlar əlverişsiz vəziyyətə salınmışlar. Bu səbəbdən həmin qətnamə ləğv edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıların tələbi tam qanunsuzdur. Belə ki, qeyd olunan miras əmlak (torpaq sahələri) Heydər və Zabitə Həmidovlara məxsus olmuşdur.Qayınanası olmuş Zabitə Heydərova 2003-cü ildə, qayınatası olmuş Heydər Heydərov isə 2015-ci il tarixdə vəfat etmişlər. Miras qoyanların oğlu, yəni onun əri Elçin Heydərov isə 2015-ci ilin may ayında, atsından bir neçə ay əvvəl rəhmətə getmişdir. Miras qoyanlar rəhmətə gedəndən sonra həmin əmlakın bir hissəsində o (ailə üzvləri birlikdə), digər hissəsində isə, İddiaçı5 yaşamışdır. Q. Həmidov sonradan həbs olunmuşdur. Miras qalmış torpaq sahələri onun tərəfindən əkilib, becərilmişdir. Digər iddiaçılar valideynlərinin sağlığında həmin əmlakdan çıxaraq özlərinə məxsus evdə yaşamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. (cavabdeh sonda İddiaçı5 münasibətdə qətnaməni mübahisələndirmədiyini bildirmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qıznın (həmçinin Cavabdeh2 nümayəndəsi) vəkili X34 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən onlar arasındakı ziddəyətə əhəmiyyət verməmişdir. Belə ki, miras əmlakın iddiaçılar tərəfindən rəsmi və ya faktiki qəbul olunması heç cür sübut olunmur. Miras qoyanların vəfatından sonra əmlaklar cavabdeh Z. Məmmədova tərəfindən idarə olunmuşdur. İddiaçılar isə valideynlərinin sağlığında həmin əmlakdan çıxaraq özlərinə məxsus ünvanlarda yaşamışlar. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır. (cavabdeh vəkili də sonda İddiaçı5 münasibətdə qətnaməni mübahisələndirmədiyini bildirmiş və təqdim etdiyi çıxışının sonunda bununla bağlı qeyd vermişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı1un nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mülkiyyətçilər öləndən sonra miras əmlakların idarə olunması İddiaçı1 tərəfindən həyata keçirilmiş və miras onun tərəfindən faktiki qəbul edilmişdir. Bu iş materialları ilə də sübut olunur. Lakin cavabdehlərin müdaxiləsi olduğundan rəsmiləşdirə bilməmişdir. İddia tələbə tam əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələlər Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(046)- 179/2019 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, Göyçay Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə əvvəl və yeni tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; Göyçay rayon qeydiyyat şöbəsinin 21.09.2018-ci il tarixli çıxarışına əsasən X29 ilə X42 arasında nikah 21.03.1948-ci ildə bağlanmışdır. Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli çıxarışına əsasən X33 ilə Cavabdeh1 arasında nikah 01.08.2008-ci ildə bağlanmışdır. Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli arayışına əsasən İddiaçı5 xx.xx.1988-ci ildə anadan olmuş, atası X33, anası X14r. Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli arayışına əsasən X55 15.08.2005-ci ildə anadan olmuş, atası X33, anası Cavabdeh1dır. AZ 403070 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X20 xx.xx.1964-cü ildə anadan olmuş, atası X29, anası X21r. Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli arayışına əsasən Cavabdeh3 19.05.1999-cu ildə anadan olmuş, atası X33, anası Cavabdeh1dır. Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli arayışına əsasən Cavabdeh2 04.03.1997-ci ildə anadan olmuş, atası X33, anası Cavabdeh1dır. Göyçay rayon qeydiyyat şöbəsinin 19.01.2018-ci il tarixli arayışına əsasən X15 01.07.1949-cu ildə anadan olmuş, atası X29, anası X21r. Göyçay rayon qeydiyyat şöbəsinin 26.12.2017-ci il tarixli arayışına əsasən X32 15.10.1951-ci ildə anadan olmuş, atası X29, anası X21r. Göyçay rayon qeydiyyat şöbəsinin 26.12.2017-ci il tarixli arayışına əsasən X35 xx.xx.1955-ci ildə anadan olmuş, atası X29, anası X21r. Göyçay rayon qeydiyyat şöbəsinin 05.01.2018-ci il tarixli arayışına əsasən X8 xx.xx.1958-ci ildə anadan olmuş, atası X29, anası X21r. Göyçay rayon qeydiyyat şöbəsinin 26.12.2017-ci il tarixli arayışına əsasən X33 13.07.1960-cı ildə anadan olmuş, atası X29, anası X21r. Göyçay rayon qeydiyyat şöbəsinin 05.11.2018-ci il tarixli arayışına əsasən X22 xx.xx.1962-ci ildə anadan olmuş, atası X29, anası X21r. AZ-İ 741960 nömrəli, 12.10.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X29 09.10.2015-ci ildə vəfat etmişdir. Göyçay rayon qeydiyyat şöbəsinin 21.09.2017-ci il tarixli arayışına əsasən X36 15.04.2003-ci ildə vəfat etmişdir Göyçay rayon qeydiyyat şöbəsinin 12.10.2017-ci il tarixli arayışına əsasən X33 09.05.2015-ci ildə vəfat etmişdir Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli arayışına əsasən X28 09.07.1980-cı ildə anadan olmuş, atası X32, anası X1r. Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli arayışına əsasən X31 09.11.1975-ci ildə anadan olmuş, atası X32, anası X1r. Göyçay rayon qeydiyyat şöbəsinin 09.01.2018-ci il tarixli arayışına əsasən X19 06.09.1974-cü ildə anadan olmuş, atası X32, anası X1r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin məktubuna əsasən X7 və X13 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar olunmamışdır. Göyçay rayon İHB-nın Cəyirli kənd İƏN-nin 28.02.2018-ci il tarixli arayışına əsasən mərhum X32 29.03.2002-ci ildə vəfat etmiş, onun arvadı X5 və onların oğlu 09.11.1975-ci ildə təvəllüdlü X31 50 nömrəli təsərrüfatda daim qeydiyyatda olmaqla 1974-cü ildən nümayəndəlik ərazisində yaşayırlar. X19 1993-cü ildən Göyçay rayonu Lək kəndində həyat yoldaşının təsərrüfatında, X28 2005ci ildən Ağdaş rayonunda yaşayır. Göyçay şəhər 3 nömrəli tam orta məktəbin 27.02.2018-ci il tarixli arayışına əsasən məktəbin şagirdləri Cavabdeh2 2003-cü ildə məktəbə daxil olub 2014-cü ildə bitirmiş, Cavabdeh3 2005-ci ildə daxil olub 2016-cı ildə bitirmiş, X55 isə həmin məktəbin 7a sinfində təhsil alır. Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin 07.03.2018-ci il tarixli arayışına əsasən Cavabdeh1 və uşaqları Cavabdeh2, Cavabdeh3 və X2 Heydər Maqsud oğlunun və X13 evində yaşamırlar. Göyçay rayon notariusunun 21.06.2018-ci il tarixli məktubuna əsasən mirasın bölüşdürülməsi haqqında ixtilafın həll olunması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. JN-411F (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsi X7 və X13 ümumi birgə mülkiyyətindədir. JN-411G (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsi X7 və X13 ümumi birgə mülkiyyətindədir. JN-411H (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsi X7 və X13 ümumi birgə mülkiyyətindədir, sxemə əsasən fərdi yaşayış evi 0,27 ha torpaq sahəsində yerləşir. Göyçay rayonu Cəyirli Bələdiyyəsinin 11.05.2018-ci il tarixli tədiyyə bildirişinə əsasən Cavabdeh1 müraciət olunaraq 2015, 2016, 2017 və 2018-ci illər üçün cəmi 269 manat 80 qəpik əmlak və torpaq vergilərinin ödənilməsi təklif olunmuşdur. Azərpoçt MMC-nin 19.07.2018-ci il tarixli qəbzlərinə, Göyçay rayonu Cəyirli Bələdiyyəsinin 18.07.2018-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh1 2015, 2016, 2017 və 2018-ci illər üçün əmlak və torpaq vergilərini ödəmişdir. Cavabdeh1 22.10.2018-ci il tarixli ərizəsində iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd olunması xahiş edilmişdir. Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin 23.10.2018-ci il tarixli arayışına əsasən mərhum X7 0,55 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində mərhum X33, həyat yoldaşı Cavabdeh1, övladları İddiaçı5, Cavabdeh2, Cavabdeh3 və X55 yaşamışdır. Mülkiyyət sahibi X29 və X33 rəhmətə getdiyi ildən sonra evin yerləşdiyi 0.55 ha həyətyanı torpaq sahəsini, ayrı-ayrılıqda yerləşən 0,13 ha və 0,27 ha torpaq sahələrinin idarə edilməsi, həmin sahələrə qulluq xərclərinin çəkilməsi Cavabdeh1 həyata keçirmişdir. Ümumi sahəsi 0,95 ha olan torpaq sahələrində 700-dən çox irili xırdalı meyvə ağacları vardır. Həmən bağlara 2016-cı ildən 200-dən çox meyvə ağacı Cavabdeh1 əkdirmişdir. X29 və X16 ölümündən sonra Cavabdeh1 istifadəsində olmuşdur. Göyçay rayonu İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəsi Vüsal Abbasov və onun müavini Pərviz Beydullayev, kənd sakinləri Əbülfət Həmidov, Elman Ağayev, Zeyni Cəbrayılov, Şahin Əliməmmədov, Qədir Cahangirov, Əfqan Həmidov, Qniyaz Cahangirov, Rahim Maqsudov, Ruslan Abdullayev, Saməddin Maqsudov, Sahib Xudiyev tərəfindən imzalanmış 23.10.2018-ci il tarixli Aktda qeyd olunur ki, qonşuların bildirdiyinə görə mərhum X29 və onun oğlu mərhum X33 ölümündən sonra həmin torpaq sahələrinin idarə edilməsi, bu sahələrə qulluq xərclərinin çəkilməsi, Cavabdeh1 həyata keçirmişdir. Ümumi sahəsi 0,95 ha olan ərazidə 700-dən çox irili-xırdalı meyvə ağacları vardır. Qonşuların bildirdiyinə görə həmin bağda 2016-cı ildən 200-dən çox meyvə ağacı Cavabdeh1 günə muzd işçi tutaraq əkdirmişdir. X47 filialının 04.10.2018-ci il tarixli arayışına əsasən Göyçay rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd inzibati ərazi nümayəndəliyinin QubadlıŞıxlı kəndinə aid 2001- 2005 və 2006-2010-cu illlərin təsərrüfatbaşına kitabının 51-ci təsərrüfatlarında X30 ailə başşısı olmaqla öhdəsində 0,25 ha torpaq sahəsi göstərilmişdir. Xüsusi qrafada aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: arvadı X43, gəlini Cavabdeh1, nəvələri Cavabdeh2, Cavabdeh3 və X55, oğlu X23r. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.09.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Göyçay Rayon Məhkəməsinin 16.02.2000-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra Cəyirli kəndində olan evdə yaşamamışlar. Onlar əvvəl Göyçay şəhəri Natəvan küçəsində yerləşən evdə yaşamışlar. Sonra həmin evi satıb Göyçay rayonu N.Nərimanov küçəsi 109da yerləşən iddiaçı Cavabdeh1 valideynlərinə məxsus olan evə köçmüş, hazırda da orada yaşayırlar. Mübahisəli ünvanda mərhum Elçin Həmidovun birinci nikahından olan övladı İddiaçı5 əşyaları yerləşir. Həmin evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid əmlaklar yoxdur. Həmin işdə olan apellyasiya şikayətində Cavabdeh1 göstərmişdir ki, o, 09.10.2015-ci ilədək övladları ilə Göyçay rayonu Cəyirli kəndində 0,55 ha torpaq sahəsində yerləşən evdə yaşamış, lakin X7 vəfatından sonra İddiaçı1 onları evə buraxmamış, orada sərbəst yaşamalarına və təsərrüfatı idarə etmələrinə süni maneələr yaratmışdır. Buna görə də başqa yerdə yaşamağa məcbur olmuşlar. Göyçay Rayon Mərkəzi Xəstəxanasının 27.09.2018-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yaşayan X16 adına 09.05.2015-ci ildə saat 10:48-də “Aqonal vəziyyət” diaqnozu ilə çağırış daxil olmuşdur. Göyçay rayon Cəyirli bələdiyyəsinin sədri F.Nəbiyevin 22.10.2018-ci il tarixli arayışına əsasən Cəyirli kənd sakini mərhum X16 və oğlu İddiaçı5 adlarına bələdiyyə ərazisində bu şəxslərin heç bir torpaq sahəsi yoxdur. Göyçay rayonu İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəsinin 10.10.2017-ci il tarixli arayışına əsasən X29 vəfat etdikdən sonra onun həyətyanı sahəsinə oğlu İddiaçı1 Heydər oğlu baxmışdır. Göyçay Rayon Məhkəməsinin 10.06.2016-cı il tarixli qərarına əsasən İddiaçı5 08.06.2016-cı ildə faktiki azadlığı məhdudlaşdırılmışdır. X3 22.07.2019-cu il tarixdə Göyçay rayon Məhkəməsinin dəftərxanası vasitəsilə daxil olmuş teleqramına əsasən 23.10.2018-ci ildə tərtib edilmiş aktdakı imza ona məxsus deyil, ümumiyyətlə həmin akt tərtib olunarkən orada olmamışdır. X37 22.07.2019-cu il tarixdə Göyçay rayon Məhkəməsinin dəftərxanası vasitəsilə daxil olmuş teleqramına əsasən 23.10.2018-ci ildə tərtib edilmiş aktdakı imza ona məxsus deyil, ümumiyyətlə həmin akt tərtib olunarkən orada olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay X68 Mərkəzinin 17.09.2019-cu il tarixli arayışına əsasən 13 avqust 2019-cu il tarixdə X71 X4 sektorunun baş məsləhətçisi X44 tərəfindən həmin Göyçay rayonu Cəyirli kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-411 F saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.13 ha. JN-411 G saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.55 ha. JN-41 1 H saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.27 ha həyətyanı torpaq sahələrinə baxış keçirildi. Baxış keçirilən zaman, JN-411 F saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.13 ha torpaq sahəsində 56 ədəd, JN-411 G saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.55 ha torpaq sahəsində 269 ədəd, JN-411 H saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.27 ha həyətyanı torpaq sahəsində isə 118 ədəd qarışıq meyvə ağaclarının olması müəyyən edildi. Həmin JN-411 F saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.13 ha torpaq sahəsində müəyyən olunan 56 ədəd qarışıq meyvə ağaclarından 4 (dörd) ədəd qarışıq meyvə ağacları, inkişaf səviyyəsinə görə 09.10.2015- ci ildən sonra əkilmiş, təqribən 2-illik meyvə ağaclarının inkişaf səviyyəsinə uyğun ola bilər. JN-411 G saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.55 ha torpaq sahəsində 269 ədəd qarışıq meyvə ağaclarından, 44 (qırx dörd) ədəd qarışıq meyvə ağacları inkişaf səviyyəsinə görə 09.10.2015- ci ildən sonra əkilmiş, təqribən 2-illik meyvə ağaclarının inkişaf səviyyəsinə uyğun ola bilər. JN-411 H saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0.27 ha həyətyanı torpaq sahəsində isə 118 ədəd qarışıq meyvə ağaclarından, 2 (iki) ədəd qarışıq meyvə ağacları inkişaf səviyyəsinə görə 09.10.2015-ci ildən sonra əkilmiş, təqribən 2-illik meyvə ağaclarının inkişaf səviyyəsinə uyğun ola bilər. Yeni apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh1 Qubadlı-Şıxlı kəndində quraşdırılmış (abonent kodu **********00260) sayğac üzrə 01/2016-cı ildən ödəniş etmişdir. Apellyasiya icraatı zamanı təqdim olunmuş Göyçay rayon təhsil şöbəsinin arayışlarından görünür ki, Əli və X26 şəhər 3 saylı tam orta məktəbinin rus bölməsində oxumasına səbəb Cəyirli kənd orta məktəbində rus bölməsinin olmaması olmuşdur. Cəyirli kənd bələdiyyəsi tərəfindən verilmiş tədiyyə Bildirişdən müəyyən edilir ki, vergi borcu Cavabdeh1 tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, X29 ilə X42 21.03.1948-ci il tarixdə nikaha daxil omuşlar. Onların birgə nikahından 7 övladları doğulmuşdur: 01.07.1949-cü il təvəllüdlü X15, 15.10.1951-ci il təvəllüdlü X32, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü X9, 13.07.1960-cı il təvəllüdlü X33, xx.xx.1962-ci il təvəllüdlü X22, xx.xx.1964cü il təvəllüdlü X24. X36 15 aprel 2003-cü il tarixdə, X29 09 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə birinci növbə vərəsələrdən X32 29 mart 2002-ci il tarixdə, X33 isə 09 may 2015-ci il tarixdə vəfat etmişdir. X17 ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: 13.09.1973-cü il tarixdə nikaha daxil olduğu arvadı X5, 06.09. 1974-cü il təvəllüdlü X19, 09.11.1975-ci il təvəllüdlü X31, 09.07.1980-ci il təvəllüdlü X28. X16 ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: birinci nikahdan olan oğlu xx.xx.1988-ci il təvəllüdlü İddiaçı5, 01.08.2008-ci il tarixdə ikinci nikaha daxil olduğu arvadı Cavabdeh1, 04.03.1997-ci il təvəllüdlü Cavabdeh2, 19.05.1999-cu il təvəllüdlü Cavabdeh3, 15.08.2005-ci il təvəllüdlü X55. X61 ilə Zabitə Həmidovanın vəfatından sonra onların ümumi birgə mülkiyyətlərində olan, Göyçay rayonu Cəyirli kəndində ayrı-ayrı şəhadətnamələrlə qeydə alınmış 0,13 ha, 0,55 ha və 0,27 ha, cəmi 0,95 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı1 Heydər oğluna qarşı evə köçürmə və süni maneələrin aradan qaldırılması barədə iddiası təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 16.02.2000-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra iddiaçılar Cəyirli kəndində olan evdəyaşamamışlar. Onlar əvvəl Göyçay şəhəri Natəvan küçəsində yerləşən evdə yaşamışlar. Sonra həmin evi satıb Göyçay rayonu N.Nərimanov küçəsi 109-da yerləşən Cavabdeh1 valideynlərinə məxsus olan evə köçmüş, hazırda da orada yaşayırlar. Mübahisəli ünvanda mərhum Elçin Həmidovun birinci nikahından olan övladı İddiaçı5 əşyaları yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2) Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi işdə olan və məzmununda ifadə edilmiş məlumatlar arasında tam ziddiyyət olan rəsmi sənədlər və şahid ifadələrindən bir hissəsini mötəbər hesab edərək onların əsasında işin hallarını müəyyən etmiş, digər hissəsini isə inandırıcı və ağlabatan qaydada əsaslandırmadan qəbul etməmişdir. Məsələn, məhkəmə iddiaçının şahidlərinin mərhum X48 kəndində bağ saldığını bildirsələr də, bunun tarixini ifadələrində göstərə bilmədikləri üçün həmin ifadələri mötəbər hesab etməmişdir. Yaxud Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin 23.10.2018- ci il tarixli arayışının heç bir sənəd təqdim etmədən, evin yerləşdiyi əraziyə baxış keçirmədən tərtib edildiyinə əsaslanaraq həmin sənədi sübut kimi qəbul etməmiş, həmin orqanın eyni qaydada tərtib etdiyi və tamamilə əks məlumatları əks etdirən 10.10.2017-ci il tarixli arayışını işin hallarını müəyyən edən mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki sübutların bu cür birtərəfli qiymətləndirilməsi yuxarıda istinad olunan mülki prosessual qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında həmin tələblərlə bağlı ifadə edilmiş hüquqi mövqelərinə uyğun hesab edilə bilməz. İşin müəyyən edilmiş hallarına görə miras qoyanlardan üç ayrı torpaq sahəsi miras qalmış və miras qoyanlar ancaq həmin sahələrdən birində yerləşən evdə yaşamışlar. Həmçinin miras qoyanların ölümündən sonra digər torpaq sahələrinin əkilib-becərildiyi də işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Normadan görünür ki, qanunverici mirasın qismən qəbuluna yol vermir. Vərəsənin miras əmlakın bir hissəsini faktiki qəbul etməsi onun bütün mirası qəbul etməsinə bərabər tutulur və bununla bağlı eyni hüquqi nəticələrə səbəb olur. Bu baxımdan hazırkı iş üzrə cavabdehlərin 2000-ci ildən sonra miras qoyanlardan miras qalmış torpaq sahələrindən birində yerləşən evdə yaşamadıqları barədə preyudisial hal cavadehlərin miras əmlak olan digər torpaq sahələrini faktiki qəbul edib-etmədikləri ilə bağlı Mülki Məcəllənin 1243-cü maddəsi baxımından hüquqi dəyərləndirmə aparılmasına mane olmur. Beləliklə məhkəmə kollegiyasınn araşdırması zamanı müəyyən edildi ki, miras qoyanlar- X36 15 aprel 2003-cü il tarixdə, X29 isə 09 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahından 7 övladı doğulmuşdur: 01.07.1949-cü il təvəllüdlü X15, 15.10.1951-ci il təvəllüdlü X32, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü X9, 13.07.1960-cı il təvəllüdlü X33, xx.xx.1962-ci il təvəllüdlü X22, xx.xx.1964cü il təvəllüdlü X24. Qanun üzrə birinci növbə vərəsələrdən Eldar Həmidov 29 mart 2002-ci il tarixdə, Elçin Həmidov isə 09 may 2015-ci il tarixdə vəfat etmişdir. Eldar Həmidovun ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: 13.09.1973cü il tarixdə nikaha daxil olduğu arvadı X5, 06.09. 1974-cü il təvəllüdlü X19, 09.11.1975-ci il təvəllüdlü X31, 09.07.1980-ci il təvəllüdlü X28. Elçin Həmidov ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: birinci nikahdan olan oğlu xx.xx.1988-ci il təvəllüdlü İddiaçı5, 01.08.2008-ci il tarixdə ikinci nikaha daxil olduğu arvadı Cavabdeh1, 04.03.1997-ci il təvəllüdlü Cavabdeh2, 19.05.1999-cu il təvəllüdlü Cavabdeh3, 15.08.2005-ci il təvəllüdlü X55. İşin mübahisəsiz tərəfindən göründüyü kimi mərhum X29 ilə X13 vəfatından sonra onların ümumi birgə mülkiyyətlərində olan, Göyçay rayonu Cəyirli kəndində ayrı-ayrı şəhadətnamələrlə qeydə alınmış 0,13 ha, 0,55 ha və 0,27 ha, cəmi 0,95 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.02.2000-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 uşaqları ilə birlikdə X18 məxsus Göyçay rayonu Cəyirli kəndində gəlin köçdüyü iki otaqlı evə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı1 Heydər oğluna qarşı evə köçürmə və süni maneələrin aradan qaldırılması barədə iddiası təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 16.02.2000-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra iddiaçılar Cəyirli kəndində olan evdəyaşamamışlar. Onlar əvvəl Göyçay şəhəri Natəvan küçəsində yerləşən evdə yaşamışlar. Sonra həmin evi satıb Göyçay rayonu N.Nərimanov küçəsi 109-da yerləşən Cavabdeh1 valideynlərinə məxsus olan evə köçmüş, hazırda da orada yaşayırlar. Mübahisəli ünvanda mərhum Elçin Həmidovun birinci nikahından olan övladı İddiaçı5 əşyaları yerləşir. Beləliklə yuxarıda qeyd olunanlaradan belə qənaətə gəlinir ki, miras qoyanlardan sonra vərəsə Elçin Həmidovun ailə üzvlərinin, o cümlədən birinci nikahından olan oğlu İddiaçı5 həbs olunanadək həmin ünvanda yaşaması sübut olunur. Digər iddiaçıların isə mirası nə rəsmi, nə də ki faktiki qəbul etməsi sübut olunmur. Əksinə iş materiallarından belə qənaətə gəlmək olur ki, iddiaçılar (İddiaçı5 istisnba olmaqla) valideynlərinin (miras qoyanların) sağlığında həmin ünvandan çıxıb getmiş, öz ailəri ilə birlikdə ayrı-ayrı ünvanlarda yaşamışlıar. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən, eləcə də Ali Məhkəmənin göstərişləri baxımından araşdırmanı davam etdirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin İddiaçı1 münasibətdə təmin olunmuş hissəsində ləğv olunması üçün əsaslıdır. Əvvəla ona görə ki, işin faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi miras qoyanlara məxsus olmuş 0,27 ha torpaq sahəsində yerləşir, lakin bu yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin evin bir hissəsində həbs olunanandək İddiaçı5 yaşamış, digər hissəsində isə cavabdeh Ziyafət Həmidova məxsus əmlaklar yerləşir. İşin bu halı mübahisəsizdir. İkinci, işin əsas mübahisəli halı digər iddiaçılar Təyyar, Svetlana, Nazilə, Kəmalə Həmidovlar tərəfindən mirasın faktiki qəbulu ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçılar ailəli olmaqla valideynlərinin sağlığında miras əmlakdan çıxmış və hər biri özlərinə məxsus olan evdə yaşamış, hərdənbir miras əmlakda yaşayan şəxslərin (əvvəl analarının, sonra isə qardaşı uşaqlarının) yanına gəlibgetmiş, bir müddət onlarla isti münasibətdə olmuşlar. Lakin kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların (İddiaçı5 istisna olmaqla) həmin mübahisəli əmlaklara hərdənbir gəlib-getməsi heç də miras əmlakın faktiki qəbulu və idarəçiliyi ilə bağlı deyil, daha çox qohumluq münasibətindən irəli gələn münasibətə, orada yaşayan şəxslərə baş çəkmək, sonuncuların yaşayış tərzi ilə maraqlanmağa uyğun gəlir. Çünki iş üzrə birinci instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh1 özünün izahatından, həmçinin birinci instansiya məhkəməsinin icraatı zamanı dindirilmiş şahidlərdən Elçin Rüstəmov, Qədir Cahangirov, Əfqan Həmidov, Əli Hacıyev, Səbuhi Abdullayev, İbrahim İbrahimov, Şahin Əliməmmədov, Fuad Nəbiyev həmin torpaq sahələrində işləmələrini, ağaclara qulluq etmələrini, məhsulu yığmalarını məh Ziyafət Məmmədovun tapşırıq və göstərişləri əsasında həyata keçirdiklərini bildirmişlər. Şahidlər iddiaçıı İddiaçı1 torpağının həmin sahədən kənarda yerləşdiyini bildirməklə yanaşı, digər iddiaçıların adlarını ümümiyyətlə çəkməmişlər. Üçüncü, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri və Ali Məhkəmənin göstərişi baxımından araşdırmanı davam etirərək qeyd edir ki, iddiaçılar tərəfindən valideynlərindən miras qalmış əmlakda hər hansı idarəçilik işlərinin aparılması, miras əmlakın şəksiz qaydada qəbul etdirməsini təsdiq edən mötəbər sübut təqdim edilmədiyindən işin hazırki vəziyyətində heç də miras əmlakın faktiki qaydada qəbul edilməsi anlamına gəlmir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi əgər doğrudan da təmir-bərpa işləri, o cümlədən torpaq sahəsinə qulluq, vergilərin ödənilməsi və s. iddiaçılar tərəfindən həyata keçirilmişdirsə belə, bu qanunvericiliklə müəyyən olunmuş 3 ay və 6 aylıq müddətləri əhatə etmir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir. İş üzrə təqdim olunmuş arayış və şahid ifadələrindən də bunu görmək mümkün deyil. Kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəf bununla bağlı mötəbər, yəni biri digərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Dördüncü, məhkəmə kollegiyası Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07.03.2018-ci il tarixli 142 nömrəli arayışa da münasibət bildirərək qeyd edir ki, həmin arayışda Cavabdeh1 və onun uşaqlarının miras evdə yaşamadıqları göstərilmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi miras əmlak təkcə fərdi yaşayış evindən ibarət deyil, həmin fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən başqa, digər miras əmlaklar da mövcuddur. Digər, yəni iş materiallarının 133-cü səhifəsində olan arayışa münasibət bildirən kollegiya qeyd edir ki, həmin arayış kənd İƏD üzrə nümayəndəsi tərəfindən imzalansa da, səlahiyyətli orqanın möhürü ilə təsdiq olunmamışdır. Kollegiya bu arayışı da sübut kimi qəbul etmir. Ali Məhkəmənin göstərişi baxımından kollegiya mübahisənin bu hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda göstərildiyi kimi iddiaçılar valideynlərinin sağlığından özlərinə məxsus evdə yaşamış, valideynləri öləndən sonra da yaxın qohum kimi hərdənbir gediş-gəlişləri davam etmişdir. Lakin sonradan münasibətlər pozulmuşdur. Göründüyü kimi iddiaçılar tərəfindən mübahisəli evə və ya torpaq sahələrinə gediş-gəlişi münasibətlərin yaxşı olması vaxtına təsadüf edir ki, bu da heç də mirasın faktiki qəbuluna yönəlmiş hərəkət, eləcə də əmlak üzərində fiziki “ağalıq” etməsi kimi deyil, şəxsi münasibətlər zəmnindən irəli gələn və ailə başçısını itirmiş şəxslərə köməklik götərilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın dəfn mərasiminin vərəsə (iddiaçılar) tərəfindən təşkil edilməsi və ya həyata keçirilməsi barədə məlumatlar mirasın vaxtında qəbul olunmasını təsdiqləyən fakt rolunu oynaya bilməz. Çünki bu cür hallar milli-mənəvi dəyərlərdən irəli gəlir və mirasın qəbulu kimi qiymətləndirilə bilməz . Kollegiya sonda həmçinin bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, qətnamənin nəticə hissəsindən göründüyü kimi məhkəmə X13 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakların X29 tərəfindən qəbul edilmə faktını müəyyən etmişdir. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya bunu iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirir. Belə ki, qətnamənin nəticə hissəsinin ikinci hissəsi-yəni miras əmlakların X29 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi iddia tələbi arasında yer almadığından, Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş nəticə ilə razılaşmayaraq, verilmiş apellyasiya şikayətini isə qismən əsaslı hesab ediərək, qeyd edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri və işin həqiqi halları üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Halbuki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “X29 tərəfindən miras əmlakın faktiki qəbul edilməsi, İddiaçı1 tərəfindən mirasın qəbul edilməsi və vərəsəlik hüqunun tanınması” hissələrində ləğv edilməsi üçün yetərli hesab edir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi qismən - yəni “Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakların X29 tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi” və İddia tələbinin İddiaçı1 münasibətdə təmin olunmuş miras əmlakların qəbul edilməsi və vərəsəlik hüuqunun tanınması hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, birinci hissə qətnamədən xaric edilsin, ikinci halda isə iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər (İddiaçı5 münasibətdə, həmçinin digər iddiaçıların tələbləri və qalan hissədə iddia təmin olunmaması) hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1343/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1343/2021
02.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver