Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1344/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-385/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, Bakı-Qəbələ şosse yolunun üst tərəfində yerləşən 0,01 ha mülkiyyətində olan həyətyanı torpaq sahəsində cavabadeh Cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti-hasarın onun hesabına sökülməsi, mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququna olan maneəçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri ərazisində yerləşən həyətyanı torpaq sahəsində apardığı tikintinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)385 nömrəli qərardadı ilə iddiaçının iddianı təmini tədbirinin tətbiq olunması barədə vəsatəti təmin edilərək İsmayıllı şəhəri ərazisində yerləşən, xx xxxx 2016-cı il tarixli RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsində cavabdehin apardığı tikinti işləri dayandırılması qərara alınmışdır. Cavabdeh xx xxx 2020-ci il tarixdə şikayət verərək göstərilən qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İsmayıllı şəhəri ərazisində yerləşən torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğuna görə 2008-ci ildə alqı-satqı məqsədilə hasara alınmamışdır. Müəyyən səbəblərdən uzun müddət həmin torpaq sahəsini ala bilməmişdir. Onun müraciətinə əsasən İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən torpaq sahəsinə baxış keçirələrək müsbət rəy verilmişdir. Sonradan iddiaçının İsmayıllı şəhəri 30 “A” kvartalından 0,06 ha torpaq sahəsini almışdır. İddiaçıya satılmış torpaq sahəsinin koordinatları səhv vurulmuşdur. İddiaçının torpaq sahəsini zəbt etməmişdir. Ona görə də məhkəmənin xx xxx 2020-ci il tarixli 2(037)-385 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-385/2020 nömrəli qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və hansı səbəbdən iştirak etməmələri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-385/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-385/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-385/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1344/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1344/2020
25.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver