Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1345/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X12 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdehh oğlunun, hüquqlarına toxunan şəxs X3 iştirakı ilə İddiaçı Cavabdehh oğluna qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması və cavabeh tərəfindən zəbt olunmuş ərazidə qanunsuz olaraq tikilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-56/2020 nömrəli qətnaməsindənCavabdehh oğlu, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan X18, X10 və X8 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan 0.1498 ha və 0.3981 ha torpaq sahələrindən Cavabdehh oğlunun və cavabdeh tərəfindən zəbt olunmuş ərazidə qanunsuz olaraq tikilmiş tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-56/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cCavabdehh oğlu İddiaçı qanuni istifadəsində olan 0.1498 ha və 0.3981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin torpaq sahəsi ilə sərhəd nöqtəsindən 1.91 metr məsafədən başlanılmaqla tikilinin (tövlənin) arxa sağ küncündən 3.28 metr, arxa sol küncündən 2.80 metr və sərhədin sol küncündən 8.18 metr məsafədəki nöqtə ilə həmin nöqtələri birləşdirən zəbt edilmiş 100 kv metr torpaq sahəsindən çıxarılması, həmin nöqtələri birləşdirən əraziyə düşən hissədə tikilinin (tövlə) sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdehh oğlu, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan X18, X10 və X8 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətinə DTXK Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 110 saylı, xx.xx.2003-cü il tarixli və DTXK Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 36 saylı, xx.xx.2008-ci il tarixli torpaq sahələri vardır. Həmin torpaq sahələrinə AR ƏMDK yanında DƏDRX-nin 18 saylı X20 tərəfindən müvafiq olaraq xx.xx.2019-cu il tarixdə A№ 388626 və A№ 388625 torpaq sahəsinin planı və ölçüsü verilmişdir.Bundan sonra o mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirərək göstərilməsi barədə ərizə ilə AR ƏMDK yanında DƏDRX-nin 18 saylı X15 müraciət etmişdir. Ərizəsinin icrası olaraq Reyestr xidmətindən mütəxəssis ayrılmışdır. Həmin mütəxəssis onun və qonşusu-X5 iştirakı ilə onun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.1438 ha və 0.3981 ha torpaq sahələrinə baxış keçirilmiş və müvafiq çöl-ölçmə işləri aparılmışdır.Aparılmış çöl-ölçmə işləri nəticəsində həmin torpaq sahələrinin sərhədləri müəyyənləşdirilərək onlara göstərilmişdir.Lakin qonşusu- Firudin Osiyev onun tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq uzunluğu 60-70 metr olmaqla eni 1-2 metr məsafədə onun torpağını zəbt etmiş və zəbt etdiyi ərazidə 8-10 metr uzunluğunda 1.5-2 metr enində dam tikmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehh oğlu, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan X18, X10 və X8 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə qətnaməsi ilə sökülməsi qət edilən tövlə təkcə Cavabdeh deyil həm də X18, X10, X3 mülkiyyətində olan torpaq sahəsində yerləşir və eyni zamanda X18, X10, X3 istifadəsində olan tövlədir. X4, X10, X3 hüquqarı pozulmuşdur. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tələb etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi isə 2019-cu ildə almışdır.Məhkəmə işin bu hissəsini araşdırmamışdır. Torpaq islahatından əvvəl inşa edilmiş və onların qanuni istifadə hüququ olan tövləni iddiaçının xoşuna gəlmədiyi üçün sökülməsinə qərar vermişdir. Mübahisəli tövlə inşa edilən zaman həmin torpaqların mülkiyyətçisi Dövlət olmuşdur. Sonradan torpaq sahələri kəndlilərin mülkiyyətinə verilmişdir. Deməli hazırda mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi dəyişmiş və yeni mülkiyyətçi olan iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüqququnu əldə edən zaman orada tövlə mövcud olmuşdur. Onlar bunları ona görə demir ki, tövlənin iddiaçıya aid torpaq sahəsində yerləşdiyini etiraf etsinlər. Xeyr onlar iddia edir ki, tövlə onların mülkiyyətində olan torpaq sahəsində yerləşir. Onlar iddia edir ki, ekspertiza düzgün aparılmamış və hər iki torpaq sahələri düzgün dəqiq ölçülməmişdir. Məhkəmə qətnaməni iddianın iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması hissəsində əsaslandırsa da, həmin torpaq sahəsi üzərində mövcud olan tikilinin sökülməsi hissəsində gəldiyi nəticəni əsaslandırmamış, bu hissə ilə bağlı cavabdehin dəlilləri araşdırılmamış, işdə olan sübutlara düzgün qiymət verməmiş və bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehh oğlu apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, o bu gün də bir qonşu kimi iddiaçı tərəflə qarşılıqlı razılığa gəlməyə razıdır. Lakin iddiaçı tərəf onunla qarşılıqlı razılığa gəlmək istəmir. Odur ki, ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən X8 apelyasiya şikayətini müdafiə edərək, sonda qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, zamanında o da bir qonşu kimi cavabdehlə qarşılıqlı razılığa gəlmək istəyirdi, lakin cavabdeh hər dəfə nalayiq hərəkətləri ilə onu saymırdı. Ekspert rəyi ilə tam razıdır, odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-56/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; A № 388626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iddiaçının ailə üzvlərinə həmin sənəd əsasında ünvan 1ində 0.3981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. A № 388625 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iddiaçının ailə üzvlərinə həmin sənəd əsasında, həmin ərazidə 0.1498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. A № 059702 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iş üzrə cavabdehin ailə üzvlərinə həmin sənəd əsasında, həmin ərazidə 1998.71 kv metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Ekspert rəyindən və əlavə edilmiş sxemdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin 100 kv metr hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Ekspert rəyinə əlavə edilmiş sxemdən görünür ki, zəbt edilmiş torpaq sahəsinin bir hissəsi həmin ərazidə tikilmiş tövlənin bir hissəsinin hüdudları daxilinə düşür. Apelyasiya icraatı zamanı təyin edilmiş xxxx MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 244 nömrəli rəydən müəyyən olunur ki, Zaqatala rayonu, Kebeloba kəndində yerləşən İddiaçı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı X20 tərəfindən hazırlanan A seriyalı 388625 və A seriyalı 388626 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla qeyd olunan torpaq sahəsinin sərhəd xətti cavabdeh X5 faktiki istifadə etdiyi torpaq sahəsinin 157 m2 hissəsi ilə üst-üstə düşür. Qeyd: orada tikilən tövlə binasına düşən 30 m2 hissə daxil olmaqla. Beləliklə mübahisəli tövlə tikilisinin 30 m2 hissəsi sənəd üzrə A seriyalı 388626 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla qeyd olunan 0,3981 ha torpaq sahəsinin sərhədləri daxilinə düşür. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı ilə cavabdehin ailə üzvlərinə verilmiş torpaq sahələri həmsərhəddir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehə həmsərhəd hissəsinin başlandığı yerdən 1.91 metr, tikilmiş tövlənin divarına çatdıqda isə 3.28 metr, həmin tövlənin həmin arxa divarının digər tərəfində isə 2.80 metr, eyni zamanda torpaq sahələrinin həmsərhəd hissəsinin son nöqtəsindən başlanılmaqla 8.18 metrdən olan nöqtədən tövlə divarının 2.80 metr hissəsinə qədər olan ərazi cavabdeh tərəfindən zəbt edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsində, apelyasiya şikayətində göstərilən dəlillərlə bağlı isə apelyasiya məhkəməsi tərəfindən məhkəmə tikintitexniki ekspertizası keçirilmiş, qeyd olunan mübahisənin həlli ilə bağlı xüsusi biliyə malik olan ekspert rəyləri alınmış, hər iki rəydə cavabdehin iddiaçıya məxsus ərazinin zəbt etməsi göstərilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini iş üzrə sənədlərlə birlikdə təhlil edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. “X9rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsi cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdehh oğlunа və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan X18, X10 və X6 аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 manat onlardan alınaraq “xxxx” MMC-nin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehh oğlu, hüquq və mənafelərinə toxunan X18, X10 və X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-56/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdehh oğlundаn və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan X18, X10 və X2 alınaraq “xxxx” MMC-nin hesabına (hesab nömrəsi AZ53AİİB********************) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1345/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1345/2020
22.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver