Məhkəmə qərarları › İş №2(107)-1346/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1346/2021

07.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1346/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Gilan X32 MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Gilan X32 MMC-yə qarşı işə bərpa olunması tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 14 avqust 2020-cı il tаrixli 2(025)-813/2020 saylı qətnаməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdeh “Gilan X32» MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmrinin ləğv edilməsi (etibarsız hesab edilməsi), onun Cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 19 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat vəsaitini tutlub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 15 ilə yaxındır "xxxx" şirkətinin X32nda işləyir. İndiyədək həmin zavodda müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu dəfə təsərrüfat şöbə rəisi vəzifəsinin icrası ona həvalə edilmişdir. İşlədiyi müddətdə həmişə öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Bütün bu illərdə var gücünü, enerjisini, qabiliyyətini şirkətin yolunda sərf etmişdir. Lakin 2020-ci ilin iyun ayının 19-da o, birdən-birə ən ağır intizam tənbehi ilə işdən çıxarılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq onunla olan əmək münasibətlərinə xitam vermişdir. Bununla da o, qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Kadrlar şöbəsində mütəxəssis vəzifəsini daşıyan Aynur Maqsudova ona və zavoddakı bir çox işçilərə qarşı ayrı-seçkilik etmiş, qərəzli mövqe tutmuş, qəsdən və bilərəkdən onları ləkələməyə və nüfuzdan salmağa çalışmışdır. Bir müddət bundan əvvəl ona və bir sıra işçilərə haqsız yerə töhmət verilməsinə nail olmuşdur. Onun bir çox işçilərə qarşı qərəzli mövqe tutması və zavod rəhbərliyini də yanıltması nəticəsində zavodda xeyli sayda işçilərin ondan narazı qalmasına, ona qarşı öz etirazlarını ifadə etmələrinə səbəb olmuşdur. O isə bu etirazları bəhanə edərək, işçilərin işdən çıxarılmasına çalışmaqdadır. Nəticədə bir neçə işçi haqsızlıqlara görə məhkəməyə müraciət etmişdir. Zavaodda qeyd olunan halların şahidi olan xeyli sayda işçilər vardır. Aynur Maqsudovanı belə hərəkətlərə kimin vadar etdiyini bilmirlər. Ancaq o, haqsız hərəkətlərinə davam etməkdədir. Son zamanlar şöbədə guya bir sıra işçilərin maaşlarının kəsilməsinə səbəb olmağı barədə sözsöhbətlər gəzdiyinin şahidi olmuşdur. Bu onu hiddətləndirmiş və o, 10 iyunda zavodun kadrlar şöbəsinə yaxınlaşaraq söz-söhbətlər barədə öz fikrini bildirmişdir. Barəsində olan belə məlumatların doğru olmadığını, belə şaiələrin yayılmasının ikrah hissi doğurduğunu, belə halların yolverilməz olduğuna dair öz fikirlərini səsləndirmişdir. X1 danışmış və ona «tərbiyəsiz» demişdir. Ona qarşı dediklərini qaytarmışdır. Bundan sonra mübahisə olmaması üçün otaqdan çıxmışdır. Buna görə direktor müavini Rahib Kərimov onu otağına çağırmışdır. X17 və maliyyə mütəxəssisi olan Kənan Şahverənovun da həmin otaqda olduğunu görmüşdür. Rahib Kərimov ondan nə baş verdiyini soruşduqda hadisəni olduğu kimi ona danışmışdır. Bu zaman Kənan Şahverənov və Aynur Maqsudova ona qarşı çıxaraq üstünə cummuş, ona «tərbiyəsiz» deyərək üzərinə gəlmişlər. Buna görə də onlardan uzaqlaşmış və Rahib Kərimovla həyətə düşmüşlər. Həmin vaxtı Aynur Maqsudova arxalarınca həyətə çıxaraq «səni bu zavoddan rədd edəcəyəm» deyə qışqırmışdır. Ona cavab verməmiş və nəzakətli davranmışdır. Bütün olanlar bunlardan ibarət olmuşdur. O, heç kimi təhqir etməmiş və heç kiminlə nəzakətsiz davranmamışdır. Aydındır ki, onun buna görə işdən çıxarılması adı çəkilən şəxslərin qərəzli hərəkətlərinin nəticəsidir. Onun tərəfindən heç bir qanun və qayda pozuntusu olmamışdır. Sadəcə öz fikrini bildirmiş, zavodda olanlara dair öz fikirlərini səsləndirmişdir. Əmək Məcəlləsində işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin öz fikrini bildirməsi nəzərdə tutulmamışdır. İşçinin müəssisədə olanlar barədə iradını bildirməsi, öz fikirini, sözünü, düşüncələrini söyləməsi qanunazidd hərəkət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Konstitusiyanın 47-ci maddəsi fikir və söz azadlığına təminat verir. Fikir və sözün azadlığına birlikdə təminat verməsi onların bir-biri ilə sıx bağlılığından xəbər verir. Fikir insanın ayrılmaz xüsusiyyəti olan düşüncənin, təfəkkürün nəticəsi, insan beyninin fəaliyyətinin məhsuludur. Fikir azadlığı-insanın predmet, hadisə, ətraf mühitə öz münasibətini müəyyən etmək, bütün baş verənlər ilə bağlı azad inamını formalaşdırması ilə əlaqədar onun təbii, anadangəlmə xüsusiyyətidir. İnsanın ətraf aləmə subektiv münasibəti, onun inamı-şəxsiyyətin həyat tərzinin özünəməxsusluğunun, təkrarolunmazlığının ayrılmaz tərkib hissəsidir. Fikir azadlığının təminatı insanın sərbəst, müstəqil düşünməsinin məhdudlaşdırılmasının müdəfiəsində ifadəsini tapır. Fikir azadlığı o deməkdir ki, insanı onun iradəsindən kənar, başqa cür düşünməyə məcbur etmək olmaz. Fikir insanın nailiyyəti kimi digərlərindən gizli qala bilər. Lakin bir qayda olaraq fərd ətraf aləm, hadisələrə öz münasibətini bildirmək, bu münasibəti kollektiv, cəmiyyət, digər insanlara ötürmək istəyir. Bu tələbatı ödəmək üçün insan söz azadlığına malkidir. Fikirlərini, düşüncələrini açıq şəkildə ifadə etdiyi üçün onunla naməlum səbəblərdən şəxsi qərəzliyi olan zavodun səlahiyyətli şəxsləri tərəfindən işdən uşaqlaşdırılmışdır. Halbuki, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsu ilə ləğv edilə bilər. Dana sonra ona həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmağı barədə qeydlərin aparıldığı əmək kitabçası və əmrin surətini təqdim etmişlər. Bunun haqsızlıq olduğunu bəyan etməklə etiraz etmişdir. Tanıdıgı bir çox şəxslərə öz gileyini, narazılığını və şikayətini bildirmişdir. Bundan sonra onu çağırıb demişdilər ki, əgər öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazsa əmək kitabçasını düzəldə bilərlər. Yəni qeyd olunan maddəni yazmazlar. Bu minvalla ondan ərizə almışlar. Bundan sonra ondan təkrar olaraq əmək kitabçasını istəmiş və düzəliş etdiklərini bildirmişlər. Lakin düzəliş etməmişlər. Belə tutarsız davranışları görüb ərizə yazmağına peşiman olmuş və əizəsini geri götürmüş, məhkəməyə müraciət etməyə qərar vermişdir. Onunla əmək müqaviləsi bağlanmış, hər dəfə vəzifə dəyişiklikləri olanda da yeni əmək müqavilələri ona imzalatdırılmış, lakin bu müqavilələrin bir nüsxəsi verilməmişdir. Bu hal da ayrıca qanun pozuntusudur. Buna görə də onunla bağlanmış əmək müqaviləsini məhkəməyə təqdim edə bilmir. Onun işdən çıxarılmağı, onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə direktor müavini Rahib Kərimovun imzaladığı və möhürlə təsdiq etdiyi Cavabdeh MMX-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmr qanuna ziddir və ləğv olunmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin «qeyd» hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zəzərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutulması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd olunan hadisələrin ona mənəvi zərər vurduğu şübhəsizdir. Baş verənlər onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməyinə gətirib çıxartmışdır. Buna görə də ona dəyən mənəvi zərərin əvəzini tələb etməkdə haqlıdır. Dəymiş mənəvi zərərə görə kompensasiya miqdarını 5000 (beş min) manat olaraq müəyyənləşdirmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəməyə vermiş olduğu iddianı «işə barpa olunma tələbinə dair» iddia ərizəsi kimi qəbul edilməsini və işə bərpa olunmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 07.08.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh MMC-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmrinin ləğv edilməsi (etirabsız hesab edilməsi), onun cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə işə bərpa edilməyi, 19 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək mücburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddianı müdafiə edərək, qeyd olunanlara uyğun izahat verib göstərmişdir ki, işəgötürən tərəfindən İddiaçı qarşı qərəzçilik formalaşmışdır. Onun hərəkətlərində qeyrietik heç nə aşkar edilmir. İddiaçı Nəcəf X19 Maqsudovaya tərbiyəsiz sözünü işlətmişdir. Hadisə 10.06.2020-ci il tarixdə olmuş, lakin izahatlar müxtəlif vaxtlarda alınmışdır. Akt 18.06.2020-ci il tarixdə tərtib edilmişdir. İddiaçı olmamışdır deyə tərtib olunmuş aktda onun iştirakı yazılmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh «X33 Zavodu» MMC-nin nümayəndəsi X10 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-də Təsərrüfat şöbə rəisi işləmiş İddiaçı 10.06.2020-ci il tarixdə insan resursları xidməti aparılan otağa, sonra isə Cavabdeh MMC-nin direktorunun otağına daxil olub, orada PSC (X9) MMC-nin İnsan Resursları xidmətinin baş mütəxəssisi vəzifəsində işləyən X5 qeyri-etik ifadələrlə təhqir etmiş, həmçinin müəssisənin maliyyə mütəxəssisi X11 ilə mübahisə etmişdir, bu əməlləri ilə müəssisənin normal fəaliyyətini pozmuşdur. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinin, Cavabdeh MMC-nin «X34 Qaydaları»nı, Cavabdeh MMC-nin «Davranış Kleksi»nin tələblərini pozmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi yuxarıda göstərilənləri əsas gətirərək müəssisənin təsərrüfat şöbəsinin rəisi İddiaçı həmin vəzifəyə layiq olmadığını və tutduğu vəzifədən azad olunması qərarına gəlmişdir. Buna görə də Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci bəndini nəzərə alaraq və həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinin tələblərini rəhbər tutaraq, Cavabdeh MMC ilə İddiaçı arasında olan əmək müqaviləsinə 19.06.2020ci il tarixdən etibarən xitam verilmişdir. Həmçinin ona 20 gün istifadə edilməmiş əsas məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir. Yuxarıda göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, İddiaçı işə bərpa olunması barədə yazmış olduğu iddia, həmçinin iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Qeyd olunan xüsusatlara əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. X12 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, təsərrüfat şöbəsinin fəhləsi Nazim Orucov 10.06.2020-ci il tarixdə oturduqları otağa gəlib ona may ayı üçün əmək haqqının 69 manat əskik hesablandığını bildirmişdir. Bunu araşdırmaq üçün cəmiyyətin əməkdaşı olan Ceyhun Hafizova müracəit etmişdir. Sonuncu məsələyə aydınlıq gətirmişdir. İşçinin davamiyyət tabeli digər əməkdaşlar Qadir İsmayılov tərəfindən təqdim olunmuşdur. Qadirlə əlaqə saxlamış və sonuncu ona işçinin davamiyyətinin təsərrüfat şöbəsinin rəisi tərəfindən təqdim olunduğunu və həmin tabelə əsasən işçinin əmək haqqının hesablandığını bildirmişdir. İşiçyə məsələni şöbə rəisi ilə həll etməklə kömək edəcəyinə söz vermişdir. Məsələyə aydınlıq gətirilməsinin yazılı olmasının uyğun olmasını düşünərək və ona köməklik göstərilməsi məqsədi ilə mühasibatlığa e-mail vasitəsi ilə müraciət etməyə hazırlaşmışdır. Elə bu zaman təsərrüfat şöbəsinin rəisi İddiaçı əsəbi halda içəri daxil olmuşdur. Məsələyə aydınlıq gətirilməsini xahiş edib və problemin izahatının mühasibatlıqdan yazılı olaraq gələcəyini deyəndə həmin şəxs «işləyə bilmirsiniz, mənim üstümə atmayın günahlarınızı» deyərək ona qışqırmış və üzərinə gəlmişdir. Təmkinliyini qoruyub məsələni aydınlaşdırmaqla cavab verəcəyini sonuncuya bildirmişdir. Şöbə rəisi isə ona yenə çığıraraq «özünüz düzgün işləyin, sonra danışın» deyə bildirmişdir. O, şöbə rəisindən səsinin tonunu aşağı salmağı xahiş etmişdir. Bu zaman o, «aaz sən kimsən, mənim səsimi kəsəsən» sözləri ilə çığırmağa başlamışdır. Buna görə də ona «tərbiyəsiz» demişdir. Çünki müvafiq vəziyyətdə başqa uyğun söz tapa bilməmişdir. Bundan sonra iddiaçı «sən kimilərin çox görmüşük və kimin hesabına burada olduğunu çox gözəl bilirəm» sözlər və digər nalayiq ifadələr işlətməklə təhqirlərlə ona hücum çəkmişdir. Tikinti-təmir bölümünün rəisi Raqub Abdullayev fiziki güc tətbiq olunmasın deyə onun önünə keçərək qarşısını almışdır. Gülşən Hümbətovanın köməyi ilə Raqub iddiaçını otaqdan güclə çıxartmışdır. Daha sonra o, direktor müavini Rahib Kərimovun yanına sənəd imzalatmaq üçün yaxınlaşmış və məsələni ona daşınmışdır. Sonuncu iddiaçını otağına çağırmışdır. İddiaçı orada da onun günahkar olduğunu öz istəklərinə uyğun olaraq izah verərək «bu mənə tərbiyəsiz dedi, tərbiyəsiz özünsən» sözləri ilə yenidən özündən çıxmışdır. Otaqda olan maliyyəçi Kənan Şahverənov ona məsləhətlə «yəqin ki, tərbiyəsizlik etmisiniz ki, elə deyib» sözlərini demişdir. Bu zaman iddiaçı yenə izah olunmaz qışqırıq səsləri ilə onu da davaya sövq etməyə başlamışdır. Buna görə də direktor müavini onu güclə otağından çıxartmışdır. Qorxu və şok hissələri onda o qədər çoxalmışdır ki, uzun müddət otaqdan çıxa bilməmişdir. Eyni hal 2020-ci ilin aprel ayında da Çipsi ofisində işçilərin gözü önündə sadəcə həmin vəziyyətdən azacıq yumuşaq formada olmuşdur. Həmin vaxt da susmağa üstünlük vermişdir. Amma bu dəfə iddiaçı bütün etik, insani, professional hədləri aşaraq ona qorxu və stress kimi hallar yaşatmış, onu kollektiv içində gözdən salmağa çalışmışdır. O, "xxxx" MMC-nin əməkdaşıdır, lakin 6 il Cavabdeh MMCnin işçisi olmuşdur. Buna görə də bura onun üçün doğma olmuş və bu illər ərzində işçilərlə daim səmimi münasibət yaratmışdır. Bu gün də müəssisəyə yüksək səviyyədə xidmət göstərmək üçün bütün məsuliyyəti ilə işini görməyə çalışır. Lakin bu kimi hallar əmək məhsuldarlığını sıfra endirir, onu həm işçi və həm də qadın kimi çox sarsıdır. Vəziyyətin bu yerə çatmaması, konfliktin yaranmaması üçün bütün professional cəhətlərini işlətməyə çalışsa da mümkünsüz olmuşdur. Çünki, İddiaçı atrıq otağa daxil olanda dava və provakasiya ilə gəlmişdir. O, əvvəlcə otağı tərk etmək istəsə də fikrindən daşınmışdır. Fikirləşmişdir ki, eyni aqressiya ilə onun arxasınca gələcək və konflikti kütlə görəcəkdir. X13 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, hadisə baş verən gün PSC əməkdaşı Aynur Maqsudova sənədlərin direktor müavininə təsdiqlənməsi üçün otağına gətirmişdir. Söhbət əsnasında Aynur Maqsudova üzgün və şok halda direktor müavininə «mən bu insana neyləyim, kimə şikayət edim ki, tədbir görsün» deyərək müraciət etmişdir. Sonuncu məsələnin nədən ibarət olduğunu soruşduqda o, İddiaçı onu işçilərin yanında təhqir etdiyini bildirmişdir. Direktor müavini bundan sonra İddiaçı telefonla zəng edərək məsələnin nə olduğunu soruşmuşdur. İddiaçı isə ona otağına gələcəyini bildirmiş və az sonra aqressiv formada otağa daxil olaraq əyləşmişdir. Bu dəqiqələrdə işçinin əmək haqqının az hesablandığını aydınlaşdırmaq üçün digər PSC əməkdaşına zəng etmişdir. Məsələyə qarışmaq fikrində də olmamışdır. Lakin İddiaçı «Dərgah deyir ki, Aynur deyir Ramin tabeli səhv verib deyə işçinin əmək haqqı az hesablanmışdır» ardınca da əlini əşya göstərircəsinə Aynura uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» dedikdə o, normal olaraq sakitliyini saxlaya bilməmiş və «yəqin etmisən ki, deyib» cavabını vermişdir. Sözünü tamamlamamış Ramin yüksək səs tonu ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə» deyərək ayağa qalxaraq «gəl» deyərək onu mübahisəyə çəkməyə çalışmışdır. Ayağa qalxsa da stolun arxasından çıxmamışdır. Direktor müavini Ramini çətinliklə (aqressiv qışqırıqla gəl deyərək ona çığıran) sonuncunu və sonra da onları otağından çıxartmışdır. Sonradan fikirləşmişdir ki, sakitliyini qorumaqla, məsələyə müdaxilə etməli olmadığı halda bunu etmişdir. Lakin İddiaçı Aynur Maqsudova ilə digər işçilərin yanında anormal danışmağı birinci dəfə deyil, bir neçə dəfə olduğunu düşünərək onun yerinə başqa kim olsaydı qadına qarşı etikadan bü curə kənar davranışa görə eyni ilə reaksiya verəcəyinə əmin olmuşdur. X20 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, hadisə baş verən gün PSC əməkdaşı Aynur Maqsudova sənədləri təsdiqlətmək üçün onun xidməti otağına gəlmişdir. Söhbət əsnasında sonuncunun üzgün və şok halda «mən bu insana neyləyim, kimə şikayət edim ki, tədbir görsün» deyərək ona müracəit etmişdir. Məsələnin nə olduğunu soruşduqda İddiaçı onu işçilərin yanında təhqir etdiyini bildirmişdir. Telefonla zəng edərək İddiaçı məsələnin nə olduğunu soruşmuşdur. İddiaçı bu zaman ona «Aynur deyir Ramin tabeli səhv verib deyə işçinin əmək haqqı az hesablanıb» cavabını vermişdir. Sonra da onun xidməti otağına gələrək əlini əşyanı göstərən tərzdə Aynur Maqsudovaya uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» dedikdə otaqda onun yanında olan Kənan Şahverənov sakitliyini saxlaya bilməmiş və «yəqin etmisən ki, deyib» cavabını vermişdir. Sözünü tamamlamadan İddiaçı yüksək səs tonu ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə” deyərək ayağa qalxaraq «gəl» deyərək Kənanı mübahisəyə çəkməyə çalışmışdır. Kənan oturduğu yerdən ayağa qalxsa da stolun arxasından çıxmamışdır. Ramini çətinliklə otaqdan çıxartmış və sonra da digər işçilərdən otaqdan çıxmalarını xahiş etmişdir. X21 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, 10 iyun 2020-ci il tarixdə işlə bağlı Aynur Maqsudovanın qəbulunda olan zaman işçilərdən biri maaşı az hesablandığı üçün sonuncuya yaxınlaşmışdır. Aynur Maqsudova bu məsələ ilə bağlı mühasibatlığa müraciət etmiş və işçinin tabeli səhv təqdim edildiyini öyrənmişdir. Bu zaman əsəbi halda bir şəxs daxil olmuşdur. Sonradan həmin şəxsin şöbə rəisi olduğunu bilmişdir. Daxil olan şəxs yüksək tonlu səslə və qışqıraraq Aynur Maqsudovanın üzərinə getmiş və onu səhv işləməkdə günahlandırmışdır. Aynur Maqsudova daxil olan şəxsdən səs tonunu aşağı salmasını xahiş və tələb etdikdə həmin şəxs ona qışqıraraq «aaz, sən kimsən mənim səsimi kəsirsən» deyəndə Aynur ona «tərbiyəsiz» deməklə cavab vermişdir. Bundan sonra da həmin şəxs ona qışqıraraq Aynur Maqsudovanın üzərinə getmişdir. Lakin otaqda olan digər xanım və bəy qışqıran şəxsi güclə çölə çıxarmışdır. X14 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, 10.06.2020-ci ildə müəssisədə işləyən işçi X15 əmək haqqının düzgün hesablanmadığı ilə bağlı müraciət etmişdir. Buna görə də Aynur Maqsudova mühasiblə əlaqə saxladıqda ona tabeldə əmək günlərinin həqiqətən də az göstərildiyini bildirmişlər. Bu zaman təsərrüfat şöbəsinin müdiri İddiaçı onun otağına daxil olaraq «siz deyirsiniz ki, mən tabeli səhv yazmışam, öz səhvlərinizi görmürsünüz məndə səhv axtarırsınız» deyə ona qışqırmışdır. Aynur Maqsudova ona səs tonunu aşağı salmağı xahiş etmişdir. Bu zaman İddiaçı onun üzərinə gəlmişdir. Vəziyyəti görüb tez ayağa qalxmış və otaqda olan Raqub Abdullayevlə onu otaqdan çıxarmışdır. İddiaçının müəssisədə qanunazidd hərəkətləri ilə işin ahəngini pozması nəticəsində həmin gün normal işləyə bilməmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1990/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli, 2(025)- 813/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1990/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.04.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1990/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün təfsir etməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o, 15 ilə yaxındır "xxxx" şirkətinin X32nda işləyir. İndiyədək həmin zavodda müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu dəfə təsərrüfat şöbə rəisi vəzifəsinin icrası ona həvalə edilmişdir. İşlədiyi müddətdə həmişə öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Bütün bu illərdə var gücünü, enerjisini, qabiliyyətini şirkətin yolunda sərf etmişdir. Lakin 2020-ci ilin iyun ayının 19-da o, birdən-birə ən ağır intizam tənbehi ilə işdən çıxarılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq onunla olan əmək münasibətlərinə xitam vermişdir. Bununla da o, qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Halbuki, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsu ilə ləğv edilə bilər. Dana sonra ona həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmağı barədə qeydlərin aparıldığı əmək kitabçası və əmrin surətini təqdim etmişlər. Bunun haqsızlıq olduğunu bəyan etməklə etiraz etmişdir. Onun işdən çıxarılmağı, onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə direktor müavini Rahib Kərimovun imzaladığı və möhürlə təsdiq etdiyi Cavabdeh MMX-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmr qanuna ziddir və ləğv olunmalıdır. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli, 2(025)-813/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Gilan X32 MMC-nin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi təmin edilməlidir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.04.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1990/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində 21 iyun 2007-ci il tarixdə 0707-Y5455 nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Cəmiyyətin təsisçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15.09.2005-ci il tarixdə 1105-T13-3907 nömrə ilə dövlət qeydiyyatına alınmış ünvan 2 ünvanı olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətidir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 01.03.2018-ci il tarixdə verilmiş **********090500 nömrəli çıxarışdan görünür ki, 21.06.2007-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin nizamnamə kapitalı miqdarı 377,340.00 manat təşkil etməklə 10 saylı Ərazi Vergilər İdarəsində «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh MMC-nin təsisçisinin 28 fevral 2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdən X8 Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilərək onun yerinə X22 bu vəzifəyə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 01.03.2018-ci il tarixdə verilmiş **********090500 nömrəli çıxarışdan görünür ki, həmin tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin hazırkı qanuni təmsilçisi X22 göstərilməklə 10 saylı Ərazi Vergilər İdarəsində «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh MMC ilə «X9» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «Xidmət müqaviləsi» nin surətindən görünür ki, həmin müqavilənin predmetini icraçı şirkət tərəfindən verilmiş sifarişlərə əsasən bu Müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən xidmətləri təmin etməyi, şirkət isə hazırkı müqavilənin şərtlərinə və müddətlərinə müvafiq olaraq icra edilən xidmətləri qəbul edib xidmət haqqını bu müqavilə ilə razılaşdırılmış vaxtda icraçıya ödəməyi öz üzərinə götürürlər. İş materiallarında olan İddiaçı 01.11.2006-cı il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, o, 01.11.2006-cı il tarixli 75-K nömrəli əmrlə "xxxx" MMC-də Konserv Zavodu üzrə idarə işlər müdiri vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasında 21.06.2007-ci il tarixdə aparılan qeyddən görünür ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar olaraq "xxxx" MMC X32 Cavabdeh MMC adlandırılmışdır. 01.06.2010-cu il tarixli 48-K nömrəli əmrlə o, həmin tarixdən ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. 30.12.2011-ci il tarixli K130/11 nömrəli əmrlə İddiaçı Cavabdeh MMC-nin limonad istehsalı sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. 16.10.2018-ci il tarixli K-247/18 nömrəli əmrlə limonad istehsalı sahəsinin rəisi vəzifəsindən köməkçi xidmətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 30.05.2019-cu il tarixli K-95/19 nömrəli əmrlə isə o, təsərrüfat şöbəsi rəisi vəzifəsinə təyin olunmuşdur. İşdə olan Cavabdeh MMC ilə İddiaçı arasında 01 yanvar 2012-ci il tarixdə bağlanmış «əmək müqaviləsi»nin surətindən görünür ki, həmin müqavilə ilə işçi limonad istehsal sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz olaraq bağlanmış və işçiyə 1000 manat məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan Cavabdeh MMC ilə şöbə müdiri vəzifəsində çalışan İddiaçı arasında 01 noyabr 2018-ci il tarixdə bağlanmış «əmək müqaviləsinə əlavə»nin surətindən görünür ki, onlar arasında 01 noyabr 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə və əlavəyə görə sonuncu K-247/18 nömrəli əmrə əsasən 01.11.2018-ci il tarixdən şöbə müdiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən ona tarif maaş ştat cədvəlinə uyğun olaraq əmək haqqı 2400 manat müəyyən edilmişdir. İşdə olan 28.08.2014-cü il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01.01.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi imzalanmışdır. Həmin əmək müqaviləsinə görə o, bölmə rəhbəri vəzifəsinə təyin edilmiş və aylıq əmək haqqı 1000 manat müəyyən olunmuşdur. İşdə olan 19.02.2018-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01.01.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi imzalanmışdır. Müqaviləyə görə o, bölmə rəhbəri vəzifəsinə təyin edilmiş və aylıq əmək haqqı 1400 manat müəyyən olunmuşdur. İşdə olan Cavabdeh MMC-nin direktoru S.S.Heydərovla sahə rəisi İddiaçı arasında 01.01.2012-ci il tarixdə Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən bağlanmış «tam maddi məsuliyyət haqqında müqavilə»nin surətindən görünür ki, həmin müqavilə maddi dəyərlərin saxlanılması məqsədi ilə, habelə müqavilədə qeyd olunan tələblərin icra olunması şərtilə bağlanmışdır. İşdə olan Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş “Davranış kodeksi»nin surətindən görünür ki, davranış kodeksinin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində Cavabdeh MMC-nin hər bir işçisi bu etik prinsiplərə əməl və riayət etməyə borcludurlar: ətrafındakı bütün insanlara hörmətlə yanaşmalı və hər kəsin şəxsiyyətini qiymətləndirməlidir; işi ilə sözü bir olmalı, verdiyi sözə həmişə əməl etməlidir; başqasının fikri ilə razılaşmasa da, buna səbr və hörmətlə yanaşmalıdır; bütün vəziyyətlərdə özünü ələ almağı bacarmalı, ədəbli və nəzakətli olmalıdır; həmişə təmiz və səliqəli geyinməli, iş yerində və ümumiyyətlə zavod ərazisində təmizliyə və gigiyena qaydalarına əməl etməli və bunu iş yoldaşlarına da məsləhət görməlidir. İşdə olan Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş «X34 qaydaları»nın surətindən müəyyən edilir ki, qaydaların 2-ci bəndinə əsasən işçi aşağıda göstərilənlərə əməl etməyə borcludur: öz iş vəzifələrini vicdanla yerinə yetirmək, əmək intizamına riayət etmək, müdriyyətin göstərişlərinə vaxtında və dəqiq əməl etmək, bütün iş vaxtını səmərəli işə sərf etmək, digər işçilərə öz vəzifələrini yerinə yetirməyə mane olmaqdan çəkinmək; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əməyin gigiyenası və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək; iş yerini, maşın və avadanlığı təmiz və saz vəziyyətdə saxlayaraq digər növbənin işçisinə təhvil vermək, həmçinin, şöbənin və ümumiyyətlə müəssisənin ərazisində təmizliyi qorumaq; maddi sərvətlərin və sənədlərin saxlanma qaydalarına əməl etmək; işəgötürənin və başqa işçilərin əmlakına qayğı ilə yanaşmaq; əmək funksiyalarını yerinə yetirərkən, ona məlum olan sirrləri (dövlət, kommersiya, xidməti və s.) yaymamaq; işçinin öz ixtisası, vəzifəsi çərçivəsinə düşən vəzifələr əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilir. Qaydaların 6.1-cı bəndinə əsasən işçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyətsiz yerinə yetirdikdə Əmək Məcəlləsinin 10cu maddəsində nəzərdə tutlan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bir sıra intizam tənbehlərindən birini verə bilər və eləcə də Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edə bilər. İşdə olan Gilan X32» MMC-nin direktor müavini Rahib Kərimovun, maliyyə mətəxəssisi Kənan Şahverənovun və «X9» MMC-nin İR baş mütəxəssisi Aynur Maqsudovanın iştirakları ilə 18.06.2020-ci il tarixdə tərtib edilmiş aktında qeyd edilmişdir ki, 10.06.2020-ci il tarixdə direktor müavini məsələni araşdırmaq üçün təsərrüfat şöbə rəisi İddiaçı otağına dəvət etmişdir. Otaqda o, yenidən səs-küy yaradaraq Maqsudova Aynura əlini uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» konflikti yaratmışdır. Şahverənov Kənan «yəqin ki, tərbiyəsizlik etmisiniz elə deyirlər» sözlərini tamamlamadan İddiaçı qeyri-insani səs tonları ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə» deyərək ayağa qalxıb Kənanı davaya çəkməyə başlamışdır. X35 çətinliklə onu otaqdan çıxarmışdır. İşdə olan Gilan X32» MMC-nin təsərrüfat bölmə rəisi Raqub Abdullayevin, Limonad istehsal sahəsinin fəhləsi Vasif Kərimovun, «X9» MMC-nin İR baş mütəxəssisi Aynur Maqsudovanın və İR mütəxəssisi Gülşən Hümbətovanın iştirakları ilə 18.06.2020-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, 10.06.2020-ci il tarixdə fəhlə Nazim Orucov əmək haqqının az hesablanması ilə əlaqədar İR xidmətləri aparılan otağa yaxınlaşıb problemini demişdir. Araşdırmalar işçinin gündəlik tabelinin şöbə rəisi İddiaçı tərəfindən səhv doldurulmasını üzə çıxarmışdır. İddiaçı İR otağına daxil olaraq "xxxx" MMC-nin əməkdaşı Maqsudova Aynuru günahlandırıb «aaaz, sən kimsən, mənim səsimi kəsəsən» və s. kimi sözlərlə Aynur Maqsudovanı təhqir edərək üstünə hücum çəkmişdir. İşdə olan Cavabdeh MMC-nin 20.05.2020-ci il tarixli D-20/3 nömrəli əmrin surətindən görünür ki, müəssisənin direktoru vəzifəsində işləyən X22 ezamiyyət və məzuniyyətdə olan müddətdə vəzifə və imza səlahiyyətləri direktor müavini vəzifəsində işləyən X18 həvalə edilmişdir. İşdə olan Cavabdeh MMC-nin 16.06.2020-ci il tarixli E-20/12 nömrəli əmrin surətindən görünür ki, müəssisənin direktoru, işgüzar görüş məqsədi ilə 16.06.2020-ci il tarixdən 10 gün müddətinə Bakı şəhərinə ezam olunmuş və 26.06.2020-ci il tarixdə işdə hesab edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktorunun müavini X16 19.06.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmrin surətindən görünür ki, İddiaçı cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışan əməkdaşı 10.06.2020-ci il tarixdə İnsan Resursları xidməti aparılan otağa və cəmiyyətin direktorunun otağına daxil olarkən əməkdaşları qeyri-etik ifadələrlə təhqir etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə görə əmək vəzifələrinin, habelə cəmiyyətin «Şirkətdaxili intizam Qaydaları»nın müvafiq tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Yuxarıda göstərilənləri və Əmək Məcəlləsinin 186cı maddəsinin 2.ç) təndini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərini rəhbər tutaraq, cəmiyyətin təsərrüfat şöbəsinin rəisi əmək müqaviləsinə 19.06.2020-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70 «ç» bəndinə əsasən xitam verilmişdir. Son haqq hesab 20 gün istifadə edilməmiş əsas məzuniyyət günü pul əvəzi ödənilmişdir. Əmrə əsas olaraq akt və izahatlar göstərilmişdir. İşdə olan Cavabdeh MMC-nin direktor müavini Rahib Kərimovun və «X9» MMC-nin İR meneceri Vüsal Həmidovun iştirakları ilə 19.06.2020ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Cavabdeh MMC-nin təsərrüfat şöbə rəisi İddiaçı 19.06.2020-ci il tarixdə əmək müqaviləsinə xitam əmrini oxumuş, lakin əmrlə tanış olmasını imzası ilə təsdiqləməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01 yanvar 2012-ci il tarixdə bağlanmış «əmək müqaviləsi»nə əsasən o, limonad istehsal sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC ilə şöbə müdiri vəzifəsində çalışan İddiaçı arasında 01 noyabr 2018-ci il tarixdə bağlanmış «əmək müqaviləsinə əlavə»yə görə onlar arasında 01 noyabr 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə və əlavəyə görə sonuncu K-247/18 nömrəli əmrə əsasən 01.11.2018-ci il tarixdən şöbə müdiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən onun tarif maaş ştat cədvəlinə uyğun olaraq əmək haqqı 2400 manat müəyyən edilmişdir. 10.06.2020-ci il tarixdə MMC-də işləyən fəhlə (işçi) X15 əmək haqqının düzgün hesablanmadığı ilə bağlı PSC əməkdaşı Aynur Maqsudova müraciət etmişdir. Buna görə də sonuncu mühasiblə əlaqə saxladıqda ona tabeldə əmək günlərinin həqiqətən də az göstərildiyi məlum olmuşdur. Bundan sonra iddiaçı (Cəmiyyətdə təsərrüfat şöbəsinin rəisi işləyən) İddiaçı İbrahim oğlu aqressiv tərzdə Aynur Maqsudovanın xidməti otağına daxil olaraq onunla mübahisə etməyə başlamış, səs-küy yaratmış, müəssisədə çalışan işçilərin narahatlığana səbəb olmaqla işin ahəngini pozmuşdur. Müəssisənin direktor müavini Rahib Kərimov məsələdən Aynur Maqsudova vasitəsi ilə xəbər bildikdə İddiaçı İbrahim oğlunu otağına dəvət etmiş və onunla söhbət aparmışdır. Bu zaman İddiaçı PSC-nin əməkdaşı Aynur Maqsudovanın, Cəmiyyətin işçisi X13 və digərlərinin yanında əvvəlki qanunazidd hərəkətlərini daha da aqressiv olaraq davam etdirmiş və orada olan işçilərlə, kobud, nəzakətsiz və etikadan kənar hərəkətlərlə mübahisə edərək (şöbə müdiri olaraq digər işçilər üçün nümunəvi davranışı ilə örnək olmalı olduğu halda) Aynur Maqsudovanı əsassız və lüzumsuz yerə təhqir etmiş və bu cürə hərəkətləri ilə də müəssisənin iş ahəngini bir neçə müddətə pozmuşdur. İşin qeyd olunan halları şahid ifadələri və məhkəmyə təqdim olunmuş aktlarla sübut edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş “Davranış kodeksi»nin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində qeyd olunan tələblərə görə Cavabdeh MMC-nin hər bir işçisi ətrafındakı bütün insanlara hörmətlə yanaşmalı və hər kəsin şəxsiyyətini qiymətləndirməli, başqasının fikri ilə razılaşmasa da, buna səbr və hörmətlə yanaşmalı, bütün vəziyyətlərdə özünü ələ almağı bacarmalı, ədəbli və nəzakətli olmalıdır kimi etik prinsiplərə əməl və riayət etməyə borcludurlar. Bundan savayı, Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş «X34 qaydaları»ın 2-ci bəndinə əsasən cəmiyyətdə çalışan hər bir işçi öz iş vəzifələrini vicdanla yerinə yetirmək, əmək intizamına riayət etmək, digər işçilərə öz vəzifələrini yerinə yetirməyə mane olmaqdan çəkinmək kimi tələblərə əməl etməyə borcludur. Qaydaların 6.1-cı bəndinə əsasən işçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyətsiz yerinə yetirdikdə Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutlan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bir sıra intizam tənbehlərindən birini verə bilər və eləcə də Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edə bilər. Göründüyü kimi, İddiaçı İbrahim oğlu Cavabdeh MMC-nin “Davranış kodeksi»nin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində və eləcə də «X34 qaydaları»ın 2-ci bəndinə qeyd olunan tələblərdən tam xəbərdar olduğu halda, qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməklə iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngini pozmuşdur. Buna görə də “Gilan X32» MMC-nin direktorunun müavini X16 19.06.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmri ilə cəmiyyətlə təsərrüfat şöbəsinin rəisi olaraq İddiaçı arasındakı əmək müqaviləsinə 19.06.2020-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70 «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrdə direktor müavini əmək qanunvericiliyinin tələblərinə tam olaraq riayət etməklə əsaslandıraraq İddiaçı 10.06.2020ci il tarixdə İnsan Resursları xidməti aparılan otağa və cəmiyyətin direktorunun otağına daxil olarkən əməkdaşları qeyri-etik ifadələrlə təhqir etməsini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə görə əmək vəzifələrinin, habelə cəmiyyətin «Şirkətdaxili intizam Qaydaları»nın müvafiq tələblərinin kobud şəkildə pozduğunu göstərmişdir. Əmək qanunvericiliyinin mənasına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahat verməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə (sərəncamda, qərarda) göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. İş materialalırında olan və İddiaçı tərəfindən 16 iyun 2020-ci il tarixdə “Gilan X32» MMC-nin direktoru Elşad Paşayevə yazılmış izahatdan müəyyən edilir ki, işəgötürən tərəfindən əmək qanunvericilyinin qeyd olunan tələblərinə tam olaraq riayət olunmuşdur. “Gilan X32» MMC-nin direktorunun müavini X16 19.06.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmrində İddiaçılə aralarındakı əmək müqaviləsinin ləğv olunması zəruriliyi əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, Cavabdeh MMC-nin təsərrüfat şöbə rəisi İddiaçı 19.06.2020-ci il tarixdə əmək müqaviləsinə xitam əmrini oxumuş, lakin əmrlə tanış olmasını imzası ilə təsdiqləməkdən imtina etmişdir. Bu barədə Cavabdeh MMC-nin direktor müavini Rahib Kərimovun və «X9» MMC-nin İR meneceri Vüsal Həmidovun iştirakları ilə 19.06.2020-ci il tarixdə akt tərtib edilmişdir. Bir sözlə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin 19.06.2020-ci il tarixli, X-20/10 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur, tam qanuni və əsaslıdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Belə ki, işdən görünür ki, iddiaçı ilə kadrlar şöbəsinin mütəxəssisi Aynur Maqsudova arasında mübahisə sonuncunun MMC-nin fəhləsi Nazim Orucovun ona əmək haqqının düzgün hesablanmaması ilə bağlı göstərdiklərini araşdırmaq cəhdi ilə əlaqədar yaranmışdır. Bundan xəbər tutan iddiaçı Aynur Maqsudova ilə yüksək tonla mübahisə etmiş və sonuncu iddiaçıya qarşı “tərbiyəsiz” ifadəsini işlətdikdə iddiaçı da onun ünvanına eyni sözü işlətmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin hərəkətləri ilə Aynur Maqsudovanı təhqir etmiş, müəssisənin iş ahəngini müəyyən müddət ərzində pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Birinci instansiya məhkəməsi iddiaçının hərəkətlərini əmək vəzifələrinin kobud surətdə pozulması və müəssisənin iş ahəngini pozması kimi qiymətləndirərkən nəzərə almamışdır ki, iddiaçının Aynur Maqsudova ilə yüksək tonla mübahisə etməsi, eləcə də, Aynur Maqsudovaya onun işlətdiyi “tərbiyəsiz” ifadəsinə qarşı eyni ifadə ilə cavab verməsi iddiaçının hərəkətinin əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı Nəcəf X19 Maqsudovanın təsərrüfat şöbəsinin səlahiyyəti dairəsinə daxil olan işə qarışmasından narazı qaldığı üçün onunla mübahisə etmiş və müəyyən olunduğu kimi həmin mübahisə qarşılıqlı olmaqla onlardan hər biri digərinin ünvanına “tərbiyəsiz” ifadəsini işlətmişdir. İşdən görünür ki, iddiaçı 2006-cı ildən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yol verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci mаddəsinin 1-ci bəndinə əsаsən, əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. İşçi ilə əmək müqaviləsinə qanunla müəyyən edilmiş qaydanın pozulması ilə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddiası əsasında onun işə bərpa edilməsi barədə qətnamə çıxarır (Əmək Məcəlləsinin 300-cü maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməlidir. Belə olduğu halda iddiaçının “işə bərpa tələbinə dair” iddiası da əsaslı sayılmaqla təmin edilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən yol verilmiş qeyd edilən pozuntuya diqqət yetirməmiş, nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa olunması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə cəmiyyəyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə işinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmaqla ödənilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar