Məhkəmə qərarları › İş №2(107)-1349/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1349/2022

16.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1349/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ziyavəddin oğlunun Cavabdeh qarşı miras əmlaklardan payın naturada ayrılması və həmin paylardan cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şiakyəti geri qaytarıldı, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Ziyavəddin oğlunun Cavabdeh qarşı miras əmlaklardan payın naturada ayrılması və həmin paylardan cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarlması barədə Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)- 5/2022 saylı qərardadından Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən X3 ilə X4 birgə mülkiyyətində olan ümumi sahəsi 0,2576 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0,1215 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0,129 ha olan torpaq sahəsinin İddiaçı düşən 1/4 hissəsinin naturada ayrılması və həmin paylardan cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X1 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsinin, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X1 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsinin, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X1 və Cavabdeh ümumi payıl mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsnin və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X1 və Cavabdehn ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsinin hazırki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması, Cavabdeh həmin 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı düşən 1/4 hissəsindən, 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən, 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən çıxarılması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 596 manat mütəxəssis xərcinin Cavabdeh alınıb İddiaçı verilməsi, iş üzrə 150 manat ekspertiza xərcinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Daanov X6 Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-5/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə4 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(019)-5/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-5/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə Cavabdeh nümayəndəsivəkili Nümayəndə4 işdə iştirak edən şəxs kimi Balakən Rayon Məhkəməsində tətbiq edilən «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişdir. Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsi 23 avqust 2022-ci il tarixdə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə4 «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «elektron kabinet»ində yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmışdır. Həmçinin Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə sifarişli-xəbərnaməli poçt vasitəsi ilə Cavabdeh göndərilmiş, Cavabdeh bu qətnamənin surətini xx.xx.2022-ci il tarixdə rəsmən almışdır. Belə olan halda qanunun tələbinə görə Cavabdeh nümayəndəsivəkili Daanov X6 Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətini həmin qətnamənin onun «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «elektron kabinet» ində yerləşdirildiyi 23 avqust 2022-ci il tarixdən başlayaraq 1 ay müddətində-23 sentyabr 2022-ci il tarixədək verə bilərdi. Həmçinin cavabdeh Xəlilov X2 Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)- 5/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətini həmin qətnamənin surətini rəsmən aldığı 24 avqust 2022-ci il tarixdən başlayaraq 1 ay müddətində verə bilərdi. Lakin Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə4 Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)- 5/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti 27 sentyabr 2022-ci ildə E-kabinet vasitəsilə elektron qaydada Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Cavabdeh nümayəndəsi-vəkili Daanov X6 Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti buraxmışdır. Bu da həmin apellyasiya şikayətinin qaytarılması üçün qanunda nəzərdə tutulmuş əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 136.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, 134-cü maddəsində sadalanan məhkəmə sənədləri (o cümlədən məhkəmə qətnaməsi) «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022ci il tarixli 2(019)-5/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-5/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-5/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar