Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1351/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı və onun vəkili-Zaqatala rayon vəkil bürosunun vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilmiş, Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi, iş üzrə 60 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq “Kapital Bankın” 1 saylı Xətayi Filialı KOD 200071 VÖEN (bank) **********, Müxbir hesab : AZ 37 NABZ **********000001944 SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** Hesab NAZ23AİİB ******************** olmaqla köçürülməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsaəsn onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı bununla əsaslandırmışdır ki, Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsaəsn onun və ailəsinin mülkiyyətinə 2,84 ha torpaq payı verilmişdir. Bundan başqa 0,24 ha həyətyanı torpaq sahəsi də mülkiyyətlərinə verilmişdir. X2 17 iyun 1996-cı ildə, anası X3 isə 16 mart 2010-cu ildə vəfat etmişlər. Onların sağlığında və ölümüdən sonrada təsərrüfatınüzvü olduğu üçün həmin torpaq sahəsindən o və ailəsi istifadə etmişdir. Cavabdeh1 torpaq islahatınadək Kəpənəkçi kəndində qeydiyyatdan çıxaraq başqa yerə daimi yaşamağa getdiyi üçün onun adına Kəpənəkçi kəndində torpaq payı verilməmişdir. O, Zaqatala rayonunun Fındıqlı kəndində yaşadığı üçün ona və onun ailəsinə həmin yerdə torpaq payı verilmişdir. Digər Cavabdeh2 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və RF vətəndaşı olduğu üçün ona islahatla əlaqədar torpaq payı verilməmişdir. Cavabdehlər heç bir qanuni əsas olmadan onların mülkiyyətində olan torpaq sahəsini ələ keçirərək ona bildirmişlər ki, ata-anasından qalan payı istifadə etməlidirlər. Cavabdehlər atrıq 7-8-ildir ki, onların pay torpaq sahəsində qanunsuz istifadə etməklə onların istifadə hüquqlarını pozurlar. Ona görə də, göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-51/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-51/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 və onun nümayəndəsi vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)- 51/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 20 fevral 2019-cu il tarixdə Zaqatala rayon Məhkəməsi hakim Məmmədov Elbrus Hacıbala oğlunun sədrliyi ilə işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsindən narazıdır və ləğv edilməsini xahiş edir. Belə ki, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi heç bir əsası olmayan sübutlara əsaslanıb qanunsuz qətnamə çıxarıb. İşə baxan hakim iddiaçının qanunsuz iddiasını təmin etməklə onların hüquqlarını pozmuş və ədalətsiz qətnamə çıxarmışdır. Həmin qətnamədən narazıdır və həmin qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsində mübahisəli torpaq sahələrinin ölçülərini düzgün qeyd etməmiş, İddiaçı adına olan Çıxarışda torpaq sahəsi 1,0226 ha göstərildiyi halda cavabdehlərin 2,84 ha torpaq sahəsindən çıxarılmasını göstərmişdir. Məhkəmə iddiaçının 1,0226 ha torpaq sahəsindən başqa torpağın yerdə qalan hissəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda iddianı tam etməklə qanunun tələbini pozmuşdur. Bundan başqa məhkəmə iş üçün zəruri eksperti təyin etməmiş, iş üçün əhəmiyyət kəsb edən sübutların toplanmasına onlara imkan verməmişdir. Yalnız iddiaçının mənafeyini müdafiə etməklə və onun qanunsuz iddiasını təmin etməklə onların hüquqlarını pozmuşdur. Həmin qətnamə ləğv edilməlidir. Mərhum atasının sağlığında hər biri 20 topa fındıq yerləşən sahədən istifadə etmişlər, buna bütün ailə üzvlərinin razılığı olub. Atalarının vəfatından sonra da həmin sahədən istifadə etməklə faktiki olaraq mirasın bir hissəsini qəbul etmişlər. Məhkəmə isə bütün bunları araşdırmaq əvəzinə hər vasitə ilə işi tez yekunlaşdırdı. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)- 74/2019 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Zurabov X6 Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçı və onun vəkili-Zaqatala rayon vəkil bürosunun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tаrixli, 2(033)-74/2020 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tаrixli, 2(033)-74/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-51/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası DT və XK-in Torpaq sahəsinn planı və ölçüsündən görünür ki, Zaqatala rayonunun Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 17799 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Kəpənəkçi kəndində yerləşən 1,0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X3, X4 və X1 mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayış və şəhadətnamənin surətindən görünür ki, X4 17 iyun 1196-cı ildə, X3 isə 12 mart 2010-cu ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 dekabr 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş DƏDRX-in seriya RX N ******* Çıxarışda gösətərilən 1,0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh2 0,1732 ha hissəsini, Cavabdeh1 isə 0,1633 ha hissəsini istifadə edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşağıda göstərilən milli və beynəlxalq hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət şəxsin hər-hansı əşya üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusunda ehtiva edən hüquq olmaqla şəxsin həmin əşya üzərində ağalığını, əşyanın faydalı xassələrindən bəhrələnmə haqqını və əşyanın müqəddəratını müəyyən etmə səlahiyyətini nəzərdə tutur. İstifadə hüququ, mülkiyyət hüququnun komponenti kimi, mülkiyyətçinin əmlakın faydalı xassələrindən yararlanma imkanını ehtiva edir. Bu hüququn mənasına görə mülkiyyətçi öz əmlakından istifadədə sərbəstdir və istifadə hüququna maneə yaradılması bütövlükdə mülkiyyət hüququna müdaxilə hesab olunur. Mülkiyyət hüququnun ehtiva etdiyi bu üç komponent məcmu halında müstəsna dərəcədə mülkiyyətçiyə aid olan dəyərlərdir və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, o cümlədən MM-in 157-ci maddəsi bu komponentlərdən hər-hansı birinin kənar şəxslər tərəfindən pozulmasını qadağan edir və bütövlükdə mülkiyyət hüququnun dövlət tərəfindən qorunduğunu ən yüksək səviyyədə bəyan edir. MM-in 157-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. «İnsan hüquqları Bəyannaməsi»nin 18-ci maddəsinin tələbinə görə «hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir». 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş normalara görə mülkiyyət hüququna müdaxilə aşağıdakı üç halın mövcudluğu şərti ilə əsaslı sayıla bilər: -müdaxilə qanuni olmalıdır; -müdaxilə ictimai maraqlar naminə edilməlidir; -müdaxilə ictimai maraqlarla, mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında ədalətli tarazlıq yaratmalıdır. Birinci şərtlə bağlı qeyd olunmalıdır ki, artıq bəhs edildiyi kimi mülkiyyət hüquqlarına hazırki işdə olduğu kimi müdaxiləni qanun yolverilməz hesab edir. İkinci və üçüncü şərtlərlə bağlı isə qeyd edilməlidir ki, konkret fərdin müstəsna dərəcədə öz maraqları naminə başqasının mülkiyyət hüququna müdaxiləsinin ictimai maraqlarla heç bir əlaqəsi ola bilməz və bu səbəbdən də belə müdaxilə zamanı ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıqdan danışmaq belə mümkün deyil. Avropa Məhkəməsi «İatridis Yunanıstana qarşı» iş üzrə 1999-cu ildə qəbul etdiyi qərarda göstərdi ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın» Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Həmin Çıxarışa əsasən məlum torpaq sahəsi iddiaçının ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətinə verilmişdir. Lakin, hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. İşin bu faktiki halı iş materiallarında olan mütəxəssis rəyi ilə təsdiq olunur. İş üzrə Cavabdeh1 Zaqatala rayonu, Fındıqlı kəndində yaşayır, digər Cavabdeh2 isə Zaqatala rayonu, Kəpənəkçi kəndində qeydiyyatda olsa da, Rusiya Fedrasiyasında yaşayır. Mübahisələndirilən torpaq sahəsi iddiaçının ailə üzvlərinn mülkiyyətinə verilmişdir. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində hər hansı hüququnun (istifadə, mülkiyyət və.s.) olmasını təsdiq edən sübut yoxdur. Yaranmış vəziyyətdə məhkəmə iddiaçının hazırki tələblə haqlı olması nəticəsinə gəlir. Hazırkı mübahisənin mahiyyətindən isə görünür ki, iddiaçının torpaq sahəsi üzərindəki mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, o həmin torpaq sahəsinə sahiblikdən məhrum edilmişdir. Bu işdə də iddiaçı həmin maddənin verdiyi hüquqdan istifadə edərək öz əmlakının qaytarılmasını cavabdehlərdən tələb edir və onun bu tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi şərh olunan maddələrin tələbləri əsasında formalaşdırdığı hüquqi mövqeyə istinadən qeyd etmişdir ki, iddiaçının məlum torpaq sahələri ilə bağlı pozulmuş mülkiyyət hüququ bərpa edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni həll edilən zaman məhkəmənin iddiaçının mülkiyyət hüququnu müdafiə etməsi əslində əsas qanunumuzun və mülki qanunvericiliyimizin onun üzərinə qoyduğu vəzifəni icra etməsidir. Birinci instansiya məhkəməsi iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, MM-in 152 və 157-ci maddələri ilə, həmçinin İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarına hörmətlə yanaşır. Çünki, azadlıq və mülkiyyət fərdə insan, vətəndaş və şəxsiyyət olmağa imkan verən ən əsas dəyərlərdəndir. Yuxarıda göstərilən normaları rəhbər tutan birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpağı tutmasına haqq qazandırmaq olmaz. Göstərilənlər onu təsdiq edir ki, milli qanunvericiliyimiz birmənalı olaraq başqasının mülkiyyət hüququna belə müdaxiləni yolverilməz və qanunsuz hesab edir. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququna belə müdaxiləni İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslı hesab etmək mümkün deyildir. Göstərilən presedentin mahiyyəti onu deməyə əsas verir ki, cavabdehin iddiaçının mülkiyyət hüququna müdaxiləsi ilə ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıq mülkiyyətçinin maraqlarının ziyanına pozulmuşdur. Birinci instansiya məhkəməsinin fikrincə hazırkı halda göstərilən xüsusatları nəzərə alınaraq mülkiyyətçinin mənafelərinin müdafiə edilməsi tamamilə haqlı və ədalətlidir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpol İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Qeyd edilən işdə Avropa Məhkəməsi həm də qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibedilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalırlar”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin cavabdehlərin heç bir əsas olmadan və qeyri-müəyyən müddətə zəbt etməsi, iddiaçın istidafə hüququnun cavabdehlər tərəfindən məhdudlaşdırılması ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından qanunilik tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” 27 dekabr 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, “məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda mübahisə predmeti torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Həmin Çıxarışa əsasən məlum torpaq sahəsi iddiaçının ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətinə verilmişdir. Lakin, hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. İşin bu faktiki halı iş materiallarında olan mütəxəssis rəyi ilə təsdiq olunur. İş üzrə Cavabdeh1 Zaqatala rayonu, Fındıqlı kəndində yaşayır, digər Cavabdeh2 isə Zaqatala rayonu, Kəpənəkçi kəndində qeydiyyatda olsa da, Rusiya Fedrasiyasında yaşayır. Mübahisələndirilən torpaq sahəsi iddiaçının ailə üzvlərinn mülkiyyətinə verilmişdir. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində hər hansı hüququnun (istifadə, mülkiyyət və.s.) olmasını təsdiq edən sübut, o cümlədən miras mülkün faktiki qəbul edilməsi barədə kollegiyaya heç bir subut təqdim edilməmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hazırki tələbini təmin etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlmişdir ki, iddia təmin edilməli, Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququ təmin edilməli və iş üzrə ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1351/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1351/2021
07.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver