Məhkəmə qərarları › İş №2(107)-1351/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1351/2022

16.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1351/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X1, İddiaçı3 cavabdeh X2 qarşı miras payının müəyyən edilərək bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qətnaməyə izah verilməsi rədd edildi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3 cavabdeh X2 qarşı miras payının müəyyən edilərək bölünməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 24 avqust 2017–ci il tarixli 2(063)-693/2017 saylı qətnaməsinin izah olunması haqqında Ucar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədovun ərizəsinin təmin edilməməsi barədə Ucar Rayon Məhkəməsinin 9 sentyabr 2022–ci il tarixli 2(063)-693/2017 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar cavabdehə qarşı miras paylarının müəyyən edilərək bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və X4 mülkiyyətində olmuş paylarının müəyyən edilərək, qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ucar Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(063)-693/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ucar rayonunun Lək kəndi ərazisində yerləşən X3 və X4 ümumi mülkiyyətində olan və onlardan miras qalan JN-308 KOD 90409018 nömrəli dövlət aktında göstərilmiş 0.55 hektar torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh hər birinə ayrı-ayrılıqda 0.09 ha, JN-435A KOD 90409018 nömrəli şəhadətnamədə göstərilmiş 0.30 hektar torpaq sahəsindən hər birinə ayrı-ayrılıqda 0.05 ha torpaq sahəsinin ayrılaraq onların payına verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ziya Məmmədov, ərizə ilə məhkəməyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikalı Qanununun 14.1 və 14.2-ci maddələrini rəhbər tutaraq Ucar Rayon Məhkəməsinin 2(063)-693/2017 nömrəli, 24 avqust 2017-ci il tarixli məhkəmə qətnaməsinin icra edilməsi üçün həmin qətnamədə qeyd olunan anlaşılmazlıqlara izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 693/2017 nömrəli, 24 avqust 2017-ci il tarixli icra sənədinə əsasən Ucar rayonu, Lək kəndində yerləşən X3 və X4 ümumi mülkiyyətində olan və onlardan miras qalan JN-308 KOD 90409018 nömrəli dövlət aktında göstərilmiş 0.55 hektar torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh hər birinə ayrı-ayrılıqda 0.09 ha, JN- 435A KOD 90409018 nömrəli şəhadətnamədə göstərilmiş 0.30 hektar torpaq sahəsindən hər birinə ayrı-ayrılıqda 0.05 ha torpaq sahəsinin ayrılaraq onların payına verilməsi barədə icra sənədinin icrası ilə bağlı 20 iyul 2022-ci il tarixdə Ucar rayonu, Lək kəndində olmuşlar. İcra sənədinin icrası 20 iyul 2022-ci il tarixli aktda qeyd olunmuş səbəblərdən mümkün olmamışdır. Belə ki qeyd edilən tarixdə icra yerində müvafiq mütəxəssis tərəfindən ölçü işləri aparılmış, lakin iş üzrə siyahıda qeyd edilən tələbkarların paylarının bölünməsində ardıcıllığın adlı qaydada (bölgü planı üzrə) göstərilməməsi səbəbilə aparılmış ölçü zamanı payların ardıcıllığı üzrə kimə məxsus olması müəyyən edilə bilməmişdir. Ucar Rayon Məhkəməsinin 9 sentyabr 2022–ci il tarixli 2(063)-693/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı3 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Ucar Rayon Məhkəməsinin 14 oktyabr 2022–ci il tarixli 2(063)-693/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 9 sentyabr 2022–ci il tarixli 2(063)- 693/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kolelgiyası qeyd edir ki, icra haqqınqa qanunvericiliyinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələlərin izah olunması üçün mütəxəssis rəyinə ehtiyac yarana bilər. Məsələn, icra sənədində göstərilən mübahisəli ərazinin sərhədlərinin müəyyən edilməsi və sairə. Belə hallarda icra məmuru öz təşəbbüsü ilə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis dəvət edir. Hər bir halda icra məmuru mütəxəssisinin dəvət olunması haqqında qərar qəbul etməlidir. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Buina görə də, məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(063)-693/2017 nömrəli qətnaməsinə izah verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. «Məhkəmə qətnаməsi hаqqındа» Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Plenumunun 24 noyаbr 2005-ci il tаrixli, 4 №-li Qərаrının 14-cü bəndində göstərilmişdir ki, qətnаmə аydın və dəqiq olmаdıqdа, həmçinin ziddiyyətli olduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) qətnаmənin məzmununu dəyişdirmədən onu izаh etməyə hаqlıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin 9 sentyabr 2022–ci il tarixli 2(063)-693/2017 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 9 sentyabr 2022–ci il tarixli 2(063)-693/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İİddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 9 sentyabr 2022–ci il tarixli 2(063)-693/2017 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar