Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1355/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qax rayon X5rşı “qanunsuz işdən çıxarıdlığı üçün əvvəlki truppa müdiri işinə bərpa edilməsi, işdən qanunsuz çıxarıldığı üçün ona dəyən 130.50 manat ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Qax Rаyоn Məhkəməsinin 18 aprel 2023-cü il tаrixli, 2(024)-216/2023 saylı qətnаməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək teatrın sabiq direktoru Seymur Vəliyev tərəfindən qüvvədə olan Əmək Məcəlləsinin bir-neçə maddəsinin tələblərini kobud sürətdə pozulması ilə əlaqədar verilmiş xx.xx.2022-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki truppa müdiri vəzifəsinə bərpa olunması və 2022-ci il sentyabr ayından sonra ona az ödənmiş 130 manat 50 qəpik pulunu, yəni ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rаyоn Məhkəməsinin (hakim Malik Qarayev) 18 aprel 2023-cü il tаrixli, 2(024)- 216/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qax rayon X7 sabiq direktoru Seymur Vəliyevin İddiaçı işdən azad edilməsi barədə 30 sentyabr 2022-ci il tarixli, 42 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qax rayon X8 baş rejissorun truppa üzrə köməkçisi (truppa müdiri) vəzifəsinə bərpa edilməsi və İddiaçı aşağı vəzifəyə keçirildiyinə görə ona az ödənilmiş 130 manat 50 qəpik pul hesablanaraq ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və onun vəkili Vəkil apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə məhkəmə kollegiyasına ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Mülki işin materiallarından görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayətindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəməyə ünvanladığı ərizə nəzərə alınaraq apellyasiya icraatına xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4 və 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qax rayon X5rşı “qanunsuz işdən çıxarıdlığı üçün əvvəlki truppa müdiri işinə bərpa edilməsi, işdən qanunsuz çıxarıldığı üçün ona dəyən 130.50 manat ziyanın ödənilməsi tələbinə dair” mülki işin apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1355/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1355/2023
19.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver