Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1356/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-855/2013 saylı qərardadından cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X2 miras qalmış ¼ hissə miras evdən və torpaq sahəsindən mirasın qəbulu hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X2 miras qalmış ¼ hissə miras evdən və torpaq sahəsindən mirasın qəbulu faktı müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının apellyasiya şikayətləri Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-855/2013 saylı qərardadı İddiaçı cavabdehlər X3 və X1 qarşı onun mirasın ¼ hissəsinin qəbulu faktının müəyyən edilməsinə dair iddia ərizəsi iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(075)-855/2013 nömrəli qətnaməsindən cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının verdikləri apellyasiya şikayəti qaytarılmışdır. Cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) X6 Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-855/2013 saylı qərardadından şikayət vermişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən müddət axımının başlanğıcını qətnamənin surətinin onlara təqdim edildiyi 06.04.2021-ci il tarixdən deyil, qətnamənin çıxarıldığı 30 iyul 2013-cü il tarixdən hesablamış və bununla da həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Odur ki, onlar şikayətin təmin edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş edirlər. Şəki Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(075)-855/2013 saylı qərardadı ilə şikayət baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı şikayətin təmin edilməsini xahiş etmişdirlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2 (075)-855/2013 saylı qərardadı ləğv edilməklə, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətini qaytaran birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə 19 iyun 2013-cü il tarixdə keçirilmiş məhkəmə iclasları ilə bağlı cavabdehlər Hacıyevə (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının qeydiyyatda olduqları ünvanlara məhkəmə bildirişləri göndərilmiş, lakin onların qeydiyyatda olduqları ünvanda olmamaları əsas göstərilərək məhkəmə bildirişləri onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Həmçinin, iş üzrə 30 iyul 2013-cü il tarixdə keçirilmiş məhkəmə iclasları ilə bağlı cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının qeydiyyatda olduqları ünvanlara məhkəmə bildirişləri göndərilmiş, Qədirova (İsmayılova) Məlahət Əsabəli qızına göndərilmiş həmin bildiriş 30 iyun 2013-cü il tarixdə məhkəmə bildirişinə imza etdirilməklə şəxsən ona təqdim edilmiş, Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının isə qeydiyyatda olduğu ünvanda olmaması əsas göstərilərək məhkəmə bildirişi ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Həmçinin, iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(075)- 855/2013 nömrəli qətnaməsinin surəti 08 avqust 2013-cü il tarixdə poçt vasitəsi ilə tərəflərə, o cümlədən iş üzrə cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızına göndərilmişdir. Məhkəmə Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(075)-855/2013 nömrəli qətnaməsinin cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızına vaxtında çatmış hesab etmişdir. Cavabdehlərin müraciətləri əsasında məhkəmə qətnaməsinin sonradan onlara yenidən verilməsi 30 iyul 2013-cü il tarixdə çıxarılmış və 08 avqust 2013-cü il tarixdə göndərilmiş qətnamənin tərəflərə vaxtında çatdırılmasını istisna edən hal deyildir. Cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızına göndərilmiş Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(075)-855/2013 nömrəli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüquqlarının izah olunmasına baxmayaraq, məhkəmə qətnaməsinin qəbul edilməsindən qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra, yəni qətnamənin tərəflərə göndərilməsindən 8 ilə yaxın bir müddət keçdikdən sonra cavabdehlərin apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Lakin cavabdehlər Hacıyevə (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) X6 Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti apellyasiya şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 saylı qətnaməsinin surətini alması ilə bağlı iş materiallarında hər hansı bir qəbz və ya xəbərnamə aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi təqdim olunаn (аlınаn) gündən 1 аy müddətinə verilə bilər. Beləliklə kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının qətnamənin surətini alması barədə iş materiallarında hər hansı bir qəbz və ya xəbərnamə yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2 (075)-855/2013 saylı qərardadı ləğv edilməli, cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 398.0.3, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2 (075)-855/2013 saylı qərardadı ləğv edilsin. Cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızının Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1356/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1356/2021
29.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver