Məhkəmə qərarları › İş №2(107)-1359/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1359/2021

05.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1359/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Ramazan oğluna və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması və uşağı ilə evə köçürülmələri” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- evə köçürülmə tələbi, mənzildən istifadə hüququ, uşağı ilə evə köçürülmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Ramazan oğlu və Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən Cavabdeh1 məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, nikahını 15 sentyabr 2005-ci ildə Balakən rayonu Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh2 ilə evlənmişdir. Onların birgə nikahından 31.05.2006-cı ildə X21 və 27 dekabr 2010-cu ildə X22 adında iki uşaqları olmuşdır. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində narazılıqlar baş vermiş, bir sözlə cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Buna görə də o, oğlu Amirlə birlikdə 2021-ci ilin mart ayının ortalarında cavabdehdən ayrılaraq, valideynlərinin yanına qayıtmışdır. Onun cavabdehlə ayrılmağının səbəbi qaynanası və qaynatasıdır. Belə ki, onlar onu əri ilə yola getməyə qoymurlar. O, onların bu haqsızlıqlarına dözə bilməyərək, evdən çıxıb valideynlərinin yanına qayıtmışdır. Artıq bir müddətdir ki, cavabdehlə ər-arvad münasibətləri pozulmuşdur və aralarındakı nikah formal xarakter daşıyır. Gələcəkdə cavabdehlə barışıb birlikdə yaşamaları qeyrimümkündür. Cavabdehlə birgə nikahlarından olan uşaqlardan Elnur atasının, Amir isə onun himayəsində yaşayır. O, böyük oğlunu da öz yanında saxlamaq istəyir və ondan imtina etməmişdir. O, Cavabdeh2 ərə gedərkən özünə məxsus cehiz əşyalarını cavabdehin atası Cavabdeh1 məxsus evə aparmışdır və həmin cehiz əşyaları hazırda da həmin evdədir. O, həmin evə gəlin köçdükdən sonra cavabdehlərlə birlikdə təsərrüfatı idarə etmişdir. Qaynatası Cavabdeh1 məxsus evdə qeydiyyatda olmağı ilə bərabər gəlin köçdüyü evdə 2005-ci ildən 2021-ci ilin mart ayına kimi yaşamışdır. O, mübahisəli evdə qeydiyyatda olamaqla ona məxsus bütün cehiz əşyaları hazırda həmin evdədir. Hazırda bir uşaqla birlikdə atası evində yaşamağa məcbur olmuşdur. Uşağı öz atası evində baxıb böyütmək, eyni zamanda iki qardaşın bir yerdə böyümələrini istəyir. Atasının evində uşaqla birlikdə yaşamağa heç bir şərait və imkan yoxdur. Dəfələrlə cavabdehlərə uşaqla birlikdə mübahisəli evdə yaşamaq istədiyini bildirsə də, cavabdehlər onu evə buraxmamışlar. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsi ilə (hakim Z. Tahirov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Balakən rayonu Talalar kəndində yerləşən Cavabdeh1 məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməmiş,hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı nikahlarını 15 sentyabr 2005-ci ildə rəsmiləşdirməklə Cavabdeh2 ilə evlənmişdir. Onların birgə nikahından 31.05.2006-cı ildə X23 və 27 dekabr 2010-cu ildə X24 oğlu adında iki uşaqları doğulmuşdur. İddiaçı Balakən rayonu Talalar kəndində yerləşən qaynatası- Cavabdeh1 məxsus evə gəlin köçmüş və uşaqlar da həmin evdə doğulmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.04. 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilməklə iddia predmetini təşkil edən Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı oğlu Amirlə billikdə 2021-ci ilin mart ayının ortalarında cavabdehdən ayrılaraq, valideynlərinin yanına qayıtmışdır. İddiaçı ilə Cavabdeh2 arasında ər-arvad münasibətləri pozulmuşdur və aralarındakı nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahından doğulmuş Elnur Hüseyinov atası olan Cavabdeh2, Amir Hüseyinov isə İddiaçı yanında yaşayır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərə qarşı iki tələb irəli sürmüşdür:1) onun Balakən rayonu Talalar kəndində yerləşən Cavabdeh1 məxsus evdən istifadə hüquqlarının tanınması; 2) bir uşağı ilə birlikdə həmin evə köçürülmələri. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının Cavabdeh1 məxsus evə gəlin köçdüyü 15 sentyabr 2005-ci il tarixdə Cavabdeh1 həmin evə mülkiyyət hüquqları hələ qeydə alınmamış, iddiaçı həmin vaxtdan 2021-ci ilin mart ayınadək bu evdə yaşamış, X1 evə mülkiyyət hüquqları 20.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009cu ildən sonra da davam etmiş, iddia predmetini təşkil edən evə mülkiyyət hüququ qeydə alınıb evin hüquqi rejimi 20.04.2021-ci il tarixdə dəyişməklə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə istinad edilməklə hazırki mübahisənin həlli üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları və onların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunmalıdır. İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri (Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri) nöqteyi-nəzərindən evin mülkiyyətçisi Cavabdeh1 yaxın qohumu və digər qohumu olmadığı, nəticədə ailə üzvü sayılmadığı üçün, həmçinin iddiaçıya Cavabdeh1 evə mülkiyyət hüquqlarını məhdudlaşdıran istifadə hüquqlarının verilməsi üçün hüquqi və faktoloji əsaslar olmadığı üçün iddiaçının həmin evdən istifadə hüququ müəyyən oluna bilməz. İddiaçının həmin evə istifadə hüququ nə mülkiyyət hüququ, nə qanun, nə də müqavilə əsasında yaranmamışdır. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi deyildir, həmin evin mülkiyyətçisi Cavabdeh1dur. Digər tərəfdən, iddiaçıya evdən istifadə hüququnun müəyyən olunması üçün mülkiyyətçinin bu evə mülkiyyət hüquqlarını məhdudlaşdıran əsaslar; bunun qanunda hüquqi müəyyənlik prinsipinə uyğun olmaqla hansı şərtlər əsasında nəzərdə tutulması, təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi, hansı müddətə olması, bu zaman ictimai maraqla fərdin mülkiyyət hüquqları arasında ədalətli tarazlığa riayət olunması və bu xüsusda mülkiyyətçiyə ağlabatan və səmərəli kompensasiyanın vaxtında ödənilməsi və ya təklif edilməsi müəyyən edilməmişdir. Bundan başqa iddiaçının evdən istifadə hüququnun yaranması üçün iddiaçı ilə mülkiyyətçi Cavabdeh1 arasında hər hansı müqavilə bağlanmamışdır. İddiaçı bunun əksini, yəni evdən istifadə hüququnun yaranması ilə bağlı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də iddiaçı Firavan Hüseynovanın iddia predmetini təşkil edən evə mülkiyyət və istifadə hüquqları yaranmamışdır. Bu tələb əsassızdır və təmin olunmamalıdır. İddiaçının uşağı ilə birlikdə evə köçürülmələri tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı X8 iddia predmetini təşkil edən evin mülkiyyətçisi Cavabdeh1 yaxın qohumu və digər qohumu, bü xüsusda ailə üzvü deyildir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) göstərilən 5 qrup şəxslər dairəsinə aid deyildir. Yəni iddiaçı evin mülkiyyətçisi Cavabdeh1 özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxs deyildir. Eynilə evin mülkiyyətçisi Cavabdeh1 iddiaçının bir yerdə yaşadığı oğlu X16, uşağın atası və anası sağ olduğu və bu vəzifə onların üzərinə düşdüyü təqdirdə, saxlamaq vəzifəsi daşımır. İddiaçını və oğlu Amir Hüseyinovu saxlamaq vəzifəsini digər Cavabdeh2 daşıyır ki, o da sözügedən evin mülkiyyətçisi deyildir. Ona görə də Cavabdeh2 məxsus olmayan evdən iddiaçının istifadə hüququnun tanınması və iddiaçının uşağı ilə birlikdə həmin evə köçürülməsi tamamilə əsassız tələbdir, digər Cavabdeh1 mülkiyyət hüquqlarının pozuntusuna səbəb olacaqdır və təmin edilə bilməz. Ona görə də Azərbaycan Respublikasının yuxarıda istinad olunan normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında ifadə olunan hüquqi mövqeyinə uyğun olaraq İddiaçı və onun uşağının Cavabdeh1 xüsusi mülkiyyətində olan sözügedən evdən istifadə hüququ yaranmır və onlar həmin evə köçürülə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki işdə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə mülkiyyət hüququna müdaxilənin qanuni məqsəd daşıması və təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli yaşayış evindən istifadə hüququnun və həmin evə köçürülmənin müəyyən edilməsi qanunda nəzərdə tutulmadığından qanuni məqsəd daşımır. Həmin fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin təmin edilməsinin təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi halının olmaması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh X2 iddiaçını və onun uşağını evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Belə öhdəlik isə qanuna görə dövlətin və bələdiyyənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Hazırda iddiaçının və uşağının evdən istifadə hüquqları müəyyən olunmaqla evə köçürülməsinin təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi, onların bu evdə yaşayış sahəsi ilə təmin edilməsinin evin mülkiyyətçisi olan Cavabdeh1 vəzifəsi olması müəyyən edilmir və həmin cavabdehin belə fəzifə daşımasını təsdiq edən hallara dair sübutlar da təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da bildirmişdir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının istifadə hüququnun tanınması və onun uşağı ilə həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi barədə iddiada evə mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının dəqiq müddəti və bununla əlaqədar evin mülkiyyətçisinə hansısa məbləğdə kompesasiyanın ödənilməli olması barədə heç bir tələb və təklif qoyulmamışdır. X7 1 saylı protokolunun 1-ci maddəsinə əsasən mülkiyyət hüququ məhdudlaşdırılan zaman onun məhdudlaşdırılması da müddətli olmalı- məhdudlaşdırılmanın müddəti göstərilməli, həmçinin mülkiyyətçiyə ağlabatan, ədalətli və səmərəli kompensasiya ödənilməli, məhz bu yolla mülkiyyət hüququnun məhdulaşdırılması kompensasiya edilməli, mülkiyyətçi həddən artıq yükə məruz qoyulmamalı və hüquqlar arasında ədalətli tarazlıq gözlənilməlidir. Əks hal isə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusudur (bax Sporronq və Lonnrot İsveçə qarşı iş üzrə qərar). İddiaçının və uşağının müvafiq olaraq mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun müəyyən olunması və onların həmin yaşayış evinə köçürülməsi barədə tələbə qiymət verilərkən Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsi araşdırılmalıdır. Hazırki işdə evdən istifadə hüququnun müəyyən olunması və evə köçürülmənin təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamışdır. Eyni zamanda istifadə hüququnun müəyyən olunması və evə köçürmə ilə bağlı evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün evin mülkiyyətçisinə hər hansı kompensasiya təklif edilməmişdir. Belə olan halda sözügedən şəxslərə evdən istifadə hüququnun verilməsi və onların həmin evə köçürülməsinin müəyyən edilməsi, heç bir təxrəsalınmaz ictimai tələbatla şərtləndirilmədiyi, bu məhdudlaşdırmanın müddəti müəyyən olunmadığı, həmçinin istifadə hüququnun müəyyən olunması ilə bağlı evin mülkiyyətçisinə heç bir kompensasiya ödənişi həyata keçirilmədiyi və hətta təklif edilmədiyi halında Cavabdeh1 evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması onun fərdi hüququnun pozulması, ağır yükə məruz qalması və bununla da hüquqlar arasında ədalətli tarazlığın pozulmasına səbəb olacaqdır ki, bu da yolverilməzdir. Məhkəmə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən xüsusi olaraq vurğulamışdır ki, iddiaçının sözügedən evdən istifadə hüququnun müəyyən olunmaqla onun uşağı ilə həmin evə köçürülməsi ilə bağlı həmin fərdi yaşayış evinin mülkiyyətçisinə müvafiq kompensasiya ödənilməli, həmin kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Lakin məhkəmə araşdırmaları zamanı iddiaçı və ya digər hər hansı şəxs tərəfindən evin mülkiyyətçisinə səmərəli, ağlabatan və vaxtında ödənilən hər hansı kompensasiyanın təklif edilməsi müəyyən olunmamışdır. Əks hal, yəni iddiaçıya istifadə hüququ verilməklə onun uşağı ilə evə köçürülməsinin təmin edilməsi Cavabdeh1 sözügedən evə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müdafiəsi altına düşən mülkiyyət hüquqlarının, həmçinin mənzil hüququnun pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Məhkəmə onu da bildirmişdir ki, iş materiallarına əsasən digər Cavabdeh2 iddia predmetini təşkil edən evin mülkiyyətçisi deyildir və onun həmin evə hər hansı hüquqları qeydə alınmamışdır. Belə olan halda Cavabdeh2 evə istifadə hüququnun və evə köçürmənin tələb edilməsi absurd və əsassız bir tələbdir. Qanuna görə Cavabdeh2 göstərilən iddia tələbləri üzrə faktoloji və hüquqi baxımdan heç bir vəzifə daşımır. Ona görə iddia ümumən, həmçinin Cavabdeh2 qarşı tələb hissəsində də əsassızdır. Qeyd olunanlar iddianın tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə tam əsas verir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 43-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci, 27.2-ci, 139.1-ci, 139.3-cü, 146.1-ci, 146.2-ci, 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.4-cü, 152.5-ci, 152.7-ci, 152.8-ci, 152.9-cu, 158.1.2-ci, 158.4-cü, 178.1-ci, 178.2-ci, 255-262-ci, 263-268-ci maddələri, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi, İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarları, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı, 9.1-ci, 9.2.1 və 9.2.2-ci, 12.2-ci,30.1ci, 30.2-ci, 30.4-cü, 48.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələri, Avropa Məhkəməsinin Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X18 zavodları Yunanıstana qarşı, X12rşı, Slivçenko Litvaya qarşı qərarları, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyator hazırda atası evində yaşamağa məcbur olmuşdur, lakin atası evində yaşamağa şərait və imkan yoxdur. O, dəfələrlə cavabdehlərə mübahisəli evdə yaşamaq istədiyini bildirsə də, cavabdehlər onu evə buraxmamışdırlar. Ona görə də, Balakən Rayon Məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, hazırki iş üzrə hüquq münasibətləri 2005-ci ildə yarandığı üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun olaraq işə baxılmalı idi. Cavabdeh və onun əri olan Cavabdeh2 həmin evə mülkiyyət hüququ vardır. Odur ki, bütün bunları diqqətə alaraq, o, Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)- 544/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Ramazan oğlu və Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən, mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir: 1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qazların ogey ata və ananı saxlamaq vəzifəsi. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı; X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarı; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı; Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumu «V.Q.Teryoxinin şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyаsının 02 iyun 2009-cu il tаrixli qərаrı; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı nikahlarını 15 sentyabr 2005-ci ildə rəsmiləşdirməklə Cavabdeh2 ilə evlənmişdir. Onların birgə nikahından 31.05.2006-cı ildə X23 və 27 dekabr 2010-cu ildə X24 oğlu adında iki uşaqları doğulmuşdur. İddiaçı Balakən rayonu Talalar kəndində yerləşən qaynatası- Cavabdeh1 məxsus evə gəlin köçmüş və uşaqlar da həmin evdə doğulmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.04. 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilməklə iddia predmetini təşkil edən Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı oğlu Amirlə billikdə 2021-ci ilin mart ayının ortalarında cavabdehdən ayrılaraq, valideynlərinin yanına qayıtmışdır. İddiaçı ilə Cavabdeh2 arasında ərarvad münasibətləri pozulmuşdur və aralarındakı nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahından doğulmuş Elnur Hüseyinov atası olan Cavabdeh2, Amir Hüseyinov isə İddiaçı yanında yaşayır. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli sorğusuna əsəsən müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1041F, KOD 40113018 nömrəli şəhadətnaməyə görə, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə 0.07 hektar sah. Ölçüsü olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Balakən rayonu, Talalar kənd sakini Cavabdeh1, X10, X6, X5, X3 mülkiyyətinə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Talalar kənd (qəsəbə) inzibati ərazi dairəsinin Talalar kənd (qəsəbə) inzibati ərazi dairəsinin 13 nömrəli təsərrüfat başına kitabın 51 nömrəli səhifəsində Cavabdeh1 adına 1992-ci ildə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı, 100 kv.m ümumi, 60 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0.07 ha həyətyanı sahəsi vardır. Apellyasiya şikayəti 3 dəlildən ibarətdir. İddiaçı mübahisəli evdə qeydiyyatda olduğunu bildirərək evə istifadə hüququnun mövcud olduğunu bildirir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə kollegiya hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması onun mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun yaranması və həmin evə köçürülməsi üçün əsas deyildir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, hazırki iş üzrə hüquq münasibətləri 2005-ci ildə yarandığı üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun olaraq istifadə hüququ tanınmalı və evə köçürülməlidir. Kollegiya hesab edir ki, hquq münasibətlərinin 2005-ci ildə yaranması evə istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1041F, KOD 40113018 nömrəli şəhadətnaməyə görə, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə 0.07 hektar sah. Ölçüsü olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Balakən rayonu, Talalar kənd sakini Cavabdeh1, X10, X6, X5, X3 mülkiyyətinə verilmişdir. Eyni zamanda Talalar kənd (qəsəbə) inzibati ərazi dairəsinin 13 nömrəli təsərrüfat başına kitabın 51 nömrəli səhifəsində Cavabdeh1 adına 1992-ci ildə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı, 100 kv.m ümumi, 60 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0.07 ha həyətyanı sahəsi vardır. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən, mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumu «V.Q.Teryoxinin şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyаsının 02 iyun 2009-cu il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir» 15 yаnvаr 2010-cu il tаrixli Qərаrındа məsələyə аşаğıdаkı kimi hüquqi mövqe nümаyiş etdirilmişdir: «Sаhiblik və istifаdə hüquqlаrını həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnının mövcud olmаsı əmlаk sаhibinin hüquqlаrının dа mülkiyyətçinin hüquqlаrı ilə bərаbər həddə müdаfiə olunmаsı zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən, mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi Önəryıldız Türkiyəyə qаrşı iş üzrə 30 noyаbr 2004-cü il tаrixli qərаrındа göstərmişdir ki, 1 sаylı Protokolun 1-ci mаddəsinin 1-ci hissəsində «mülkiyyət» аnlаyışı fiziki mаllаr üzərində mülkiyyətlə məhdudlаşmаyаn müstəqil mənаyа mаlikdir və dаxili qаnunvericilikdəki formаl təsnifаtdаn аsılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin hаllаrı ilə həmin mаddə əsаsındа müdаfiə olunаn əhəmiyyətli mənаfelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibаrətdir. Müvаfiq olаrаq, bu müddəаnın məqsədləri üçün fiziki mаllаrlа yаnаşı, əmlаkı təşkil edən bəzi digər hüquqlаr və mаrаqlаr dа «əmlаk hüquqlаrı» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» аnlаyışı «mövcud mülkiyyətlə» məhdudlаşmır və ərizəçinin mаrаqlаrını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyаtа keçirilməsinin əldə olunmаsınа ən аzı əsаslı və «qаnuni gözləntiyə» mаlik olduğunа dаir tələblərini də əhаtə edə bilər (§ 124).» Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və X14 haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Akimovа Azərbаycаnа qаrşı» iş üzrə 27 sentyаbr 2007-ci il tаrixli qərаrındа xаtırlаtmışdır ki, «İnsan hüquqları və X14 haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» аnlаyışı fiziki mаllаr üzərində mülkiyyətlə məhdudlаşmаyаn müstəqil mənаyа mаlikdir və dаxili qаnunvericilikdəki formаl təsnifаtdаn аsılı deyil: əmlаkı təşkil edən bəzi digər hüquqlаr və mаrаqlаr dа «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinin 1-ci hissəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi iddia ərizəsinin təmin edilməsi üçün əsas deyildir. Bundan başqa Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, onun əri olan Cavabdeh2 mübahisəli evə mülkiyyət hüququ vardır. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Talalar kənd (qəsəbə) inzibati ərazi dairəsinin 13 nömrəli təsərrüfat başına kitabın 51 nömrəli səhifəsində Cavabdeh1 adına 1992-ci ildə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı, 100 kv.m ümumi, 60 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0.07 ha həyətyanı sahəsinin olduğu qeyd edilmişdir. Eyni zamanda işə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.04. 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi Cavabdeh2 iddia predmetini təşkil edən evin mülkiyyətçisi deyildir və onun həmin evə hər hansı hüquqları qeydə alınmamışdır. Belə olan halda Cavabdeh2 evə istifadə hüququnun və evə köçürmənin tələb edilməsi əsassız bir tələbdir. Qanuna görə Cavabdeh2 göstərilən iddia tələbləri üzrə heç bir vəzifə daşımır. Ona görə iddia Cavabdeh2 münasibətdə də əsassızdır. Yəni şikayətin qeyd edilən hissəsi də əsassızdır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar