Məhkəmə qərarları › İş №2(107)-136/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-136/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-136/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Ərizəçi, 3-cü şəxs X8 və vəkili Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1741/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 qalmış kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanının, Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500kv.m bağ sahəsinin idarə etməklə miras qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun əri olmuşdur. Miras qoyan 2015ci ildə vəfat etmişdir. Ərizəçi X4 qalmış kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanının, Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500kv.m bağ sahəsi ayrılmışdır. Bağ sahəsi üzərində mülkiyyət hüququnun yaranması ilə bağlı hüquqi imkanlardan istifadə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən miras əmlak ərizəçi tərəfindən faktiki qəbul olunmuş və idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə ərizəçiyə Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanım yoxdur. Odur ki ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qətnaməsi ilə (hakim E.Cəbrayılzadə) ərizənin rədd edilməsi, X1 qalmış kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanının, Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivinində ayrılmış 500 kv.m bağ sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ünvan 1 ünvanı X7 tərəfindən zavod işçisi olduğu üçün Həmkarlar İttifaqi tərəfindən yaşamaq üçün verilmişdir. Həmçinin “Şəfəq” bağçılığı massivinində ayrılmış 500 kv.m bağ sahəsinə X5 hüququnu təsdiq edən hər hansı icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolu əlavə olunmamışdır. Məhkəmə hesab edir ki, X1 miras qaldığı iddia edilən Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500kv.m bağ sahəsinin mərhum X6 məxsus olması rəsmiləşməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Ərizəçinin kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanı isə 01 noyabr 2017-ci il tarixli kirayə müqaviləsinə əsasən kirayəçi məhz Ərizəçi özüdür. Yəni həmin sözü gedən mənzil ərizəsində göstərildiyi kimi X5 adına deyil ərizəçinin adına müqavilə bağlanmışdır. Belə olan halda, qanunvericiliyə əsasən yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir. Beləliklə məhkəmə qeyd edir ki, ərizəçi müstəqil şəkildə əmlakı öz adına özəlləşdirib xüsusi mülkiyyətinə keçirdə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin əmlak xüsusi təyinatlı yaşayış sahəsi olduğundan, həmçinin X5 mülkiyyətinə daxil olmadığından həmin mənzil miras əmlak kimi qəbul edilə bilməz. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi əri X1 miras qaldığını iddia etdiyi Mingəçevir şəhər Ü.Hacıbəyov küçəsi 2 nömrəli evin 42 nömrəli mənzilinə və “Şəfəq” bağçılığı massivinində ayrılmış 500kv.m bağ sahəsinə X5 mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər təqdim olmadığından ərizəçi tərəfindən iddia edilən əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 1151.1, 1151.2, 1133, 1133.1 və 1151.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 89.1 və 218.3-cü maddəsi əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1741/2022 saylı qətnaməsi maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsası ilə qanunsuz və asassızdır və bu səbəbdən ləğv edilməli işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə qəbul edilməlidir. Beləki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, ünvan 1 ünvanı X7 tərəfindən zavod işçisi olduğu üçün Həmkarlar İttifaqi tərəfindən yaşamaq üçün verilmişdir. Həmçinin “Şəfəq” bağçılığı massivinində ayrılmış 500 kv.m bağ sahəsinə X5 hüququnu təsdiq edən hər hansı icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolu əlavə olunmamışdır. Bu qənaət məhkəməyə təqdim edilmiş sənədlərlə təkzib edilir. Bununla yanaşı miras kütləsinə mövcud əmlak, eləcədə hüquqlar daxildir. “Şəfəq” bağçılığı massivinində ayrılmış 500 kv.m bağ sahəsinə X5 hüququnu təsdiq edən Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı hüquqmüəyyənedici sənəd hesab edilir. Həmin sənədin rəsmiləşdirilməməsi X5 ölümü ilə bağlıdır. Bu hüquq vərəsəlik qaydasında rəsmi nikahda olan Ərizəçi keçməlidir. Eyni zamanda şahid qismində dindirilmiş onun qızı və iki oğlu bildirdilər ki, həmin torpaq sahəsi ailənin istifadəsində olub və müvafiq komunal xərclər ödənilib. Məhkəmə MPM-nin 14, 77, 80 və 88-ci maddələrinə istinad etməklə cavabdehin izahatlarına üstünlük verməklə onun iddia tələbinin rədd edilməsi hərəkət MPM-nin 217 və 218-ci maddələrin tələblərinə zidd hesab edilməli və məhkəmə qətnaməsi ləğv edilməlidir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qətnaməsinin ləğv edilməsini işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qətnaməsinin ləğv edilməsini işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X8 apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi və 3-cü şəxslər X9 və X10 məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəyə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəyə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli qərarı; Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qərarını mübahisələndirilən hissəsi üzrə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanı X7 tərəfindən zavod işçisi olduğu üçün Həmkarlar İttifaqi tərəfindən yaşamaq üçün verilmişdir. Həmçinin Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində 500 kv.m bağ sahəsi ayrılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, X5 hüququnu təsdiq edən hər hansı icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolu əlavə olunmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, kollegiya tərəfindən X8, X9 və X10 3-cü şəxs kimi işə cəlb edilmiş, həmin 3-cü şəxslər miras əmlakın anaları, hazırkı işdə ərizəçi olan Ərizəçi adına keçirilməsinə etiraz etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Ərizəçinin kirayə müqaviləsi üzrə yaşadığı ünvan 1 ünvanı 01 noyabr 2017-ci il tarixli kirayə müqaviləsinə əsasən kirayəçi məhz Ərizəçi özüdür. Yəni həmin sözü gedən mənzil ərizəsində göstərildiyi kimi X5 adına deyil ərizəçinin adına müqavilə bağlanmışdır. Belə olan halda, qanunvericiliyə əsasən yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlak xüsusi təyinatlı yaşayış sahəsi olduğundan qanunvericiliklə nəzərdə tutulduğu halda ərizəçi müstəqil şəkildə əmlakı öz adına özəlləşdirib xüsusi mülkiyyətinə keçirə bilər. Yəni kollegiyanın qənaətinə görə mübahisəli xüsusi təyinatlı yaşayış sahəsi barədə ərizəçi ilə icarə müqaviləsi bağlandığından yenidən həmin mənzilin vərəsəlik qaydasında mirasın qəbul edilməsi barədə faktın müəyyən edilməsinə lüzum yoxdur. Kollegiya şikayətin digər dəlili olan Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500 kv.m bağ sahəsinə olan hüququn miras kütləsinə daxil olması barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə də əsassızdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir. Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi). Məhkəmə kollegiyası bildirir ki, Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində 500 kv.m bağ sahəsinin ayrılması, həmin torpaq sahəsinin miras kütləsinə daxil olması anlamına gəlmir. Belə ki, X5 hüququnu təsdiq edən hər hansı icarə müqaviləsi, sərəncam, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolu əlavə olunmamışdır. Göründüyü kimi ölmüş şəxsin vərəsələrinə yalnız o mülki hüquq və vəzifələr keçə bilər ki, onlar əmlak xarakterli olmaqla, miras qoyanın öldüyü məqamda mövcud olsun. Öz məzmununa görə mülki (əmlak) xarakterə malik olmayan hüquq və vəzifələr – o cümlədən icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr vərəsəlik əsasında keçməsi mümkünsüzdür. Daha sonra məhkəmə kollegiyası hazırkı işə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilədiyi hüquqi mövqedən yanaşaraq hesab edir ki, mülki işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi Mingəçevir şəhər TRM zavodunun HİK-nin may 1999-cu il tarixli qərarı ilə “Şəfəq” bağçılığı massivində ayrılmış 500 kv.m bağ sahəsinə olan hüququn ərinə münasibətdə hüquqlarının keçməsi barədə müraciət etməmiş, yalnız 20 ildən sonra məhkəməyə müraciət etmişdir. X2 vəfatından sonra onun ailə üzvlərinin həmin torpaq sahəsinin icarəçisi olmağa razı olub-olmamaları, həmçinin onun hüquqi varislərinin torpaq sahəsi üzərində mövcud olan hüquqlarının keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mülki iş kifayət qədər araşdırılmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ərizəni düzgün olaraq təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(051)-1741/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar