Məhkəmə qərarları › İş №2(107)-1360/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1360/2021

05.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1360/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- yaşayış sahəsindən çıxarılması, yaşayış sahəsindən istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 ünvan 1 mənzildən çıxarılması və cavabdehlərin ünvan 1 mənzildə istifadə hüququ olmayan şəxslər hesab edilməsinə və yaşayış sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, DƏDRX-nin 16.07.2020-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış ünvan 1 mənzil onun mülkiyyətindədir. Belə ki, PMK-da işlədiyi üçün həmin ev 1986-cı ildə ona verilmişdir. Daha sonra cavabdeh qardaşı Cavabdeh2 onun razılığı ilə həmin evə qeydiyyata düşmüşdür. Sonradan “Elektron notariat” X1 çıxarış aldıqda məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzildə qeydiyyatdadırlar. Hazırda cavabdehlər onun mükiyyətində olan evdə qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər ona həmin evdə yaşamağa və istifadə etməyə imkan vermirlər. Hesab edir ki, cavabdehlər həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməli və yaşayış sahəsindən çıxarılmalıdırlar. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsi ilə (hakim İ. Fəttahov) iddianın qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 mənzil İddiaçı xüsusi mülkiyyəti kimi 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 barəsində “Elektron Məhkəmə” Sistemindən çıxarışa əsasən cavabdehlərin ünvan 1 mənzildə qeydiyyatdadırlar. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı 15.10.2014-cü il tarixdə cavabdehlərə qeyd edilən mənzilə qeydiyyata düşmələri ilə bağlı notarial qaydada ərizə vermişdir. Daha sonra məhkəmə müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakı ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzlindən heç bir hüquqi əsas olmadan istifadə etməklə həmin mənzildə yaşayaraq İddiaçı qeyd edilən mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakı ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzlindən heç bir hüquqi əsas olmadan istifadə etməklə həmin mənzildə yaşayaraq İddiaçı qeyd edilən mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırırlar. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qıznın mübahisəli mənzildə istifadə hüququ yaranmadığından, iddiaçı cavabdehlərin həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini tələb etməkdə haqlı deyildir. Buna görə də iddia bu hissədə təmin edilə bilməz. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları olmadığından İddiaçı tam mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, 71-ci maddələri, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, İddiaçı işlədiyi müəssisədə mənzil növbəsinə dayanmış, həmin müəssisə tərəfindən ona 1986-ci ildə Göyçay şəhəri Şəhriyar küçəsi 8 saylı binanın, 33 saylı mənzili verilmiş, sonuncu elə həmin ildə sözügedən mənzili yaşamaq üçün cavabdehlərə vermiş, halhazıradək cavabdehlər həmin mənzildə yaşayırlar, İddiaçı 2014-cü ildə notariat qaydada verdiyi razılıq ərizəsi əsasında cavabdehlər həmin mənzilə pasport qeydiyyatına düşmüşlər. Mübahisəli mənzil üzərində iddiaçı mülkiyyət hüquqlarını 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəflər arasında yaranan hüquq münasibətinə düzgün hüquqi qiymət verməmiş, nəticə də maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə iclasında, eləcə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında hüquq münasibəti 1986-ci ildə yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001 -ci il tarixli qərarına görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunan qanunvericlik normalarından görünür ki, həmin münasibətlər yaranma zamanına görə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarına uyğun həll olunmalıdır. Cavabdehlərin mübahisəli mənzilə köçdüyü dövrdə, yəni tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri ehtiva olunurdu ki, həmin maddənin tələblərinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1 -ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı Qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Qeyd edilən normanın 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvlərinin arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdehlər hələ 1986-ci ildə dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı İddiaçı tərəfindən sözügedən mənzilə köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. 1986-cı ildən hazırki dövrə qədər cavabehlər mübahisəli mənzildə iddiaçı ilə birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Göründüyü kimi məhkəmənin mübahisələndiriiən qətnamədə göstərdiyi kimi cavabdehlər “heç bir hüquqi əsas olmadan” deyil, qanuni əsaslarla mübahisəli mənzildə yaşamaqla, istifadə hüququ əldə etmişlər. Belə olan halda, cavabdehiərın kompensasiya ödənilmədən ünvan 1 mənzildən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, onlar Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmiş və oğlunu evləndirdiyini, həmin evə gətirmək istədiyini, buna görə də iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasında iştirak etmiş və Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ilədək qüvvədə olan) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1 -ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001 -ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsinə münasibətdə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəf mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 1 mənzil İddiaçı xüsusi mülkiyyəti kimi 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ünvan 1 mənzildə qeydiyyatdadırlar. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı 15.10.2014-cü il tarixdə cavabdehlərə qeyd edilən mənzilə qeydiyyata düşmələri ilə bağlı notarial qaydada ərizə vermişdir. Daha sonra müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və ailə üzvləri mübahisəli mənzildə 1986-cı il tarixdən yaşayırlar. Yəni cavabdehlər dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı İddiaçı tərəfindən sözügedən mənzilə köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. 1986-cı ildən hazırki dövrə qədər cavabehlər mübahisəli mənzildə iddiaçı ilə birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Göründüyü kimi cavabdehlər qanuni əsaslarla mübahisəli mənzildə yaşamaqla, istifadə hüququ əldə etmişlər. Belə olan halda, cavabdehlərın kompensasiya ödənilmədən ünvan 1 mənzildən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiştir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsi iddia tələbinin İddiaçı mülkiyyətində olan ünvan 1 mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılmasına dair hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar