Məhkəmə qərarları › İş №2(107)-137/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-137/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-137/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğluna qarşı “maddi ziyana görə pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəsinə verilmiş torpaq sahələrindən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneə nəticəsində 20.000 manat ziyanın cavabdehlərdən onun xeyrinə alınmasına, qanunsuz tikililərin tikilməsinin cavabdehlərə qadağan edilməsinə, özbaşına tikililərin cavabdehlərin qüvvə və vəsaitləri hesabına sökülməsinə, icarəsinə verilmiş torpaq sahələrindən cavabdehlərin maneə yaradan hərəkətlərinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına götürülmüş və 2(035)- 152/2020 saylı (əvvəlki nömrəsi 2(035)-787/2019 saylı) mülki iş başlanmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən Zərdab rayonu Məlikumudlu kəndində icarəsinə verilmiş torpaq sahəsinə vurduqları ziyana görə 4000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına götürülmüş və 2(035)-107/2020 saylı mülki iş başlanmışdır. Hər iki iş eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan məhkəmənin xx.xx.2020ci il tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icarəsinə verilmiş torpaq sahələrindən istifadəsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlu yaradılan maneələr nəticəsində vurulmuş maddi zərərə görə cavabdehlərdən 20.000 manat, əldən çıxmış faydaya görə 16.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sarənc oğlundan müştərək qaydada maddi ziyana görə 960 manat, əldən çıxmış faydaya (gəlirə) görə 16.000 manat, 16.960 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Məlikumudlu bələdiyyəsi iddiaçı Nüşabə Allahverdiyeva arasında bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsinə əsasən Zərdab rayonunun Məlikumudlu kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 15 ha torpaq sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Torpaq sahələri biri 4 ha, digəri 11 ha olmaqla ayrı-ayrı yerlərdədir. 4 ha olan hissə örüş otlaq məqsədi ilə, 11 ha olan hissə isə əkin məqsədi ilə verilmişdir. İcarəyə verilmiş torpaq sahələri Dövlət Torpaq Kadastrı kitabında uçota alınmış, hər iki torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, habelə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya PX, № ******* və Seriya PX, № ******* olan Çıxarışa əsasən icarə hüququ dövlət qeydiyyatından keçirilmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər özbaşına olaraq həmin torpaq sahələrini otarmaqla, eləcə də əkin üçün ayrılmış 11 ha torpaq sahəsini şumlatmağına imkan verməməklə iddiaçının icarə hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişlər. Belə ki, 2019-cu ilin payız aylarında iddiaçı buğda əkmək məqsədi ilə 11 ha olan hissəni şumlatmaq istəyərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərini traktorun qabağına verərək, hər dəfə traktorun işləməsinə imkan verməmiş, traktorçuya hədə-qorxu gələrək sahədən çıxartmışlar. Cavabdehlərdən bu qanunsuz hərəkətlərinə son qoymalarını tələb edilsə də, cavabdehlər heç nəyə məhəl qoymadan nümayışkarcasına sahəni otarmış, həmçinin şum aparılmasına imkan verməmişlər. Bu barədə video görüntülər (DİSK) iş materiallarına əlavə edilmişdir. Hətta hazırkı iş üzrə iddianın təmini tədbiri haqqında məhkəmənin qərardadına əsasən icra məmurunun tələblərinə belə məhəl qoymamışlar. Ona görə də icra məmuru tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlərə nəyisə başa salmaq olmur. Cavabdehlər özlərini qanundan üstün tuturlar. Onlar bu özbaşnalıqlarım bu gün də davam etdirərək iddiaçının icarə hüquqlarını pozurlar. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı həmişə həmin yerə növbəli olaraq gah yonca, gah da taxıl əkməklə istifadə etmişdir. İddiaçı həmin yerə taxıl əkdikdə hər il 40-50 ton məhsul tədarük etmişdir. Sonuncu dəfə həmin yerə yonca əkildiyindən və yonca əkini artıq seyrəldiyindən iddiaçı bu dəfə səmərəli istifadə məqsədi ilə 2019- 2020-ci il mövsümü üçün orada taxıl (buğda) əkmək istəmişdir. Lakin, cavabdehlər buna imkan verməmişlər. Cavabdehlər iddiaçıya buğda əkməyə imkan vermədikləri üçün nəticədə iddiaçı bu il (2020-ci il üçün) 40-50 ton məhsul gözləntisindən və deməli fayda götürməkdən məhrum olmuşdur. Bundan başqa cavabdehlər mövcud yonca sahəsini otarmaqla da iddiaçıya maddi zərər vurmuşlar. Belə ki, iddiaçı həmin sahədən 5-6 km uzaqda yerləşən kənddə yaşamaqla sahəyə daimi nəzarət imkanına malik deyildir. Cavabdehlər isə bilavasitə həmin sahənin yaxınlığında xırdabuynuzlu heyvan saxlayaraq sahəni mütamadi olaraq otarmışlar. Bu barədə də (Cavabdeh3 iddiaçıya məxsus sahədə heyvan otarması barədə) video görüntülər (DİSK) iş materiallarına əlavə edilmişdir. Sahənin otarılması ilə bağlı ziyanın hesablanması üçün Zərdab rayon Dövlət X8 müraciət edilmiş və mütəxəssislər tərəfindən sahəyə baxış keçirilərək dəymiş maddi zərər hesablanmışdır. Otarılma nəticəsində dəymiş zərər 960 manat miqdarında müəyyənləşdirilmişdir. Hesab edir ki, cavabdehlər bu qanunsuz və özbaşına əməlləri ilə iddiaçının icarə hüquqlarını pozmaqla bərabər, həm ölkədə sahibkarlığın inkişafına, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına qarşı çıxırlar. Hesab edir ki, iddiaçının icarə hüquqlarına dövlət tərəfindən təminat verilməlidir. Heç kəsin özbaşnalığına yol verilə bilməz. Hamı qanun qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə tərəfindən işə cəlb edilən dövlət orqanı olan Zərdab rayon Dövlət X9 tərəfindən verilmiş rəyə əsasən də iddiaçının maddi itkilərə məruz qaldığı təsdiqlənmişdir. Ona görə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar həqiqətən də həmin torpaqdan istifadə etmişlər. Lakin mübahisəli torpaq sahəsinin iddiaçı tərəfə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Tərəflər arasında olan icarə müqaviləsi isə saxtadır. Ona görə də Zərdab Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbini təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 da apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ərazi bələdiyyənin mülkiyyətindədir. Bələdiyyə ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsi saxtadır. Həmin torpaq sahəsində onların evi də var. Odur ki, Zərdab Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbini təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, həmin torpaq sahəsi icarə müqaviləsi əsasında onlara məxsus olmasına baxmayaraq, neçə illərdir ki, cavabdehlər qanunsuz istifadə edir. O dəfələrlə cavabdehlərdən həmin torpaq sahəsini boşaltmağı tələb etsə də, sonda qarşı tərəf heç bir əhəmiyyət verməmişdir. Cavabdehin dediyi evə gəldikdə isə həmin ev çoxdan inşa edilmiş köhnə evdir, cavabdehlərə aidiyyəti yoxdur. Hətta cavabdehlərin həmin evi boşaltmasına dair qətnamələr də mövcuddur. Onlar cavabdehlərin bu özbaşına hərəkətləri nəticəsində xeyli məbləğdə ziyan çəkiblər. Ona görə də birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, dəymiş ziyanın məbləğinə münasibətdə (ekspert rəyinə uyğun) dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya PX, № ******* olan çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Məlikumudlu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışa əsasən Zərdab rayon Məlikumudlu Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən 11.0 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi 25 il müddətinə İddiaçı icarəyə verilmiş, həmin icarə müqaviləsi və icarə hüququ xx.xx.2018-ci il tarixdə, 34 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində dövlət qeydiyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya PX, № ******* olan Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Məlikumudlu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışa əsasən Zərdab rayon Məlikumudlu Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən 4.0 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmiş, həmin icarə müqaviləsi və icarə hüququ xx.xx.2018-ci il tarixdə, 34 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində dövlət qeydiyatına alınmışdır. İş materiallarından görünür ki, hər iki icarə müqaviləsi üzrə İddiaçı icarəsinə verilmiş torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, icarəçi İddiaçı verilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı tərəflərin iştirakı ilə tədqiq edilən videogörüntülərdən görünür ki, iddiaçının əri Tofiq Abdullayevin etiraz etməsinə və sahəni otarmamasını tələb etməsinə baxmayaraq Cavabdeh3 Sarənc oğlunun özlərinə məxsus xırdabuynuzlu heyvanları israrla iddiaçının icarə torpağnda otardığı, həmçinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahədə şum etmək istəyən traktorun qabağını kəsərək, traktorçuya “Tofiq Abdullayevgil buranı qanunsuz istifadə edir, bura bizimdir” deyərək traktorçunu şum etməyə qoymayaraq iddiaçının icarə torpağından çıxardıqları müəyyən olunur. Zərdab rayon Dövlət X6 direktoru V.Bayramov tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsinə verilmiş torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin 11.0 ha olduğu, sahənin 4.0 ha hissəsində yonca otunun, qalan hissəsində isə suvarmadan sonra aran zonası üçün xarakterik olan təbii otlağın əmələ gəldiyi, sahənin tamamilə otarıldığı müəyyən edilmişdir. 3-cü çalım yoncanın hər hektardan 60-65 arası ot kipi götürülməsinin mümkünlüyü nəzərə alınmaqla (260 x 3.0 =780) dəymiş ziyan 780 manat, təbii otlağa dəyən ziyan 180 manat, ümumi dəymiş ziyan 960 manat qiymətləndirilmişdir. Zərdab rayon Dövlət X6 Bitkiçilik sektorunun müdiri S.Rəhimov tərəfindən verilmiş İddiaçı torpaq sahəsini əkə bilməməsi ilə əlaqədar əldən çıxmış fayda (gəlir) barədə xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində buğda bitkisi əkəcəyi təqdirdə məhsul aşağdakı kimi hesablanmışdır: 2019-cu ildə rayon üzrə orta məhsuldarlığa uyğun olaraq 37-38 ton buğda olmaqla ötənilki bazar qiyməti ilə 15000 - 16500 manat ekvalentində qiymətləndirilir. 2020ci ildə rayon üzrə məhsuldarlığın cüzü olsa da artacağı praqnozlaşdırılır, bu halda məhsul 37,5-38,5 ton buğda olmaqla bazar qiyməti ilə 15500-17000 ekvalentində qiymətləndirilir. Heyvandarlığın yem bazarında qiymətlərdə artım olduğu üçün hazırda buğda samanına ciddi ehtiyac yaranıb. Hər hektardan orta hesabla 150 saman kipi (qiyməti 1.6- 1.7 manat olmaqla 2600-2700 manatlıq məhsul qiymətləndirilir. Məhsuldan əldə ediləcək gəlirlər 2020-ci il üçün 18100-19700 manat qiymətləndirilir. Məhsul yetişdirilməsi üçün xərclər gəlirlərdən çıxılmamışdır. Qiymətlər bazar diqtəsindən (tələb-təklif) asılı olaraq dəyişə bilər. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 574 nömrəli rəyindən görünür ki, 1 ha torpaq sahəsində Zərdab rayonu ərazisində buğda əkilib-becərilməsindən əldə edilməsi ehtimal olunan gəlirin məbləği, çəkilən xərclər çıxılmaqla, şərti və nəzəri hesablama yolu ilə təxminən – 1036,00 manat müəyyən edilir. Bu hesabla, İddiaçı istifadəsində olan 11 ha torpaq sahəsində 2019-cu il ərzində buğda əkiləciyi təqdirdə, əldə edilməsi ehtimal olunan gəlirin məbləği təxminən – 11396,00 (on bir min üç yüz doxsan altı) manat müəyyən edilir. 72,00 manat tələb edilən xərc nəzərə alınmaqla, iddiaçı X1 istifadəsində olan 1 ha torpaq sahəsində 2019-cu il ərzində 275 ədəd ot presi və 450,50 manat gəlir əldə edilməsi mümkün hesab edilir. Bu hesaba 4 ha torpaq sahəsindən cəmi 1100 ədəd yabani ot presi və 1802,00 (min səkkiz yüz iki) manat gəlir əldə olunması mümkün hesab edilir. Qeyd: Zərdab rayonunda yerləşən torpaq sahəsində yabani ot bitkisinin məhsuldarlığı və həcmi ekspert praktikası və internet saytı məlumatlarına, mövcud aqrotexniki qaydalara və normalara əsasən nəzəri və təxmini hesablama yolu ilə müəyyən edilmişdir. Hazırki ekspertizanın müəyyən etdiyi nəticələrdə, torpağın münbitliyindən, yabani bitki örtüyündən, suvarma sistemindən, bazarlarda mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də, digər amillərdən asılı olaraq qismən dəyişiklik olması istisna edilmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, Zərdab rayon Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsinə əsasən Zərdab rayonunun Məlikumudlu kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 15 ha torpaq sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Torpaq sahələri biri 4 ha, digəri 11 ha olmaqla ayrı-ayrı yerlərdədir. 4 ha olan hissə örüş otlaq məqsədi ilə, 11 ha olan hissə isə əkin məqsədi ilə verilmişdir. İcarəyə verilmiş torpaq sahələri Dövlət Torpaq Kadastrı kitabında uçota alınmış, hər iki torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, habelə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya PX, № ******* və Seriya PX, № ******* olan Çıxarışa əsasən icarə hüququ dövlət qeydiyyatından keçirilmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər özbaşına olaraq həmin torpaq sahələrini otarmaqla, eləcə də əkin üçün ayrılmış 11 ha torpaq sahəsini 2019-2020-ci il mövsümü üçün buğda əkmək məqsədi ilə şumlatmağına imkan verməməklə iddiaçının icarə hüquqlarının həyata keçirilməsinə və icarə torpağından fayda götürməsinə maneçilik törətmişlər. Nəticə etibarı ilə cavabdehlər iddiaçıya maddi ziyan vurmuş və icarə torpağından fayda götürməsinə maneçilik törətmişlər. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəmə iclasında sözügedən torpaq sahəsinin iddiaçıya qanunsuz verildiyini bildirərək iddiaçının icarə hüquqlarının həyata keçirilməsinə maneçilik törətmələrini inkar etməyərək, iddiaçıya icarə hüquqlarını həyata keçirtməkdə mane olmalarında özlərini haqlı bilmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsaslı olmasa da, dəyişdirilməsi üçün əsasdır. Birincisi, ona görə ki, işin faktiki hallarından müəyyən olunur ki, Zərdab rayon Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsinə əsasən Zərdab rayonunun Məlikumudlu kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 15 ha torpaq sahəsi ayrılaraq iddiaçıya verilmişdir. İcarəyə verilmiş torpaq sahələri Dövlət Torpaq Kadastrı kitabında uçota alınmış, hər iki torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, habelə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya PX, № ******* və Seriya PX, № ******* olan Çıxarışa əsasən icarə hüququ dövlət qeydiyyatından keçirilmişdir. İkincisi, cavabdehlər apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığını, icarə müqaviləsinin saxta olmasını, eləcə də iddiaçıya heç bir maddi ziyan vurmadığını bildirsələr də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyi onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi sahiblik və istifadə hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da iddiaçının qanunla qorunan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Üçüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə sahiblik və istifadə hüququna malik olmaqla cavabdehlərin həmin obyektdən çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Dördüncüsü, kollegiya işin obyektiv tədqiqinə çalışmaqla xüsusi bilik tələb olunan məhkəmə əmtəəşünaslıq və aqrotexniki ekspertizası təyin etmiş və bununla bağlı müvafiq rəy verilmişdir. Lakin sonda cavabdehlər həmin rəylə də razılşamadıqlarını bildirmişlər. Kollegiya tərəfindən təklif olunmasına baxmayaraq cavabdehlər həmin rəyin qeyri-mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz izahatları ilə əsaslandırmağa çalışmışlar. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli mübahisələrin həllində ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli və dəymiş ziyanın hesablanması məqsədilə məhkəmə kompleks əmtəəşünaslıq və aqrotexniki eksperizaları təyin edilmiş və iş üzrə yuxarıda qeyd olunan rəy alınmışdır. Rəydən də göründüyü kimi İddiaçı istifadəsində olan 11 ha torpaq sahəsində 2019-cu il ərzində buğda əkiləciyi təqdirdə, əldə edilməsi ehtimal olunan gəlirin məbləği təxminən – 11396,00 (on bir min üç yüz doxsan altı) manat, 72,00 manat tələb edilən xərc nəzərə alınmaqla, iddiaçı X1 istifadəsində olan 1 ha torpaq sahəsində 2019-cu il ərzində 275 ədəd ot presi və 450,50 manat gəlir əldə edilməsi mümkün hesab edilir. Bu hesaba 4 ha torpaq sahəsindən cəmi 1100 ədəd yabani ot presi və 1802,00 (min səkkiz yüz iki) manat gəlir əldə olunması mümkün hesab edilir. Kollegiya həmçinin belə qənaətə gəlir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti vermədiyindən maddi ziyanla bağlı (960 manat) birinci instansiya məhkəməsinin mövqeyi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli qətnaməsi dəymiş ziyanın məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehlərə аid edilməli və məhkəmə ekspertizası tədqiqatının dəyəri 500 manat оnlardan alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli qətnaməsi “əldən çıxmış faydaya (gəlirə) görə 16.000 manat, cəmi 16.960 manat” məbləğinə münasibətdə dəyişdirilsin. Əldən çıxmış faydanın (gəlirin) məbləği 11396,00 (on bir min üç yüz doxsan altı) manat, cəmi 12356 (on iki min üç yüz əlli altı) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 500 manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlundan alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar