Məhkəmə qərarları › İş №2(107)-1372/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1372/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1372/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə Ərizəçi maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-844/2021 nömrəli qərardadından Ərizəçi və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 21 may 2021-ci il tarixli, 2(025)-844/2021 nömrəli qərardadı ilə, Ərizəçi maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-844/2021 nömrəli qərardadından narazı qalan Ərizəçi və onun vəkili (eyni zamanda nümayəndəsi) Nümayəndə məhkəməyə şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)- 844/2021 nömrəli qərardadını 3 gün müddətində baxıb ləğv edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil və aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş ərizəçinin yaşadığı yer üzrə deyil, miras əmlakın olduğu yer üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyatı maddəsinə əsasən “Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.” Adıçəkilən maddənin məzmunundan göründüyü kimi tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla nəzərdə tutulur. Miras əmlak torpaq sahəsindən ibarət olmaqla Qəbələ rayonunda yerləşdiyindən, iş ərizəçinin yaşayış yeri üzrə deyil, miras əmlakın yerləşdiyi yer üzrə baxılmalıdır. Ona görə də hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli işə həmin məhkəmədə baxılmalıdır. Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(025)-844/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında müəyyən müəyyən olundu ki, Ərizəçi maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etsə də, Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 1un müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəyə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aid edilmişdir. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi faktların müəyyən edilməsi ilə bağlı işlərə ərizəçinin olduğu yerin məhkəməsində, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair işlərə isə həmin obyektlərin olduğu yerdə baxılır. Ərizənin məzmunundan da göründüyü kimi tələb hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olmasa da, ərizə xüsusi icraat qaydasında verilmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, nə qədər ki, ərizə xüsusi icraat qaydasında verilib birinci instansiya məhkəməsi ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda düzgün qənaətə gəlib. Çünki, ərizə xüsusi icraat qaydasında verilməklə yanaşı, eyni zamanda daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi ilə bağlı deyil, mirasın qəbulu müddətinin uzadılması, vərəsənin və payın müəyyən edilməsi ilə əlaqədardır. Mülki Prosessual Məcəllənin; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə qərardad qəbul edərkən onun gələcəkdə hansı prosedur hərəkəti həyata keçirəcəyini deyil, yalnız ərizəni və işdə olan sənədləri diqqətə almışdır. Kollegiya belə qənaətə gəlir ki, ərizəçi ya hazırki tələbini qanunvericiliyə uyğun dəqiqləşdirməli, ya da hazırki tələblə özünün qeydiyyatda olduğu (yaşadığı) ünvan üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-844/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: Ərizəçi və onun vəkili (eyni zamanda nümayəndəsi) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-844/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar