Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1373/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs Xristoyevic tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Zurabaşvili Zura Arsenoviç, X2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “zəbt olunmuş 0.08 ha torpaq sahəsindən Zurabaşvili Zura Arsenoviç və X1 məcburi qaydada çıxarılması tələbinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli (hakim M.Qarayev) qətnаməsi ilə iddia tələbi təmin edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsindən narazı qalan Maraqlı şəxs Xristoyevic apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli Qərardadı ilə Maraqlı şəxs Xristoyevic tərəfindən veilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin sözügedən qərardadından Maraqlı şəxs Xristoyevic şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin hakimi həmin qərardaddan verilmiş şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, baxılması üçün birinci instansiya məhkəməsinə gındərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1.-ci maddəsinə əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə görə, məhkəmə aktlarından ayrıca akt şəklində qəbul edilmiş qərardaddan həmin Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin şikayətinə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi qərardaddan ilk növbədə həmin qərardadı qəbul etmiş hakimə (məhkəməyə) şikayət verilməlidir. Bu qaydaya riayət etmədən dərhal yuxarı instansiya məhkəmələrinə şikayət verilə bilməz. Yuxarı məhkəmələrə daxil olan şikayətlər qərardadı qəbul etmiş məhkəməyə göndərilir. Birinci instansiya məhkəməsi də şikayətə işdə iştirak edən şəxslərə məlumat verməklə 3 gün müddətində baxır. Şikayətə baxılması nəticəsində hakim ya şikayət edilən qərardadın dəyişdirilməsi barədə yeni qərardad qəbul edir, ya həmin qərardadı ləğv edir ya da şikayəti təmin etməyib baxılması üçün 7 gün müddətində apelyasiya məhkəməsinə göndərir. Lakin iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadından verilmiş şikayət işə baxan birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmadan birbaşa baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadından Maraqlı şəxs Xristoyevic tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilməklə Mülki Prosessual Məcəllənin 267-269-cu maddələrinin tələbləri baxımından baxılması üçün Qax Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qə r а r а аldı: Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadından Maraqlı şəxs Xristoyevic tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1373/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1373/2020
11.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver