Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1375/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 və Qəbələ rayon Bələdiyyəsinin sədri X4 iştirakı ilə İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “tikilinin boşaldılması, cavabdehin tikilidən çıxarılması, hasar və tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin sahibliyinə qaytarılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(025)-53/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam kəndində yaşayan Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması, həmin əraziyə qoyduğu darvazanının götürələrək yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon Vəndam kəndində yerləşən **********58- 10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 86.49 kv metr sahədən ibarət Ç tikilisinin boşaldılması, İddiaçı əmlakları ilə birlikdə həmin Ç tikilisindən çıxarılması, mülkiyyətində olan torpaq sahəsində cavabdehin inşa etdirdiyi hasar və tikililərin cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi, həmin zəbt olunmuş hissədə torpaq sahəsinin sahibliyinə qaytarılması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 02 aprel 2021-ci il tarixdə keçirilən iclasda Qəbələ rayon Vəndam Bələdiyyəsini mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 09 aprel 2021-ci il tarixli, 2(025)- 53/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən reyestr nömrəsi – **********06; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 12.08.2014 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,04 hatorpaq sahəsinə Cavabdeh istifadəsində olan və zəbt etdiyi bələdiyyəyə məxsus torpaq sahəsi boşaldılmaqla və həmin əraziyə qoyulmuş darvaza sökülməklə yol verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********58-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.05.2014 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin 42 m2 hissəsindən İddiaçı çıxarılmaqla maneələrin (hasar) onun hesabına sökülməsi, və həmin torpaq sahəsinin Cavabdeh sahibliyinə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ**********0000001944, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(025)-53/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Qəbələ rayonunun Vəndam kəndində 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evi var. Onunla qonşuluqda yaşayan Cavabdeh öz yaşadığı həyətyanı torpaq sahəsindən başqa kənd yoluna qədər ərazini zəbt edərək darvaza qoyaraq yolu bağlamışdır. Onun yaşayış evinin həyətdən giriş qapısı onun qanunsuz zəbt etdiyi əraziyə düşür. Dəfələrlə ona xəbərdarlıq etməklərinə baxmayaraq, o, zəbt etdiyi torpaq sahəsini boşaltmır və həmin əraziyə qoyduğu darvazanı çıxarıb öz həyətinin qarşısından qoymaqdan imtina edir. Onun mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 avqust 2014-cü il tarixli, seriya RX ******* nömrəli mülkiyyət sənədi olan çıxarışı var. Cavabdeh zəbt edərək darvaza qoyduğu ərazi qonşuların ümumi istifadə olan torpaq sahəsidir. Bu səbəbdən Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması, yolun açılması üçün həmin əraziyə qoyduğu qanunsuz darvazının götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilməsi qərarına gəlmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia qaldırmışdır. X1 onların hər ikisinin doğma atası olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci tarixli qərarı ilə 0.10 ha torpaq sahəsi X3 verilmiş, bununda əsasında da onun adına JN-277A KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin həyətyanı sahənin qaiməsində ümumi sahənin 1000.4 kv. metr, tikinti altında 160.4 kv. metr yaşayış evi olması qeydə alınmışdır. Həmin sənəd əsasında Süleyman Lətifovun mülkiyyət hüquqları 04 oktyabr 2012-ci ildə qeydə alınmış, fərdi yaşayış evinin texniki pasportu işlənmişdir. Həmin texniki pasporta əsasən Süleyman Lətifovun istifadəsində faktiki 0.16 torpaq sahəsinin olması, Ç tikilisinin icazəsi olaraq zəbt edilən sahədə inşa edilməsi qeyd edilmişdir. 03 noyabr 2012-ci ildə atası X6 04.10.2012-ci il tarixli çıxarışa əsasən Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsini, 1930-cu ildə tikilmiş ümumi sahəsi 99.2 kv. metr - yaşayış sahəsi 46.2 kv. m, yardımçı sahə 53 kv. metr olan 3 otaqlı fərdi yaşayış evini və bütün tikililəri ona bağışlamışdır. Buna qədər isə bacısı İddiaçı həyətdə olan zəbt kimi qeydə alınmış 0.06 torpaq sahəsindən 0.04 ha torpaq sahəsinin adına qeydə alınmasına razılıq vermişdir. Həmin vaxt torpaq sahəsinin atasının həyətinin aşağı hissəsi olduğunu bilirmişlər. İddiaçı satılan torpaq sahəsi Ç tikilisinin altını təşkil edə bilməzdi və bu səbəbdən də onun adına verilmiş torpaq sahəsinin ölçü və planında həmin tikili qeydə alınmamışdır. Ancaq onların evi olmadığından atası Süleyman Salmanov öz vəsaiti hesabına inşa etdirdiyi, həyətindən kənarda olan Ç tikilisində İddiaçı müvəqqəti olaraq yaşamasına icazə vermiş və sonuncu Bələdiyyədən öz adına sənədləşdirdiyi torpaq sahəsində ev tikdikdən sonra oranı boşaldacağını bildirmişdir. 19.07.2013-cü il tarixdə İddiaçı adına 421407 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuş, 12 avqust 2014-cü ildə isə adına 0.04 ha torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydə alınmasına dair Çıxarış verilmişdir. Bundan sonra İddiaçı onun mülkiyyətində olan torpaq sahəsində əlavə tikililər tikmiş, uzun illər həyətə yol kimi nəzərdə tutulmuş yolundan son 1- 2 aya qədər istifadə etsə də, hazırda onun yolunun üstündən özünə darvaza qoymuş və məqsədidə onun yolunu dəyişməyinə, həmin əraziləri mənimsəmək məqsədilə yola açmalı olduğu qapını onun yolunun üstündə açmış, sərhədini hasarlamışdır. Halbuki, həmin yolda atasının ona bağşladığı ev vardır və o, həmin evi öz adına sənədləşdirərkən torpağı da öz adına sənədləşdirəcəkmiş. Cavabdeh atasının ona bağışladığı Ç tikilisini də öz həyətinin sərhədlərinə daxil etməklə zəbt etmişdir. Cavabdehin götürülməsini iddia etdiyi darvazanı o deyil, atası uzun illər bundan əvvəl hasar tikərək darvaza qoymuşdur. Həmin hasar və darvaza atasının adına tərtib olunmuş texniki pasportda onun mülkiyyəti kimi qeydə alınmış və onradan bu şəkildə ona bağışlanmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işə qeyri obyektiv münasibət göstərmişdir. İddiaçı münasibətdə Bələdiyyənin yol kimi nəzərdə tutmadığı torpaq sahəsinə ona yol açılması barədə iddiasını təmin edir, İddiaçı zəbtində qalan və onun mülkiyyətində olan həyətin texniki pasportunda qeyd olunan zəbti İddiaçı istifadəsində saxlayır. Halbuki, onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı “gözləntiyə” malikdir. Məhkəmə iclasında iştirak etmiş Vəndam Bələdiyyəsinin sədri isə həmin zəbt kimi qeyd olunan hissənin uzun illər Süleyman Lətifovun istifadəsində olması və həmin yerin yol kimi nəzərdə tutulmadığını göstərmişdir. Həmçinin göstərmişdir ki, İddiaçı torpaq sahəsi satılarkən ona yol kimi küçə sakinlərinin istifadə qaydası kimi istifadə etməli olduğu izahı verilmiş, hər kəsin darvazasının Cavabdeh darvazası olan qaydada qoyulduğunu, onun yoluna torpaq sahəsi İddiaçı satıldıqdan sonra qaz xətti çəkildiyini, xətt çəkilərkən orada yaşayış olsa idi onlar üçün darvaza nəzərdə tutula biləcəyini, xəttin dəyişdirilməsi üçün Qaz İdarəsinə müraciət etməli olduqlarını bildirmişdir. Məhkəmə isə qanunsuz qətnaməsini əsaslandırmaq üçün Vəndam Bələdiyyəsinin sədrinin izahatını dəyişdirməklə buna nail olmağa çalışmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Belə ki, həmin mübahisəli ərazi bələdiyyənin mülkiyyətindədir. Hesab edir ki, mübahisəli ərazi bələdiyyə mülkiyyətində olduğundan iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan əlavə iddiaçının torpaq sahəsindən ümumi yola çıxış mümkündür. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpq sahəsinin cavabdehə aidiyyəti olmadığı halda, sonuncu həmin torpaq sahəsini qanunsuz zəbt etmişdir. Kənd bələdiyyəsinin sədri də həmin torpağın iddiaçı tərəfindən istifadə olunmasına etiraz etmir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Qəbələ rayon Bələdiyyəsinin sədri X9 izahat verərək bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi nə iddiaçıya, nə də ki cavabdehə məxsusdur. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Çox istərdi ki, tərəflər qarşılıqlı razılıq əsasında məsələni həll etsinlər. Lakin qarşılıqlı razılıq yoxdursa, onda bələdiyyənin də mülkiyyət hüququnun qorunmasını xahiş edir. Əlavə olaraq bildirir ki, iddiaçının özünə məxsus olan torpaq sahəsindən ümum istifadədə olan yola giriş-çıxışı mümkündür, hasarın qabağındakı qaz xətti də sonradan çəkilmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(025)- 53/2021 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.08.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İddiaçı adına tam mülkiyyət hüququ üzrə Qəbələ rayonu, Vəndam kəndində 0,04 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 12.08.2014-cü il tarixdə İddiaçı həmin torpaq sahəsinə dair AA 005191 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.05.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Vəndam kəndində 0,10 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 1 mərtəbəli, ümumi sahəsi 99,2 m2 , yaşayış sahəsi 46,2 m2 , yardımçı sahəsi 53 m2 olan fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01.05.2014-cü il tarixdə Cavabdeh 406-46/2552 invertar nömrəli «Fərdi yaşayış evi»nin texniki pasportu tərtib edilmişdir.Texniki parsportun torpaq sahəsinin 1:1000 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,10 ha təşkil edir və həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olur ki, «LiterA» açıq eyvanlar, dəhliz, anbar və sahəsi 16,4, 16,8 və 13 kv.m. olan yaşayış otaqlarından ibarətdir. Həmçinin Xüsusi qeyd olaraq göstərilmişdir ki, Liter Ç icazəsiz olaraq zəbt sahədə inşa edilmişdir. 03 noyabr 2012-ci il tarixli “Bağışlama müqaviləsi”nin surətindən görünür ki, X6 Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Qəbələ Ərazi İdarəsinin 02.11.2012-ci il tarixli, 3214 saylı arayışına və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı, reyestr №-si **********8-10301, qeydiyyat №-si **********, qeydiyyat tarixi 04.10.2012 olan çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsini, 1930-cu ildə tikilmiş ümumi sahəsi 99.2 kv.m, yaşayış sahəsi 46.2 kv.m, yardımçı sahə 53 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evini və bütün tikililəri oğlu Cavabdeh bağışlamışdır. "xxxx" MMC-nin 29.01.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsinə görə İddiaçı boşaldılmasını tələb etdiyi torpaq sahəsi ümumi yol kimi nəzərdə tutulmamışdır. Həmin iddia predmeti olan ərazi Cavabdeh xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə verilən RX seriyalı ******* nömrəli çıxarış və onun 01.05.2014-cü il tarixli 406-46/2552 inventar nömrəli Texniki Pasportun planında zəbt olunmuş sahə kimi göstərilmişdir. Cavabdeh mülkiyyətində olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin həyətyanı sahəsində texniki pasportda qeyd olunan tikililərdən başqa tikililər mövcud deyil. Həmin texniki pasprotda icazəsiz tikili kimi qeyd olunan “Ç” tikilisi hazırda İddiaçı xüsusi mülkiyyətinə verilən 0,04 ha torpaq sahəsinin daxilindədir. Cavabdeh həmin tikilidən istifadəsinin mümkün olub-olmamasının müəyyən edilməsi hüquqi məsələ olduğundan ekspertin səlahiyyətlərindən kənaradır. Qəbələ rayon Vəndam Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi satılarkən tərtib olunmuş torpaq sahəsinin yerquluşu planının koordinatları hazırda DƏDRX-nin Qəbələ rayon şöbəsi tərəfindən onun adına verilmiş torpaq sahəsinin planında qeyd olunmuş koordinatlarla üst-üstə qismən düşür. Belə ki, qeyd olunan ərazinin cənub tərəfi, yəni yol tərəf hüdudu düz xətt şəklində olduğu halda bələdiyyə sxemində əyri şəkildə göstərilmişdir. Amma coğrafi cəhətdən istiqamət olaraq düz göstərilməmişdir. İddiaçı istifadəsində olan faktiki torpaq sahəsi 528 m2 təşkil edir. İddiaçı çıxarışla ona verilən 0,04 ha torpaq sahəsindən əlavə 128m2 təşkil edən sahə ərazinin şimal-şərq hissəsini əhatə edir. Əlavə istifadə olunan 128 m2 torpaq sahəsinin 42 m2 hissəsi Cavabdeh məxsus texniki pasportda qeyd olunan 0,10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən belə əsaslandırmışdır ki, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.08.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la İddiaçı Qəbələ rayonu, Vəndam kəndində 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin o, həmin torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Kollegiya şikayətin dəlilləri ilə bağlı mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq hüquq normalarının təhlilini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul edərkən qeyd edilənləri, xüsusən də ilk iddiaçının mübahisəlndirdiyi torpaq sahəsinə hər hansı hüququnun olun-olmamasına xüsusi əhəmiyyət verməmişdir. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin faktiki halından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ bələdiyyəyə məxsusdur. Bu işin mübahisə olunmayan halıdır. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. Kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyasının iclasında həm tərəflərin izahatından, həm də iş materiallarından müəyyən edilir ki, iddiaçının özünə məxsus olan torpaq sahəsindən ümumistifadədə olan yola giriş-çıxışı mümkündür, bunu istisna edən hal yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(025)-53/2021 nömrəli qətnaməsi qismən, ilk iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş аpelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(025)-53/2021 nömrəli qətnaməsi qismən- yəni ilk iddianın təmin olunmuş “Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən reyestr nömrəsi – **********06; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 12.08.2014 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan və zəbt etdiyi bələdiyyəyə məxsus torpaq sahəsi boşaldılmaqla və həmin əraziyə qoyulmuş darvaza sökülməklə yol verilməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1375/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1375/2021
27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver