Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1376/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakların evdən çıxarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qızının iştirakı ilə İddiaçı cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qızına qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(016)-620/2022 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 3, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ünvan 2 ünvanında yerləşən evində olan cehiz əmlaklarının evdən çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X2 cavabdeh X3 ilə el adəti ilə evlənib ailə qurmuşdur. Cavabdehlə oğlu arasında nikah Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin cavabdehin əmlakları ünvan 3 ünvanda yerləşən evində yerləşir. Cavabdehin evində olan əşyaları 1 ədəd stenka (qarderob), 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd balaca televizor (supermax), 1 ədəd yazı stolu, 1 ədəd krosnu, aparat, 1 ədəd stol, 2 ədəd müxtəlif ölçülü xalça, 1 ədəd palma, 2 ədəd müxtəlif ölçülü gəbə, 1 ədəd paltar asmaq üçün şkaf, 1 ədəd taxt, 2 ədəd tumbuçka, 1 ədəd termo, 1 ədəd uşaq çarpayısı, 1 ədəd termonun balaca stulu, 6 ədəd döşək, yorğan və yastıq, 1 ədəd elektrikli samovar, 2 ədəd qəhvədan, 1 ədəd qazan, 1 ədəd tava, 1 ədəd çuğun stəkan, 1 ədəd çuğun tas, 2 ədəd çuğun vedrə, 1 ədəd kauçuk uşaq vannası, 6 ədəd çəngəl, qaşıq, bıçaq, 1 ədəd qırmızı boşqab dəsti, 6 ədəd kasa, maskura, stəkan, nəlbəki, 6 ədəd aş boşqabı, 3 ədəd - 1 böyük, 2 kiçik stenka qabları, vaza, 1 böyük, 1 balaca xurustal güldan, 6 ədəd fincan, nəlbəki, 1 ədəd suvenir at heykəli, 1 ədəd suvenir qız heykəli, 1 ədəd suvenir gül qabı, 1 ədəd üç mərtəbə qab, 1 ədəd sadə çilçıraq, 6 ədəd balaca bakal və şüşə qablar, 1 ədəd pakrıval, 2 ədəd sadə pərdədən ibarətdir. Sadalanan əmlakların yaşayış evindən çıxarılmasını tələb edir.
4. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 13 iyul 2022-ci il tarixli, 2(016)- 620/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək X1 məxsus cehiz əşyaları - 1 ədəd stenka (qarderob), 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd balaca televizor (supermax), 1 ədəd yazı stolu, 1 ədəd krosnu, aparat, 1 ədəd stol, 2 ədəd müxtəlif ölçülü xalça, 1 ədəd palma, 2 ədəd müxtəlif ölçülü gəbə, 1 ədəd paltar asmaq üçün şkaf, 1 ədəd taxt, 2 ədəd tumbuçka, 1 ədəd termo, 1 ədəd uşaq çarpayısı, 1 ədəd termonun balaca stulu, 6 ədəd döşək, yorğan və yastıq, 1 ədəd elektrikli samovar, 2 ədəd qəhvədan, 1 ədəd qazan, 1 ədəd tava, 1 ədəd çuğun stəkan, 1 ədəd çuğun tas, 2 ədəd çuğun vedrə, 1 ədəd kauçuk uşaq vannası, 6 ədəd çəngəl, qaşıq, bıçaq, 1 ədəd qırmızı boşqab dəsti, 6 ədəd kasa, maskura, stəkan, nəlbəki, 6 ədəd aş boşqabı, 3 ədəd - 1 böyük, 2 kiçik stenka qabları, vaza, 1 böyük, 1 balaca xurustal güldan, 6 ədəd fincan, nəlbəki, 1 ədəd suvenir at heykəli, 1 ədəd suvenir qız heykəli, 1 ədəd suvenir gül qabı, 1 ədəd üç mərtəbə qab, 1 ədəd sadə çilçıraq, 6 ədəd balaca bakal və şüşə qablar, 1 ədəd pakrıval, 2 ədəd sadə pərdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 3, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Göründüyü kimi, qeyd edilən ev İddiaçı mülkiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı göstərilən yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin cehiz əmlakalarını qeyd edilən evdən könüllü olaraq çıxarmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mənzildən cavabdehlərin cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır.
7. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh Vahidə Atakişiyevanın bu evdə əşyalarının olması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı iş” üzrə qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan cavabdeh X3 apellyasiya şikayəti vermişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, X2 ilə 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşlar. Nikaha daxil olduğu vaxtdan da həmin evdə yaşamışdır. Hər iki övladı da həmin evdə qeydiyyatdadılar. Bundan başqa bildirmək istəyir ki, o, həmin evdə 2 övladı ilə birlikdə yaşayır. Onlardan başqa həmin evdə heç kim yaşamır və o ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Onun və övladlarının yaşamağa başqa yeri yoxdur. Onun övladlarının və onun həmin evdən istifadə hüququ olduğu halda, ona məxsus cehiz əmlaklarının həmin evdən çıxarılmasına etiraz edir.
11. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(016)- 620/2022 saylı əmlakların evdən çıxarılması barədə qətnaməsinin ləğv olunması, şikayətinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qızı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçının oğlu ilə 2006-cə il tarixdə ailə quraraq mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxt mənzil qayınatasının adına idi, lakin qayınatası öləndən sonra qayınanasının (iddiaçının) adına keçmişdir. O, bir müddət mübahisəli evdə yaşasa da, sonradan işi ilə əlaqədar Qobu qəsəbəsinə köçmüş, orada kirayədə yaşamışdır. Lakin Qobu qəsəbəsində yaşadığı vaxtlarda da həmin evə gedib-gəlmişdir. Hazırda ona məxsus olan məişət əşyaları həmin iddiaçıya məxsus olan mənzildə yerləşir. Cavabdeh sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onun keçmiş gəlinidir. Mübahisəli mənzil əvvəllər ərinin adına olsa da, sonradan əri öləndən sonra onun adına keçmişdir. Cavabdeh uzun müddət Qobu qəsəbəsində işləmiş, orada da yaşamışdır. Cavabdehə məxsus olan əşyaların ona məxsus olan evdə qalmaqda davam etməsi onun mülkiyyət hüququnu pozur. Belə ki, o hazırda həmin mənzili satmaq istəyir, lakin cavabdehə məxsus olan əşyalar orada olduğundan sata bilmir. Bununla belə mənzil satıldıqdan sonra cavabdehə müəyyən qədər məbləğ ödəyəcəyini də təklif edir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir.
16. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci madəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(016)-620/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(016)-620/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iddiaçının xüsusi mülkiyyətində olan və cavabdehə məxsus 39 adda məişət əşyasının çıxarılması barədədəir.
23. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından müəyyən edilir ki, mübahisəsi gedən ünvan 2, mənzil 3, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüuqu ilə İddiaçı məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, 2019cu il tarixdə iddiaçının oğlundan boşanmaqla, uzun müddət başqa ünvanda yaşamışdır. Hazırda sözügedən mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına baxmayaraq cavabdeh özünə məxsus olan məişət əşyalarını həmin mənzildən çıxarmaqdan imtina edir. İddiaçı hesab edir ki, cavabdeh yaşayış evinin mülkiyyətçisi kimi onun ailə üzvü sayılmadığından sonuncuya məxsus olan əşyalar mənzildən çıxarılmalıdır.
24. Cavabdeh tərəf isə iddia etiraz edərək bildirir ki, o mübahisəsi gedən mənzilə gəlin köçmüş, hazırda onun və uşaqlarının həmin mənzildə yaşamaq (istifadə hüququ) mövcuddur. Onun digər yerdə yaşamağa imkanı olmadığından oradan çıxmaq fikri yoxdur.
25. Göründüyü kimi cavabdeh tərəf iddiaya etirazını, həmçinin apellyasiya şikayətini mübahisəli yaşayış sahəsinin iddiaçının adına olub-olmamasından asılı olmayaraq, həmin mənzildən onun və övladlarının istifadə hüququnun olması əlaqələndirir.
26. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ilə sübut olunur ki, mübahisələndirilən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə sənədləşdirilsə də, əslində həmin tikili cavabdehin gəlin köçməzindən xeyli əvvələ, yəni 1982-ci illərə təsadüf edir (i/m səh. 9-14).
27. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.
28. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
29. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.
30. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi dəlillərdən biri də, qeyd olunan yaşayış evindən ona məxsus əşyaların çıxarılması zamanı hüquqlarının pozulmasıdır.
31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.
32. Kollegiya cavabdehin uşaqlarının həmin mənzildə qeydiyyatda olmasına (halbuki belə bir sənədə işdə mövcud deyil) münasibət bildirərək qeyd edir ki, onların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
33. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
34. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
35. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
36. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Atakişiyeva (Azadova) Vahidə Vahid qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(016)-620/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov