Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1377/2022 03.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə İddiaçı Topçuyev Əli Ənvəroviçin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “zəbt edilmiş torpaq sahələrindən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə üzrə cavabdeh X4 tərəfindən Ağsu Rayon Məhkəməsinin hakimi Babək Qasımova edilmiş etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Topçuyev Əli Ənvəroviç cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “zəbt edilmiş torpaq sahələrindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Ağsu rayonu Xanbulaq ərazi dairəsi Gürcüvan kəndində yerləşən kənd təsərrüfat təyinatlı **********81 reyestr nömrəli 2,17 ha, **********9 reyestr nömrəli 17,53 ha, ********** reyestr nömrəli 6,45 ha, **********83 reyestr nömrəli 2,73 ha, **********85 reyestr nömrəli 6 ha, **********84 reyestr nömrəli 1,12 ha torpaq sahələri və Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə 99 illik icarə müqaviləsi üzrə JN-8265 KOD 40907018 olan 39 ha, JN-8963 KOD 40907018 olan 38,30 ha, JN-8964 KOD 40907018 olan 47,70 ha və JN-8262 KOD 40907018 olan 12,50 ha təsərrüfat təyinatlı torpaq sahələrinin qanunsuz olaraq zəbt etmiş bir ailə Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və digərləri tərəfindən boşaldılıb çıxardılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərdən X4 teleqramla məhkəməyə müraciət edərək Ağsu Rayon Məhkəməsinin hakimi Babək Qasımova tam tərkibdə etiraz edərək etirazının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə prosesi zamanı da hakimə etiraz etməsi barədə teleqramla müraciət etmiş, lakin hakim işdə marağının olması səbəbindən işi icraatında saxlamışdır. Bu səbəbdən hazırda məhkəməyə tam tərkibdə etiraz edir və etirazının qəbul edilməsini xahiş edir. Ağsu Rayon Məhkəməsi tərəfindən cavabdeh X1 Ağsu Rayon Məhkəməsinin hakimi Babək Qasımova verdiyi etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir, 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa 21.-ci maddəyə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. -22.5-ci mаddəsinə əsаsən, əgər etirаz birinci instаnsiyа məhkəməsində işə bаxаn məhkəmə sədrinə, yаxud təktərkibli məhkəmənin hаkiminə edilmişsə, bu hаldа etirаz bаxılmаq üçün аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. -23.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin bütün hakimlərinə ayrıayrılıqda və yа təktərkibli məhkəmənin hаkiminə edilmiş etirаz və yа özü-özünə etirаz təmin edilmişsə, bu hаldа iş аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən bаşqа birinci instаnsiyа məhkəməsinə verilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. 2.4. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə hüququna mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsində tərkibi müəyyən olunmuş işdə iştirak edən şəxslər, cinayət məhkəmə icraatında Azərbaycan Respublikası CPM-nin 7.0.18-ci maddəsinə əsasən cinayət prosesinin istənilən iştirakçısı habelə Azərbaycan Respublikası İPM-in 27-ci maddəsində dairəsi müəyyən edilmiş inzibati məhkəmə icraatının iştirakçıları malikdir. Məhkəmə aktları hüquqlarına və mənafelərinə toxunmayan digər şəxslərin hakimə (məhkəmə tərkibinə) etiraz etməsinin hüquqi əsası yoxdur. 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 5.4. Etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPMnin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər. 5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. Hakimin qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas dedikdə, hakimin iş üzrə bu və ya başqa tərəflə, yaxud onların qohumları ilə dostluq münasibətində və ya əksinə, qərəzli mövqedə olması və başqa hallar nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, Ağsu Rayon Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Cavabdeh X4 tərəfindən verilmiş etiraz təmin edilməsin və mülki iş baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1377/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1377/2022
03.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver