Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1389/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Səmail oğluna qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair ilk, Cavabdeh2 Səmail oğlunun cavabdehlərə qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia- əmlakın evdən çıxarılması, qarşılıqlı iddia, istifadə hüququ, evə köçürülmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1 Səmail oğlunun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 saylı qətnaməsindən ilk iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Səmail oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən, oğlu İddiaçı1 payına düşən və şəxsi mülkiyyətində olan evin bir otağına yığılmış cavabdehlər oğlu Cavabdeh2 Səmail oğlu və gəlini Cavabdeh1 məxsus əmlakın çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 Səmail oğlu, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən yaşayış evindən onun və azyaşlı uşaqları-25 avqust 2008-ci il təvəllüdlü X6 və 05 oktyabr 2011-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması, onların həmin evə köçürülmələri və evdən istifadə etmələrinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 Səmail oğlu iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh2 Səmail oğlu onun qardaşı, Cavabdeh1 isə gəlinləridir. Onlar ailədə 6 qardaş və 2 bacı olmaqla, 8 uşaq olmuşlar. Bütün övladlar həmin evdə böyüyüb boya-başa çatmışlar. Bacıları ərə getmişlər. O, Azər, həmçinin cavabdeh olan Tofiq həmin evdə ailə qurmuşlar və həmin evdə ailəliklə yaşamışlar. Digər qardaşları Ələmşah, Sahib və Salam Rusiyada yaşayırlar, lakin, müəyyən müddətdən bir gedib-gəlirlər. Cavabdeh2 Səmail oğlu ilə Cavabdeh1 ailə qurmuşlar və onların iki uşaqları vardır. 19 avqust 1969-cu il tarixdə verilmiş qeydəalma vəsiqəsinə əsasən ki, ünvan 1 ünvandakı fərdi yaşayış evi atası İddiaçı2 mülkiyyəti kimi qeydiyyata alınmışdir. Qardaşı olan iş üzrə Cavabdeh2 Səmail oğlu və gəlini Cavabdeh1 Şəki rayon 1 saylı Notariat Kontoru tərəfindən təstiq edilmiş ərizələrində ata yurdu olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına, satılmasına, ipotekaya qoyulmasına və özgəninkiləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər. Bundan sonra ataları İddiaçı2 mülkiyyətində olan həmin fərdi yaşayış evinin 1/2 hissəsini ona və 1/2 hissəsini isə qardaşı İddiaçı3n bağışlamışdır. Cavabdeh2 Səmail oğlu ilə Cavabdeh1 2019-cu ilədək onun şəxsi mülkiyyətində olan C.Hüseyinov küçəsi ev 45 ünvanda yaşasalar da, həmin vaxtdan orada yaşamırlar. Həmin ev iki otaqdan ibarətdir. Evin bir otağı onun, digər otağı isə Azərin mülkiyyətindədir. Evi aralarında bu şəkildə atası bölmüşdür. Halhazırda cavabdehlərin əmlakı paylı mülkiyyətdə olan və onun payına düşən otaqda qalmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsində mövcud olan hamam və sanezel qovşağı söküldükdən sonra Cavabdeh2 Səmail oğlu narazılıq etməyə başlamışdır. Cavabdeh2 Səmail oğlu hər dəfə ora gəldikdə əsassız olaraq mübahisələr yaradır. Dəfələrlə cavabdehlərdən əmlaklarının çıxarılmasını tələb etsələr də, cavabdehlər əmlaklarını çıxarmamışlar. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, ilk iddiaları əsaslıdır. Həmçinin, cavabdehin qarşılıqlı iddiasını qəbul etmir. Odur ki, göstərilənləri nəzərə alaraq ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 Səmail oğlu qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 3də 11 noyabr 1966-cı il tarixdə anadan olmuş, həmin evdə böyüyüb, boya-başa çatmış və həmin ünvanda pasport qeydiyyatındadır. Onlar ailədə 6 qardaş və 2 bacı olmaqla 8 uşaq olmuşlar. O, 08 fevral 2005-ci il tarixdə Cavabdeh1 ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş, həmin evdə yaşadqları müddətdə birgə nikahlarından 25.08.2008-ci il təvəllüdlü X6 və 05.10.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Uşaqlar həmin ünvanda yerləşən evdə anadan olmuşlar. ünvan 3 əvvəl atası İddiaçı2 mülkiyyətində olmuş, sonradan atası 21 may 2014-cü il tarixdə həmin evin 1/2 hissəsini qardaşı İddiaçı3, 1/2 hissəsini isə digər qardaşı İddiaçı1 Səmail oğluna bağışlamışdır. Bundan sonra Rasimin və Azərin adına çıxarış verilmişdir. Hazırda həmin ev Azərin və Rasimin paylı mülkiyyətindədir. O, vaxtaşırı Rusiya Federasiyasına işləməyə gedib-gəlir. Axırıncı dəfə Rusiya Federasiyasında olarkən cavabdehlər 12 iyul 2019-cu il tarixdə həyat yoldaşını və iki azyaşlı uşağını yaşadıqları həmin evdən iradələrinə ziddinə çıxarmışlar. Rusiya Federasiyasından gəldikdən sonra cavabdehlər onu da doğulub, boya-başa çatdığı və daimi yaşayış yeri olan ünvan 3ə buraxmamışlar. Hazırda o, həmin evə gedib-gələ, ümumiyyətlə yaşaya bilmir. Eyni zamanda ona və uşaqlarına məxsus əşyaları da həmin evdədir. Cavabdehlər onun həmin evdən istidadələrinə maneəçiliklər törədirlər. O, narorial qaydada yazdığı ərizəsində həmin evdən imtina etməmişdir. Əslində, həmin ərizəni sosial müavinət almaq məqsədi ilə imzalamışdır. Əvvəlcə atası həmin evdən öz payına düşən hissəni qardaşı Azərin üstünə keçirmək istədiyini bildirirdi. Həmçinin, atası qalan hissəni də onunla Rasimə verəcəyini bildirirdi. Lakin, bir müddət sonra Rasim evin darısqal olmasını əsas gətirərək narazılıq etmişdir. Həmin ev atası tərəfindən 2014-cü ildə bağışlanılmışdır. O, həmin vaxt Rusiya Federasiyasında olmuşdur. Hətta, 2015-ci ildə atası Rasimdən ona narazılıq etmiş və ona həyətindən torpaq sahəsi bağışlayacağını bildirmişdir. Lakin, bununla bağlı sənədlərin hazırlanması mümkün olmadığından torpaq sahəsinin bağışlanması mümkün olmamışdır. Daha sonra Rasim ona kənardan torpaq sahəsi almasını təklif etmişdir. O, 2018-ci ildə işləmək məqsədi ilə Mahaçqalaya getmişdir. Sonradan qardaşı oğlu onu işləmək üçün Sverdlovski şəhərinə çağırmışdır. Sverdlovskidə olanda həyətdəki hamamın söküldüyünü eşitmişdir. Hamam sökülərkən atası narazılıq etmişdir. Lakin, buna baxmayaraq Rasim həyətdəki sanuzel qovşağını da sökmüşdür. Bir müddət sonra oğlu ona zəng edərək əmisinin onları evdən çıxardığını bildirmişdir. O, 2019-cu ilin payızında Rusiyadan geri qayıtmışdır. Lakin, uşaqları həmin evdə olmadığından atasından uşaqlarının harada olduğunu soruşmuşdur. Artıq həmin vaxt uşaqlarının qaynanasıgildə olduğunu bilmişdir. Həmin vaxtdan o, özüdə uşaqlarının yanında yaşayır. Göründüyü kimi iddiaçılar onun və uşaqlarının doğulub, boya başa çatdığı evdən istifadə etmələrinə imkan vermirlər. Buna görə də hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki göstərilənləri nəzərə alaraq ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, lik iddia tələbi Şəki Apellyаsiyа Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə tələb aydın olmadığından baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Səmail oğluna qarşı Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən, oğlu İddiaçı1 payına düşən və şəxsi mülkiyyətində olan evin bir otağına yığılmış cavabdehlər oğlu Cavabdeh2 Səmail oğlu və gəlini Cavabdeh1 məxsus əmlakın çıxarılması tələbinə dair ilk iddialarının təmin edilməməsi qət edilmiş, ilk iddia ərizəsi ilə bağlı ödədikləri 10 manat dövlət rüsumunun iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlunun özlərinə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən yaşayış evindən Cavabdeh2 Səmail oğlunun və azyaşlı uşaqları-25 avqust 2008-ci il təvəllüdlü X6 və 05 oktyabr 2011-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması, onların həmin evə köçürülməsi və evdən istifadə etmələrinə İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlu tərəfindən edilən maneələrə qadağanın qoyulması, qarşılıqlı iddia ərizəsi ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 Səmail oğlunun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 əri Cavabdeh2 Səmail oğlu ilə 08 fevral 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və o, ünvan 3ə gəlin köçmüşdür. Birgə nikahlarından 25.08.2008-ci il təvəllüdlü X6 və 05.10.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Uşaqları həmin ünvanda yerləşən evdə anadan olmuşlar. ünvan 3 əvvəl qaynatası İddiaçı2 mülkiyyətində olmuş, sonradan qaynatası 21 may 2014-cü il tarixdə həmin evin 1/2 hissəsini qaynı İddiaçı3, 1/2 hissəsini isə digər qaynı İddiaçı1 Səmail oğluna bağışlamışdır. Bundan sonra Rasimin və Azərin adlarına hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən 14 avqust 2015-ci il tarixli **********66-10301 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda həmin ev Azərin və Rasimin paylı mülkiyyətindədir. Göründüyü kimi qaynatası İddiaçı2 hazırda ünvan 3in mülkiyyətçisi deyil və bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün onun subyektiv hüququ yoxdur. Bundan başqa Şəki şəhəri, C.Hüseynov 45 ünvanında yerləşən ev qayınları İddiaçı1 Səmail oğlunun və İddiaçı3 hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətlərindədir. Lakin onların payları naturada bölünməmiş və Şəki şəhəri, C.Hüseynov 45 ünvanında yerləşən evin İddiaçı1 Səmail oğluna düşən 1/2 payının mübahisə predmeti olan əmlakın hansı hissəsində yerləşməsi sənəd üzrə, yəni bölgü sxemi ilə müəyyən edilməmişdir. Bu səbəbdən də ona məxsus əmlakın yerləşdiyi evin hissəsinin kimə məxsus olmasının müəyyənləşdirilməsi qeyri-mümkündür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evinin mülkiyyətçisi 19 avqust 1969- cu il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən İddiaçı2 olmuşdur. Lakin, 21 may 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 23 aprel 2014-cü il tarixli, 693 nömrəli arayışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evinin 1/2 hissəsini İddiaçı3, 1/2 hissəsini isə İddiaçı1 Səmail oğluna bağışlamış, hazırda da həmin evin mülkiyyəçiləri İddiaçı3 və İddiaçı1 Səmail oğludur. Evin əvvəlki mülkiyyətçisi İddiaçı2 Cavabdeh2 Səmail oğlunun atası, hazırki mülkiyyətçiləri olan İddiaçı3 və İddiaçı1 Səmail oğlu isə Cavabdeh2 Səmail oğlunun qardaşlarıdır. Cavabdeh2 Səmail oğlu 11 noyabr 1966-cı il tarixdə ünvan 3də anadan olmuş, həmin evdə böyüyüb, boya-başa çatmış və həmin ünvanda pasport qeydiyyatındadır. Bununla bağlı evin əvvəlki mülkiyyətçisi və onun digər ailə üzvləri başqa qeyd-şərt göstərməmiş, onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Cavabdeh2 Səmail oğlu ilə Salamova (Cəlilova) Sevinc Məhəmməd qızı 08 fevral 2005-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində nikah bağlamaqla ailə qurmuşlar və onların birgə nikahlarından 25 avqust 2008-ci il tarixdə Ruslan və 05 oktyabr 2011-ci il tarixdə Murad adlı uşaqları anadan olmuşdur. Yəni, Salamova (Cəlilova) X1 Tofiq Səmail oğlunun ailə üzvü (arvadı), 25 avqust 2008-ci il təvəllüdlü X6 və 05 oktyabr 2011-ci il təvəllüdlü X7 isə azyaşlı olmaqla Cavabdeh2 Səmail oğlunun uşaqlarıdır və onun himayəsindədirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Buna görə də hazırki münasibətlərə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Məhkəmə hesab etmişdir ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçılar İddiaçı3 və İddiaçı1 Səmail oğlunun paylı mülkiyyətlərində olan evdə Cavabdeh2 Səmail oğlunun yaşamaq və oradan istifadə etmək hüququ vardır. Buna görə də cavabdeh Salamov X8 şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən yaşayış evindən onun və azyaşlı uşaqları-25 avqust 2008- ci il təvəllüdlü X6 və 05 oktyabr 2011-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınmasını, onların həmin evə köçürülmələrini və evdən istifadə etmələrinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulmasını tələb etməkdə haqlıdır. İddiaçılar hazırki iddialarının əsası kimi Cavabdeh2 Səmail oğlu və Cavabdeh1 yazdıqları Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ərizələrinə istinad etsələr də, onlar həmin ərizələrində İddiaçı2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanılmasına, satılmasına, ipotekaya qoyulmasına və özgəninkiləşdirilməsi razılıq vermişlər, lakin, həmin evdən olan hüquqlarına xitam verilməsi barədə hər hansı bir fikir ifadə etməmişlər. Buna görə də iddiaçıların həmin ərizələrə istinad etmələri əsaslı hesab edilə bilməz. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlunun ilk iddialarına gəlincə isə İddiaçı2 hazırda mübahisə predmeti olan Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından onun digər şəxslərə məxsus əmlakın həmin evdən çıxarılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. İddiaçılar İddiaçı3 və İddiaçı1 Səmail oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Səmail oğluna qarşı olan ilk iddialarında Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən, oğlu İddiaçı1 payına düşən və şəxsi mülkiyyətində olan evin bir otağına yığılmış cavabdehlər Cavabdeh2 Səmail oğlu və Cavabdeh1 məxsus əmlakın çıxarılmasını tələb etsələr də, onların tələblərinin dəqiq olmadığını, çıxarılması tələb edilən həmin əşyaların konkret olaraq hansı əşyalar olmasının göstərilmədiyini, Cavabdeh1 Məmməd qızına məxsus nə kimi əşyaların hazırda həmin evdə olmasının müəyyən edilmədiyini, o cümlədən Cavabdeh2 Səmail oğlunun həmin evdən istifadə hüququ olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı3 və İddiaçı1 Səmail oğlu da Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən, İddiaçı1 payına düşən və şəxsi mülkiyyətində olan evin bir otağına yığılmış cavabdehlər oğlu Cavabdeh2 Səmail oğlu və gəlini Cavabdeh1 məxsus əmlakın çıxarılmasını tələb etməkdə haqlı deyildirlər. İddiaçılar isə tələblərində Cavabdeh2 Səmail oğlunun mübahisə predmeti olan evdən əmlaklarının çıxarılmasını tələb etməklə onun evdən istifadə hüquqlarına xitam verilməsinə yönələn tələb irəli sürsələr də, Cavabdeh2 Səmail oğlu ilə həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında hər hansı bir razılaşmanı təqdim etmədikləri kimi, bu hüquqa məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilməsi üçün hər hansı bir kompensasiya məbləğini təklif etməmişlərr. Göstərilən əsaslarla məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsaslı deyildir. Eyni zamanda iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Səmail oğluna qarşı Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən, oğlu İddiaçı1 payına düşən və şəxsi mülkiyyətində olan evin bir otağına yığılmış cavabdehlər oğlu Cavabdeh2 Səmail oğlu və gəlini Cavabdeh1 məxsus əmlakın çıxarılması tələbinə dair ilk iddiaları təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, Şəki şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən yaşayış evindən Cavabdeh2 Səmail oğlunun və azyaşlı uşaqları-25 avqust 2008-ci il təvəllüdlü X6 və 05 oktyabr 2011-ci il təvəllüdlü X2 istifadə hüquqları tanınmalı, onlar həmin evə köçürülməli və evdən istifadə etmələrinə İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlu tərəfindən edilən maneələrə qadağa qoyulmalıdır. İlk iddia təmin edilmədiyindən ilk idia ərizəsi ilə bağlı ödədikləri 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Səmail oğlunun özlərinə aid edilməlidir. Tələb etmədiyindən qarşılıqlı iddia ərizəsi ilə bağlı ödədiyi 10 manat dövlət rüsumu Cavabdeh2 Səmail oğlunun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1-ci, 152.3-cü, 152.5-ci, 157.1-ci, 157.2-ci, 157.4-cü, 228.1-ci, 228.2-ci, 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsi, Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onların paylı mülkiyyətində olan ev atası İddiaçı2 Sirin oğlu tərəfindən inşa edilmiş və 19 avqust 1969-cu il tarixli qeydiyyat vəsiqəsində ünvan 6 ünvanda yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evi atası İddiaçı2 adına qeydə alınmışdır. İddiaçı2 Sirin oğlu, İddiaçı3 və İddiaçı1 Səmail oğlu arasında Şəki rayon l saylı Dövlət Notariat Kontorunda bağlanmış 21 may 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 23 aprel 2014-cü il tarixli, 693 nömrəli arayışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evinin 2/1 hissəsini İddiaçı3, 2/1 hissəsini isə İddiaçı1 Səmail oğluna bağışlamışdır. Hazırda ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 2/1 hissəsi İddiaçı3, 2/1 hissəsi isə İddiaçı1 Səmail oğlunun paylı mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 avqust 2015-ci il tarixdə Rx seriyalı,0714911 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 Səmail oğlu və Cavabdeh1 yazdıqları və Səki rayon 1 savlı X3 ərizəsində göstərmişdirlər ki, o, atası İddiaçı2 Sirin oğluna məxsus Səki səhəri, C. Hüseynov küçəsi ev 45 ünvanda yerləşən evinin bağışlanmasına, satılmasına, ipotekaya qoyulmasına və özgəninkiləşdirilməsinə razılıq vermişdir. Qarşılıqlı iddia üzrə o və digər cavabdehlər paylı mülkiyyətlərində olan fərdi yasayış evindən ilkin iddia üzrə cavabdehlərə məxsus əmlakın çıxarılma tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etməkdə hər hansı bir qanun pozuntusuna yol verməmişlər. Əksinə həmin fərdi yaşayış evi paylı mülkiyyət olmaqla onlara məxsusdur. Qardaşı və onun həyat yoldaşı Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təstiq edilmiş ərizələrindən də göründüyü kimi ünvan 8 ünvanında yerləşən fərdi qaşayış evinin bağışlanmasına, satılmasına, ipotekaya qovulmasına və özgəninkiləşdirilməsinə razılıq vermişlər. Qarşılıqlı idiaçıların iddiası əsassızdır və heç bir hüquq normasına uyğun deyildir. Onların belə bir tələblə iddia qaldırmaq hüququ yoxdur. Bundan başqa ilkin iddia üzrə cavabdehlər Səki Rayon Məhkəməsində ƏMDK vanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Səki 2 saylı Notariat Kontoruna qarsı başlanmış müqavilənin etibarsız hesab edilməsi çıxarışın ləğv edilməsi tələbinə dair iddialarına hakim Elçin Mehdiyevin sədirliyi ilə baxılmış və 21,11,2019-cu il tarixli 2(0751-1886/2019 nömrəli qətnamə əsasında iddia ərizəsi təmin edilməmişdir. Cavabdehlər eyni ildə iddia mahiyyətini dəyişərək istifadə hüququnun tanınması və evə köşürülmələri və evdən istifadə etməklərinə cavabdehlər tərəfındən edilən maneələrin qadağa qoyuiması tələbi ilə məhkəməyə müraciyət emişlər hakim Cahid İmanovun sədirliyi ilə baxılmış 27,11,2019-cu il tarixli 2(075)-1884/2019 nömrəli qətnamə əsasında iddia əsasız olduğundan təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-484/2020 nömrəli is üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollesiyasının 20 oktyabr 2020-ci il tarixdə 2(102)-3752/2020 nömrəli Qərarı çıxarılmışdır. Beləliklə onlar həmin mülki isin gedişatından narazıdırlar. İşlə bağlı digər faktları məhkəmə iclasında ifadələrində göstərəcəklər. Mülki işin gedişatı çəkişmə prinsipi əsasında aparılmamışdır. Beləliklə də paylı mülkiyyətçilərin qanunvericiliklə müəyyən edilmiş prosessual hüquqları pozulmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq apellyasiya şikayəti verməyə məcbur olmuşlar. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı ilk iddia üzrə Cavabdeh1 tərəfindən etiraz daxil olmuşdır. Etirazda qeyd olunur ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Belə ki, həyat yoldaşı Salamov X8 şəhəri, C.Hüseynov küçəsi 45 ünvanında yerləşən evdə doğulub, boya-başa çatmış və orada yaşamamışdır. Onun həmin evdən istifadə hüququ yaranmışdır. Sonradan qayınatası İddiaçı2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən iki otaqdan ibarət fərdi yaşayış evinin 2/1 hissəsini İddiaçı3, 2/1 hissəsini isə İddiaçı1 Səmail oğluna bağışlamış və onların adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin qayınatası İddiaçı2 mülkiyyət hüququnun başqa şəslərə keçməsi əri Cavabdeh2 Səmail oğlunun istifadə hüququnun xitamına səbəb ola bilməz. Bundan başqa apellyasiya şikayətində qeyd edilmişdir ki, Salamov X8 rayon 1 saylı Dövlət Notariat Kontorunda yazdığı ərizəsində göstərmişdir ki, o, atası İddiaçı2 məxsus ünvan 5 ünvanında yerləşən evinin boşaldılmasına, satılmasına, ipotekaya qoyulmasına özgəninkiləşdirilməsinə razılıq vermişdir. Göründüyü kimi Cavabdeh2 Səmail oğlu atasına məxsus evin satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına və özgəninkiləşdirilməsinə razılıq vermiş, lakin istifadə hüququna xitam verilməsinə razılıq verməmişdir. Onu da qeyd etmək istəyir ki, həyat yoldaşı Cavabdeh2 Səmail oğlu bir aydan çoxdur ki, itkin düşüb və Şəki ŞRPŞ tərəfindən onun barəsində axtarış elan edilib. Bu səbəbdən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı1 Səmail oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ilk iddia üzrə iddiaçılar İddiaçı3, İddiaçı2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Səmail oğlu kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ilədək qüvvədə olmuş) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Hüququn tətbiqinə dair 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı: 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi baxılmamış saxlandığından kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətini qarşılıqlı iddiaya münasibətdə apelyasiya şikayəti həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq qarşılıqlı iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 saylı qətnaməsi qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 Səmail oğlu 11 noyabr 1966-cı il tarixdə ünvan 3də anadan olmuş, həmin evdə böyüyüb, boya-başa çatmış və həmin ünvanda pasport qeydiyyatındadır. Cavabdeh2 Səmail oğlu evin əvvəlki mülkiyyətçisi və onun digər ailə üzvləri başqa qeyd-şərt göstərməmiş, onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. O, Cavabdeh1 ilə 08 fevral 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və Cavabdeh1 ünvan 3ə gəlin köçmüşdür. Birgə nikahlarından 25.08.2008-ci il təvəllüdlü X6 və 05.10.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Uşaqları həmin ünvanda yerləşən evdə anadan olmuşlar. ünvan 3 əvvəl Cavabdeh2 Səmail oğlunun atası İddiaçı2 mülkiyyətində olmuş, sonradan atası 21 may 2014-cü il tarixdə həmin evin 1/2 hissəsini qardaşı İddiaçı3, 1/2 hissəsini isə digər qardaşı İddiaçı1 Səmail oğluna bağışlamışdır. Bundan sonra Rasimin və Azərin adlarına hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən 14 avqust 2015-ci il tarixli **********66- 10301 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda həmin ev Azərin və Rasimin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəm kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni qarşılıqlı iddiaya münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandımış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, qarşılıqlı iddianı təmin etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Cavabdeh2 Səmail oğlu və Cavabdeh1 Səki rayon 1 savlı X3 yazdıqları ərizəsində atası İddiaçı2 Sirin oğluna məxsus Səki səhəri, C. Hüseynov küçəsi ev 45 ünvanda yerləşən evinin bağışlanmasına, satılmasına, ipotekaya qovulmasına və özgəninkiləşdirilməsinə etiraz etmir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Səmail oğlunun mübahisəli evin bağışlanmasına, satılmasına, ipotekaya qoyulmasına və özgəninkiləşdirilməsinə etiraz etməməsi onun istifadə hüququna xitam verilməsinə əsas olmur. Yəni Cavabdeh2 Səmail oğlunun istifadə hüququna məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ona görə də kollegiya şikayətin həmin dəlilini əsassız sayır. Şikayətin digər dəlili ondan ibarətdir ki, cavabdehlər eyni ildə iddia mahiyyətini dəyişərək istifadə hüququnun tanınması və evə köşürülmələri və evdən istifadə etməklərinə cavabdehlər tərəfındən edilən maneələrin qadağa qoyulması tələbi ilə məhkəməyə müraciyət emişlər, həmin tələbə baxılmış və 27.11. 2019-cu il tarixli 2(075)- 1884/2019 nömrəli qətnamə əsasında iddia əsasız olduğundan təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-484/2020 nömrəli is üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollesiyasının 20 oktyabr 2020-ci il tarixdə 2(102)-3752/2020 nömrəli Qərarı çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, apelyatorlar bu tələblə bağlı yuxarıda qeyd edilən qətnamələrin mövcud olmasında dair hər hansı bir sübut növü məhkəmə kollegiyasına təqdim etməmişlər. Ona görə də şikayət həmin hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası şikayətin birinci instansiya məhkəməsi tərəfindən mülki işin çəkişmə prinsipi əsasında aparılmaması barədə dəlilini də əsassız sayır. İş materiallarında olan bildirişlərdən görünür ki, apelyatorlar məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmışlar. Ona görə də şikayət həmin hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən nümaəyəndən izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq qarşılıqlı iddianı təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 saylı qətnaməsi qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(075)-494/2021 saylı qətnaməsi qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1389/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1389/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver