Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-139/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı və eyni zamanda İddiaçı3 nümayəndəsi Nümayəndə, üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət X1 Mühafizə Xidməti MMC-nin nümayəndəsi X4, maraqlı şəxs Ağsu Rayon Nüydü Bələdiyyəsinin nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3, Nümayəndə, Əhədova (Dadaşova) Əzimə Mayıl qızı və Cavabdehov Namizəd oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X3 Dadaşov, İddiaçı3, Nümayəndə və Əzimə Mayıl qızı (Dadaşova) Əhədova Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınmasına, zəbt etdiyi torpaq sahəsi üzərində özbaşına tikdirdiyi kafe və əlavə tikililərin cavabdehin vəsaiti hesabına sökdürülərək torpaq sahəsindən çıxarılaraq aparılmasına, 6000 manat məbləğində zərərin, 271 manat əlavə xərclərin və 70 manat məhkəmə xərclərinin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı3, Nümayəndə, Əhədova (Dadaşova) Əzimə Mayıl qızı vəCavabdehov Namizəd oğlu tərəfindən apelyasiya şikayətləri verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdehov Namizəd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnaməsi İddiaçı2 münasibətdə ləğv edilmiş, iddia ərizəsi İddiaçı2 münasibətdə baxılmamış saxlanılmışdır. İddiaçıların apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı 11622889 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağsu rayonu, Sanqalan kəndində yerləşən 2 ha. torpaq (kənd təsərrüfatı təyinatlı) sahəsi üzərində iddiaçılarınxüsusi mülkiyyət hüquqları 23.11,2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 48 saylı vərəqində qeydiyyata alınmış, həmin torpaq sahəsi isə 1997-1999-cu illərin aqrar islahatları zamanı onlara ayrılmışdır. Sanqalan, Qırlar və Nüydü kəndlərinin də daxil olduğu Nüydü bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 31 saylı məktubda da onların mülkiyyətində olan torpaq sahəsində, yoldan 16 metr aralı məsafədə cavabdeh tərəfindən "Nicat” kafesinin tikilməsi qeyd olunmuşdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli A/11-0035 saylı mütəxəssis rəyi ilə cavabdehin onların mülkiyyətində olan 2 hektar torpaq sahəsinin 29 sot hissəsindən qanunsuz və sənədsiz istifadə etməsi təsdiq edildiyi halda, işə baxan Məhkəmə iddianı qismən rədd etməkdə, yəni zəbt olunan 29 sot torpaq sahəsində özbaşına tikdiyi kafe və əlavə tikililərin cavabdehin öz vəsaiti hesabına sökdürülməsi hissəsində təmin etməməkdə haqlı olmamış, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə iddiaçılar hazırda mübahisə predmetini təşkil edən cavabdeh zəbt olunmuş 29 sol torpaq sahəsinin də daxil olduğu 2 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmaqla mülkiyyətçi kimi tanınmışlar. Cavabdehin onların mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsini zəbt edib orada kafe inşa etməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneə hesab edilməklə, onların mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməli və özbaşına inşa edilən bütün tikililər cavabdehin hesabına sökülməli idi. Məhkəmə nəzərə almamışdır ki. yolun mühafizə zolağına istinad etdiyi torpaq sahəsi onların xüsusi mülkiyyətimizdə olduğuna və bu dövlətin səlahiyyətli orqanı hesab edilən və daşınmaz əmlakların vahid reyestrini aparan Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən təsdiq edildiyinə görə, məhz onların mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərlə bağlı cavabdeh şəxslərə qarşı iddia qaldırmaq hüquqları vardır. Bundan əlavə, istinad olunan yol sonradan çəkilməklə, mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsi mühafizə zolağına düşmüşdür ki, gələcəkdə yalnız torpağınmühafizə zolağına düşən hissəsinin dəyəri qabaqcadan bazar qiymətləri ödənildikdən sonra, alqı-satqı yolu ilə dövlət tərəfindən alına bilərdi ki, həmin zaman da məhkəmənin iddia etdiyi kimi Fövqəladə Hallar Nazirliyi iddia qaldıra bilərdi. Daha sonra, hüquqları cavabdeh tərəfindən pozulduğuna görə məhkəməyə müraciət etsələr də, məhkəmə çəkilmiş xərcləri, yəni 60 manat və 100 manat ekspert xərcini də onlara aid etmişdir. Bundan əlavə cavabdehin heç bir sənədi və sübutu olmadan qanunsuz yolla mülkiyyətlərində olan torpaq sahəsini zəbt etməsi və həmin sahədə qanunsuz və icazə tikililər inşa etməsi sübut olunmuş, məhz cavabdehin qeyd olunan qanunsuzluğu nəticəsində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməməklə, həmin torpağın istifadəsinə görə gəlirdən məhrum olunmuşlar. Ona görə də birinci instansiya məhkəməsi 6000 manat zərərin tutulması hissəsində də iddianı rədd etməkdə haqlı olmamışdır. Bundan əlavə cavabdeh onları real gəlirdən də məhrum etmişdir. Bundan əlavə onların məhkəmədə iştirakı ilə əlaqədar yol xərcləri və digər xərcləri də olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi iddia ərizəsinin tərtib edilməsi üçün 40,40 manat xərci də təmin etməmişdir.Odur ki, qeyd olunanlar nəzərə alınaraq Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli, 2(016)-42/2019 saylı qətnаməsi ləğv edilməli və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməldir. Cavabdehov Namizəd oğlu apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ona islahat yolu ilə verilmiş torpaq sahəsinin bir hissəsi magistral yola düşür. Əgər həmin torpaq sahəsi onun əlindən alınarsa ona əlavə torpaq sahəsi verilməlidir. Digər tərəfdəntorpaq sahəsi avtomobil yolunan mühafizə zolağına düşür. Buna görə də qeyd olunan tikililərin sökülməsi ilə əlaqədar iddia qaldırmaq hüququ avtomobil yollarının istismarı idarəsinə məxsusdur. İddiaçıların onun mülkiyyətində olan kafenin və digər tikililərin sökdürülməsi ilə əlaqədar iddia qaldrımaq hüquqları yoxdur.Odur ki, qeyd olunanlar nəzərə alınaraq Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnаməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməldir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və eyni zamanda İddiaçı3 nümayəndəsi Nümayəndə özü və Əhədova (Dadaşova) Əzimə Mayıl qızı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Avtomobil Yolları Dövlət X1 Mühafizə Xidməti MMC-nin nümayəndəsi X4 və maraqlı şəxs Ağsu Rayon Nüydü Bələdiyyəsinin nümayəndəsi X6 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı Əhədova (Dadaşova) Əzimə Mayıl qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, “X10” xx xxxxxx 1995-ci il tarixli (№976), “Sovxoz və kolxozların İslahatı haqqında” xx xxxxxx 1995-ci il tarixli (№978) və “Torpaq islahatı haqqında” xx xxxx 1996-cı il tarixli (№155JQ) Azərbaycan Respublikası Qanunlarının tələblərinə müvafiq olaraq iddiaçıların ümumi paylı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat komissiyasının qərarı ilə Ağsu rayonunun Sanqalan və Qırlar kəndi yaxınlığında, Bakı-İsmayıllı avtomobil yoluna yaxın olan ərazidə 2.00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı X8 adlarına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınaraq xx xxxxxx 2017-ci il tarixli, RX seriyalı, 162889 nömrəli çıxarış verilmişdir. Mülkiyyətçilərdən yalnız X5 dünyasını dəyişmişdir. Vəfat etdiyi günə kimi torpaq sahəsini ailənin başçısı kimi Mayıl Dadaşov idarə etmiş və əkib becərmişdir. Lakin İddiaçı4 atası və digər iddaçıların babası olan Mayıl Dadaşovun sağlığında torpaq sahələrinin Bakı-İsmayıllı yolunun kənarında yerləşən təxminən 0.30 hektara yaxın hissəsi Ağsu rayonu, Qırlar kəndinin sakini olan Cavabdeh tərəfindən zəbt edilmiş və zəbt etdiyi torpaq sahələri üzərində cavabdeh tərəfindən kafe tikdirilmiş və əlavə tikililər quraşdırılmışdır. Dəfələrlə Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxması, zəbt etdiyi torpaq sahəsi üzərində özbaşına tikdirdiyi bütün tikililərin sökülüb tikinti materiallarını torpaq sahəsindən çıxarılıb aparılması tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçılar cavabdehin onların torpaq sahəsini qanunsuz zəbt etməsi nəticəsində 6000 manat məbləğində zərərə uğradıqlarını bildirsələr də, həmin zərəri təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası şikayətin məhkəmə iclaslarına gediş-gəliş üçün və etibarnamələrin təsdiqi üçün 270 manat xərc çəkilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti həmin hissədə də əsassızdır. Belə ki, iddiaçılar həqiqətən nəqliyyat xərcləri ilə bağlı məsrəf ediklərini və həmin məsrəfin miqdarını göstərən hər hansı bir dəlili məhkəmələrə təqdim etməmiş, belə bir halın həqiqətən olduğunu konkret sübutla deyil, yalnız mülahizə ilə sübut etməyə çalışmışıdr. Bundan əlavə apelyasiya şikayətinin dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi hissəsi də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddianın həmin hissəsini qismən təmin etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Cavabdehin apelyasiya şikayəti əsassızdır. Belə ki, cavabdehin iddiaçılara məxsus həmin torpaq sahəsini zəbt etmək və ya ondan hər hansı bir formada istifadə etmək kimi bir hüququ olmamışdır. Çünki iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışından müəyyən olunur ki, Ağsu rayonu, Sanqalan kəndində İddiaçı2 xüsusi mülkiyyətinə 2.00 ha ümumbirgə torpaq sahəsi verilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmış, torpağa hüquq sahibləri kimi Nümayəndə, İddiaçı4, İddiaçı2, İddiaçı3 və X5 qeyd olunmuşdur. Bundan əlavə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 26287 saylı rəyi ilə X3 Dadaşovun, İddiaçı3, Nümayəndə Ağsu rayonunun Sanqalan və Qırlar kəndi yaxınlığında Bakı-İsmayıllı avtomobil yoluna yaxın olan ərazidə 2.00 hektar torpaq sahəsi ilə cavabdeh X2 faktiki istifadəsində olan kafenin (restoranın) sərhədləri (torpaq sahəsinin ayrılması və onun üzərində tikinti aparılması barədə sənədləri olmamışdır) müəyyən edilmiş, iddiaçılara Ağsu rayonunun Sanqalan və Qırlar kəndi yaxınlığında, Bakı-İsmayıllı avtomobil yoluna yaxın mülkiyyətlərinə 2.00 hektar torpaq sahəsi verilən zaman, Bakı-İsmayıllı avtomobilyolları üçün ayrılmış torpaq sahəsi (qorunma (mühafizə) zolaqları) Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli və Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 1 nömrəli qərarları nəzərə alınmamışdır. RX ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 2.0 ha torpaq sahəsinin 0.29 ha hissəsi Bakı-İsmayıllı avtomobil yoluna (qorunma (mühafizə) zolaqları) düşür. Cavabdeh tərəfindən iddiaçıların Ağsu rayonunun Sanqalan və Qırlar kəndi yaxınlığında Bakı-İsmayıllı avtomobil yoluna yaxın olan ərazidə mülkiyyətlərinə RX ******* saylı çıxarışla verilmiş 2.0 hatorpaq sahəsinin 0.29 ha hissəsindən naturada istifadə edir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər avtomobil yolları üçün ayrılmış torpaq sahəsində (qorunma (mühafizə) zolaqları) tikilmişdir. Beləliklə təqzibedilməz sübutlarla müəyyən edilir ki, cavabdeh iddiaçıların Ağsu rayonunun Sanqalan və Qırlar kəndi yaxınlığında, Bakı-İsmayıllı avtomobil yoluna yaxın olan ərazidə, paylı mülkiyyətlərinə RX ******* saylı çıxarışla verilmiş 2.0 hatorpaq sahəsini özbaşına zəbt edərək mülkiyyətçilərin razılığı olmadan həmin sahədə özbaşına tikintı apararaq kafe kimi istifadə etməklə mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı3, Nümayəndə və Əhədova (Dadaşova) Əzimə Mayıl qızına münasibətdə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı3, Nümayəndə və Əhədova (Dadaşova) Əzimə Mayıl qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnаməsi iddiaçılar İddiaçı3, Nümayəndə və Əhədova (Dadaşova) Əzimə Mayıl qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnaməsindən Cavabdehov Namizəd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti iddiaçılar İddiaçı3, Nümayəndə və Əhədova (Dadaşova) Əzimə Mayıl qızının iddia tələblərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-139/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-139/2020
09.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver