Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-14/2020 15.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(024)-723/2017 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Qax Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) xx xxxx 2017-ci il tаrixli2(024)-723 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus olan əşyaların özünün qanuni mülkiyyətində olan evdən çıxarılması və həmin otağın özünə təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışının seriya RX № ******* sənədinə əsasən iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin bir otağında yerləşən mərhum X20 məxsus əşyaların çıxarılmаsı və həmin otağın İddiaçı təhvil verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışının seriya RX № ******* sənədinə əsasən onun paylı mülkiyyətində (1/2) olan fərdi yaşayış evinin bir otağında yerləşən mərhum X20 məxsus əşyaların çıxarılmasına və həmin otağın ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun mərhum atası X3 ünvan 1 nömrəli ünvanda yerləşən ev miras qalmışdır. Miras qalmış həmin fərdi yaşayış evi beş otaqlı mənzildən ibarətdir. Həmin beş otaqlı mənzil atasına və qardaşına atalarından qalmış mirasdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışının seriya RX Na ******* sənədinə əsasən ümumi sahəsi 171.2 kv.m olan evin ½ hissəsi ona, ½ hissəsi isə əmisinin arvadı X4 məxsusdur. Evdən onun payına düşən hissədə isə mərhum X29 yaşamışdır. X39 ölmüşdür. Lakin mərhum Vardi Nuraşviliyə məxsus əşyalar ona məxsus olan evdə qalmışdır. Həmin əşyalar evdə darısqallıq yaradır və sərbəst istifadəni məhdudlaşdırır. Bu səbəbdən də onun mülkiyyətindən istifadə hüququ məhdudaşmışdır. Göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışının seriya RX № ******* sənədinə əsasən onun paylı mülkiyyətində (1/2) olan fərdi yaşayış evinin bir otağında yerləşən mərhum X20 məxsus əşyaların çıxarılmasına və həmin otağın ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum X10 nənəsidir. Mərhum nənəsi 1969-cu il tarixdən sonra həmin evdə yaşamış və həmin evdə dünyasını dəyişmişdir. Mərhum nənəsinə həmin ev Qax rayon ZDS icarəyyə komitəsinin xx.xx.1969-cu il tarixli qərarı ilə verilmişdir. Həmin vaxtdan sonra mərhum nənəsi V.Nuraşvili evə qeydiyyata düşmüşdür. O özü isə xx.xx.2011-ci ildə həmin evə qeydiyyata düşmüşdür. Qanunvericiliyə görə isə yaşayış yeri üzrə qeydiyyatda olan şəxs yaşayış sahəsindən məhrum edilə bilməz. Bu səbəbdən o, iddianı qəbul etmir və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdehin nümayəndəsi Nümayəndə1 Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(024)-723/2017 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(107)-1908/2017 nömrəli qətnaməsi ilə Qаx Rаyоn Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli qətnaməsi Cavabdehyа münаsibətdə dəyişdirilmədən, Cavabdeh nümаyəndəsi Feyzullаyev Fikrət Musа оğlunun apelyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(107)-1908/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-3591/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(107)-1908/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(107)-2071/2018 nömrəli qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-480/2018 nömrəli qərardadı qanuni qüvvəyə minənə kimi, 2(107)-2071/2018 nömrəli iş üzrə icrааt dayandırılmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-480/2018 nömrəli qərardadı qanuni qüvvəyə mindiyindən, məhkəmə kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsi tərəfindən mаddi və prоsessuаl hüquq nоrmаlаrı pоzulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(024)-723/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdil. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)- 3591/2018 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(107)-1908/2017 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “iş materiallarında olan Şəki İnzibati-İqtisad Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli sərəncamından görünür ki, iddiaçı Xəlləyeva Zöhrə Çələbi qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 260 №-li X5 şəxsi mülkiyyətində olmuş 1934-cü ildə dövlət tərəfindən istifadə üçün götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri X22 və X23 qardaşlarına geri qaytarılması haqqındakı sərəncamın etibarsız hesab edilməsi və bu sərəncam əsasında verilmiş çıxarışların ləğv olunması” barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2017-ci il tarixə təyin edilmişdir. Bununla bağlı cavabdeh N.S.Nuroşvilinin nümayəndələri Azərbaycan Respublikası MPM-in 254.1.4, 256.3-cü maddələrinin və İnzibati Prosessual Məcəllənin 71-ci maddəsinə əsasən vəsatət verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraaatına daxil olmuş iddiaçı Xəlləyeva Zöhrə Cələbi qızının cavabdehlər Qax Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 260 nömrəli X5 şəxsi mülkiyyətində olmuş 1934-cü ildə dövlət tərəfindən istifadə üçün götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri X22 və X23 qardaşlarına geri qaytarılması haqqındakı sərəncamının etibarsız hesab edilməsi və bu sərəncam əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar”ın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə 2- 1(84)-1321/2017 saylı inzibati işə baxılıb yekun qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alana qədər Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(024)-723/2017 saylı qətnaməsindən cavabdeh X21 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş 2(107)-1908/2017 saylı apellyasiya şikayəti üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması üçün prosessual qanunun qeyd olunan normasında müəyyən edilmiş əsasların olmasına əhəmiyyət vermədən və gəldiyi nəticəni əsaslandırmadan qeyd olunan vəsatətin təmin edilməməsi barədə qərardad çıxarmış nəticədə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi paylı mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tаrixli 2-1(84)-1321/2017 saylı qərardadından görünür ki, iddiaçılar Xəlləyeva Zöhrə Çələbi qızının və Cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiaları mümkün sayılmamışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2-1(107)-437/2017 nömrəli qərardadından görünür ki, iddiaçı Xəlləyeva Zöhrə Çələbi qızı tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tаrixli 2-1(84)-1321/2017 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-1(84)-1686/2017 nömrəli qərardadından görünür ki, iddiaçılar Xəlləyeva Zöhrə Çələbi qızının və Cavabdeh DƏDRX-in 12 saylı Ərazi İdarəsinə qarşı “Qax rayon X9 tərəfindən X17 və X6 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması və qanunauyğun olaraq yeni mənzillə təmin olunmaları“ tələbinə dair iddiaları mümkün sayılmamışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2-1(107)-436/2017 nömrəli qərardadından görünür ki, iddiaçı Xəlləyeva Zöhrə Çələbi qızı və nümayəndəsi X36tərəfindən verilmiş аpelyasiya şikаyəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-1(84)-1686/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-450/2018 nömrəli qərarından görünür ki, iddiaçı Xəlləyeva Zöhrə Çələbi qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2-1(107)-436/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-480/2018 nömrəli qərardadından görünür ki, iddiaçı Xəlləyeva Zöhrə Çələbi qızının, X7, Cavabdeh, X15 və X24 cavabdehlər Qax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli “X5 şəxsi mülkiyyətində olmuş 1934-cü ildə dövlət tərəfindən istifadə üçün götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(084)-333/2018 saylı qərаrdadı ilə iddia mümkün sayılmamış, həmin qərardaddan iddiaçılar Xəlləyeva Zöhrə Çələbi qızı, X18, Cavabdeh, X25 və X37 tərəfindən аpelyasiya şikаyəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-480/2018 nömrəli qərardadı ilə аpelyasiya şikаyəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018ci il tarixli 2-1 (084) -333/ 2018 saylı qərаrdadı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-2422/2018 nömrəli qərarından görünür ki, iddiaçılar Xəlləyeva Zöhrə Çələbi qızı, X18, Cavabdeh, X25 və X37 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(107)- 480/2018 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-200/2019 nömrəli qərardadı ilə iddiaçılar Xəlləyeva Zöhrə Çələbi qızı, X18, Cavabdeh, X26 və X27 apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(84)-333/2018 nömrəli qərardadı ləğv edilmiş, iddiaçılar Xəlləyeva Zöhrə Çələbi qızı, X18, Cavabdeh, X26 və X27 cavabdehlər Qax Rayon İcra Hakimiyyəti və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli “X5 şəxsi mülkiyyətində olmuş 1934-cü ildə dövlət tərəfindən istifadə üçün götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X19 qardaşlarına geri qaytarılması haqqındakı sərəncamı”nın etibarsız hesab edilməsi və həmin sərəncam əsasında X8 və X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair işə mahiyyəti üzrə baxılması üçün inzibati işin materialları Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(084)-940/2019 nömrəli qərаrından görünür ki, iddiaçılar Xəlləyeva Zöhrə Çələbi qızı, X18, Cavabdeh, X26 və X27 cavabdehlər Qax Rayon İcra Hakimiyyəti və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli “X5 şəxsi mülkiyyətində olmuş 1934-cü ildə dövlət tərəfindən istifadə üçün götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X19 qardaşlarına geri qaytarılması haqqındakı sərəncamı”nın etibarsız hesab edilməsi və həmin sərəncam əsasında X8 və X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dаir iddia tələbi təmin edilmiş, Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı etibarsız sayılaraq Daşınmaz əmlakın dövlət reyestrində X6 və X8 adına aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301) ləğv edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisаdi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-533/2019 nömrəli qərarından görünür ki, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli 2-1(84)-940/2019 saylı qərarından üçüncü şəxs İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli 2-1(84)-940/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1071/2020 nömrəli qərarından görünür ki, üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisаdi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-533/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışının seriya RX № ******* sənədinə əsasən paylı mülkiyyətində olan ünvan 2-in ½ hissəsi İddiaçı məxsusdur. Cavabdeh mərhum nənəsi X29 isə 1969-cu ildən sonra həmin evdə yaşamış və xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Nurаşvili Vаrdi heç vаxt həmin yаşаyış sаhəsində mülkiyyətçi оlmаmışdır. Mübаhisəli ev dövlət mənzil fоndunа аid оlаn dövrdə оnun bir оtаğı mənzil kirаyə müqаviləsi əsаsındа Nurаşvili Vаrdiyə yаşаmаq üçün verilmişdir. Qаx Rаyоn İcrа Hаkimiyyəti bаşçısının 22 sentyаbr 1993-cü il tаrixli sərəncаmı ilə həmin ev fərdi mənzil fоndunа keçirilərkən həmin sərəncаmdа göstərilmişdir ki, evdə yаşаyаn kirаyəçilərin bаşqа yаşаyış sаhəsinə köçürülməsi Qаx Rаyоn İcrа Hаkimiyyəti bаşçısının Qаx şəhər üzrə nümаyəndəliyinə tаpşırılmışdır. Sərəncаmın həmin bəndi yerinə yetirilmədiyindən Nurаşvili Vаrdi ölənə kimi həmin evdə yаşаmışdır. İstifаdə huququ vərəsəlik qаydаsındа keçmədiyindən və cаvаbdeh Nаtо Nurаşvilinin həmin ünvаndа qeydiyyаtdа оlsа dа, yаşаyış sаhəsindən istifаdə hüququ оlmаdığındаn sоnuncunun nənəsinin yаşаmış оlduğu оtаqlа bаğlı heç bir hüququ yоxdur. Cavabdeh mərhum nənəsi Vardi Nuraşvilinin və özünün həmin evə qeydiyyata düşərək yaşamasını və yaşamaq hüququnun olmasını bildirərək iddianı qəbul etmədiyini qeyd etsə də, оnun belə bir hüququ оlmаmışdır. Məhkəmə işə ədalətli baxılması üçün mübahisəli evə baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin evdə 3 dənə kravat, stol və stullar vardır. X31 əşyalarının həmin evdə qalması iddiaçının mülkiyyət hüquqlarını pozur.Ona görə də iddia təmin edilməli,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışının seriya RX № ******* sənədinə əsasən iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin bir otağında yerləşən mərhum X20 məxsus əşyalar çıxarılmalı və həmin otaq İddiaçı təhvil verilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Xəlləyeva Zöhrə Çələbi qızı Qax şəhəri Azərbaycan küçəsi döngə 3 ev 3, X2 şəhəri Q.Nəbi küçəsi ev 1 mənzil 3, Cavabdeh ünvan 2 mənzil 2, X26 və X38 isə ünvan 2 mənzil 1 ünvanlarında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qax Rayon ZDS İK tərəfindən Nuraşvili Vardinin adına ünvan 2 mənzil 2 ilə bağlı xx.xx.1969-cu il tarixli 266 nömrəli order verilmişdir. Qax Rayon XDS İK-in xx.xx.1988-ci il tarixli 10 nömrəli qərarı ilə Qax şəhəri Lenin küçəsi döngə 3 ev 1-də yerləşən 1 otaqlı 18 kv.m yaşayış sahəsi X30 verilmişdir. Qax Rayon XDS İK tərəfindən Xəlləyeva Zöhrə Çələbi qızının adına Qax şəhəri Lenin küçəsi 3 nömrəli evdə 19 kv.m yaşayış sahəsi ilə bağlı xx.xx.1988-ci il tarixli 221 nömrəli order verilmişdir. Qax RİH MİS tərəfindən X16 adına ünvan 2 mənzil 1 ilə bağlı xx.xx.2010-cu il tarixli 34 nömrəli mənzil sənədi verilmiş və həmin tarixdə onunla kirayə müqaviləsi bağlanmışdır. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı ilə vaxtilə X11 məxsus olmuş Qax şəhəri Qaçaq Nəbi küçəsindəki 1 nömrəli mənzilin (5 otaqlı) mərhumun oğulları Mustafayev Rəhim və Mustafayev Şakir qardaşlarına qaytarılması, həmin mənzilin rayon mənzil istismar sahəsinin balansından çıxarılaraq fərdi mənzil fonduna keçirilməsi, həmin mənzildə orderlə yaşayan kirayəçilərin başqa yaşayış sahəsi ilə təmin olunması məsələsinin Qax RİH başçısının Qax şəhəri üzrə nümayəndəsinə tapşırılması qərara alınmışdır. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamına əsasən, Qax Rayon X9 tərəfindən Qax şəhəri Qaçaq Nəbi küçəsindəki həmin evə X6 və X8 mülkiyyət hüququ qeydiyyata alınmış və onlara bu barədə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 1 nömrəli fərdi yaşayış evinə X6 və X8 mülkiyyət hüququ xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X17 xx.xx.2002-ci ildə, X19 isə xx.xx.2008-ci ildə vəfat etmişlər. ünvan 1 nömrəli fərdi yaşayış evinin X12 məxsus olan 1/2 hissəsinə X1, X13 məxsus 1/2 hissəsinə isə İddiaçı adına xx.xx.2016-cı ildə "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lər verilmişdir. Həmin evin 1/2 hissəsinə X1, 1/2 hissəsinə isə İddiaçı mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301) qeydiyyata alınmışdır. İşin gerçək halına görə, iddiaçının tələb hüququ ondan irəli gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ümumi sahəsi 171.2 kv.m olan evin ½ hissəsi ona, ½ hissəsi isə əmisinin arvadı X4 məxsusdur. Qeyd edilməlidir ki, Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı ilə vaxtilə X11 məxsus olmuş Qax şəhəri Qaçaq Nəbi küçəsindəki 1 nömrəli, 5 otaqlı mənzilin (iddianın predmetinə aid olan) mərhumun oğulları Mustafayev Rəhim və Mustafayev Şakir qardaşlarına qaytarılması, həmin mənzilin rayon mənzil istismar sahəsinin balansından çıxarılaraq fərdi mənzil fonduna keçirilməsi qərara alınmışdır. Bundan sonra X6 (iddiaçının atası) və X8 mülkiyyət hüququ xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2016-cı ildə ünvan 1 nömrəli fərdi yaşayış evinin X12 məxsus olan 1/2 hissəsinə X1, X13 məxsus 1/2 hissəsinə isə İddiaçı adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lər verilmiş və bundan sonra həmin evin 1/2 hissəsinə X1, 1/2 hissəsinə isə İddiaçı mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301) qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(024)-723/2017 nömrəli qətnaməsi çıxarıldıqdan sonra Xəlləyeva Zöhrə Çələbi qızı, X18, Cavabdeh, X26 və X38 cavabdehlər Qax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X40rşı "Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında Qax Rayon X9 tərəfindən X6 və X8 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə X14 və İddiaçı həmin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra iddiaçılar məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsız hesab edilməsini və həmin sərəncam əsasında X8 və X6 adına verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(084)-940/2019 nömrəli qərаrı ilə iddia tələbi təmin edilərək Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı etibarsız sayılaraq Daşınmaz əmlakın dövlət reyestrində X6 və X8 adına aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301) ləğv edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisаdi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-533/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərаrı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibаti Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə isə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisаdi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə İddiaçı hazırkı iddia tələbini irəli sürmək hüququ verən Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı etibarsız sayılaraq Daşınmaz əmlakın dövlət reyestrində X6 və X8 adına aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301) ləğv edilmişdir. Belə olan halda, İddiaçı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsas qalmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X46 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli 2(102)-3591/2018 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər vəmаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməli,Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(024)-723/2017 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus olan əşyaların özünün qanuni mülkiyyətində olan evdən çıxarılması və həmin otağın özünə təhvil verilməsi” haqqında iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyinə görə İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(024)-723/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçınun Cavabdeh qarşı “cavabdehə məxsus olan əşyaların özünün qanuni mülkiyyətində olan evdən çıxarılması və həmin otağın özünə təhvil verilməsi” haqqında iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-14/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-14/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver