Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-14/2025 04.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X10 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli Çıxarışa əsasən Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 1.0998 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə rəsmiləşdirilmişdir.
2. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarı üzrə Torpağa mülkiyyət hüququna dair JN 296 KOD 40504018 nömrəli Dövlət Aktına əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 1.62 ha torpaq sahəsi Cavabdeh1 ümumibirgə mülkiyyətindədir.
3. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarı üzrə Torpağa mülkiyyət hüququna dair JN 295 KOD 40504018 nömrəli Dövlət Aktına əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 2.93 ha torpaq sahəsi isə Cavabdeh2 ümumibirgə mülkiyyətindədir.
4. İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı atasıdır. O Oğuz rayon Kərimli kəndində alqı-satqı yolu ilə 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etmişdir.Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində atasının adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin tarixli, AA 555130 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi atasına təqdim edilmişdir. Cavabdehlər həmin torpaq sahəsinini zəbt etmişlər. Torpaqdan çıxmaq təklif edildikdə isə torpaq sahəsinin onlara məxsus olduğunu iddia edir və torpaqdan qeyriqanuni istifadə edirlər, halbuki 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri tərəfindən ölçmələr zamanı torpaq sahəsinin yeri naturada onlara göstərilmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş mütəxəssis rəyi ilə tanış olmuşdur. Mütəxəssis rəyinin nəticələrinə etiraz etmir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, Oğuz rayon Kərimli kəndində mülkiyyətində 1,98 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən vaxtilə ona göstərilmiş qaydada naturada istifadə edir. İddiaçı öz torpaq sahəsinin yerini düzgün müəyyən etməyib, buna görə də mübahisə yarandığından ona və digər cavabdeh olan qardaşı Cavabdeh2 torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi verilmir. Mütəxəssis rəyini qəbul etmir. İddianın rədd edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, hazırda istifadə etdiyi torpaq sahəsi 3,55 ha-dır. Onun istifadə etdiyi torpaq sahəsinin rəsmi sənədləri yoxdur. Amma hesab edir ki, iddiaçının torpaq sahəsini tutmamışlar. İddianın rədd edilməsini xahiş etdi.
8. Cavabdehlərin vəkili, Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında bildirdi ki, həm iddiaçı, həm də cavabdehlərin torpaq sahəsinin dövlət aktı var, torpaq sahələrinin üstüstə düşmə ehtimalı böyükdür. Torpaqlara aid dövlət aktları əsasında yenidən ölçmə aparılması məqsədəmüvafiqdir. İddiaçının satın aldığı torpağın əvvəlki mükiyyətçisi cavabdehlərin istifadə etdiyi torpağın yerini heç vaxt mübahisələndirməyib.Məsələ həll olunduqdan sonra iddiaçının çıxarışı mübahisələndirilə bilər. İddianın rədd edilməsini xahiş etdi.
9. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 saylı qətnaməsi ilə (hakim S.Zeynalova), iddianın qismən təmin edilməsi, Cavabdeh1 Oğuz rayonu Kərimli kəndində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020- ci il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin AA 555130 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,8038 ha hissəsindən, Cavabdeh2 0,1110 ha hissəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, iddia tələbinin cavabdehlərin iddiaçının mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin 0,0025 ha və 0,1825 ha hissəsindən çıxarılması hissəsində təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqından 79 manat və 100 manat dövlət rüsumundan 83 manatın cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməsi qət edilmişdir.
10. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsinin giriş, təsviri, əsaslandlırıcı və nəticə hissələrində “Qurbət” sözünün “Qurbət” kimi oxunması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə həmin torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin 0,1825 ha hissəsi üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,8038 ha hissəsi Cavabdeh1, 0.1110 ha hissəsi isə Cavabdeh2 istifadəsindədir. 0,0025 ha hissəsi istifadə olunmur.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin hüquqlarının cavabdehlər tərəfindən qismən pozulduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 0,8038 ha, Cavabdeh2 0,1110 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahələri iddiaçıya təhvil verilməli, iddia tələbi 0,0025 ha torpaq sahəsindən çıxarılma hissəsində təmin olunmamalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən tələbin təmin edilmiş hissəsinə uyğun olaraq mütəxəssis rəyinin hazırlanması üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqından 79 manat və 100 manat dövlət rüsumundan 83 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
16. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci və 158.1-ci, 158.2-ci, 158.4-cü, Torpaq Məcəlləsinin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin hazırki işə heç bir aidiyyatı yoxdur. Çünki onlar mülkiyyətlərində olan və Dövlət tərəfindən verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarını tam həyata keçirə bilmirlər. Belə ki, iddiaçı 24 il istifadə etdikləri, mülkiyyətlərində olan torpağın bir hissəsinin ona məxsus olduğunu iddia edir.
17. Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddəsinə istinad edən məhkəmə hansı səbəbdənsə həmin normaların tətbiq olunmasını əsaslandırmamışdır, həmin normalar məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, Oğuz Rayon Məhkəməsi şikayət etdikləri qətnaməsini sübutları, etirazları, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almadan qəbul etmişdir.
18. Məhkəmə tərəfindən guya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasına dair qənaəti ümumiyyətlə heç bir məntiqə uyğun gəlmir.
19. Oğuz Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(054)-14/2023 saylı qətnaməsində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X8 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xərıtələşdirilməsi yolu ilə X8 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər planı"na uyğun olaraq dövlət va bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Oğuz rayonu üzrə də layihələr tərtib olunmasını va hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsinin təmin olunmasını, ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələlərin öz həllini tapacağını nəzərə almamışdır.
20. Məhkəmə qətnaməsində Cavabdeh2 istifadə etdiyi torpaq sahəsinin 3,55 ha olduğu və həmin torpaq sahəsinin rəsmi sənədlərinin olmadığı barədə yazılanlar həqiqəti əks etdirmir. Əslində isə Cavabdeh2 mülkiyyətində 2,93 ha torpaq sahəsi var və onun ailə üzvləri ilə birlikdə adına 23 noyabr 1999-cu il tarixli JN-295 saylı Torpağa Mülkiyyət Hüququna X17 tərtib olunaraq verilmişdir.
21. Onların iddiaçının torpağını zəbt etmələri barədə qətnamədə yazılanlar isə ümumiyyətlə anlaşılan deyil. Necə ola bilər ki, dövlət tərəfindən verilmiş və 23 il istifadə etdikləri halal torpaqlarını zəbt etmiş olalar və bu illər ərzində heç bir mübahisə olmasın?
22. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın təmin olunmamasını əsaslandırmır. Eyni zamanda məhkəmə tələskənlik edərək iddiaçıya çıxarışın verilməsinin əsaslarını araşdırmamışdır. Belə ki həmin çıxarış verilərkən yerində ölçmə işləri aparılmamış və Prezidentin 818 nömrəli Fərmanı nəzərə alınmamışdır.
23. Məhkəmə onların vəsatət vermələrinə baxmayaraq ekspertiza təyin etməmişdir. Bu da onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Dövlət Aktlarını təqdim etmələrini heç kim onlardan tələb etməmişdir.
24. Odur ki, Oğuz Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(054)-14/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında birinci instansiyta məhkəməsinə təqdim etdiyi iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərdən alınıb ona verilməsini xahiş etsə də iddia tələbindəki həqiqi niyyətinin mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 1.0998 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, torpaq sahəsinin cavabdehlərdən alınıb ona qaytarılmasından ibarət olduğunu göstərmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsiSübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
39. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsələr də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadıqlarından məhkəmə kollegiyası Oğuz Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(054)- 14/2023 nömrəli qətnaməsini iddianın təmin edilmiş hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına tam uyğun gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli Çıxarışa əsasən Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 1.0998 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarı üzrə Torpağa mülkiyyət hüququna dair JN 296 KOD 40504018 nömrəli Dövlət Aktına əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 1.62 ha torpaq sahəsi Cavabdeh1, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarı üzrə Torpağa mülkiyyət hüququna dair JN 295 KOD 40504018 nömrəli Dövlət Aktına əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 2.93 ha torpaq sahəsi isə Cavabdeh2 ümumibirgə mülkiyyətlərindədir. Məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə İddiaçı mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 1.0998 ha torpaq sahəsinin 0.80 ha hissəsinin Cavabdeh1, 0.12 ha hissəsinin isə digər Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci və 158.1-ci, 158.2-ci, 158.4-cü, Torpaq Məcəlləsinin 111.1ci, 111.2-ci və 111.3-cü maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin cavabdehlərdən alınıb ona qaytarılmasından ibarət olmaqla birinci instansiya məhkəməsi digər normaları sadalamaqla yanaşı iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onların mülkiyyətlərində olan və Dövlət tərəfindən verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarını tam həyata keçirə bilməmələrinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
46. Kollegiya izah edir ki, cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsinə mülkiyyət hüquqlarını tam həyata keçirə bilmədikləri halda onların pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti məhkəməyə iddia tələblərini təqdim etmək hüquqları vardır.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddiaçıya çıxarışın verilməsinin əsaslarını araşdırmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
48. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
49. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və hazırkı mübahisənin mahiyyəti baxımından işə baxan birinci instansiya məhkəməsinin iddiaçıya çıxarışın verilməsinin əsaslarını araşdırmaq kimi bir vəzifəsi olmamışdır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onların vəsatət vermələrinə baxmayaraq məhkəmənin ekspertiza təyin etməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
52. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Buna baxmayaraq iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmasını təmin etmək məqsədi ilə məhkəmə kollegiyasının 16 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti texniki, 13 avqust 2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti texniki ekspertizaları təyin edilmiş, mübahisəyə dair mütəxəssis və ekspertiza rəyləri alınmışdır.
53. Məhkəmə kollegiyası 16 may 2023-cü il tarixli qərardadın icrası üzrə verilmiş 17 oktyabr 2023-cü il tarixli 10/3933 nömrəli rəyi əsaslı hesab etmədiyindən həmin rəylə razılaşmamış, məhkəmə kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərardadında qoyulmuş suallara isə 08 iyul 2024-cü il tarixli 3-16-16/2 -10/9105 nömrəli rəylə cavab verilmədiyindən, məhkəmə kollegiyasının 13 avqust 2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası üzrə verilmiş 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekspertiza rəyi mülki iş materiallarına əlavə edilmişdir.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İlkin Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
55. Daşınmaz əmlakın dövlət reyestrindən 16 oktyabr 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.
56. Daşınmaz əmlakın dövlət reyestrindən 16 oktyabr 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir, lakin onun hal-hazırda istifadəsində torpaq sahəsi olmadığından naturada ölçüsünü müəyyən etmək olmamışdır.
57. Oğuz rayon X6 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında JN 295, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X17 ilə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 2,93 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.
58. Oğuz rayon X6 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında JN 295, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X17 ilə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 2,93 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmişdir.
59. Oğuz rayon X6 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında JN 296, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X17 ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 1,62 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.
60. Oğuz rayon X7 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında JN 296, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X17 ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 1,62 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmişdir.
61. Tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sənəd üzrə və naturada ölçülərinin üst-üstə düşmür.
62. İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə, 0,80 ha hissəsi iddiaçı Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə, 0,18 ha hissəsi isə ölçü işləri aparılan zaman digər şəxslər tərəfindən istifadə olunmayan torpaq sahəsi ilə üst-üstə düşür.
63. İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə, 0,80 ha hissəsi iddiaçı Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. JN- 329 nömrəli Dövlət Aktına əsasən İddiaçı Abdulhüseyn oğlunun adına Çıxarış və plan-ölçü sənədi TEKUİS baza məlumatları əsasında verilmişdir. Sözügedən torpaq sahələri X8 X11 (TEKUİS) baza məlumatlarına əsaslandırılmışdır.
64. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin Oğuz Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(054)-14/2023 saylı qətnaməsində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X8 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xərıtələşdirilməsi yolu ilə X8 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər planı"na uyğun olaraq dövlət va bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Oğuz rayonu üzrə də layihələr tərtib olunmasını va hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsinin təmin olunmasını, ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələlərin öz həllini tapacağını nəzərə almamasına dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyindən də göründüyü kimi JN-329 nömrəli Dövlət Aktına əsasən İddiaçı Abdulhüseyn oğlunun adına Çıxarış və plan-ölçü sənədi TEKUİS baza məlumatları əsasında verilmişdir. Həmçinin həmin rəy verilərkən tərəflərin mülkiyyətlərində olan torpaq sahələri üzrə X8 X11 dair (TEKUİS) baza məlumatları əsas götürülmüşdür.
65. Kollegiya qeyd edir ki, 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyində qərardadın 8 və 9-cu sualları üzrə verilmiş cavablarda dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyasının iclasına dəvət edilmiş, 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyinin verilməsində istinad edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyini tərtib etmiş X13 dindirilərkən göstərmişdir ki, mütəxəssis rəyində İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsinin iddiaçı Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə, 0,80 ha hissəsinin iddiaçı Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi fikrinin əslində İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsinin Cavabdeh2 tərəfindən, 0,80 ha hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edilməsini, zəbt edilməsini ehtiva etdiyini göstərmişdir. O, həmçinin onun tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 21 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyləri arasındakı cüzi uyğunsuzluğun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X8 X4 əvvəl verilməsi, 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinin isə X8 X11 uyğun olması ilə əsaslandırmışdır.
66. Məhkəmə kollegiyası qeyd edir ki, məhkmə tikinti-texniki ekspertizasının 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizanın 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
67. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən Cavabdeh2 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,1110 ha hissəsindən çıxarılması qət edilsə də məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə Cavabdeh2 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin daha çox, yəni 0.12 ha hissəsindən istifadə etməsi müəyyən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də iddianın təmin edilməmiş həmin hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
68. Bu baxımdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh2 aid hissəsinin tam və yaxud da qismən təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
69. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,8038 ha hissəsindən çıxarılması qət edilsə də məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,80 ha hissəsindən istifadə etməsi müəyyən edilmişdir.
70. Beləliklə cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,0038 ha hissəsindən çıxarılmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlməmiş, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
71. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh1 aid hissəsi qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı təmin olunmuş Cavabdeh1 Oğuz rayonu Kərimli kəndində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin AA 555130 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,0038 ha hissəsindən çıxarılması və 0,0038 ha torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul qəbul edilməli, iddia tələbi Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0038 ha hissəsindən Cavabdeh1 çıxarılması və 0,0038 ha torpaq sahəsinin Cavabdeh1 alınıb iddiaçıya qaytarılması hissələrində rədd edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)- 14/2023 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh2 aid hissəsi isə təmin edilməməlidir.
72. Məhkəmə tikinti-texniki ekspertizaları üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh1, 50 manatı isə Cavabdeh2 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
73. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh1 aid hissəsi qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı təmin olunmuş Cavabdeh1 Oğuz rayonu Kərimli kəndində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin AA 555130 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,0038 ha hissəsindən çıxarılması və 0,0038 ha torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul qəbul edilsin. İddia tələbi Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0038 ha hissəsindən Cavabdeh1 çıxarılması və 0,0038 ha torpaq sahəsinin Cavabdeh1 alınıb iddiaçıya qaytarılması hissəsində rədd edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh2 aid hissəsi isə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizaları üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh1, 50 manatı isə Cavabdeh2 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.