Məhkəmə qərarları › İş №2(107)-140/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-140/2020

29.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-140/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh2 iştirakı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı «mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, JN-112F (Kod: 40615018) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi və aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri - 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının həyətinə gedən gediş-gəliş yolu zəbt edilməmişdir. Keçirilmiş ekspertiza zamanı suallar tam və düzgün cavablandırılmamışdır. Yol yerində də heç bir tikili inşa olunmamışdır. Yolda olan 70-ci illərdə tikilmiş maşın qarajıdır. Həmin illərdə onun mərhum atası öz həyətindən iddiaçıya yol vermişdir. Daş hasar da keçmişdə tikilmişdir. Son vaxtlar mübahisəli torpaq sahəsində hasar tikilməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnаməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr enində, qərbdən 2,24 metr enində, 92 metr uzunluqda gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxarışla ilə verilmiş 0,15 ha, Cavabdeh2 JN- 113 A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN-109 A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgiləri arasında uyğunsuzluq olduğu üçün sözügedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ- subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, iş üzrə keçirilmiş xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası barədə rəydən görünür ki, Mərkəzin elektron bazasında Qəbələ rayon keçmiş Azərbaycan təsərrüfatının ərazisində aparılmış torpaq islahatına_aid kompleks yerquruluşu xəritəsində X1 xx xxxx 1998-ci il tarixli qərarı ilə JN-112F (kod:406105018) nömrəli “Torpağın mülkiyyətinə verilrməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr enində, qərbdən 2,24 metr enində, 92 metr uzunluqda gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxarışla ilə verilmiş 0,15 ha, Cavabdeh2 JN- 113 A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN-109 A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgiləri arasında uyğunsuzluq olduğu üçün sözügedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir. Beləliklə iddiaçıya məxsus mübahiəli gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunması sübut olunmur. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)- 137/2019 saylı qətnаməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnаməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnаməsi qismən yəni, gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri - 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri – 60.4 (altmış tam onda dörd) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən50 (əlli) manat İddiaçı tutularaq, Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar