Məhkəmə qərarları › İş №2(107)-140/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-140/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-140/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(075)-2023/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 1700 manat, X1 1450 manat, X7 900 manat, X8 1850 manat, Gülxar Əliyevadan 1550 manat, X3 900 manat və Cavabdeh 19350 manat pulun alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 2 ton buğdanın və ya 2 ton buğdanın bugünkü bazar qiyməti ilə hər tonu 650 manat omaqla cəmi dəyəri olan 1300 manatın, cavabdeh X1 3 ton arpanın və ya 3 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1500 manatın, cavabdeh X7 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, cavabdeh X8 4 ton arpanın və ya 4 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 2000 manatın, cavabdeh Gülxar Əliyevadan 3,5 ton arpanın və ya 3,5 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1750 manatın, cavabdeh X3 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, Cavabdeh 21 ton buğdanın və ya 21 ton buğdanın bukünkü bazar qiyməti ilə hər tonu 650 manat olmaqla cəmi dəyəri olan 13650 manatın, Cavabdeh 15 ton arpanın və ya 15 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 7500 manatın alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyim 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödthilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1159/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh, X9, X4, X10, X11, X5 və Əliyeva Gülxana qarşı pul tələbinə dair iddia ərizəsi hər bir cavabdehə münasibətdə ayrıca icraata ayrılmış və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə hazırkı mülki işə 2(075)2023/2022 nömrəsi verilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kənd təsərrüfatı malları və taxıl tədarükü ilə məşqul olur. Cavabdeh 2020-ci ilin əvvələrində 21 ton buğda və 15 ton arpa üçün ondan 6300 manat pul almışdır. Bunun müqabilində həmin ilin biçin vaxtı, yəni iyul-avqust aylarında o, 21 ton buğda və 15 ton arpa, yaxud qeyd edilən buğdanın və taxılın dəyərini qaytarmalı idi. Keçən müddət ərzində Cavabdeh ona ümumilikdə 36 ton taxıl və ya dəyərini qaytarmamışdır. Hazırda arpanın bir tonu 500 manat, buğdanın isə bir tonu 650 manatdır. Ona görə də, iddianın təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 15 sentyabr 2022-ci il tarixli, 2(075)- 2023/2022 saylı qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh 21 ton buğda və ya 21 ton buğdanın ümumi dəyəri olan 13650 manat pul alınaraq İddiaçı verilməsi, Cavabdeh 15 ton arpa və ya 15 ton arpanın bu günə bazar dəyəri olan 7500 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 153.45 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2019-cu ilin əvvəllərindən etibarən ayrı-ayrı vaxtlarda 6300 manat pul vermiş və pulun müqabilində cavabdeh, 2020-ci ilin taxıl biçini vaxtında (iyul-avqust aylarında) iddiaçıya 21 ton buğda və 15 ton arpa, yaxud həmin taxılın dəyərini qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Pulu aldıqdan sonra cavabdeh iddiaçıya vəd verdiyi 21 ton buğda və ya 21 ton buğdanın dəyəri olan 13650 manatı, 15 ton arpa və ya 15 ton arpanın bu günə bazar dəyəri olan 7500 manat məbləğində pulu qaytarmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, Cavabdehnın məhkəmədə etirafı ilə yanaşı Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarında qeyd olunmuş izahatı onun etirafı kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pulu almış, bunun müqabilində həmin ilin biçin vaxtı 21 ton buğdanı və 15 ton arpanı və ya dəyərini qaytarmaq öhdəliyini bu günə kimi tam icra etməmişdir. Qeyd olunan 6300 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini tam yerinə yetirmədiyindən vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır, iddiaçı isə ona vurulmuş real zərəri tələb etməyə hüququ olan və borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21 ton buğda və ya 21 ton buğdanın dəyəri olan 13650 manat pul, 15 ton arpa və ya 15 ton arpanın bu günə bazar dəyəri olan 7500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 442, 21.1, 21.2, 157.2, 739.1, 740.1, 740.2ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 77.1, 14.2, 88, 217.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-2023/2022 saylı qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, həqiqətən də, iddiaçıdan 21 ton buğda və 15 ton arpa, olmadıqda dəyərini 2020-ci ilin biçin vaxtı qaytarmaq şərti ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 6300 manat almışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. İddiaçıdan aldığı pulu texnikaya xərcləmişdir. Lakin istifadəsində olan kombayn sıradan çıxdığından işləyə bilməmişdir, bu səbəbdən də iddiaçıya olan borcunu qaytara bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi qətnaməsində MM-nin 21.1, 21.2, 157.2, 739.1, 740.1, 740.2-ci maddələrinə istinad etmiş və lakin onun sadəcə olaraq iddiaçıya 6300 manat borcunun olmasına heç bir münasibət bildirməmiş və bu münasibətləri tənzimləyən MM-nin 1091.1 və 1091.2-ci maddəsinə istinad etməmişdir. Həmçinin qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələb edilən buğdanın qiymətini 0.65 qəpikdən hesablamışdır. Bu hesablamanı apararkən birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 nömrəli məktubda qeyd edilmiş 1 kq buğdanın qiymətini yəni 0.65 qəpikdən hesablamışdır. Halbu ki, mülki işin materiallarında "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 35 nömrəli məktub da mövcuddur və həmin məktubda 2020-ci ildə və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiymətinin 35-40 qəpik, buğdanın orta bazar qiymətinin isə 50 qəpik olması göstərilmişdir. Hadisənin Şəki rayonunda baş verməsi, tərəflərin hər ikisinin də Şəki sakini olması, əkilən torpaq sahəsinin də Şəki rayonunda olsa da nəyə görə işə baxan birinci instansiya məhkəməsi "xxxx" ASC əvəzinə "xxxx" ASC-dən buğdanın qiymətinin alması anlaşılan deyil. Belə ki, Şəki rayonu hələ Azərbaycan SSR-dövründən taxılçılıq rayonu olmuş və ön çox taxil istehsal edən rayon olmuşdur. Halbu ki, Mingəçevir şəhərində taxil bitkiləri əkilmir və orada buğdanın qiymətinin Şəki rayonuna nisbətən daha çox olması qaçınılmazdır. Ona görə də işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" ASC-dən aldığı məlumatı əsas götürməsi tamamilə qanunsuz və əsassızdır. Halbu ki, əgər işə baxan birinci instansiya məhkəməsi bunu öz qətnaməsində əsaslandırmamışdır. Həmçinin qeyd edir ki, kənd və şəhər yerlərində buğdanın və arpanın müxtəlif qiymətləri olur. Belə ki, kənd sakinləri birbiriləri ilə buğda ilə ödəmə barədə razılaşma apararkən buğdanın tarladan kombaynın altından satılması qiyməti ilə razılaşma aparırlar. Halbu ki, işə baxan birinci instansiya məhkəməsi buğdanın bazar qiymətindən hesablama aparmışdır. Bu da yarıba yarı yuxarı qiymət deməkdir. İşin faktiki halları ilə müəyyən edilir ki, onun iddiaçıya sadəcə olaraq 6300 manat borcunun olmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi bunu araşdırmamış və nəticədə iddianın tam təmin etməklə iddiaçının əsassız varlanmasına gətirib çıxarmışdır. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamış, sacədə iddiaçının sözünə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbu ki, göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən miqdarda yəni 21 ton buğda və 15 ton arpa borcunun olmasını sübut edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanalara əsasən, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-2023/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)- 2023/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-2023/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(075)-2023/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(075)-2023/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş 21 ton buğda və ya 21 ton buğdanın ümumi dəyəri olan 13650 manat və 15 ton arpa və ya 15 ton arpanın bu günə bazar dəyəri olan 7500 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(075)-2023/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş buğdanın dəyərinin 2940 manat hissəsində, arpanın dəyərinin 1500 manata aid hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 6300 manat məbləğdə pulu almış, bunun müqabilində həmin ilin biçin vaxtı 21 ton buğdanı və 15 ton arpanı və ya dəyərini qaytarmaq öhdəliyini bu günə kimi tam icra etməmişdir. Qeyd olunan 6300 manat pulun (həmin dəyərdə olan buğda və arpanın) iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələb edilən buğdanın qiymətini 0.65 qəpikdən hesablamışdır. Bu hesablamanı apararkən birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 nömrəli məktubda qeyd edilmiş 1 kq buğdanın qiymətini yəni 0.65 qəpikdən hesablamışdır. Halbuki, mülki işin materiallarında "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 35 nömrəli məktub da mövcuddur və həmin məktubda 2020-ci ildə və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiymətinin 35-40 qəpik, buğdanın orta bazar qiymətinin isə 50 qəpik olması göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini qismən əsaslı hesab edir. İş tarerillarından müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü arpanın əvəzinə 2020-ci ilin iyun ayında 21 ton buğda və 15 ton arpa qaytarmağı, biçin zamanı taxıl olmayacağı təqdirdə həmin günün satış məzənnəsinə uyğun olaraq kompensasiya ödəməyi öz üzərinə götürmüşdür. “Şəki-Bazar” Açıq Səhimdar Cəmiyyətinin 6 fevral 2023-cü il tarixli 05 saylı məktubundan qeyd edilmişdir ki, hazırda bir kiloqram buğdanın orta satış bazar qiyməti 0.51 ( əlli bir qəpik ) manat, bir kiloqram arpanın orta satış bazar qiyməti 0.40 (qırx qəpik) manat təşkil edir. 2020-ci il üçün bir kiloqram buğdanın orta satış bazar qiyməti 0.42 (qırx iki qəpik) manat, bir kiloqram arpanın orta satış bazar qiyməti 0.39 ( otuz doqquz qəpik) manat təşkil etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 2023cü il tarixə uyğun olaraq buğdanın orta satış bazar qiyməti 0.51 manat olmaqla 21 ton ümumi dəyərini 10710 manat, arpanın orta satış bazar qiyməti 0.40 manat olmaqla 15 ton arpanın ümumi dəyəri isə 6000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası “Şəki-Bazar” Açıq Səhimdar Cəmiyyətinin 6 fevral 2023-cü il tarixli 05 saylı məktubunu daha mötəbər sübut kimi qiymətləndirərkən aşağıdakıları nəzərə alır; İş materialları ilə müəyyən edilir ki, əkilən torpaq sahəsi Şəki rayonunda yerləşir. Eyni zamanda Şəki rayonu taxılçılıq rayonudur. Mingəçevir şəhərində taxil bitkiləri əkilmir və orada buğdanın qiymətinin Şəki rayonuna nisbətən daha yüksək olması ağlabatandır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" ASC-dən aldığı məlumatı əsas götürməklə səhvə yol vermişdir. Ona görə də apelyasiya şikayəti bu hissədə qismən əsaslıdır. Daha sonra apelyator şikayətində qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən edilir ki, onun iddiaçıya sadəcə olaraq 6300 manat borcunun olmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi bunu araşdırmamış və nəticədə iddianın tam təmin etməklə iddiaçının əsassız varlanmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, iş materiallarında olan qəbzlərdən və cavabdehin izahatlarından görünür ki, cavabdeh 6300 manat borc pul almış və həmin pulu alan zaman taxılın 1 kq 051 qəpik, arpanın qiyməti isə 0,40 qəpik olmuşdur. Yəni tərəflər razılığa gələrkən müqavilədə borcu buğda və arpa formasında götürdüyünü qeyd etmişlər. Hazırda isə arpa və buğdanın indiki bazar qiyməti yuxarıda qeyd edilən məbləğdə olduğundan şikayət bu hissədə əsassızıdır. Daha sonra kollegiya iddiaçının əsassızı varlanmış şəxs olması barədə dəlili ilə də razılaşmır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi qanunverici iddiaçının əsassızı varlanmış şəxs olmasını istisna edir. Çünki tərəflər arasında yazılı müqavilə bağlanmaqla tərəflər üzərinə öhtəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhtəliyi yerinə yetirməklə cavabdehə istədiyi məbləğdə pulu və ya (arpa, buğda) vermiş, cavabdeh isə üzərinə düşən öhtəliyi yerinə yetirməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(075)-2023/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş buğdanın dəyərinin 2940 manat hissəsində, arpanın dəyərinin 1500 manata aid hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(075)-2023/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş buğdanın dəyərinin 2940 manat hissəsində arpanın dəyərinin 1500 manata aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh buğdanın dəyəri olan 10710 manat, arpanın dəyəri olan 6000 manat, 16710 manat pul alınaraq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar