Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1401/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı qarşı evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və ziyan ödənildikdən sonra evdən çıxarılmaları tələbinə dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(051)-1729/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 İddiaçı qarşı evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və ziyan ödənildikdən sonra evdən çıxarılmaları tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(051)-1729/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 İddiaçı qarşı evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və ziyan ödənildikdən sonra evdən çıxarılmaları tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(051)-1729/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(051)-1729/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin surətini almasına dair xəbərnaməni imzalamışdır. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili İddiaçı qarşı evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və ziyan ödənildikdən sonra evdən çıxarılmaları tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Priosessual Məcəlləsinin 156.1 və 156.2-cı maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Priosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1. 155.2 və 155.3-cü maddələrinə sasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Göründüyü kimi, cavabdeh qarşılıqlı iddianı MPM-in 155.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra vermişdir və ümumiyyətlə sözü gedən maddənin bütün tələbləri pozulmuşdur. Həmin maddənin tələbinə əsasən qarşılıqlı iddianın verilməsinin ümumi qaydaları əsasında həyata keçirildiyindən qarşılıqlı iddianı verərkən rüsum ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Sözü gedən iddia qiymətləndirilən iddia kateqoriyasına aiddir. Həmçinin qanunvericiliyin tələbinə əsasən dövlət rüsumundan azad olunması ilə bağlı heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(051)-1729/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(051)-1729/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(051)-1729/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1401/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1401/2022
23.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver