Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1404/2022 25.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Qax Rayon Məhkəməsinin 2(024)-160/2022 saylı mülki iş üzrə qəbul etdiyi 19 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mirasda payının müəyyən edilməsi” barədə iddiasına və iddiaçı X1 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “mirasın faktiki qəbul edilməsi və həmin əmlaklara mülkiyyət hüququnun müəyyən edilməsi” barədə iddiasına dair mülki işə baxmış Qax Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı iddiasının təmin edilməməsi, iddiaçı X1 iddiasının təmin edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə əlavə edilmiş 2 saylı əlavəyə uyğun tərtib olunmadığından qeyri-mümkün hesab edilmişdir. Qərardadda qeyd edilən nöqsanı aradan qaldırmış İddiaçı nümayəndəsi və vəkili X4 xx.xx.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. O, həmçinin ərizə ilə Rayon Məhkəməsinə ərizə təqdim edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsini üzrlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsində elektron məhkəmə sistemi tətbiq edilmədiyindən apellyasiya şikayəti yeni elektron məhkəmə sistemi üçün müəyyən edilmiş formada tərtib edilməmişdir. İtirilmiş müddətin bərpa edilməsini və yeni formada tərtib olunmuş apellyasiya şikayətinin qəbul edilərək apellyasiya instansiyasına göndərilmisini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəni təmin etmiş, prosessual müddətin ötürülməsi səbəbini üzrlü hesab edərək, müddəti bərpa etmiş və İddiaçı nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı X2 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və İddiaçı nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətininin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi İddiaçı rəsmi qaydada çatdırılmış və həmin qətnamədən qanunla müəyyən olunmuş qaydada şikayət vermək hüququ ona izah olunmuşdur. Bundan sonra İddiaçı keyfiyyətli hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamış və ilk dəfə onun nümayəndəsi və vəkili Tahir Şamxalov tərəfindən apellyasiya şikayəti verilərkən MPM-in tələblərinə riayət edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili peşəkar hüquqşünasdır və şübhə doğurmur ki, apellyasiya şikayəti tərtib edilərkən vəkil MPM-in müvafiq maddələrini bilməsin. Eyni zamanda vəkilin Qax Rayon Məhkəməsində elektron məhkəmə sisteminin olmamasını bilməməsi də absurddur. Cavabdeh prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Prosessual müddətin bərpa edilməsi üçün hər-hansı üzrlü səbəb mövcud olmamış, lakin Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli qətnamədən prosessual müddətin bitməsinə 17 gün qalmış(qətnamə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə verilmişdir, iş vər.83), yəni xx.xx.2022-ci il tarixdə cavabdeh İddiaçı tərəfindən ilk dəfə apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 qərardadda qeyd edilən nöqsanı aradan qaldıraraq yenidən apellyasiya şikayəti vermişdir. Qeyd olunan hallar nəzərə alındıqda müəyyən edilir ki, İddiaçı hərəkətlərində hüquqdan sui-istifadənin əlamətləri yoxdur, prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsi barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə Rayon Məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1404/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1404/2022
25.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver