Məhkəmə qərarları › İş №2(107)-1407/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1407/2022

06.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1407/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi İddiaçı, Cavabdeh nümyəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(033)-763/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: 1.05 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat mediasiyaya dair xərc İddiaçı tərəfindən ödənilmişdir.

2. 05 mart 2014-cü il tarixli 30-K saylı əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı 04 mart 2014-ci il tarixdən X9 istismarı İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi vəzifəsinə qəbul edilmişdir.

3. Cavabdeh X9 istismarı İdarəsinin rəisi N.Tarverdiyev tərəfindən 02 aprel 2014-cü il tarixdə təsdiq edilmiş X9 istismarı İdarəsinin Təbii qazın qəbulu və satışı xidmətinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisinin Peşə təlimatından görünür ki, həmin təlimatın 1.1-ci bəndinə əsasən Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisinin əsas vəzifəsi texnoloji proseslərin tam nəzarət ölçü cihazları ilə və köhnəlmiş ölçü vasitələrinin müasir tipli yeniləri ilə təmin olunması barədə X9 İstismarı İdarəsinin rəhbərliyinə təkliflər verməkdən, sərfölçmə qaz qovşaqlarında, istehlakçılarının qaz xətlərinin üzərində quraşdırılmış ölçü cihazlarının, sayğacların, avadanlıqların işində yaranmış nasazlıqların baş vermə səbəblərini müəyyən edib, onların aradan qaldırılması üçün rəhbərliyə məlumat verməkdən, “Avtomatlaşdırılmış qaz informasiya sistemi” proqramında quraşdırılmış qaz sayğacların, plombların və s. qeydiyyatı və uçotunun müvafiq qaydada aparılmasına nəzarəti təmin etməkdən ibarətdir. Əsas vəzifəyə müvafiq olaraq şöbə rəisinə bütün növ sayğacların və digər ölçü vasitələrinin istismarına və dövrü olaraq Dövlət yoxlamasından vaxtında keçirilməsinə nəzarət etmək; Dövlət standartlarına uyğun olaraq metroloji ölçmələrin aparılması və onların yoxlanması üçün texniki-normativ sənədlərin tələblərini həyata keçirilməsini, “AGİS” proqramında qeyri-əhali sektoru üzrə quraşdırılmış (əvəzlənmiş) sayğacların, plombların müvafiq klasifikatorlar üzrə vaxtında və düzgün qeydiyyata alınmasına nəzarətin təşkil edilməsi, əhali abonentlərində, sənaye obyektlərində, QPS və AQPS-lərdə istismarda olan sayğacların və ölçü cihazlarının notmativ texniki sənədlərə uyğun istismar olunmasını və vaxtında növbəti, növbədənkənar Dövlət yoxlamasından keçirilməsinə nəzarətin təşkil edilməsi, ölçü qovşaqlarında quraşdırılmış ölçü-hesablayıcı avadanlıqlarının düzgün istismar olunması, əsassız müdaxilələrin qarşısının alınması məqsədilə plomblanma işlərinin keyfiyyətlə aparılmasına nəzarətin təşkil edilməsini təmin etmək funksiyaları həvalə olunur. Bundan əlavə şöbə rəisi Azərbaycan Respublikasının qanunvericilik aktlarının, habelə, yuxarı təşkilatların əmr, metodik və normativ aktlarının düzgün tətbiq edilməsinə, şöbədə işin səmərəli təşkil edilməsinə, bu Vəzifə Təlimatında nəzərdə tutulmuş əsas vəzifələrin və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, X9 İstismarı İdarəsinin, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan töhmət intizam tənbehi verilməsi barədə əmr verilmişdir.

4. xx.xx.2016-cı il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə, X9 İstismarı İdarəsinin, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan aylıq əmək haqqının ¼ hissəsi məbləğində cərimə edilməsi barədə əmr verilmişdir.

5. xx.xx.2019-cu il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə (yoxlama zamanı 277 ədəd sayğac, 166 ədəd plomb və 25 ədəd akt çatışmamazlığı aşkar olunduğuna görə) X9 İstismarı İdarəsinin, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan töhmət intizam tənbehi verilməsi barədə əmr verilmişdir.

6. xx.xx.2019-cu il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə X9 İstismarı İdarəsinin, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir.

7. xx.xx.2019-cu il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə “yəni RQİİ tərəfindən xidmət göstərdiyi şəbəkə üzrə qaz itkilərinin 20% azaldılması barədə öhdəliyin yerinə yetirilməməsi) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə X9 İstismarı İdarəsinin, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir.

8. xx.xx.2020-ci il tarixli təqdimatdan görünür ki, Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixdə keçirilən iclasda gündəlikdə duran məsələlərlə bərabər eyni zamanda Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin fəaliyyəti və onun nəzarət funksiyasının həyata keçirdiyi sahələr üzrə çatışmamazlıqlar müzakirə edilmiş və müzakirələrin nəticəsi olaraq şöbənin fəaliyyəti qənaətbəxş olmadığından araşdırılması üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Protokol qərarının icrası olaraq xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X00201 saylı məktubla Cavabdeh İB-yə müraciət olunmuşdur. Bununla əlaqədar Birliyin İSQNŞ-nın, STİO və NŞ-nin mühəndisləri xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə RQİİ-nin Balakən, Zaqatala, Şəki XS-də yoxlama təftiş işləri aparmış, QSAİMŞ-nin fəaliyyəti yoxlanılmış və aşkar edilmiş nöqsanlara dair arayış tərtib edilmiş və sözügedən arayış İB tərəfindən RQİİyə xx.xx.2019-cu il tarixli SOCAR**********31520012X00179 saylı məktubla tədbir görülməsi üçün təqdim olunmuşdur. Sözügedən xidməti yazının araşdırılması və nəticələrinə uyğun tədbirlərin görülməsi ərəfəsində QSAİMŞ-nın və rayonlar üzrə SQİX-nin fəaliyyəti ilə bağlı digər xidməti yazılar, o cümlədən RQİİ-nin Baş mühəndisi Cavid Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02303 saylı, RQİİ-nin İSQNŞnın rəisi Ceyhun Qocayev tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02562 saylı, yenə RQİİ-nin Baş mühəndisi xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02999 saylı xidməti yazıları daxil olmuş və həmin xidmətilər eyni fəaliyyətin yoxlanılması istiqamətində olduğundan və tərtib edildiyindən bir icraatda birləşdirilərək əlaqəli şəkildə təhlil edilmişdir. Nəticədə QSAİMŞ-ın və rayonlar üzrə SQİX-nin fəaliyyəti ilə bağlı ayrı-ayrılıqda yerində aparılan araşdırmalar, toplanmış materiallar, aparılan izahat işlərində və onların bütövlükdə təhlili nəticəsində aşkar edilmiş, yalnız təsdiqini tapmış və bugünədək aradan qaldırılmayan qüsurlar əsasən sayğacların hərəkəti və onlara vaxtaşırı nəzarət edilmədiyi istiqamətində olduğu müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Zaqatala RQİİ üzrə ümumilikdə faktiki olaraq araşdırılan sayğaclar üzrə 395 ədəd sayğacın yerində olmamışdır, həmin sayğaclardan 56 ədədi (Zaqatala XS 3 ədəd (2017-2018), Ağdaş XS 53 ədəd (2018- 2019)) ünvanlarından açılaraq dövlət yoxlamasına göndərilməmiş və yeri qeyrimüəyyəndir, digər 339 ədədinin (Balakən XS 28 ədəd (2012 - 2014), Zaqatala XS-də 4 ədəd (2015), Qax XS-də 30 ədəd (2012-2017), Şəki XS-də 110 ədəd (2011- 2017, 5 ədəd - 2018), Ağdaş XS-də 147 ədəd (2012-2017, 21 ədəd – 2018, 36 ədəd – 2019) yeri ümumiyyətlə məlum deyildir. Zaqatala RQİİ-nin tabeçiliyində olan XS-də sayğacların hərəkəti Cavabdeh İB tərəfindən xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə yoxlamalara dair arayış tərtib edilmişdir. Həmin yoxlamaların nəticəsi olaraq qaz sayğaclarının, plombların və aktların icra vəziyyətlərində bir sıra nöqsanlar aşkar edilmiş, nöqsanlara görə isə ayrıayrı tarixlərdə Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli 37/ü saylı və xx.xx.2019-cu il tarixli 170/ü saylı əmrləri ilə tədbirlər görülmüşdür.

9. Zaqatala RQİİ-nin idarə rəisi X6 RQİİ-nin Həmkarlar İttifaqının sədri cənab Ramin Xəlilova ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala RQİİ-nin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixli 01/SB-55 saylı təqdimat və ona əlavə edilmiş materiallarla RQİİ-nin Həmkarlar təşkilatına müraciət edilmişdir. Lakin İddiaçı uzun müddət xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək keçən 2 il 3 ay 18 gün ərzində işə çıxmadığından və işə çıxmamasının üzürlü səbəb kimi əmək qabiliyyətinin olmamasına dair vərəqə təqdim etdiyindən təqdimata münasibət bildirilməsi mümkün olmamışdır.

10. Hazırda isə İddiaçı xx.xx.2022-ci ıl tarixdən işə çıxdığından sözügedən təqdimata baxılmasına yaranmış maneələr aradan qalxmışdır. Göstərilənləri nəzərə alaraq, Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli 01/SB-55 saylı təqdimatına Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi İddiaçı aid hissədə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə münasibət bildirilməsi və təqdimata baxılmanın nəticəsi barədə Zaqatala RQİİ-yə məlumat verilməsi xahiş olunmuşdur.

11. Zaqatala RQİİ-nin Həmkarlar İttifaqının xx.xx.2022-ci il “təqdimata cavab verilməsi barədə” 11 nömrəli məktubun surətindən görünür ki, həmkarlar ittifaqı təşkilatı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul etmişdir.

12. X9 İstismar İdarəsinin 02 iyun 2022-ci il tarixli SOCAR**********000070020B00078 nömərli əmrinin 1-ci bəndindən görünür ki, X9 istismarı İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin 15-ci dərəcəli şöbə rəisi İddiaçı barəsində toplanmış iş materiallarını, eləcə də iş üzrə Zaqatala RQİl-nın Həmkarlar Təşkilatının xx.xx.2022-ci il tarixli razılıq məktubunu nəzərə alaraq qüvvədə olan qanunvericiliyin və Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələblərinin təmini məqsədilə Birliyin Zaqatala RQİİ-nin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin 15-ci dərəcəli şöbə rəisi İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 30 nömrəli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi və bu istiqamətdə sənədləşmənin xx.xx.2022-ci il tarixə qədər yekunlaşdırılması əmr edilmişdir.

13. 02 iyun 2022-cı il tarixli xxxxxxx0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və onun qeydiyyata alınmasına dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, cavabdeh X9 İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “02 iyun 2022-cı il tarixli xxxxxxx0001X0” nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

14. “Zaqatala RQİİ-nin Baş mühəndisinin 05 dekabr 2019-cu il tarixli xidməti yazısının icrası olaraq Balakən xidmət sahəsində AGİS bazasının Status 1-də göstərilən əhali və qeyri-əhali sektoru üzrə sayğacların, plombların, aktların faktiki mövcudluğunun və ünvandan açılmış sayğacların dövlət yoxlamasına göndərilməsi vəziyyətinin 06 dekabr 2019-cu il tarixdə yerində araşdırılmasının nəticələrinə dair” Arayışdan görünür ki, Status 1-də qeydiyyat olan Balakən XS-də əhali sektoru üzrə 28 ədəd sayğac (16 ədədi - 2012, 11 ədəd - 2013, 1 ədədi - 2014), qeyriəhali sektoru üzrə 1 ədəd sayğac (2014) faktiki olaraq yoxdur.

15. “Zaqatala RQİİ-nin Baş mühəndisinin 05 dekabr 2019-cu il tarixli xidməti yazısının icrası olaraq Zaqatala xidmət sahəsində AGİS bazasının Status 1-də göstərilən əhali və qeyri-əhali sektoru üzrə sayğacların, plombların, aktların faktiki mövcudluğunun və ünvandan açılmış sayğacların dövlət yoxlamasına göndərilməsi vəziyyətinin 16 dekabr 2019-cu il tarixdə yerində araşdırılmasının nəticələrinə dair” Arayışdan görünür ki, Status 1-də qeydiyyat olan Zaqatala XS-də əhali sektoru üzrə 5 ədəd sayğac (4 ədədi - 2015, 1 ədəd - 2019), qeyri-əhali sektoru üzrə 1 ədəd sayğac (2014) faktiki olaraq yoxdur. Sonradan 1 ədəd (2019) əhali sektoru üzrə sayğac Ağdaş XS-nin anbarında müəyyən edilərək Zaqatala XS-nə təhvil verilmişdir.

16. “Zaqatala RQİİ-nin Baş mühəndisinin 05 dekabr 2019-cu il tarixli xidməti yazısının icrası olaraq Qax xidmət sahəsində AGİS bazasının Status 1-də göstərilən əhali və qeyri-əhali sektoru üzrə sayğacların, plombların, aktların faktiki mövcudluğunun və ünvandan açılmış sayğacların dövlət yoxlamasına göndərilməsi vəziyyətinin 09 dekabr 2019-cu il tarixdə yerində araşdırılmasının nəticələrinə dair” Arayışdan görünür ki, Status 1-də qeydiyyat olan Qax XS-də əhali sektoru üzrə 30 ədəd sayğac (11 ədədi - 2012, 9 ədəd - 2013, 1 ədəd - 2014, 8 ədəd - 2015, 1 ədəd - 2018), qeyri-əhali sektoru üzrə 4 ədəd sayğac (2 ədəd - 2012, 1 ədəd - 2013, 1 ədəd - 2014) faktiki olaraq yoxdur. İş materiallarına əlavə olunmuş “Zaqatala RQİİ-nin Baş mühəndisinin 05 dekabr 2019-cu il tarixli xidməti yazısının icrası olaraq Şəki xidmət sahəsində AGİS bazasının Status 1-də göstərilən əhali və qeyri-əhali sektoru üzrə sayğacların, plombların, aktların faktiki mövcudluğunun və ünvandan açılmış sayğacların dövlət yoxlamasına göndərilməsi vəziyyətinin 05 dekabr 2019-cu il tarixdə yerində araşdırılmasının nəticələrinə dair” Arayışdan görünür ki, Status 1-də qeydiyyat olan Şəki XS-də əhali sektoru üzrə 113 ədəd sayğac (1 ədəd - 2011, 17 ədədi-2012, 3 ədəd-2013, 12 ədəd -2014, 62 ədəd-2015, 5 ədəd -2016, 5 ədəd - 2017, 8 ədəd - 2018) faktiki olaraq yoxdur.

17. “Zaqatala RQİİ-nin Baş mühəndisinin 05 dekabr 2019-cu il tarixli xidməti yazısının icrası olaraq Oğuz xidmət sahəsində AGİS bazasının Status 1-də göstərilən əhali və qeyri-əhali sektoru üzrə sayğacların, plombların, aktların faktiki mövcudluğunun və ünvandan açılmış sayğacların dövlət yoxlamasına göndərilməsi vəziyyətinin 10 dekabr 2019-cu il tarixdə yerində araşdırılmasının nəticələrinə dair” Arayışdan görünür ki, Status 1-də qeydiyyat olan Oğuz XS-də əhali sektoru üzrə 1 ədəd və qeyri əhali sektoru üzrə 1 ədəd sayğac dövlət yoxlamasına göndərilmişdir. Gösətilənlər SQİX-nin mühəndisi M.Məmmədov təsdiq etmiş, QSAİMŞ-nin rəisi izahatında sayğaclardan birinin silindiyini, digəri isə (qeyri-əhali) yararsız olub labaratoriyadan götürülməyib. Təhsil şöbəsindən açılmış sayğac (4310033) yararlı olmasına baxmayaraq faktiki olraq plombu yoxdur və yararsızdır, onun təkrar yoxlamadan keçirilməsi üçün müraciət edilməmişdir.

18. “Zaqatala RQİİ-nin Baş mühəndisinin 05 dekabr 2019-cu il tarixli xidməti yazısının icrası olaraq Qəbələ xidmət sahəsində AGİS bazasının Status 1-də göstərilən əhali və qeyri-əhali sektoru üzrə sayğacların, plombların, aktların faktiki mövcudluğunun və ünvandan açılmış sayğacların dövlət yoxlamasına göndərilməsi vəziyyətinin 11 dekabr 2019-cu il tarixdə yerində araşdırılmasının nəticələrinə dair” Arayışdan görünür ki, Status 1-də qeydiyyat olan Qəbələ XS-də əhali sektoru üzrə 9 ədəd sayğac faktiki olaraq yoxlama zamanı yerində olmamış, rayonun Mıxlıqovaq kəndində vətəndaşların ünavnlarında quraşdırılmış, sonradan 5 ədədi ünvanda açılaraq anbara gəirilimiş, 4 ədədi sənədləşdirilmişdir. Bundan əlavə 1 ədəd sayğac (**********5) ünvanda quraşdırılmış, sayğac və onun sərfiyyatı olan 1256 m3 qaz qeydiyyata alınmamışdır. QSAlMŞ-nnı rəisi izahatında göstərmişdir ki, 5 ədəd qaz sayğacı Status 1- də silinmişdir, lakin silinmə ilə bağlı heç bir sənəd mövcud deyildir. Anbarda aşkar olunmayan əhali üzrə 5 ədəd və qeyriəhali üzrə 2 ədəd qaz sayğacı dövlət yoxlamasına göndərilməsi ilə bağlı sənədləri müəyyən edilməmişdir.

19. “Zaqatala RQİİ-nin Baş mühəndisinin 05 dekabr 2019-cu il tarixli xidməti yazısının icrası olaraq Ağdaş xidmət sahəsində AGİS bazasının Status 1-də göstərilən əhali və qeyri-əhali sektoru üzrə sayğacların, plombların, aktların faktiki mövcudluğunun və ünvandan açılmış sayğacların dövlət yoxlamasına göndərilməsi vəziyyətinin 12-13 dekabr 2019-cu il tarixlərdə yerində araşdırılmasının nəticələrinə dair” Arayışdan görünür ki, Status 1-də qeydiyyat olan Ağdaş XS-də əhali sektoru üzrə 155 ədəd sayğac (19 ədədi - 2012, 22 ədəd - 2013, 8 ədəd - 2014, 9 ədəd - 2015, 14 ədəd - 2016, 10 ədəd - 2017, 21 ədəd -2018, 52 ədəd -2019), qeyri-əhali sektoru üzrə 8 ədəd sayğac (1 ədəd -2012, 1 ədəd - 2013, 3 ədəd - 2014, 1 ədəd - 2017, 2 ədəd - 2019) faktiki olaraq yoxdur. Sonradan isə 155 ədəd sayğacdan 3 ədədi anbara gətirilmiş, 13 ədədinin quraşdırma aktları təqdim edilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdə “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh X9 istismar İdarəsinin SOCAR**********00070020B00046 saylı, 02 iyun 2022-ci il tarixli əmrinin ləğv edilərək onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkəti, Cavabdeh, X9 İstismarı İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. 2014-cü ildən isə həmin idarənin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək xəstəliyi ilə əlaqədar olaraq məzuniyyətdə olmuşdur. İş üzrə Cavabdeh, X9 İstismarı İdarəsi 02 iyun 2022-ci il tarixli, SOCAR**********00070020B00046 saylı əmri ilə qanunsuz və əsassız olaraq onunla Zaqatala RQİİ arasında bağlanmış 04 mart 2014-cü il tarixli, 30 nömrəli əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir.

22. Cavabdeh, X9 İstismarı İdarəsindən hansı əsasla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini öyrənməyə çalışsa da bu barədə ona məlumat verilməmiş və işi məhkəməyə verəcəyi təqdirdə əsasları məhkəməyə təqdim edəcəklərini bildirmişlər. İlk olaraq aralarında olan mübahisənin həlli məqsədi ilə mediasiyaya müraciət etmişdir. Lakin həmin mərhələdə heç bir razılaşma əldə etmək mümkün olmadığı üçün, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

23. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 19 sentyabr 2022-ci il tarixli, 2(033)-763/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh Zaqatala Regional Birliyinin Qİİ-nin 02 iyun 2022-ci il tarixli SOCAR**********000070020B00078 nömərli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X9 istismarı İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin 15-ci dərəcəli şöbə rəisi vəzifəsinə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiyaya dair xərcin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbini cavabdeh təşkilatın rəhbərinin vaxtı ilə onun tabeliyində işlədiyini və işində yol verdiyi əmək və icra intizamı pozuntusuna görə barəsində intizam tənbehi tətbiq etdiyi üçün ona qarşı qərəzli olması, mübahisəli əmrin bunun nəticəsində verilməsi ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halı sübut edə bilməmişdir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin halı sübut edə bilmədiyini nəzərə alaraq, müdiriyyətin onun barəsində qərəzli olması barədə bildirdiklərini işin hallarına uyğun saymır. Bununla yanaşı cavabdeh tərəf də, barəsində xx.xx.2015-ci il tarixdə "töhmət", 7 ay sonra xx.xx.2015-ci il tarixdə "töhmət", 4 ay sonra xx.xx.2016-cı il tarixdə "aylıq əmək haqqının ¼ hissəsi məbləğində cərimə" elan edilməsi, xx.xx.2019-cu il tarixdə "töhmət" intizam tədbirləri tətbiq edilmiş iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin davam etdirilməsinə əsas olmuş halı izah edə bilməmişdir. İddiaçı eyni zamanda tələbini 2012-ci ildən 2019-cu ilə qədər sayğacların yerində aşkar olunmamasına görə ona töhmət verilməsi, mübahisəli əmrin də eyni nöqsana görə verilməsi ilə əsaslandırmışdır.

25. İş üzrə sübutlarla iddiaçının barəsində olan digər intizam tənbehlərinin verilməsinə əsas olmuş sayğaclarla, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinə əsas olmuş sayğacların müxtəlif sayğaclar olması halı təsdiq edilməmişdir. Məhkəmə həmin halın təsdiq edilməməsini nəzərə alaraq, ona eyni intizam xətasına görə iki intizam tənbehi verildiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

26. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, müdiriyyət iddiaçının intizam xətası törətməsini ən geci RQİİ-nin Baş mühəndisi Cavid Hacıyevin xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02303 saylı, RQİİ-nin İSQNŞ-nın rəisi Ceyhun Qocayevin xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02562 saylı, yenə RQİİ-nin baş mühəndisi Cavid Hacıyevin 30 dekabr 2019-cu il tarixli SOCAR**********30560046X02999 saylı xidməti yazıları aşkar etdiyindən, onunla bağlanmış əmək müqaviləsinə ən geci xx.xx.2020-ci ildə xitam verilməli olmuşdur.

27. Lakin mübahisəli əmrlə əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş müddət dəfələrlə keçdikdən sonra xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Bundan başqa, cavabdehin bildirdiyinə görə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif tibb müəssisələrində ambulator müalicə olunduğundan işə çıxmamışdır. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, həmin hal da iddianın rədd edilməsinə əsas ola bilməz. İlk öncə yuxarıda da qeyd edildiyi kimi cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ən geci xx.xx.2020-ci ildə xitam verilməli olmuşdur ki, həmin vaxt da iddiaçı iş yerində olmuş, iddiaçı xx.xx.2020-ci il tarixdə ambulator müalicəyə başlayanadək cavabdeh intizam tənbehi vermək müddətini ötürmüşdür.

28. Qanunla işəgötürənin səlahiyyətlərini vaxtında icra etməməsi isə intizam tənbehinin verilməsi üçün nəzərdə tutulan müddətin axımını dayandıran hal olaraq nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189cu maddəsinin 2- ci hissəsində işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtın intizam tənbehinin verilməsi üçün nəzərdə tutulan bir aylıq müddətə daxil edilmədiyi nəzərdə tutulsa da, həmin maddənin 3-cü hissəsində intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilməsi ümumiyyətlə qadağan edilir və bu müddətə işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtın daxil edilməsi nəzərdə tutulmur. Ümumiyyətlə Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci hissəsinin 2-ci cümləsindəki halın həmin maddənin 3-cü hissəsinə şamil edilməsi, sonuncu qanun normasının Məcəlləninin mətnində saxlanılmasını lüzumsuz edərdi və işəgötürən üçün istənilən müddətə xəstə, yaxud məzuniyyətdə, ezamiyyətdə olması ilə bağlı iş yerində olmayan işçisinə hər hansı müddətin keçməsinə baxmayaraq tənbeh vermək səlahiyyətini saxlamış olardı. Qanunvericilik məhz buna görə işəgötürənə aşkar etdiyi əmək və ya icra intizamı pozuntusuna görə işçisinin barəsində intizam tənbehi vermək səlahiyyətindən qeyri müəyyən müddətdə istifadə etməməsi üçün ƏM-in 189-cu maddəsinin 3-cü hissəsi ilə onun işçiyə intizam tənbehi vermək səlahiyyətini intizam tənbehinin qüvvədə olma müddətində məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Göründüyü kimi, cavabdeh iddiaçının əmək və ya icra intizamı pozuntusu törətdiyi ən son tarixi 2019-cu ilin sonları hesab etsə də, onunla bağlanmış əmək müqaviləsinə 2 il 5 ay sonra xx.xx.2022-ci il tarixdə xitam verməklə, qanunun intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan edən normasının tələblərini pozmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əvvəllər barəsində töhmət intizam tənbehləri tətbiq edilməsinə əsas olmuş eyni intizam xətasına görə verildiyindən, eləcə də cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunla müəyyən edilmiş müddətin keçməsindən sonra verildiyindən, bununla da əmək müqaviləsinin ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmadan aparıldığından, mübahisəli əmr ləğv edilməli və iddiaçı vəzifəsinə işə bərpa edilməli, məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya dair xərc tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.

29. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “e” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 80-ci maddəsinin 1-ci hissəsinə, 80-ci maddəsinin 2-ci gissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 3-cü hissəsinə və 300.1-ci maddələrinə,

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına,

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına,

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

33. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

34. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki iş üzrə hər tərəfli və obyektif araşdırma aparmamışdır. Çünki məhkəmənin gəldiyi mövqe işdə olan çatışmamazlıqları tam əhatə etmir. Birinci instansiya məhkəməsi yalnız bir cümlədən ibarət fikirlə 197 ədəd sayğacla bağlı mövqe bildirmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş sübutlarda QSAİMİŞ-in rəisinin fəaliyyətində kifayət qədər çatışmamazlıqlar göstərilsə də məhkəmə həmin noqsanlara ümumiyyətlə diqqət ayırmamışdır.

35. Əgər belə bir dəyərləndirmə olsa idi birinci instansiya məhkəməsi açıq aşkar görəcəkdir ki, QSAİMŞ mübahisəli 197 ədəd sayğacdan əlavə sayğacların Xidmət sahələrinə verilməsi zamanı hər hansı sənədləşmə, həmçinin təhvil təslim aktlarının tərtibatına nəzarət edilməmiş, dövlət yoxlamasına göndərildiyi kimi izahatı verilmiş 24 ədəd sayğac (əhali 17 əd, qeyri-əhali 7 əd) barədə faktiki sübut yoxdur və onların da yeri qeyri müəyyəndir, Yararsız hesab edilən 33 ədəd sayğacın yararsızlıq rəyi olmasına baxmayaraq sənədləşmə aparılmadığından BAZADA Status 1-də silinməmişdir və onlar yararlı kimi görünür, XS anbarlarına verilən və yararlılıq rəyi mövcud olan 12 ədəd qaz sayğacı faktiki olaraq yararsız olsa da onların təkrar dövlət yoxlamasından keçirilməsi və alınan rəy əsasında bazadan silinməsi təmin edilməmişdi, RQİİ üzrə 9 sayğac üzərində olan ümumilkdə 9496 m qaz sərfi sənədləşdirilərək abonent bazasına təqdim edilmədiyindən qeydiyyata alınmamışdır, bu da həmin həcmdə qaz itkisinə səbəb olmuşdur. Bazada texniki səhv kimi qeydə alınan sayğacların faktiki sayğac nömrələri ilə dürüstləşdirilmə işləri aparılmamışdır. QSAİMŞ-da sayğacların hərəkətinə nəzarət etməməsi səbəbindən onların uçotunun qeyri-dəqiq olmasına səbəb olur, Ağdaş XS-nin Status 1-də 1 ədəd sayğac göstəricisi 0 m göstərilsə də faktiki olaraq 3612 m -dir və bazada qeydiyyata alınmamışdır. Ağdaş XS-nin Status 1-də yararlı göstərilən 9 ədəd sayğac faktiki olaraq müdaxiləlidir (möhürə müdaxilə və s.), onların təkrar yoxlamaya göndərilməsi ilə bağlı müraciət mövcud deyildir, Ağdaş XS-d əhali sektoru üzrə 12 ədəd, qeyri əhali sektoru üzrə 10 ədəd xüsusi plomblar yerində aşkar edilməmiş, 9 ədəd plomb yararsız vəziyyətdədi, Qəbələ XS-də 1 ədəd sayğac sənədsiz (**********5) ünvanda quraşdırılmış, sayğac və onun sərfiyyatı olan 1256 m qaz qeydiyyata alınmamışdır. Oğuz XS-də Təhsil şöbəsindən açılmış sayğac (4310033) yararlı olmasına baxmayaraq faktiki olraq plombu yoxdur və yararsızdır, onun təkrar yoxlamadan keçirilməsi üçün müraciət edilməmişdir. Şəki XS-də 2 ədəd sayğac ünvanlarda sənədsiz quraşdırılmış sayğac və onların 0 və 1317 m göstəricisi qeydiyyata alınmamışdır. Qax XS-də 1 ədəd qaz sayğacı (5328190) saylı sayğac dövlət yoxlamasından yararlı rəy verilsə də faktiki olaraq dövlət möhürü yoxdur və QSAİMŞ tərəfindən möhürsüz olaraq XS-nə verilmişdir, Zaqatala XS-də 21 ədəd yararsız sayğac Mərkəzi anbara təhvil götürülməmişdir, Anbarda saxlanılan 4 ədəd Smart kart tipli sayğac dövlət yoxlamasına göndərilməmiş, onların üzərində faktiki olaraq cəmi 2973 m (0 m3, 679 m, 465 m , 1829 m ) sərfiyyatın olmasına baxmayaraq çıxarılma aktlarında və bazada qeydə alınmamışdır, Anbarda aşkar olunan Şabanova Biçənin açılan məxsus ******* saylı sayğacı uzun müddətdir ünvanından açılmasına baxmayaraq anbarda saxlanılmış, dövlət yoxlamasına göndərilməmişdir, Zaqatala XS-də 9 aktda yalnız sayğacların nömrəsi, göstəricisi, qırılan və vurulan plomblar qeyd olunmuş, başqa heç bir məlumatlar aktda göstərilməmiş, həmin plombların hansı səbəbdən qırıldığı və yenisinin vurulması zərurəti qeyd olunmamışdır, Balakən XS-də 1 ədəd qaz sayğacı vətəndaşın ünavınında (Qullar kəndi – X3) quraşdırılmış vəziyyətə və 338 m göstərici ilə aşkar edilmiş, onun qeydiyyatı ilə bağlı heç bir sənəd mövcud deyildir. Bütün bunlar birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərdir və ümumiyyətlə araşdrımadan kənarda qalmışdır.

36. Qeyd edilənlərə əsasən Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2(033)-763/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti iki hissədən ibarətdir. Birinci hissə itən sayğaclardan bağlıdır, ikinci hissə isə sayğacla bağlı olmayan digər qüsürlarla bağlıdır. Birinci instansiya məhkəməsi yalnız bir cümlədən ibarət fikirlə 197 ədəd sayğacla bağlı mövqe bildirmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş sübutlarda QSAİMİŞ-in rəisinin fəaliyyətində kifayət qədər çatışmazlıqlar göstərilsə də məhkəmə həmin noqsanlara ümumiyyətlə diqqət ayırmamışdır. Sözü gedən mübahisə 2017 və 2018-ci illərdə olan sayğaclarla bağlıdır. 197 sayğacın 56 ədədi ünvanlarda olan sayğaclardı həmin sayğaclar açılıb lakin idarəyə təhfil verilməmişdir bu isə 2019-cu ilin iyun-iyul ayında açılan sayğaclardır. Yerdə qalan 144 sayğacın 73 ədədi Ağdaş rayonuna aiddir qalanları isə Şəkiyə aiddir. Odur ki, Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2(033)-763/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, 20 iyun 2005-ci ildən Azəriqaz İB-nin Zaqatala XS-də mühəndislik fəaliyyətinə başlamış, 2014-cü ildən rəis vəzifəsində çalışmışdır. 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək xəstəliyi ilə bağlı məzuniyyətdə olmuşdur. X9 İstismar İdarəsinin 2 iyun 2022-ci il tarixli əmri ilə qanunsuz və əsassız onunla Zaqatala RQİİ arasında bağlanmış 4 mart 2014-cü il tarixli, 30 nömrəli əmək müqaviləsi ləğv edilmişdir. Buna səbəb 2019-cu ilin iyul ayında Zaqatala RQİİ-nin rəisi Sübhi Bayramovun ona qarşı qərəzli münasibəti olmuşdur. 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək xəstəliyi ilə əlaqədar olaraq məzuniyyətdə olmuşdur. Cavabdeh, X9 İstismarı İdarəsindən hansı əsasla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini öyrənməyə çalışsa da, bu barədə ona məlumat verilməmiş və işi məhkəməyə verəcəyi təqdirdə əsasları məhkəməyə təqdim edəcəklərini bildirmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi xahiş edir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

41. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları

70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddənin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır 72-ci maddəyə görə -e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 288-ci maddəsinin “h” bəndinə görə fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır. 290-cı mаddəsinin 3-cü bəndinə əsаsən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir.İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

44. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla üç hissədən- əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsindən ibarətdir. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır. Yəni tələbin birinci hissəsi təmin olunduğu halda, digər hissələrinə hüquqi qiymət verilir, əks halda yox.

48. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun azad edilməsi barədə verilmiş əmr qanunsuz və əsassızdır. Belə ki, o fəaliyyəti dövründə heç bir pozuntuya yol verməmiş, əksinə idarə rəhbərliyi daim onunla qərəzli münasibətdə olmuşdur. 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək xəstəliyi ilə əlaqədar olaraq məzuniyyətdə olmuşdur. Cavabdeh, X9 İstismarı İdarəsindən hansı əsasla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini öyrənməyə çalışsa da, bu barədə ona məlumat verilməmiş və işi məhkəməyə verəcəyi təqdirdə əsasları məhkəməyə təqdim edəcəklərini bildirmişlər.

49. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək bildirir ki, əksinə, aparılmış yoxlama və monitorinqlər zamanı iddiaçının rəhbərlik etdiyi sahənin fəaliyyətində ciddi qüsur və çatışmazlıqlar aşkar edilmiş, iddiaçı dəfələrlə məlumatlandırılmasına, barəsində intizam tənbeh növü tətbiq edilməsinə baxmayaraq, sonuncu verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işində dönüş etməmişdir.

50. Kollegiyanın qənaətinə görə belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən, həmçinin sənədləşmə qaydalarına necə riayət edilməsindən asılıdır.

51. Öyrənilən işin faktiki hallarından görünür ki, İddiaçı 2005-ci ildən sözügedən idarədə müxtəlif vəzifələrdə işləmiş, 2014-cü ildən isə həmin idarənin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi vəzifəsində işləmişdir. İş üzrə cavabdeh təşkilatın 02 iyun 2022-ci il tarixli, SOCAR**********00070020B00046 saylı əmri ilə tərəfklər arasında başlanmış 04 mart 2014-cü il tarixli, 30 nömrəli əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

52. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı əvvəllər bir neçə dəfə, sonuncu dəfə isə 2019-cu il tarixdə törətmiş olduğu intizam xətalarına görə məsuliyyətə cəlb olunmuşdur.

53. Lakin işin təhlili nəticəsində iddiaçının işdən çıxarılması üçün əsas olmuş 02 iyun 2022-ci il tarixli əmrin verilməsi zamanı hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, o cümələdən də ƏM 72-ci maddəsində sadalanan halların mövcud olması müəyyən edilməmişdir, əksinə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunması barədə verilmiş əmr heç də sonradan baş vermiş nöqsanlara görə deyil, əvvəlki, yəni 2019-cu il tarixdə yol vermiş nöqsanlara görə verilmişdir. Çünki iş materialları ilə iddiaçının 2019-cu il tarixdən sonra uzun müddət səhhəti ilə bağlı işdə olmaması, sonradan isə hansı çatışmazlıqların aşkar edilməsi barədə sübut yoxdur.

54. Apellyasiya qaydasında işə baxan zaman kollegiyanın işin faktiki hallarına qiymət verməklə gəldiyi qənaət ondan ibarətdir ki, 02 iyun 2022-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad edilsə də, işəgötürən işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını göstərməmiş, bu halların hər hansı biri ilə əsaslandırmamışdır.

55. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın tələbləri əsasında araşdırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmri bir neçə hüquqi əsasla qanunsuz olduğunu müəyyən etmişdir. Bu əsaslardan biri ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir.

56. Bundan əlavə hazırki mübahisələndirilən əmrin verilməsinə əsas kimi, iddiaçının 2019-cu ildə nöqsanlara yol verməsi əsas götürülə bilməz. Belə ki, həmin nöqsanlara görə, sonuncuya töhmət elan olunmuşdur. Həmin əməllərə görə, ona yenidən intizam tənbehi verilə bilməz

57. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verlməsi intizam tənbehi tətbiq edilə bilməzdi.

58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun

59. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır.

60. Bundan başqa, iş materiallarının tədqiqi, həmçinin tərəflərin izahatı zamanı müəyyən olunur ki, cavabdeh iddiaçının əmək və ya icra intizamı pozuntusu törətdiyi ən son tarixi 2019-cu ilin sonları hesab etsə də, onunla bağlanmış əmək müqaviləsinə 2 il 5 ay sonra xx.xx.2022-ci il tarixdə xitam vermişdir ki, bu da qanunvericiliyin tələbləri ilə uzlaşmır.

61. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi və iddiaçıya münasibətdə bu qayda pozulmuşdur. Belə ki, həmin maddənin 30cü hissəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçəndən sonra işçiyə intizam tənbehi verilə bilməzdi.

62. Apellyasiya şikayətinin bu dəlilləri ilə də razılaşmayan kollegiya bildirir ki, həmin normaya görə intizam tənbehinin verilməsi üçün müddət yalnız müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı uzana bilər.

63. Lakin işdən görünür ki, iddiaçının rəis olduğu şöbədə araşdırmanın aparılması sonuncu dəfə 2019-cu ilə təsadüf edir, xx.xx.2020-ci il tarixdə də “əmək və icra intizamı barədə” xidməti yazı məktubu ilə idarə rəisinə müraciət olunmuşdur. Sonradan yəni, 2022ci il tarixdə həmin faktların araşdırılması ilə bağlı əlavə hər hansı təftişin aparıldığı müəyyən olunmur.

64. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi işçi ilə işəgötürəni eyni hüquqda qoruyur.

65. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsimiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında belə bir ifadə qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.

67. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(033)-763/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar