Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-141/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-594/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-594/2019 nömrəli qətnaməsi ilə (hakim Rafayel Şirinov) İddiaçı azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı məhkəməyə müraciət edərək azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 2011-ci ildə Cavabdeh1 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və qaynatası Cavabdeh2 razılığı ilə sonuncuya məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçərək həmin evə qeydiyyata düşmüşdür. Gəlin köçdüyü evə cehiz əmlaklarını da gətirmişdir. Cavabdeh1lə birgə nikahlarından 2014-cü ildə Xumar, 2015-ci ildə Səma adlı uşaqları doğulmuşdur. Cavabdehlərlə birgə yaşadıqları müddətdə təsərrüfatı birlikdə idarə etmişlər. 2018-ci ilin dekabr ayında Cavabdeh1lə aralarında olan nikah pozulmuşdur. Bir neçə ay öncə cavabdehlər onu azyaşlı uşaqları ilə birlikdə gəlin köçdüyü evdən zorla qovmuşlar. Cavabdehlər azyaşlı uşaqları ilə birlikdə onu evdən qovduqdan sonra mütamadi olaraq yaşadığı evə gəlmiş və cehiz əmlaklarına baxmışdır. Hazırda yaşamağa evi olmadığından azyaşlı uşaqları ilə birlikdə Cavabdeh2 məxsus evə köçürülməsini istəyir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X5 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 1982-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində bir mərtəbəli iki otaqlı ümumi sahəsi 46.4 kv.metr olan fərdi yaşayış evi tikmişdir. Həmin evin tikildiyi 0.17 hektar torpaq sahəsinə onun və ailə üzvlərinin adına xx xxxxxx 2004-cü il tarixli JN-031A KOD 40718018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2011-ci ildə iddiaçı oğlu Amillə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və mülkiyyət hüququ əsasında ona məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə o özü və arvadı qeydiyyatdadırlar. Oğlu Amil2014-cü ildən İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyində ayrı təsərrüfat kimi qeydiyyata düşmüşdür. İddiaçı ona məxsus evdə yaşasa da atasına məxsus evdə qeydiyyatdadır. İddiaçı onun ailə üzvü deyil, oğlu ilə nikah münasibətlərinə 2018-ci ilin dekabr ayında xitam verilmişdir. İddiaçının ona məxsus İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən evə köçürülməsi tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini etiraf etmədiyini bildirmiş və birinci cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmənin bu qətnaməsini qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-594/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, onun azyaşlı uşaqları ilə birlikdə gəlin köçdüyü və cehiz əşyalarının yerləşdiyi Cavabdeh2 məxsus olan İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-594/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehlərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-594/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan iddiaçıya məxsus xx xxxxxx 2018-ci il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatdadır. İşdə olan birinci və ikinci cavabdehlərə məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən edilir ki, birinci və ikinci cavabdeh İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatdadırlar. İşdə olan İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli 111 nömrəli ərizəyə cavab məktubundan görünür ki, Quliyev X2 İƏD üzrə nümayəndəliyində xx xxxxxxx 2014-cü il tarixli 09 saylı sərəncamla ayrı təsərrüfat kimi qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 474 nömrəli arayışdan görünür ki, İddiaçı 2011-ci ildə Cavabdeh1 ərə getmiş və Cavabdeh2 məxsus İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən evə gəlin köçərək 2018-ci ilədək həmin evdə yaşamışdır. İşdə olan İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 544 nömrəli arayışdan görünür ki, Cavabdeh2 1983-cü ildən İsmayıllı rayonu, Kürdmaşı kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh2 1985-ci ildə həmin torpaq sahəsində ev tikərək ailə başçısı kimi həmin vaxtdan bu günədək torpağın və evin komunal xərclərini və vergisini ödəmişdir. Qeyd edilən evdə Cavabdeh2 və X1 qeydiyyatdadırlar. İşdə olan fərdi yaşayış evinin sentyabr 1982-ci il tarixli texniki pasportundan müəyyən edilir ki, Cavabdeh2 İsmayıllı rayonu Kürdmaşı kəndində bir mərtəbəli iki otaqlı 46.4 kv.metr fərdi yaşayış evi vardır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cü il tarixli JN 031A KOD 40718018 nömrəli şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh2 və ailə üzvlərinin adına İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 0.17 hektar torpaq sahəsi vardır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(037)-1179/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxxxx 2011- ci il tarixdə İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyində 17 nömrə ilə qeyd edilmiş nikah xx xxxxxx 2018-ci il tarixdə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4 və 30.5-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, birinci cavabdehin İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 1982-ci ildə inşa etdiyi bir mərtəbəli iki otaqlı ümumi sahəsi 46.4 kv.metr olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin tikildiyi 0.17 hektar torpaq sahəsinə dair birinci cavabdehin və ailə üzvlərinin adına xx xxxxxx 2004-cü il tarixli JN031A KOD 40718018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin evdə birinci cavabdeh və arvadı qeydiyyatdadırlar. İddiaçı ikinci cavabdehlə 2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və birinci cavabdehə məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İkinci cavabdeh 2014-cü ildən İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyində ayrı təsərrüfat kimi qeydiyyata düşmüşdür. İddiaçı ilə ikinci cavabdeh arasındakı nikah münasibətlərinə xx xxxxxx 2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı birinci cavabdehə məxsus evdə qeydiyyatda olduğunu, əmlakının qeyd olunan evdə yerləşdiyini bildirir və həmin evə köçürülməsi barədə iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər iddiaçının köçmək istədiyi evin şəxsi mülkiyyət hüququ əsasında birinci cavabdehə məxsus olduğunu, iddiaçının onun ailə üzvü olmadığını, həmin evdə qeydiyyatda olmadığını, ikinci cavabdehlə nikah münasibətlərinə xitam verildiyini, ikinci cavabdehin ayrı təsərrüfat kimi qeydə alındığını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə iddiaçının mübahisəli evdə qeydiyyatda olması təsdiq edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndindəki mübahisəli evdə birinci cavabdeh və arvadı qeydiyyatdadırlar. İddiaçı ailə həyatı quranadək İsmayıllı rayonu Kürdmaşı kənd sakini olmuş və həmin kənddə valideyinlərinə məxsus evdə qeydiyyatda olmuşdur və hazırda da valideyinlərinə məxsus evdə qeydiyyatdadır. İddiaçının azyaşlı uşaqları ilə birlikdə köçməsini tələb etdiyi fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında birinci cavabdehə məxsusdur. İddiaçı birinci cavabdehin ailə üzvü deyil. İddiaçı ilə ikinci cavabdeh arasında olan nikah münasibətlərinə xitam verilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 1982-ci ildə inşa etdiyi bir mərtəbəli iki otaqlı ümumi sahəsi 46.4 kv.metr olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin tikildiyi 0.17 hektar torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına xx xxxxxx 2004-cü il tarixli JN031A KOD 40718018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin evdə o və arvadı qeydiyyatdadırlar. İddiaçı Cavabdeh1 ilə 2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və Cavabdeh2 məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 2014-cü ildən İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyində ayrı təsərrüfat kimi qeydiyyata düşmüşdür. İddiaçı ilə Cavabdeh1 arasındakı nikah münasibətlərinə xx xxxxxx 2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı Cavabdeh2 məxsus evdə qeydiyyatda olduğunu, əmlakının qeyd olunan evdə yerləşdiyini bildirir və həmin evə köçürülməsi barədə iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər iddiaçının köçmək istədiyi evin şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğunu, iddiaçının onun ailə üzvü olmadığını, həmin evdə qeydiyyatda olmadığını, Cavabdeh1 ilə nikah münasibətlərinə xitam verildiyini, ikinci cavabdehin ayrı təsərrüfat kimi qeydə alındığını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Cavabdehlər tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2019-cu ildə notariat qaydada təsdiq edilmiş Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndindəki 0.17 ha torpaq sahəsində yerləşən 120.2 kv.m ölçüdə olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərin xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından da göründüyü kimi, İddiaçı Cavabdeh2 məxsus evə 2011-ci ildə köçdüyünə görə bu mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İddiaçı ilə Cavabdeh2 arasında yaranmış mənzil hüquq münasibətlərini tənzimləyən konkret hüquq normaları kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mövcuddur. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68-ci maddəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə mənzil hüquq münasibətlərini tənzimləyir və bu müddəaların iddianın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə hər hansı təsir dairəsi yoxdur. İddiaçı ilə cavabdehlər arasında hər hansı bir formada müqavilə olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-594/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-594/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-141/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-141/2020
08.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver