Məhkəmə qərarları › İş №2(107)-141/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-141/2022

13.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-141/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh Zabit qızına qarşı «qanun üzrə 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə 1-ci növbə vərəsə, payın müəyyən edilməsi, mirasın qəbulu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh Zabit qızına qarşı iddia ərizəsi ilə müraciət edərək X2 miras qalmış Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilin ½ hissəsinə övladlarının xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh Zabit qızı onun keçmiş əri X3 rəsmi arvadı olmuşdur. X5 ilə onun arasındaki nikah 25 aprel 2009-cu ildə pozulmuşdur. Birgə evliliklərindən xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları olmuşdur. Aralarındaki nikah pozularkən uşaqlardan biri onun digəri isə atasının yanında qalmışdır. Yaşar Şirinovla ailəli olduğu vaxt Yaşarın anasına məxsus evdə yaşamışlar. X8 həmin mənzili satmış, yeni arvadı Cavabdeh adına Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 38 saylı mənzilini almışlar. Mənzil birgə nikah dövründə alındığından Yaşar Şirinovun payı ½ hissədir. Yaşar Şirinov 03 avqust 2018-ci ildə vəfat etmişdir. Qızları isə azyaşlı olduqları üçün iddia onun tərəfindən qaldırılmışdır. Ona görə də X2 miras qalmış Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilin ½ hissəsinə övladlarının xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh Zabit qızına qarşı «qanun üzrə 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması» tələbinə dair iddia tələbi rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X5 26.07.2018-ci ildə vəfat etmişdir. Yaşar Şirinov vəfat etdiyi zaman Cavabdeh ilə ailəli olmuşdur. Bundan əlavə Yaşar Şirinovun birinci evliliyindən xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları olmuşdur. X6 Şirinova ilə birgə nikah dövründə (RX seriyalı, ******* saylı çıxarışa əsasən) 2018-ci il tarixdə Mingəçevir şəhəri R.Rza küçəsindəki 16 saylı evin, 38 saylı mənzilini almış və mənzil Cavabdeh adına qeydə alınmışdır. İddiaçılar qanuni nümayəndələri vasitəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh Y.Şirinov ilə birgə nikah dövründə əldə etdiyi Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilin ½ hissəsinə övladlarının xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 26.07.2018-ci il tarixdə vəfat etmiş atası X2 qalmış miras əmlaka digər vərəsələr arasında mübahisə olmasına baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X5 26.07.2018-ci ildə ölmüşdür və onun ölümü haqqında 03.08.2018-ci il tarixli 251 №-li akt tərtib olunmuşdur. Mingəçevir şəhəri R.Rza küçəsindəki 16 saylı evin, 38 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 08.02.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. 05.02.1963-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş X3 barəsində Azərbaycan Respublikası Respublikasının Ədliyyə Nazirliyinin “Vətandaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 26.02.2021-ci ilədək aparılmış və 1.Arvadı: Cavabdeh, 2. Qızı: İddiaçı1, 3. Qızı: İddiaçı2 adları aşkar edilmişdir. X3 Qanuni nümayəndə Ağakişi qızı ilə nikahından xx xxxxxx 2003cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları doğulmuşdur. X3 Qanuni nümayəndə Ağakişi qızı arasında nikahın pozulması 25.04.2009-cu ildə qeydə alınmışdır. Bundan əlavə, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçılar həmin mənzildə yaşamamış, atalarının yas məclisində iştirak etsələr də, sonradan həmin mənzilə gəlməmiş, mənzildə qeydiyyatda deyillər və bununla da miras əmlakı da faktiki olaraq qəbul etməmişlər. İddiaçıdan fərqli olaraq Cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir. Bundan əlavə məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil Cavabdeh mülkiyyətindədir və mənzil Cavabdeh ilə Yaşar Şirinov arasında bölünməmiş və mərhumun payı ayrılmamışdır. İş üzrə iddiaçılar qanunla müəyyən olunmuş 6 ay ərzində miras əmlakı qəbul etməmişlər. Bundan əlavə iddiaçılar tərəfindən mirasın qəbul edilməli olması barədə heç bir mötəbər sübut təqdim olunmasmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia tam olaraq əsassızdır və rədd edilməlidir. Belə ki, iddianın rədd edilməsinin bir neçə əsası vardır. Bunlardan birincisi odur ki, iddiaçılar mirasın qəbul olunması ilə bağlı iki üsuldan biri üzrə mirası qəbul etməli idilər. Mirasın qəbulunun birinci üsulu iddiaçıların mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə olması nəzərdə tutulmuşdur. İddiaçıların qanuni nüməyəndəsi olmasına baxmayaraq miras əmlakı qəbul etmək üçün sözügedən üsulların heç birindən istifadə etməmişdir. Bundan əlavə, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçılar həmin mənzildə yaşamamış, atalarının yas məclisində iştirak etsələr də, sonradan həmin mənzilə gəlməmiş, mənzildə qeydiyyatda deyillər və bununla da miras əmlakı da faktiki olaraq qəbul etməmişlər. İddiaçıdan fərqli olaraq Cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı, AR Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020- ci il trixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Broniowski v. Poland» işi üzrə 2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1243.2-ci, 1244-cü, 1246-cı, 1255ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 , onunla X3 birgə evliliyindən anadan olmuş övladlarıdır. Qızı İddiaçı1 xx xxxxxx 2003-cü il təvəllüdlü, İddiaçı2 xx xxxxxx 2004-cü il təvəllüdlüdür. Onların atası Yaşar Şirinov onun arasındakı nikah 25 aprel 2009-cu ildə məhkəmə qaydasında pozulmuş və Həyat atası Yaşar Şirinovun, Nigar isə onun yanında saxlanılmışdır. X9 Pərvanə Zabit qızı ilə rəsmi nikaha girmişdir. Yaşar Şirinovla o Y.Şirinovun anasına məxsus evdə yaşamışlar. X8 həmin mənzili satmış, yeni arvadı, Cavabdeh ilə birgə alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən mənzili satın almışlar. Həmin mənzildə Yaşar Şirinovla, Cavabdeh qızı İddiaçı1 ilə birgə yaşamışlar. Yaşar Şirinov 03 avqust 2018-ci ildə vəfat etmişdir. Ataları vəfat etdikdən sonra Cavabdeh hər iki qızını atalarının yas mərasimindən qovmuş və qızlarına o baxır. Atalarının ölümü ilə əlaqədar qızlarına pensiya təyin olunmuşdur. Yeni alınmış ünvan 1 ünvana Yaşar Şirinovun mülkiyyət hüquqları olmasını DƏDRX-nin Yevlax Ərazi İdarəsindən məlumat alana qədər xəbərsiz olmuşlar. Bu məlumatı əldə etdikdən sonra yetkinlik yaşına çatmayan qızlarının adından onların qanuni nümayəndəsi kimi hazırki iddianı o qaldırmışdır. Yaşar Şirinov vəfat edərkən İddiaçı1 14, İddiaçı2nm 13 yaşı olmuşdur. Məhkəmələrin göstərdiyi hərəkətləri etməyə fəaliyyət qabiliyyəti olmamışdır. Yaşar Şirinovun miras əmlakı olmasından DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 2021-ci ilin mart ayında daxil olmuş məktubu əsasında məlumatlı olmuşlar. Atasının ölümü ilə əlaqədar İddiaçı1 və İddiaçı2 müavinət təyin olunmuşdur. Bundan əlavə məhkəmələr işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.5-ci maddəsinin tələblərini nəzərə almamışlar. Məhz həmin maddəyə əsasən Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir. Qanuni nümayəndənin mirasın qəbulu ilə bağlı hərəkətləri etməyə məcbur olmasına dair hər hansı maddi norma mövcud deyildir. Məhkəmənin yetkinlik yaşma çatmayan Həyat və İddiaçı2larm qanuni nümayəndəsinin vaxtında mirasın qəbulu ilə bağlı hərəkətlər etməməsinin onların miras paydan məhrum edilməsinə əsas gətirməkdə haqlı olmamışlar. Bu zaman mirasın qəbuluna dair hüquq normaları səhv təfsir etməklə azyaşlının mülkiyyət hüquqlarını pozmuşlar. Yaşar Şirinovun mirası olmasından xəbərsiz olduğundan uşaqlarının hüquqlarının müdafiəsi üçün notariat oqfisinə müraciət etməmişdir. Bundan xəbərdar olan kimi müraciət etmiş və heç də cavabdehin göstərdiyi kimi Yaşar Şirinovun ölümündən 3 il keçəndən sonra olmamışdır. Məhkəmədə Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının iddiaçı tərəfdən 3-cü şəxs qismində cəlb edilməsi bardədə vəsatət vermiş və vəsatəti təmin olunmuşdur. Ancaq məhkəmə qətnaməsində 3-cü şəxsin cəlb olunması, iştirak edib etməməsi məsələsinə toxunulmamışdır. Qeyd olunanalara əsasən o Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Zabit qızının etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı miras əmlakı nə formal, nə də faktiki qəbul etməmişdir. Belə ki, miras qoyan Şirinov Yaşar 2018ci ildə vəfat etmişdir, iddiaçılar isə onun vəfat etməsindən xəbərdar olublar, hətta dəfnində də iştirak ediblər, yəni “Vərəsə vərəsəliyə çağırıldığını bilmişdir”. Lakin 3 ildən sonra vərəsənin belə bir addım atması qanunazidd və əsassızdır. AR Mülki Məcəlləsi mirası qəbul etməyin 2 yolunu müəyyən elmişdir: formal və faktiki. Lakin iddiaçı bunların heç birini etməyib. İddiaçıdan fərqli olaraq o həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil faktiki və real olaraq ona məxsusdur, O əmlaka sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini ödəyir. İddiaçı həm qanuni, həm də faktiki olaraq onun mülkiyyətində olan mənzilini hüquqazidd yolla ələ keçirməyə cəhd göstərir. İddia prcdmeti olan mənzili öz vəsaitilə almış və alındığı gündən indiyədək həmin mənzildə rəhmətlik həyat yoldaşı ilə birgə yaşamışdır. Hazırda həmin mənzildə yalnız o yaşayır, həmin mənzilə sahiblik edir. Eyni zamanda, o, həmin mənzildə pasport qeydiyyatındadır. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətində qeyd edir ki. guya Şirinov Yaşarla nikahları pozulandan sonra uşaqları İddiaçı1 atası Yaşarla qalmışdır. Bu, tamamilə yalandır, belə ki, nikahın pozulması haqqında Ağdaş Rayon Məhkəməsinin qərarında da göstərilir ki, nikah pozulandan sonra Həyat və Nigar anaları Qanuni nümayəndə himayəsində qalır. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətində qeyd edir ki, Şirinov Yaşarın miras əmlaka mülkiyyət hüququnun olmasını DƏDRX-dan məlumat alana qədər bilməmişdir, guya Qanuni nümayəndə keçmiş əri rəhmətə gedəndən sonra, 2021-ci ili mart ayında məlumatı olmuşdur. Halbuki, iddiaçı elə öz şikayət ərizəsində öz fikrini təkzib edir və qeyd edir ki, Yaşar ikinci dəfə nikahda olanda həmin mübahisəli mənzili alqı-satqı yolu ilə almışdır (Alqı-satqı müqaviləsi 07.12.2017-də bağlanıb). Yəni Qanuni nümayəndə keçmiş əri Yaşarın həmin mənzilə mülkiyyət hüququnun olmasını Yaşar rəhmətə getməzdən öncə də bilirdi (Alqı-satqı müqaviləsinin surəti etiraza əlavə olunub).İddiaçı qeyd edir ki, atalarının ölümü ilə əlaqədar pensiya təyin olunması mirasın faktiki qəbulu sayılır. Bu fikir tamamilə əsassızdır, belə ki, ailə başçısını itirməyə görə verilən müavinət miras əmlak hesab olunmur. Mülki Məcəllənin379-cu maddənin 1.4; 5 və 6-cı bəndlərini əlaqəli şəkildə götürülsə, bu maddə qanuni təmsilçisi, yəni valideyni olmayan uşaqlara şamil edilir. Qeyd olunanlara əsasən, o, apellyasiya şikayətinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçılarının, o cümlədən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələləndirir. Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia tam olaraq əsassızdır və rədd edilməlidir. Belə ki, iddianın rədd edilməsinin bir neçə əsası vardır. Bunlardan birincisi odur ki, iddiaçılar mirasın qəbul olunması ilə bağlı iki üsuldan biri üzrə mirası qəbul etməli idilər. Mirasın qəbulunun birinci üsulu iddiaçıların mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə olması nəzərdə tutulmuşdur. İddiaçıların qanuni nüməyəndəsi olmasına baxmayaraq miras əmlakı qəbul etmək üçün sözügedən üsulların heç birindən istifadə etməmişdir. Bundan əlavə, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçılar həmin mənzildə yaşamamış, atalarının yas məclisində iştirak etsələr də, sonradan həmin mənzilə gəlməmiş, mənzildə qeydiyyatda deyillər və bununla da miras əmlakı da faktiki olaraq qəbul etməmişlər. İddiaçıdan fərqli olaraq Cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Yaşar Şirinovun birinci evliliyindən yəni Qanuni nümayəndə ilə nikahdan xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları olmuşdur. X3 Qanuni nümayəndə Ağakişi qızı arasında nikahın pozulması 25.04.2009-cu ildə qeydə alınmışdır. Bundan sonra X11 Şirinova ilə nikaha daxil olmuşdur. Uşaqları olmamışdır. X6 Şirinova ilə birgə nikah dövründə Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilini almışlar. X5 26.07.2018-ci il tarixdə vəfat etmişdir. X3 vərəsələri xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat, xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları və arvadı Cavabdeh qalmışdır. İşin faktiki hallarından göründüyü kimi X5 26.07.2018-ci il tarixdə vəfat edəndə xx xxxxxx 2003-cü il təvəllüdlü Həyatın 15, xx xxxxxx 2004-cü il təvəllüdlü Nigarın isə 14 yaşı olmuşdur. Mülki Məcəlləsinin 28, 30-cu, Ailə Məcəlləsinin 51-ci və 59-cu maddələrinə əsasən atalarının vəfatından sonra onun birinci növbəli qanun üzrə vərəsələri olan azyaşlı uşaqların bütün hüquqlarının müdafiə edilməsi və onların vəzifələrinin həyata keçirilməsi bütünlüklə anaları yəni, iddiaçının üzərinə düşmüşdür. Başqa sözlə, azyaşlı uşaqlar notariat kontoruna gedib atalarından miras qalmış əmlakdakı miras paylarını qəbul etmək imkanında və yaş həddində olmamışlar. Uşaqların anası isə onların əvəzindən bunu vaxtında etməmişdir. Bütün bu hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, azyaşlı uşaqların qanuni nümayəndəsinin (anasının) mirasın qəbulu ilə bağlı hərəkətsizliyi uşaqların hüquqlarına münasibətdə onların atasından miras qalmış əmlakdakı paylarından məhrum etməməlidir. Odur ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin və Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarını nəzərə almadan qanuni və əsaslı nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası payların müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir; Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilini X10 Cavabdeh birgə nikah dövründə aldıqlarından, həmin miras əmlakın ½ hissəsi Cavabdeh mülkiyyətidir. Digər ½ hissəsi isə miras kütləsinə daxildir. Ona görə də kollegiya hesab edir ki, miras kütləsinə daxil olan ½ hissəsi 3 yerə bölünməli, ½:3=1/6 hissə Cavabdeh, 1/6 hissə xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1, 1/6 hissəsi isə xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 verilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(051)-1007/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilinin miras kütləsinə daxil olan ½ hissəsinin 1/6 hissəsində xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1, 1/6 hissəsində xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2, 1/6 hissəsində isə Cavabdeh payı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar