Məhkəmə qərarları › İş №2(107)-142/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-142/2023

11.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-142/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-400/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı oğlu Səxavət Məmmədov 16 oktyabr 2004-cü ildə Cavabdeh ilə ailə qurmuşdur. İddiaçı 2009-cu ilin 24 dekabrında sözügedən mənzili almış və həmin mənzildə cavabdeh və sonuncunun ailəsi ilə birlikdə yaşamağa başlamışlar. Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzil Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-ın MA seriyalı ******* №-li çıxarışına əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Səxavət Məmmədovla Cavabdeh arasındakı nikah 2018-ci ildə pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(107)-1597/2021 saylı qətnaməsi ilə Cavabdeh Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə köçürülmə tələbi təmin edilməmiş, onun Cavabdeh qarşı tələbi üzrə Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı Cavabdeh 28 avqust 2005-ci il təvəllüdlü X3, 18 fevral 2008-ci il təvəllüdlü X5 və 26 sentyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmalarını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 avqust 2005-ci il təvəllüdlü X3, 18 fevral 2008-ci il təvəllüdlü X5 və 26 sentyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə mülkiyyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzili 24 dekabr 2009-cu ildən onun şəriksiz mülkiyyətindədir. Belə ki, həmin mənzili o alqı-satqı müqaviləsi əsasında öz şəxsi vəsaiti hesabına əldə etmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, oğlu Səxavət Məmmədov 16 oktyabr 2004-cü ildə cavabdeh ilə ailə qurmuşdur. Cavabdeh ərə gələrkən heç bir cehiz əşyası olmamışdır. Özünün də göstərdiyi kimi kirayə mənzildə oğlu ilə birgə yaşamağa başlamışdır. Sonradan o, qazanc əldə edib həmin mənzili satın almışdır. Sosial yardım almaq istəkləri ilə əlaqədar onun mənzilinə qeydiyyata düşməsinə razılıq vermişdir. Ancaq mənzilindən ona istifadə hüququ verən hər hansı müqavilə bağlamamışdır. X10 Cavabdeh arasındakı nikah 2018-ci ildə pozulmuşdur. Həmin vaxt onların 28 avqust 2005ci il təvəllüdlü X3, 18 fevral 2008-ci il təvəllüdlü X5 və 26 sentyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları Cavabdeh yanında saxlanılmışdır. 13 sentyabr 2018-ci ildə cavabdeh uşaqları ilə birlikdə mənzilini tərk edib valideynlərinin yanına getmiş və mənzilindən çıxmışdır. Özünə məxsus əşyalarını da aparmışdır. X10 cavabdehin arasındakı nikah pozularkən uşaqların saxlanılması ilə bağlı ondan alimentin tutulması qət olunmuş və oğlunun həmin vəsaiti ödəməyə maddi imkanı olmadığından ona maddi cəhətdən o, köməklik edirmiş. Cavabdeh həmin ərəfədə həmçinin ona qarşı mənzilə köçmə tələbinə dair iddia qaldırmışdır. Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(107)- 1597/2021 saylı qətnaməsi ilə Cavabdeh Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə köçürülmə tələbi təmin edilməmiş, onun Cavabdeh qarşı tələbi üzrə Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Yaşayış üçün kirayə mənzillərin baha olması səbəbindən, oğlu Səxavətin isə aliment borcunun yığılmaması üçün Cavabdeh ilə razılışmışlar ki, aliment pulu əvəzinə o uşaqlarla onun mənzilində yaşayacaq, həmçinin ona onlar tərəfindən 100 manat pul ödənəcək və bu şəkildə aylıq aliment ödənmiş sayılacaq. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin razılaşmaya əsasən cavabdehin mənzilinə köçməsinə razılıq verdi və bu minvalla 2021-ci ilin noyabr ayına qədər razılaşmalarına əməl etmişdir. Cavabdeh isə aliment öhdəliyinin icra olunması barədə İcra Şöbəsinə məlumat vermədiyindən bu müddət ərzində oğlu Səxavətin aliment borcu 7000 manatı ötmüş kimi yığılmış və nəticədə onun oğlunu inzibati qaydada həbs etmişlər. O, Cavabdeh onun mənzilində yaşamasını istəmir və mənzilindən çıxmağı tələb etməyinə baxmayaraq mənzilindən çıxmır. Qeyd edir ki, mənzilindəki əşylar ona məxsusdur. Odur ki, məhkəmədən Cavabdeh 28 avqust 2005ci il təvəllüdlü X3, 18 fevral 2008-ci il təvəllüdlü X5 və 26 sentyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə mülkiyyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, X11 onun qaynanası olmuşdur. O, X1 Səxavət Rəhim oğlu ilə 2004-cü ildə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Əfsanə, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014cü il təvəllüdlü Adəm adlı üç övladları olmuşdur. Uşaqlar onun yanında qalırlar. O, xx.xx.2005- ci il təvəllüdlü Əfsanə, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Adəm adlı uşaqlar mübahisəli ünvan 1 qeydiyyatdadırlar. Onlardan başqa heç kim orada yaşamır və həmin mənzildən başqa yaşayış yerləri yoxdur. O, işləmir və uşaqlarına çətinliklə baxır. Maddi imkanı başqa kirayə mənzil tutmağa imkan vermir. O, ailə quranda qaynanası və yoldaşıyla birlikdə kirayədə yaşayırlar. 2009-cu ildə isə sözügedən mənzili aldılar və həmin evdə yaşadılar. Sözügedən mənzilin alınması və təmirində onun iştirakı olmuşdur. Mənzili o təmir etdirmişdir. Mənzilə xeyli xərc qoyduqdan sonra onu mənzildən çıxarmaq istəyirlər. Onun sözügedən mənzildə əldə edəndən yaşamış və sözügedən mənzilə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşmüşdür. Həmin vaxtdan mənzilə istifadə hüququ da tanınmışdır. Onun və azyaşlı övladlarının sözügedən mənzildən başqa yaşayış yerləri yoxdur. İddiaçının bu cür hərəkətləri onun konstitusion hüquqlarını pozur. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir.

5. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhəmə iclasına gəlməmişdir. Bununla belə məhkəmənin elektron portalına ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılıb təmin edilməsini xahiş edir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən məcburi qaydada çıxarılma ilə bağlı yaranan mülki mübahisədir.

7. İddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehlərin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzili İddiaçı adına qeydə alınmışdır.

9. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun.

10. Məhkəmə cavabdehin iddia tələbinə etirazını işə dair sənədlərlə yanaşı nəzərdən keçirib belə hesab edir ki, cavabdehin etirazı əsassızdır.

11. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, cavabdeh mübahisəli mənzildə 2009-cu ilin dekabr ayından köçüb yaşamağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir.

12. Məhkəmə işə daxil edilmiş sənədlər, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatından və iddia ərizələrini nəzərdən keçirib belə hesab edir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzili 24 dekabr 2009-cu il tarixdən İddiaçı tam mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu Səxavət Məmmədov ilə 2004-cü ildə nikah bağlamışlar. Birgə nikah dövründə əvvəllər kirayədə qalmış sonralar isə iddiaçı mübahisəli mənzili aldıqdan sonra Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilində yaşamağa başlamışdır. 2018-ci ildə cavabdeh və iddiaçının oğlu arasında ailə münasibətləri pozulmuş və tərəflər arasında nikah ləğv edilmişdir. Hazırda mənzil iddiaçının, yəni cavabdehin ərinin anasının mülkiyyətində olduğundan və onlar isə qanunvericiliyə əsasən ailə üzvü hesab edilmədiyindən cavabdehin Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən istifadə hüququ yoxdur.

13. Həmçinin məhkəmə MPM-in 82.3-cü maddəsini nəzərə alaraq hesab edir ki, cavabdehin məhkəmə iclası zamanı etirazında Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair fikirləri mübahisələndirilmir.

14. X4 Mülki kollegiyasının 2(107)-1597/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilmişdir.

15. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-400/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh 28 avqust 2005-ci il təvəllüdlü X3, 18 fevral 2008-ci il təvəllüdlü X5 və 26 sentyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılmaları qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157–ci maddələrinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

17. İşdə olan Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-ın MA seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi və tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.

18. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 28 avqust 2005-ci il təvəllüdlü X3, 18 fevral 2008-ci il təvəllüdlü X5 və 26 sentyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqların ataları Məmmədov Səxavət anaları isə Cavabdehdir.

19. İşdə olan X4 Mülki kollegiyasının 2(107)-1597/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-312/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, Cavabdeh xx.xx.2005ci il təvəllüdlü Əfsanə, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilmişdir.

20. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, 3 əlil uşaqla havaların soyuq düşməsi ərəfəsində mənzildən çıxarılmağı məqsədə müvafiq deyil, həmin qətnamə ləğv edilməlidir.

22. 3 uşaqla mənzildən onun çıxarılmağına dair mülkiyyətçinin tələbi qanunsuz və əsassızdır. Mənzildən istifadə etmək üçün ona möhlət verilməlidir.

23. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)- 400/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-400/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)- 400/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 21-22-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 8-14-cü bəndlərində göstərilmiş əsaslarla iddianı təmin etməkdə haqlı olmuşdur.

36. Hazırki iş üzrə cavabdeh iddiaçının bu qətnamənin 30-cu bəndində göstərilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunduğu kimi nə ailə üzvü, nə də “digər qohum”u deyildir. Həmçinin, bu qətnamənin 19-cu bəndində göstərilmiş X4 Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1597/2019 saylı hal-hazırda qüvvədə olan qətnaməsi ilə hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya məxsus mənzildən istifadə hüququnun olmaması müəyyən edilmişdir.

37. Cavabdehin evdən çxıarılmasına möhlət verilməsi isə hazırki iş üzrə məhkəmə baxışının predmeti olmamaqla, məhkəmə qətnaməsinin icrası prosessində həll oluna biləcək məsələdir.

38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-400/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(051)-400/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar