Məhkəmə qərarları › İş №2(107)-1422/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1422/2023

18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1422/2023 18.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadından İddiaçı verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakı ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılması və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakı ilə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olub, ünvan 1 ünvanında yerləşən 0,0304 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmasına və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1063/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan Cavabdehlər İddiaçı, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Ağdaş rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair 2(005)-1971/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakı ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılması və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair mülki işin icraatın dayandırılması qərara alınmışdır. İddiaçı Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1063/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırki iş üzrə cavabdehə qarşı torpaq sahəsi və üzərində yerləşən çay evindən yox, mülkiyyətində olan 0,0304 hektar torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, hazırki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə heç bir əlaqəsi yoxdur. Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(014)-1063/2023 saylı qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizə göndərərək qeyd etmişdir ki, iş üzrə İddiaçı Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Tərəfindən Bakı şəhəri Nərimaov Rayon məhkəməsinə cavabdehlər İddiaçı, "xxxx" MMC-yə, "xxxx" MMCyə və Ağdaş rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. 2(005)-1971/2023 nömrəli mülki iş Nərimaov Rayon Məhkəməsinin icraatındadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə tikintitexniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Nərimanov Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli məhkəmə bildirişindən müəyyən olunur ki, həmin ekspertiza 25 yanvar 2024-cü il tarixə saat 15:00 təyin olunmuşdur. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin icraatında olan 2(014)-1063/2023 saylı mülki işə qeyd olunan iddia tələbi ilə bağlı yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək baxılması mümkün deyildir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Kollegiya qeyd edir ki, Cavabdehlər İddiaçı, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Ağdaş rayon İcra və Probasiya şöbəsinə qarşı hərracın yekunları barədə protokolun, alqısatqı müqaviləsinin və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmadığından, İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakı ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılması və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə qeyd olunan iddia tələbi ilə bağlı yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək baxılması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(014)-1063/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar