Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1428/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1”nin Zaqatala Regional İstismar İdarəsinə qarşı “işə bərpa olunması və iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- işə bərpa olunma tələbi, məcburi proqula görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh “X1”nin X2 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-432/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1”nin X2 İdarəsinə qarşı “X1”nin X2 İdarəsinin 26 yanvar 2021-ci il tarixli, SOCAR **********00020B00007 saylı əmrinin ləğv edilərək onun işə bərpa olunmasını və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, 01 sentyabr 1990-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X4 İdarəsinin 10 dekabr 2001-ci il tarixli 33 nömrəli əmrinə əsasən idarənin 2 nömrəli sahəsinə 3-cü dərəcəli nəzarətçi çilingər peşəsinə işə qəbul edilmişdir. İdarənin 31 yanvar 2002-ci il tarixli, 12 saylı əmrinə əsasən 4-cü dərəcəli çilingər baxıcı işinə keçirilmişdir. İdarə rəisinin 16 iyun 2009-cu il tarixli 45 nömrəli əmri ilə 2 saylı istismar sahəsinə nəzarətçi təyin edilmişdir. "xxxx" İstehsalat Birliyi rəisinin 25 yanvar 2018-ci il tarixli 108 K saylı əmrinə əsasən bir il müddətinə Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. Cavabdeh X3 İstismar İdarəsi rəisinin 26 yanvar 2021-ci il tarixli, SOCAR **********00020B00007 saylı əmri ilə cavabdeh orqanla aralarında bağlanmış 25 yanvar 2015-ci il tarixli 108 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Cavabdeh orqan X3 İstismar İdarəsinin onun işdən azad olunmağı barədə həmin əmrini aşağıda göstərilən səbəblərə görə qanunsuz, əsassız və ədalətsiz hesab edir, həmin əmr ləğv edilməklə o işinə bərpa olunmalı və məcburi proqula görə əmək haqqı almalıdır. Belə ki, cavabdeh orqanda işlədiyi müddətdə nəzarət etdiyi ərazidə abonentlərə təbii qazdan istifadəyə görə quraşdırılmış sayğaclara mütəmadi olaraq nəzarət etmişdir. Sayğaclarda müəyyən şübhələr və ya müdaxilələr və ya sayğacdan kənar istifadə tərəfindən aşkar olunduğu hallarda, bu barədə dərhal rəhbərliyə rəsmi məlumat vermişdir. Əmək müqaviləsinə xitam verildiyi ərəfələrdə ixtisarlar olmamışdır. O, ailəlidir. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladları olmaqla 6 nəfər ailə üzvləri vardır. Ailəsində ancaq o işləmiş və ailəsinin ondan başqa qazanc gətirən üzvü toxdur. Əmək funksiyalarını yerinə yetirən zaman işində yol verdiyi ciddi nöqsanlara görə müdriyyət tərəfindən sonuncu xəbərdarlıq olunmaqla barəsində hər hansı tənbeh tədbiri görülməmişdir. Göründüyü kimi cavabdeh orqan əmək fəaliyyətində heç bir ciddi nöqsanları olmadığını, ailəli olmasını və ailənin ailəyə yeganə qazanc gətirən üzvü olmasını, uzun müddət həmin orqanda işləməsini, peşəsinə mükəmməl yiyələnməsini, işlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmasını, işlədiyi ştatın müvəqqəti yox, daimi xarakter daşıdığını nəzərə almamış, yalnız onunla aralarında bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığına əsaslanaraq, işçilər arasında ixtisar olmadığı halda onu işdən azad edərək həmin ştata başqa yeni işçi götürməklə onun Konstitusiya və digər qanunvericilik aktları ilə qorunan hüquqlarını pozmuşdur. Sonuncu dəfə 25 yanvar 2018-ci il tarixli, 108 K saylı əmrlə “Azərqaz' İB-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlılarinin istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş və rəhbərlik tərəfindən hər hansı bir ciddi tənbeh almamışdır. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq əmək münasibətləri davam etdirildikdə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bü müddətin uzadılması üçün hər hansı yeni yeni müqavilənin və ya digər yazılı razılaşmanın tərtib olunması lazım olunmur. Tərəllər etiraz etmədiyi hallarda hər növbəti müddətin sonunda müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinə görə eyni müddətə uzanmış olur. Yalnız bu hal eyni işəgötürənlə fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi halda əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-432/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “X1”nin X2 İdarəsinə qarşı “X1”nin X2 İdarəsinin 26 yanvar 2021-ci il tarixli, SOCAR **********00020B00007 saylı əmrinin ləğv edilərək onun işə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı SOCAR X1 X3 İstismar İdarəsinin əmək müqaviləsinə əsasən 25 yanvar 2018-ci il tarixdən Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b” bəndinə nəzərdə tutulan intizam tənbehi "Sonuncu xəbərdarlıqla şiddətli töhmət”, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət verilmişdir. İddiaçı Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri ilə bağlanmış 25.01.2018-ci tarixli 107 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar 26.01.2021-ci il tarixdən xitam verilmişdir. Eyni zamanda əmək müqavilələrinə xitam verilməsi barədə əmrin təsdiq olunmuş sürətləri və əmək kitabçaları ona təqdim edilsə də imza edərək götürməkdən imtina etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı Söhrab Səmədov iş üzrə cavabdehin 25 yanvar 2018-ci il tarixli 108k saylı əmri ilə Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. İddiaçı ilə işəgötürən arasında bağlanmış 107 saylı, 25 yanvar 2018-ci il tarixli əmək müqaviləsinə əsasən müqavilə bir il müddətinə bağlanmışdır. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli işəgötürən tərəfindən verilmiş əmrdən görünür ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə müddətinin bitməsi ilə bağlı tərəflər arasında əmək müansibətlərinə xitam verilmişdir. Hansı ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsi ilə tənzimlənir. Tərəflər arasında müqavilə müddətinin bitməsi zamanı əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında olan əmək münasibətinə xitam verilməsi, müqavilə müddətli olduğundan əsaslıdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı əmək hüquqularının pozulması ilə bağlı Əmək müfəttişliyinə müraciət etmiş, sonuncu tərəfindən 13 aprel 2021-ci il tarixli məktubla işəgötürənlə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulması halının aşkar edilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 68-ci, 73.1-ci, 73.2-ci, 294.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, , 01 sentyabr 1990-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X4 İdarəsinin 10 dekabr 2001-ci il tarixli 33 nömrəli əmrinə əsasən, idarənin 2 nömrəli sahəsinə 3-cü dərəcəli nəzarətçi çilingər peşəsinə işə qəbul edilmişdir. İdarənin 31 yanvar 2002-ci il tarixli, 12 saylı əmrinə əsasən, 4-cü dərəcəli çilingər baxıcı işinə keçirilmişdir. İdarə rəisinin 16 iyun 2009-cu il tarixli 45 nömrəli əmri ilə 2 saylı istismar sahəsinə nəzarətçi təyin edilmişdir. "xxxx" İstehsalat Birliyi rəisinin 25 yanvar 2018-ci il tarixli 108 K saylı əmrinə əsasən bir il müddətinə Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. O, yuxarıda qeyd etdiyi kimi işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər neqativ hallara yol verməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, peşəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlıvaxtında yerinə yetirmişdir. Həmin ştat müvəqqəti xarakter daşımamış, ləğv edilməmiş və ya ixtisar olunmamışdır. Sonuncu dəfə 25 yanvar 2018-ci il tarixli, 108 K saylı əmrlə “Azərqaz' İB-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlılarinin istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir .İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş və rəhbərlik tərəfindən hər hansı bir ciddi tənbeh almamışdır. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq əmək münasibətləri davam etdirildikdə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bü müddətin uzadılması üçün hər hansı yeni yeni müqavilənin və ya digər yazılı razılaşmanın tərtib olunması lazım olunmur. İşlədiyi sahədə peşəsi, yəni "Azərqaz" İB-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi daimi xarakterə malik olduğundan, ləğv və ya ixtisar olunmadığından, cavabdehlə aralarında olan müqavilənin müddətli bağlanması yolverilməz olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq o, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-432/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)- 432/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X1”nin X2 İdarəsinin nümayəndəsi Nümayəndə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən: Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək... Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)- 432/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-432/2021 saylı qətnaməsinin ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı SOCAR X1 X3 İstismar İdarəsinin əmək müqaviləsinə əsasən, 25 yanvar 2018-ci il tarixdən Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b” bəndində nəzərdə tutulan intizam tənbehi "Sonuncu xəbərdarlıqla şiddətli töhmət”, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət verilmişdir. İddiaçı Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri ilə bağlanmış 25.01.2018-ci tarixli 107 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar 26.01.2021-ci il tarixdən xitam verilmişdir. Eyni zamanda əmək müqavilələrinə xitam verilməsi barədə əmrin təsdiq olunmuş sürətləri və əmək kitabçaları ona təqdim edilsə də imza edərək götürməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsaslıdır. İşin mübahisə olunmayan hallarından göründüyü kimi, İddiaçı SOCAR X1 X3 İstismar İdarəsinin əmək müqaviləsinə əsasən 25 yanvar 2018-ci il tarixdən Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir. İddiaçı Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri ilə bağlanmış 25.01.2018ci tarixli 107 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar 26.01.2021-ci il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arsındakı münasibətə düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 25.01.2018-ci tarixdə Əmək Məcəlləsinin 45-ci maddəsinin qüvvədə olmuş redaksiyası əmək müqaviləsinin müddətsiz və ya müddətli bağlanmasını mümkün hesab edir. Maddənin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Məhkəmələr tərəfindən hazırkı mübahisə üzrə həmin maddədə sadalanan “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında belə bir ifadə qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 20 ilə yaxın müddət ərzində fasiləsiz olaraq eyni müəssisədə işləmiş işçiylə yenidən 1 illik müqavilənin bağlanması əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-432/2021 saylı qətnaməsinin ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-432/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İdda ərizəsi təmin edilsin. “X1”nin X2 İdarəsinin 26 yanvar 2021-ci il tarixli, SOCAR **********00020B00007 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa olunsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov