Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1430/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia İddiaçı Vələddin oğlunun Cavabdeh1 qarşı cehiz əşyalarının evdən çıxarılması, Cavabdeh1 İddiaçı Vələddin oğluna qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia- cehiz əşyalarının evdən çıxarılması tələbi, qarşılıqlı iddia əmlak, qızıl-zinət əşyalarının verilməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Vələddin oğlunun, Cavabdeh2, onun vəkili X3, Cavabdeh1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Vələddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus torpaq sahəsində altıaçıq tipli 2 otaqlı yaşayış evində olan sonuncuya məxsus olan cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Vələddin oğlu iddia tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində Zaqatala rayonu, Əliabad qəsəbəsində 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır, torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.05.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********458 olan çıxarış verilmişdir. Qardaşı Cavabdeh2 ailəsi ilə birlikdə uzun illər Rusiya Federasiyasında yaşamışdır. 2019cu il tarixdə Rusiyadan qayıtdıqdan sonra atası X2 ilə birlikdə yaşamışlar. Birlikdə yaşamağın mümkün olmadığı, ailə daxili tez-tez mübahisələr baş verdiyi üçün qardaşını ailəsi ilə birlikdə kirayəyə çıxmaq qərarına gəlmişdir. Lakin qardaşının işsiz olduğu, kirayədə yaşamağın çətin olduğu və 2 azyaşlı övladının olduğu üçün qardaşıgilə təklıf etmişdir ki, müvəqqəti olaraq evinə yaxın torpaq sahəsində tikdiyi altıaçıq tikiliyə köçüb yaşaya bilərlər. Həmin altıaçıq tipli tikilidə yaşamaq üçün normal şəraitin olmadığı üçün öz şəxsi vəsaiti hesabına tikilidə təmir işləri apararaq 2 otaq tikdirmişdir. Qardaşı ailəsi ilə birlikdə əşyalarını həmin evə köçürərək təxminən 1 aya yaxın həmin evdə yaşamışlar. Daha sonra həyat yoldaşı ilə ayrılmaq qərarına gəlmişlər. Zaqatala Rayon Məhkəməsinin qərarına əsasən cavabdeh və qardaşı arasında olan nikahı pozulmuşdur. Cavabdehə məxsus cehiz əşyaları olan divar şkafı (stenka mebel), divan iki ədəd kreslo ilə birlikdə, soyuducu, televizor altlığı ilə birlikdə, stol 6 ədəd stulu ilə birlikdə, mətbəx mebeli, 2 nəfərli yataq çarpayısı, güzgülü şkaf, xalça 2 ədəd, uşaq krovatı, balaca stol (jumalnı), divar saatı, sandıq, yorğan döşək və qab-qacaq ona məxsus torpaq sahəsində yerləşən özbaşına tikili olan altıaçıq tipli 2 otaqlı evdə olmuşdur. Nikahları pozulmağına və cavabdeh həmin tikilidə yaşamamaqlarına baxmayaraq cavabdeh cehiz əşyalarını götürməmişdir. Evdən istifadə edə bilmir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus əşyaların naturada və ya dəyəri olan 8073 manat pulun, 30 manat dövlət rüsumunun və 41 manat qiymətləndirmə üçün ödənilmiş pulun, cəmi 8144 manat pulun İddiaçı Vələddin oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 10 dekabr 2008-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və birgə nikahdan onların Sənan və Yusif adlı iki uşaqları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-573/2020 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqları onun himayəsində saxlanılmışdır. O, hazırda uşaqları ilə valideynlərinə məxsus evdə yaşayır. Evlənərkən ona alınmış qızıl zinət əşyaları, cehiz əşyaları və onun bütün əşyaları cavabdehin evində qalmışdır. Həmin əşyalar qonaq otağı mebel dəsti, iki nəfərlik çarpayı, matras, sandıq, kamot güzügülü, yeni xalça, köhnə xalça, lüstur, 4 ədəd pərdə, 2 ədəd tül, məbəx mübüli, güzlügü paltar asan, paltar asan, gecə lampası, qab-qacaq, televizor, tv altlığı, blok, pult, ütü, divan 1 ədəd, kreslo 2 ədəd, örtük divan kreslo üçün, stol, 6 ədəd stul, soyuducu 2 kameralı, tumba laklı, stol jurnalnı, divar saatı, elektrik piltə, qaz balon, krosna antenna, elektrik pompa, su bulaq kaçalka, su kranı, stol dəmirdən, toxa, yorğan 2 ədəd, döşək iki ədəd, 7 ədəd yastıq, 1 ədəd qalın odeyal, 1 ədəd döşək, 4 ədəd balaca döşək, qazan böyük, elektrik çaydan , nişan üzüyü, qaşlı üzük, yoloçka boyunbağı, sırğa, böyük ayı oyuncaq, zənbil və özünün və uşaqlarının paltar və ayaqqabıları olmuşdur. O. həmin əşyaları iddiaçıdan götürmək istəsə də sonuncu bundan imtina etmişdir. Bu səbəbdən o, həmin qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsi ilə İlk iddia rədd edilmiş, İddiaçı Vələddin oğlunun Cavabdeh1 qarşı ona məxsus torpaq sahəsində altıaçıq tipli 2 otaqlı yaşayış evində olan sonuncuya məxsus olan cehiz əşyalarının çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 150 manat dəyərində bir ədəd nişan üzüyünün, 130 manat dəyərində bir ədəd qaşlı üzüyün, 500 manat dəyərində bir ədəd yoloçka boyunbağının, 250 manat dəyərində bir ədəd sırğanın, həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyəri 1030 (bir min otuz) manat pulun Cavabdeh2 alınaraq cavabdehiddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 iş üzrə Cavabdeh2 sabiq həyat yoldaşıdır. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz əşyaları və qızıl zinət əşyalarının İddiaçı Vələddin oğlundan alınaraq ona verilməsini tələb etmiş, lakin sonradan sözügedən cehiz əşyalarını cavabdeh iddiaçıya qaytarmış və işin bu faktiki halını tərəflər məhkəmə iclasında mübahisələndirməmişlər. Qarşılıqlı iddia tələbinin 1030 manat dəyərində qızıl-zinət əşyaları ilə bağlı cavabdeh tərəf həmin əşyaların iddiaçı tərəfindən aparıldığını, İddiaçı Vələddin oğlu isə sözügedən qızılların Cavabdeh2 qaldığını bildirmişdir. Cavabdeh2 isə həmin qızıl-zinət əşyalarının iddiaçı ilə birgə nikah dövründə satıldığını etiraf etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qarşılıqlı iddia tələbinin 1030 manat dəyərində qızıl-zinət əşyaları ilə bağlı Cavabdeh1 həmin əşyaların İddiaçı Vələddin oğlunda qaldığını, İddiaçı Vələddin oğlu isə sözügedən qızılların Cavabdeh2 qaldığını bildirmişdir. Cavabdeh2 isə həmin qızıl-zinət əşyalarının Cavabdeh1 ilə birgə nikah dövründə satıldığını etiraf etmişdir. Bununla məhkəmə tələbin qızıl zinət əşyaları hissəsinə münasibətdə iddiaçının haqlı olması nəticəsinə gəlmişdir. Yaranmış vəziyyətdə məhkəmə bu qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 34.1-ci, 34.2-ci maddələri, Mülki Məcəllənin 225-2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Zaqatala Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qarşılıqlı iddia üzrə Cavabdeh1 tələbi iş üzrə İddiaçı Vələddin oğluna yönəlmişdir. Cavabdeh2 qarşı Cavabdeh1 heç bir tələbi olmamışdır. Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsində hər hansı bir tələbi olmamış, nə də ki, məhkəmə icraatı dövründə X1 qarşı hər hansı bir tələb irəli sürməmişdir. Müki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Maddənin məzmunundan da göründüyü kimi qanunvericilik qarşılqlı iddianın verilməsini yalnız ilk iddia tələbinə qarşı münasibətdə qeyd edir. Qarşılıqlı iddiaçının verdiyi tələb məlumdur. Qeyd olunan mülki mübahisədə müstəsna hal yoxdur. Cavabdeh1 Cavabdeh2 qarşı heç bir tələbinin olmadığı təqdirdə məhkəmənin cavabdeh qismində prosesə Cavabdeh2 cəlb etməsi, qızıl-zinət əşyalarının dəyəri olan məbləği Cavabdeh2 tutulmasına dair məhkəmənin qətnaməsini tam əsassız hesab edir. Mülki iş üzrə başqa cavabdehin işə cəlb olunmasına dair iddiaçının hər hansı bir razılığı olmamış, bu barədə məhkəməyə ərizə təqdim etməmiş, eyni zamanda Cavabdeh2 cavabdeh qismində prosesə cəlb olunmasına dair məhkəmənin qərardadı yoxdur. Odur ki, o, Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Vələddin oğlu məhkəmə kollegiyasının iclasında iştirak edərək ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və onun vəkili X5 bildirmişdirlər ki, Cavabdeh2 birinci instansiya məhkəməsində yalnız şahid qismində çıxış etmiş və qızıl-zinət əşyalarının satıldığını bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi onu cavabdeh qismində qiymətləndirmiş və 150 manat dəyərində bir ədəd nişan üzüyünün, 130 manat dəyərində bir ədəd qaşlı üzüyün, 500 manat dəyərində bir ədəd yoloçka boyunbağının, 250 manat dəyərində bir ədəd sırğanın, həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyəri 1030 (bir min otuz) manat pulun Cavabdeh2 alınaraq cavabdeh- iddiaçı Cavabdeh1 verilməsini qət etmişdir. Odur ki, onlar Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)- 404/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında iştirak edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Birinci instansiya məhkəməsinin qətnaməsini nə iddiaçı, nə də ki, qarşılıqlı iddiaçı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini birinci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi işə cəlb edilmiş Cavabdeh2 şikayətinə münasibətdə yoxlanılması qənaətinə gəlir. Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsini qarşılıqlı iddiaya münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, düzgün olmayaraq qarşılıqlı iddianı qismən təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi, 150 manat dəyərində bir ədəd nişan üzüyünün, 130 manat dəyərində bir ədəd qaşlı üzüyün, 500 manat dəyərində bir ədəd yoloçka boyunbağının, 250 manat dəyərində bir ədəd sırğanın, həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyəri 1030 (bir min otuz) manat pulun Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi hissəsində ləğv edilməli və həmin hissə qətnamədən xaric edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iş üzrə Cavabdeh2 sabiq həyat yoldaşıdır. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz əşyaları və qızıl zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etmiş, lakin sonradan sözügedən cehiz əşyaları cavabdeh tərəfindən qaytarılmış və işin bu faktiki halını tərəflər məhkəmə iclasında mübahisələndirməmişlər. Qarşılıqlı iddia tələbinin 1030 manat dəyərində qızılzinət əşyaları ilə bağlı iddiaçı tərəf həmin əşyaların cavabdeh tərəfindən aparıldığını, cavabdeh isə sözügedən qızılların Cavabdeh2 qaldığını bildirmişdir. Cavabdeh2 isə həmin qızıl-zinət əşyalarının iddiaçı ilə birgə nikah dövründə satıldığını etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Cavabdeh iddia etmişdir ki, o, Cavabdeh2 ilə 10 dekabr 2008-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və birgə nikahdan onların Sənan və Yusif adlı iki uşaqları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(033)-573/2020 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqları onun himayəsində saxlanılmışdır. O, hazırda uşaqları ilə valideynlərinə məxsus evdə yaşayır. Evlənərkən ona alınmış qızıl zinət cavabdeh İddiaçı Vələddin oğlunun evində qalmışdır. Məhkəmə kollegiyası bir daha vurğulamağı lazım bilir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Cavabdeh1 hazırkı qətnaməni mübahisələndirmədiyindən onun qarşılıqlı iddia tələbinə dair hüquqi dəyərləndirmə aparmır. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlayır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Vələddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus torpaq sahəsində altıaçıq tipli 2 otaqlı yaşayış evində olan sonuncuya məxsus olan cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus qızılzinət əşyaların naturada və ya dəyərinin İddiaçı Vələddin oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Müki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. 155.2. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri: 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Maddənin məzmunundan da göründüyü kimi qanunvericilik qarşılqlı iddianın verilməsini yalnız ilk iddia tələbinə qarşı münasibətdə qeyd edir. Cavabdeh1 Cavabdeh2 qarşı heç bir tələbi olmadığı təqdirdə məhkəmənin cavabdeh qismində prosesə Cavabdeh2 cəlb etməsi, qızıl-zinət əşyalarının və ya dəyəri olan məbləğin Cavabdeh2 tutulmasına dair məhkəmənin qətnaməsi əsassızdır. Bundan başqa kollegiyanın iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, qızıl zinət əşyalarını hazırkı işdə iddiaçı olan İddiaçı Vələddin oğlundan tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı halda isə belə bir müstəsna hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, qarşılıqlı iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən nümaəyəndən izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi, 150 manat dəyərində bir ədəd nişan üzüyünün, 130 manat dəyərində bir ədəd qaşlı üzüyün, 500 manat dəyərində bir ədəd yoloçka boyunbağının, 250 manat dəyərində bir ədəd sırğanın, həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyəri 1030 (bir min otuz) manat pulun Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi hissəsində ləğv edilməli və həmin hissə qətnamədən xaric edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(033)-404/2021 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi, 150 manat dəyərində bir ədəd nişan üzüyünün, 130 manat dəyərində bir ədəd qaşlı üzüyün, 500 manat dəyərində bir ədəd yoloçka boyunbağının, 250 manat dəyərində bir ədəd sırğanın, həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyəri 1030 (bir min otuz) manat pulun Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi hissəsində ləğv edilsin. Həmin hissə qətnamədən xaric edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1430/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1430/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver