Məhkəmə qərarları › İş №2(107)-1433/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1433/2022

08.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1433/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx-2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, maddi zərərə görə 40000 manat, dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən onun xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, maddi zərərə görə 40000 manat, dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən onun xeyrinə alınması və cavabdeh tərəfindən həmin torpaq sahəsinə yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin sonrakı gedişində İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə (xx.xx.2022-ci il tarixdə) təqdim edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, qanunsuz qazılmış kanalın ləğv edilməsi, maddi zərərə görə 49000 manat, mənəvi ziyana görə 10000 manat, ekspertiza xərcinə görə 600 manat və dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən onun xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki. İddiaçı vəsatətinə əsasən məhkəmənin 2(035)- 05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və qərardad mülki işin materialları ilə birlikdə rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tədqiqat obyektinə keçirilmiş baxışın nəticələrinə dair hazırlanmış mütəxəsəssis rəyi xx.xx.2022-ci il tarixdə Zərdab Rayon Məhkəməsinə göndərildiyindən, Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və mülki işin məhkəmə baxışı xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi ilə bağlı iş üzrə icraat dayandırılmışdır. Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması və iş üzrə icraatın yenidən dayandırılması qərara alınmışdır. Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayət vermişdir. “Şikayətin geri qaytarılması haqqında” Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq prosesual hərəkətin edilməsi üçün iş üzrə icraatın dayandırılması haqqında 2(035)- 05/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 257-ci maddəsinin mənasına görə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Həmin Məcəllənin 258.1 -ci maddəsinə görə iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, iş üzrə İddiaçı əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün mülki iş materiallarının yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi və ekspert rəyi verilənədək iş üzrə icraatın dayandırılması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını aldıqdan sonra 10 gün müddətində şikayət verilməli olduğu halda, iddiaçı sözügedən qərardaddan şikayəti qanun müəyyən edilmiş müddəti ötürməklə, yəni 14 gün sonra vermişdir. Bundan başqa kollegiya qeyd edir ki, İddiaçı həmçinin məhkəməyə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət verməmiş, müddəti ötürməsinin üzrlü olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsi 2(035)- 05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında düzgün mövqedən çıxış etmiş, mübahisənin prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş və haqlı olaraq İddiaçı şikayətinin təmin etməmişdir. Belə ki, İddiaçı şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)- 05/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-05/2022 saylı, xx.xx.2022-ci qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar