Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1434/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- evə köçürülmə tələbi, yaşayış sahəsindən istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh və üçüncü şəxs X1 iştirakı ilə, İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən cavabdehin atası mərhum X3 məxsus fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülmələri və yaşamaq üçün bütün maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mabud qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehlə 26.09.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər, bu evlilikdən 26.08.2006cı il təvəllüdlü Nigar və 20.06.2011-ci il təvəllüdlü Ramil adlı iki uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehin mərhum atası Əmirxan Piriyevə məxsus fərdi yaşayış evinə gəlin köçmüş, bir müddət orada yaşadıqdan sonra Bakı şəhərinə kirayədə yaşamışlar. Birlikdə yaşadıqları müddətdə aralarında narazılıq olduğundan İsmayıllı rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi ilə boşanmışlar. Boşandıqdan sonra cavabdeh və onun atası müxtəlif üsullarla onu və uşaqlarını evdən çıxarmağa çalışaraq, ona qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılma, kompensasiya verilməklə istifadə hüququna xitam verilmə tələbləri ilə müxtəlif vaxtlarda məhkəməyə müraciət edilmişlər və nəticədə iddiaları təmin edilməmişdir. O sözügedən evə yaşadığı müddət, cavabdeh onu evdən çıxarmaq üçün, evin qapılarını qıfıllamış, su, qaz və işıq xətlərini kəsmiş, mətbəxdə olan su krantlarını açmış, evin kombi istilik sistemini sökmüşdür. Belə olan halda orada yaşamaq mümkün olmadığından o, uşaqları ilə birlikdə müvəqqəti atasının evində yaşayır. Ona görə İsmayıllı rayonu, Cülyan kəndində yerləşən cavabdehin atası mərhum X3 məxsus fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülmələri və yaşamaq üçün bütün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbi təmin edilmiş, İddiaçı iki azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən X3 məxsus fərdi yaşayış evinə köçürülmüşdür. X3 məxsus İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüququna Cavabdeh tərəfindən edilən maneələrə son qoyulması, mülki iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Mabud qızı Cavabdehlə 26.09.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər, bu evlilikdən 26.08.2006cı il təvəllüdlü Nigar və 20.06.2011-ci il təvəllüdlü Ramil adlı iki uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehin mərhum atası Əmirxan Piriyevə məxsus fərdi yaşayış evinə gəlin köçmüş, bir müddət orada yaşadıqdan sonra Bakı şəhərinə kirayədə yaşamışlar. Birlikdə yaşadıqları müddətdə aralarında narazılıq olduğundan İsmayıllı rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi ilə boşanmışlar. Boşandıqdan sonra cavabdeh və onun atası müxtəlif üsullarla onu və uşaqlarını evdən çıxarmağa çalışaraq, ona qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılma, kompensasiya verilməklə istifadə hüququna xitam verilmə tələbləri ilə müxtəlif vaxtlarda məhkəməyə müraciət edilmişlər və nəticədə iddiaları təmin edilməmişdir. O sözügedən evə yaşadığı müddət, cavabdeh onu evdən çıxarmaq üçün, evin qapılarını qıfıllamış, su, qaz və işıq xətlərini kəsmiş, mətbəxdə olan su krantlarını açmış, evin kombi istilik sistemini sökmüşdür. Belə olan halda orada yaşamaq mümkün olmadığından o, uşaqları ilə birlikdə müvəqqəti atasının evində yaşayır. Ona görə İsmayıllı rayonu, Cülyan kəndində yerləşən cavabdehin atası mərhum X3 məxsus fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülmələri və yaşamaq üçün bütün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İsmayıllı Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(037)-824/2018 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə ona məxsus yaşayış evindən çıxarılmaları tələbinə dair iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(107)- 1765/202 saylı qətnaməsi ilə, iddiaçı X2 İddiaçı qarşı 4000 manat miqdarında kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. 29.10.2020-ci il tarixli, AZ-İİ 112119 saylı ölüm haqqında şəhadətnamə ilə, X2 24.10.2020-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı 2004-cü ildə gəlin köçdüyündən tərəflər arasında mülki hüquq münasibəti həmin tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilmişdir. İddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin sahibi mərhum Əmirxan Piriyev, həmçinin cavabdeh iddiaçını 2004-cü ilin sentyabr ayında mübahisəli evə köçürərək onu ailə üzvü kimi qəbul etmişdir. İddiaçı uzun illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamış, birgə təsrrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli evin yaşayış sahəsindən digər ailə üzvüləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Ona görə də, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlmişdir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş hallar üzrə kifayət qədər əsaslar mövcuddur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228– ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərar, Mənzil Məcəlləsinin 53-cü, 54-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə, eyni zamanda Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin keçmiş həyat yoldaşı X.Piriyev onun mərhum atası Piriyev Əmirxanı özünü öldürmə həddinə çatdırmış və 24.10.2021-ci il tarixdə atası özünü asmışdır. Hazırda istintaq orqanlarında bu barədə qəbul edilmiş qərar mübahisələndirilmiş, təkrar araşdırma aparılması vacibdir. Bu fakt özü subut edir ki, İddiaçı atasının mülkündə olan İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi evə köçməsi gələcəkdə çox saylı cinayət əməllərinə yol aça bilər. Ədalət mühakiməsi bu faktı görməli və şəffaf hüquqi qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-54-cü maddələrinin prinsiplərini təhrif etmiş və bu səbəblə səhv nəticəyə gəlmişdir. Yuxarıda qeyd etdiyi kimi İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi ev mərhum atasının mülkiyyətində olmuş və hazırda 5 nəfərin bu mülkiyyətdə payı vardır. Onun açıq qalmış paylar üzrə cavabdeh qismində qəbul olunmağı yuxarıda adı çəkilən Azərbaycan Respublikası MPM-nin 53-54-cü maddələrinin prinsiplərinə qəti olaraq zidiyyət təşkil edir və nəzərə alsaq ki, miras əmlak üzrə daimi pasport qeydiyyatı yoxdur, bu ünvanda yaşamır, deməli miras əmlakda payçılar müəyyən edilməyənə qədər iddiaçı - İddiaçı məlum iddia tələbi məhkəmədə araşdırılması predmet ola bilməz. Qeyd edilənlərə əsasən, İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 Cavabdeh ilə oxşar məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə kollegiyaya heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarı; Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.5-ci mаddəsinə dаir» Azərbvаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir: «MM-in 228.1 və 228.2-ci mаddələrinin mənаsındаn göründüyü kimi yаşаyış binаsının tərkib hissəsindən istifаdə hüququnun yаrаnmаsı üçün аşаğıdаkı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yаzılı rаzılаşmаnın bаğlаnılmаsı; - həmin rаzılаşmаnın notаriаt qаydаsındа təsdiq edilməsi; - istifаdə hüququnun dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаsı. Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirirərək, İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmiş olsada, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə ilə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi 1988-ci il tarixdə X2 adın qeydə alınmışdır. İddiaçı Mabud qızı Cavabdehlə 26.09.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər, bu evlilikdən 26.08.2006-cı il təvəllüdlü Nigar və 20.06.2011-ci il təvəllüdlü Ramil adlı iki uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehin mərhum atası Əmirxan Piriyevə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Birlikdə yaşadıqları müddətdə aralarında narazılıq olduğundan İsmayıllı rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi ilə boşanmışlar. Boşandıqdan sonra cavabdeh və onun atası müxtəlif üsullarla iddiaçını və uşaqlarını evdən çıxarmağa çalışaraq, ona qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılma, kompensasiya verilməklə istifadə hüququna xitam verilmə tələbləri ilə müxtəlif vaxtlarda məhkəməyə müraciət edilmişlər və nəticədə iddiaları təmin edilməmişdir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(037)-824/2018 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə özünə məxsus yaşayış evindən çıxarılmaları tələbinə dair iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(107)- 1765/202 saylı qətnaməsi ilə, iddiaçı X2 İddiaçı qarşı 4000 manat miqdarında kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəmə hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olan mənzil məcəlləsinin normalarını tətbiq etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2004-cü ildən sonra yarandığına görə mübahisə həmin zaman qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.5-ci mаddəsinə dаir» Azərbvаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir: «MM-in 228.1 və 228.2-ci mаddələrinin mənаsındаn göründüyü kimi yаşаyış binаsının tərkib hissəsindən istifаdə hüququnun yаrаnmаsı üçün аşаğıdаkı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yаzılı rаzılаşmаnın bаğlаnılmаsı; - həmin rаzılаşmаnın notаriаt qаydаsındа təsdiq edilməsi; - istifаdə hüququnun dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаsı. Belə qаydаlаrın müəyyən edilməsi ondаn irəli gəlir ki, «mülkiyyət hüququ Azərbаycаn Respublikаsındа nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlаhiyyətləridir (onа məxsus olаn əmlаkа fаktiki sаhib olmаq, öz tələbаtlаrının təmin olunmаsı üçün təyinаtındаn аsılı olаrаq bu əmlаkdаn istədiyi kimi istifаdə etmək, əmlаkın hüquqi müqəddərаtını öz irаdəsinə görə müəyyən etmək), həm də qüvvədə olаn qаnunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qаnunlа qorunаn mаrаqlаrını pozmаdаn mülkiyyətçinin dövlət tərəfindən təminаt аltınа аlınmış həmin əmlаk üzərində üstünlüyünə üçüncü şəxslərin müdаxiləsini аrаdаn götürmək, bu zаmаn öz mülаhizəsinə görə və mаrаqlаrınа uyğun hərəkət etmək səlаhiyyətidir. Ayrıcа olаrаq vurğulаnmаlıdır ki, mülkiyyət bаrəsində sərəncаm verilməsi əqdlərin bаğlаnmаsı yolu ilə və yа digər hüquqi аktlаrın qüvvəsinə görə mümkündür» (R.Ağаlаrovun şikаyəti üzrə Konstitusiyа Məhkəməsi Plenumunun qərаrı). Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddiaçı ilə evin mülkiyyətçisi arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə uyğun olaraq, evə köçdüyü vaxtdan başlayaraq, heç vaxt evdən istifadə hüququ ilə bağlı aralarında heç bir yazılı razılaşma olmamışdır. Bununla belə İsmayıllı Rayon Məhkəməsinin 20.09.2018ci il tarixli, 2(037)-824/2018 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə özünə məxsus yaşayış evindən çıxarılmaları tələbinə dair iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(107)- 1765/202 saylı qətnaməsi ilə, iddiaçı X2 İddiaçı qarşı 4000 manat miqdarında kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi iddiaçının qeyd edilən qətnamələrlə artıq istifadə hüuqunun olduğunu evin mülkiyyətçisi qəbul etmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırkı halda evin mülkiyyətçisi ilə notarial razılaşmanın olmasına lüzum qalmır. Bundan başqa iddia tələbinin manelərə son qoyulma hissəsi ilə bağlı onu qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının mübahisəli yaşayış evinə istifadə hüququ yarandığından onun həmin evə köçməsinə mane olan hərəkətlərə yol verilməsi qanunvericiliyin tələblərinə ziddir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Eyni zamanlar uşaqlar azyaşlı olduğundan və ananın himayəsində olduqlarından iddia həmin hissədə də təmin edilməlidir. Beləliklə də kollegiya hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olsa da iddianın rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası şikayətin dəlilinə qiymət verərək qeyd edir ki, iddianın təmin edilməsi üçün payların vərəsəlik qaydasında müəyyən edilməsinə lüzum yoxdur. Belə ki, Cavabdeh və 3-cü şəxslər ataları X2 ölümündən sonra həmin ünvanada yaşamaqla vərəsəliyi qəbul etmiş və həmin evin mülkiyyətçilərindən birinə çevrilmişdir. Mirasın açıldığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə də kollegiya hesab edir ki, şikayətin həmin dəlili əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlsədə, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2(037)-264/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı iki azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən X3 məxsus fərdi yaşayış evinə köçürülsün. X3 məxsus İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüququna Cavabdeh tərəfindən edilən maneələrə son qoyulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1434/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1434/2021
16.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver